Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2487/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş stajı sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “işlədiyi dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 2-1(103)-1381/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinin tələblərinə uyğun olaraq avtomatlaşdırılmış qaydada xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddi açı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Bakı şəhəri 81 saylı texniki peşə məktəbində peşə təhsili, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda ali təhsil almışdır. 3. xx.xx.1995-ci il tarixli, ИТ-İ 01654616 nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzində, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzində, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzində işləmiş, xx.xx.2005-ci il tarixdən Respublika Gigiyena və Epidemiologiya Mərkəzində işləyir.
4. Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.20 06-cı il tarixli, 195 nömrəli arayışda qeyd edilmişdir ki, iddiaçı 1987-ci ildən xx.xx.1995-ci ilə kimi Füzuli Rayonlararası Vərəm Əleyhinə Dispanserdə fitizatr vəzifəsində işləmişdir.
5. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunarkən işlədiyi 1987-1995-ci illərin sığorta stajına daxil edilməməsi səbəbindən həmin illərin də nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla 1987-1995-ci illərdəki iş stajının əmək kitabçasında əks olunmadığını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
7. Sonradan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1986-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasında işlədiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1974-cü il tarixdə Füzuli adına Üzümçülük sovxozunda fəhlə vəzifəsindən başlamış, xx.xx.1976-cı il tarixdə həmin vəzifədən azad olunmuşdur. xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Xocavənd (keçmiş Martuni) rayonunda Sanitar Epidemioloji Mərkəzdə həkim işləmişdir. 1987-1995-ci illərdə Füzuli Rayonlar arası Vərəm Əleyhinə Dispanserdə həkim kimi çalışmışdır. Sonradan həkim kimi xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzində, xx.xx.2001-ci il tarixdən xx.xx.2002ci il tarixədək isə, Bakı şəhəri Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzində işləmişdir. xx.xx.2002-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həkim kimi müxtəlif müəssisələrdə çalışmışdır. xx.xx.2022-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin həmin pensiyanın məbləği onun iş stajına uyğun olaraq hesablanmamışdır. Belə ki, bu barədə cavabdehə müraciət etsə də, onun pensiya məbləğində düzəliş olunmamışdır.
10. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının 1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək F üzuli Rayon Mərkəzi Xəstəxanasında işlədiyini iddia etdiyi dövr əmək kitabçasında qeyd olunmadığından, onun sosial sığorta stajına daxil edilməmişdir. Arayış o halda əsaslı sübut olaraq nəzərə alına bilər ki, həmin dövr əmək kitabçası və digər sənədlərdə (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə əmrləri və s.) qeyd olunsun. Lakin hazırkı işdə sözügedən dövr üzrə iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçası yoxdur. Bundan əlavə, iddiaçının 1995-ci ildən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil müddəti də nəzərə alınmaqla, 18 il 7 ay 23 gün sığorta stajı (25 ilə çatdırılmaqla) və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15996 manat pensiya kapitalı əsasında pensiya yenidən hesablanmış, lakin məbləğdə dəyişiklik olmamışdır.
11. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 11 oktyabr 2022-ci il tarixli, 2-1(112)-7552/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 1987-1995-ci illərdəki iş stajını təsdiq edən hər hansı arxiv arayışı və əmək kitabçasında müvafiq qeydlər mövcud olmadığından, həmin dövrün onun sığorta stajına daxil edilməməsi barədə cavabdehin hərəkəti qanunsuz qiymətləndirilə bilməz. Odur ki, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, hətta iddiaçının 1987-1995-ci illərdəki iş stajını təsdiq edən yetərli sübutlar mövcud olsaydı belə, həmin illər sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” Qanunun 22-1.3-cü maddəsinin tələbləri daxilində mümkün ola bilərdi. İddiaçı iddia ərizəsində üç tələb irəli sürsə də, tələblər bir-biri ilə əlaqəli və biri digərindən törəmə və asılıdır. Cavabdehin imtinası qanunsuz sayılmadığı halda, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbi əsassızdır.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı izahat verərək, həmçinin iddi a tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, məhkəmə sorğusunu Füzuli Rayon Mərkəzi Xəstəxanasına təqdim etmək üçün orada olarkən həmin Xəstəxananın arxivində ona məxsus əmək kitabçasının olduğunu bilmiş və bu səbəbdən həmin əmək kitabçasını əldə etmişdir. Əmək kitabçası Xəstəxana tərəfindən təsdiq olunmuş və 19872002-ci illərdə işləməsi ilə bağlı əməkhaqqı barədə məlumatları əks etdirən sənədi də götürmüşdür. Bununla bağlı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və onun iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizə nəzərə alınmaqla, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövr əmək stajına daxil edilməklə pensiyasının yenidən hesablanması nın cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizə icraata qəbul edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 21 iyun 2023cü il tarixli, 2-1(103)-1381/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehi n üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının 1987-1995-ci illərdə Füzuli Rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövr iş stajı kimi qəbul edilmir o əsasla ki, bu barədə əmək kitabçasında müvafiq qeyd aparılmamışdır. Ona görə də, işdə olan iddiaçıya məxsus pensiya işindən də göründüyü kimi, iddiaçının əmək pensiyası hesablanarkən cavabdeh orqan tərəfindən onun 1987-1995-ci illərdə işlədiyi dövr nəzərə alınmamışdır. Halbuki iddiaçı onun həqiqətən də 1987-ci ildən xx.xx.1995-ci ilə kimi Füzuli Rayonlararası Vərəm Əleyhinə Dispanserdə fitizatr vəzifəsində işləməsi barədə Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 1 95 nömrəli arayışı (i.v. 56) təqdim etmişdir. Bununla yanaşı, hazırkı işə apellyasiya qaydasında baxılarkən iddiaçının qeyd etdiyi illərdə işləməsi faktının dəqiqləşdirilməsi məqsədilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2006-cı il tarixli, 195 nömrəli arayışının verilməsi üçün əsas olmuş sənədlərin, o cümlədən iddiaçının həmin xəstəxanada işləməsini təsdiq edən sənədlərin, əməkhaqqı cədvəllərinin və əmrlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı həmin Xəstəxanaya məhkəmə sorğusu göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı həmin məhkəmə sorğusunu sözügedən Xəstəxanaya təqdim etmək üçün orada olarkən həmin Xəstəxananın arxivində ona məxsus əmək kitabçasının olduğunu bilmiş və bu səbəbdən həmin əmək kitabçasını əldə etdiyini, onun Xəstəxana tərəfindən tə sdiq olunduğunu və həmin dövrlərdə işləməsi ilə bağlı müvafiq əmri və əməkhaqqı barədə məlumatları da əks etdirən sənədi götürdüyünü bildirmişdir. İddiaçı tərəfindən apellyasiya instansiyasına təqdim edilmiş xx.xx.1986-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının əslinə baxış keçirilmiş, onun həqiqiliyi və mötəbərliliyi heç bir şübhə doğurmamış, əslinin notariat qaydada təsdiq olunmuş nüsxəsinə uyğunluğu müəyyən edildikdən sonra əsli iddiaçıya qaytarılmışdır. Qeyd olunan əmək kitabçasındakı məlumatlardan müəyyən olunmuşdu ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək başqa səhiyyə təşkilatında işləsə də, xx.xx.1987-ci ildən xx.xx.2002-ci il tarixədək 0,5 həkim-laborant, 0,5 həkim-fitizatr işləmişdir. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, o, həqiqə tən də sözügedən xəstəxanada xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işləmişdir. Bu fakt həm də onun təqdim etdiyi xx.xx.1987-ci il tarixli əmr və əməkhaqqı barədə məlumatları əks etdirən sənədlə də öz təsdiqini tapır.
18. Apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi xx.xx.1986-cı il tarixli əmək kitabçasında xx.xx.1987-xx.xx.2002-ci illərdə işləməsi ilə bağlı qeydlərin latın qrafikası ilə aparılmasına münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya qaydasında işə baxılarkən cavabdehin mübahisələndirdiyi illərin (xx.xx.1987xx.xx.1995) iddiaçının iş stajına daxil edilməsinin mümkünlüyü məsələsi araşdırılarkən verilmiş məhkəmə sorğusuna əsasən iddiaçı sözügedən Xəstəxanada olmuş, bu zaman ona məxsus əmək kitabçasının həmin Xəstəxananın arxivind ə qaldığını bilmiş və onun işləməsi barədə qeydlər işəgötürən müəssisə (Füzuli Rayon Mərkəzi Xəstəxanası) tərəfindən hazırkı dövrdə aparıldığı üçün latın qrafikası ilə doldurulmuşdur. Bu qaydada doldurulma həm qanunvericiliklə qadağan edilməmiş, həm də yalnız bu əsas iddiaçının həmin illərdə işlədiyi müddətin onun iş stajına (sığorta stajına) daxil edilib, pensiyasının yenidən hesablanmasından imtina üçün əsas ola bilməz.
19. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı Füzuli Rayon Mərkəzi Xəstəxanasında xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işləsə də, həmin dövrün bir qismi ona məxsus digər əmək kitabçasında qeyd olunan başqa əmək stajı ilə üst-üstə düşür və işlədiyi dövrün (1987-2002) yalnız xx.xx.1987-xx.xx.1995-ci illərə aid hissəsi cavabdeh q urum tərəfindən mübahisələndirilir. Yuxarıda aparılan araşdırmalar nəticəsində məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən Füzuli Rayon Mərkəzi Xəstəxanasında işlədiyi xx.xx.1987-xx.xx.1995ci illər üzrə olan dövr onun iş stajına daxil edilməlidir. Hazırkı vəziyyətdə iddiaçının xx.xx.1987-xx.xx.1995-ci illərdə işlədiyi dövrün onun iş stajına daxil edilib pensiyasının yenidən hesablanmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun və iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən onun xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasında işləməsi barədə qeydlər olan əmək kitabçasının təqdim edilməsinə əsaslanaraq iddia tələbini təmin etmişd ir. Bununla belə apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq təqdim edilən əmək kitabçasının doldurulma qaydalarına riayət (qeydlər latın qrafikalı əlifba ilə yazılmış) edilməmişdir. Göstərilənlərdən məlum olur ki, apellyasiya instansiyası məhkəməsi işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Əmək pensiyası təm inatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağ ıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.... Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın ve rdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandı r. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutul muş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyas ı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qa nuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunve riciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin müm künlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidm əti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
36. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xey rinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
37. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçü n əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin tələblərinə uyğun olaraq avtomatlaşdırılmış qaydada xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 39. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.3-cü maddəsinə görə əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
40. Cavabdeh tərəfindən iddiaçının 1995-ci ildən xx.xx.2006-cı il tarixədək ə mək fəaliyyəti dövrü, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil müddəti də nəzərə alınmaqla, mübahisələndirilməyən faktiki sığorta stajı 18 il 7 ay 23 gün təşkil edir.
41. Cavabdeh əmək kitabçasında əks olunmadığını əsas gətirərək iddiaçının 19871995-ci illərdə Füzuli Rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrün onun sığorta stajına daxil edilməsindən imtina etmişdir.
42. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən onun xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (8 il 6 ay 24 gün) Füzuli Rayon Mərkəzi Xəstəxanasında işləməsi barədə qeydlər olan əmək kitabçası, eləcə də xx.xx.1987-ci il tarixli əmr və əməkhaqqı barədə məlumatları əks etdirən sənəd əldə edilərək məhkəməyə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin əmək kitabçasının əslinə baxış keçirmiş, onun həqiqiliyi və mötəbərliliyi onda heç bir şübhə doğurmamış və düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı həqiqətən də xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək sözügedən xəstəxanada işləmişdir, bu fakt həm də onun təqdim etdiyi xx.xx.1987-ci il tarixli əmr və əməkhaqqı barədə məlumatları əks etdirən sənədlə də öz təsdiqini tapır. Hazırkı vəziyyətdə iddiaçının xx.xx.1987-xx.xx.1995-ci illərdə işlədiyi dövrün onun iş stajına daxil edilib pensiyasının yenidən hesablanmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir.
43. Cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən təqdim edilən sözügedən əmək kitabçasının qanunvericiliklə müəyyən edilmiş d oldurulma qaydalarına riayət edilmədiyini, yəni qeydlərin latın qrafikalı əlifba ilə yazılmış olduğunu və həmin halın iddianı təmin edən apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd etmişdir.
44. Kassasiya şikayətinin təkrar edən həmin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən əmək kitabçasında iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işləməsi barədə qeydlər işəgötürən müəssisə (Füzuli Rayon Mərkəzi Xəstəxanası) tərəfindən hazırkı dövrdə aparıldığı üçün latın qrafikası ilə doldurulmuşdur. Bu qaydada doldurulma həm qanunvericiliklə qadağan edilməmiş, həm də yalnız bu əsas iddiaçının həmin illərdə işlədiyi müddətin onun iş stajına (sığorta stajına) daxil edilib, pensiyasının yenidən hesabl anmasından imtina üçün əsas ola bilməz.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasında işləməsi əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında həmin müəssisədəki əmək fəaliyyəti bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.
46. Nəzərə alınmalıdır ki, əmək kitabçasının qanunvericiliklə müəyyən edilmiş doldurulma qaydalarına riayət edilməməsi, qeydlərin latın qrafikalı əlifba ilə yazılmış olması halı öz-özlüyündə iddiaçının məsuliyyət sferasın a aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz.
47. Hazırkı qərarın 25-27-ci bəndlərində göstərilən normaların tələbləri baxımından iddiaçının sözügedən müəssisədə əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır.
48. Beləliklə, bu qərarın 40-cı bəndində qeyd edilən iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən 18 il 7 ay 23 gün sığorta stajı və məhkəmə araşdırması nəticəsində müəyyən edilən xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasında işlədiyi 8 il 6 ay 24 gün sığorta stajı olmaqla, xx.xx.2006cı il tarixədək ümumilikdə 27 il 2 ay 17 gün faktiki sığorta stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 22-1.3-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası xx.xx.2022-ci il tarixdən yenidən hesablanmalıdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhk əmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 21(103)-1381/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.