Məhkəmə qərarları › İş №2-1(102)-2487/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2487/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2487/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi; məcburi sosial sığorta haqlarının ödənilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının tə yin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1698/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, əmək kitabçasına, hərbi biletinə, diplomuna və digər sənədlərin surətlərinə əsasən iddiaçının sığorta stajı 18 il 14 ay 17 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Ümumi sığorta stajı q anunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. İddiaçı xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərin müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırm ası:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Cəbrayıl rayonunun Karxulu kəndində anadan olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, 1975-1976-cı illərdə əyani təhsil almış, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər, xx.xx.1978-ci ildən xx.xx.1988-ci ilə qədər, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilə qədər, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1997-ci ildən başlayaraq fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. Pensiya hüququ verən iş stajı 25 ildən çoxdur. O, 65 yaşı və 25 ildən çox iş stajı olduğu üçün yaşa görə əmək pensiyası təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə M ərkəzi Filialına müraciət etmişdir. Həmin idarədən verilən 10 avqust 2023-cü il tarixli, 3171/2Q-181303/2023 saylı cavab məktubunda göstərilir ki, 1997-2005-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişlərinin həyata keçirib keçirməməyi ilə əlaqədar hesabat məlumatlarının əldə olunması mümkün olmamışdır. Buna görə də yaşa görə əmək pensiyasının təyin olunmasından heç bir əsas olmadan, tamamilə qanunsuz olaraq imtina edilmişdir. Cavabdehin etirazları:

5. Cavabdehin iddia tələbinə dair yazılı etirazının dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14573/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək p ensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 1997-ci ildən 2005-ci ilədək fiziki şəxs kimi fəaliyyət göstərmiş və müvafiq icra hakimiyyəti orqanının uçot sistemində qeydə alınmışdır.

8. Eyni zamanda, iddiaçının müvafiq dövr üzrə (1997-2005-ci il ədək olan dövr nəzərdə tutulur) işləməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin həmin illəri sığorta stajını daxil etməməsinə əsas iddiaçının 1997-2005-ci illər üzrə fiziki şəxs kimi fəaliyyət göstərdiyi həmin dövrdə məcburi dövlət sosial sığorta haqların ödəməsi ilə əlaqədar hər hansı sübutun təqdim edilməməsidir. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.

9. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

10. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir. Bu səbəbdən də iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməs ində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1698/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14573/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.

16. Şikayətdə, həmçinin qeyd ol unur ki, apellyasiya instansiya məhkəməsi qərarında cavabdeh tərəfindən nəzərə alınmayan əmək kitabçası ilə təsdiq edilmiş 1997-ci ildən 2005-ci il tarixədək olan dövrlər nəzərə alındıqda iddiaçının 25 ildən artıq stajının olduğu göstərilmişdir. Lakin bu halla razılaşmaq olmaz. Belə ki, mübahisələndirilən müvafiq dövrlərin iddiaçıya məxsus əmək kitabçasında əks olunması həmin dövrlər üzrə qanunvericiliyin tələbi olan məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini özündə əks etdirmir. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materia llarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəməd ə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələ rə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət əsaslı olduğundan təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Apellyasiya instansiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı gəldiyi nəticənin əsası kimi bildirmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Kollegiya qeyd edir ki, əgər iddiaçı tərəfindən sosial sığorta haqqı ödənilməmişsə, o zaman iddiaçının müəyyən borcu yaranmalı və bu borcun silinməsi haqqında cavabdeh tərəfdə məlum olmalı idi. Lakin sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan isə nə iddiaçının sığorta ödənişlərini etmədiyinə, nə də 2018ci ilin 1 aprel tarixinədək ödənilməmiş hər hansı borcunun olmasına dair məhkəmələrə sübut təqdim edə bilməmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsassız hesab edir.

24. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinin müddəalarına əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:... 3. hüquqi şəxs ya ratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;... 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən.

26. İddiaçının həmin Qaydanın 4.1.2-ci bəndində nəzərdə tutulan və 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə əmək fəaliyyətini və bundan irəli gələn sığorta stajını təsdiq edən sübut işdə yoxdur. 27. 2006-cı il yanvarın 1-dək olan dövrdə iddiaçının fərdi sahibkarlıqla məşğul olduğunu bəyan etdiyi 1997-2005-ci illər üzrə sığorta haqlarının ödənilmədiynə dair dəlilə gəldikdə, iddiaçının əmək fəaliyyətinin 2002-ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə bağlıdır. Həmin normaya görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

28. Məhkəmə kollegiyası cavabdehin etiraz və şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının fərdi sahibkar kimi qeydə alınması, həmçinin bu və ya digər sahibkarlıq növü ilə məşğul olmaq üçün patent, icazə (lisenziya) və s. alması onun fərdi sahibkar kimi əmək fəaliyyəti ilə faktiki məşğul olduğunu özü-özlüyündə təsdiq etmir. İddiaçının təqdim etdiyi 1997-1999-cu illərə aid “fiziki şəxslərdən gəlir vergisi üzrə tədiyyə bildirişləri” istisna edilməklə, işin materiallarında iddiaçının faktiki əmək fəaliyyətini təsdiq edən hər hansı sübut yoxdur. 1997-1999-cu illər sığorta stajına daxil edildikdə belə, bu, qanunla tələb olunan 25 illik müddəti təmin etmir.

29. Məhkəmələrin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənmə si haqqında” Qanuna istinadları da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, əvvəla, həmin Qanun faktiki mövcud olan borcları (hesablanan, lakin ödənilməyən sığorta haqlarını) tənzimləyir. Digər tərəfdən, həmin Qanunun məzmunundan asılı olmayaraq, iddiaçının fərdi sahibkar kimi (hüquqi şəxs yaratmadan) əmək fəaliyyəti ilə məşğul olması faktının özü təsdiq olunmalıdır. Hazırkı işdə bu, baş verməmişdir.

30. Beləliklə, cavabdehin imtinası əsaslı olmuşdur.

31. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1 698/2024 qərarı ləğv edilir. İddia təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar