Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2488/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2488/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019cu il tarixli, 2-1(103)-740/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər XDS İK-nın xxxx 1990-cı il tarixli, ****** saylı qərarı ilə Mərdəkan qəsəbəsində yerləşən “Köçəri” bağlar sahəsindəki 204 saylı BTK nəzdində olan bağ sahəsinın ona ayrıldığını, X2 və İstismarı Birliy inin "Köçəri" bağlar sahəsindəki 204 saylı kooperativi tərəfindən verilmiş 28 saylı orderə görə Bakı şəhər İcraiyyə Komitəsinin xxxx 1990-cı il tarixli, ****** saylı qərarına əsasən Köçəri bağlar sahəsi, 204 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 28 saylı bağ sahəsinin ona ayrıldığını, cavabdeh inzibati orqana müraciət edərək, bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla sxematik xəritəyə əsasən göstərilən bağ sahəsinin 27 saylı bağın ərazisinə düşdüyünə istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, Bakı şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyinin “Köçəri” bağlar sahəsindəki 204 saylı kooperativin xxxx 1990-cı il tarixli, ****** saylı qərarına əsasən 2 8 saylı bağ evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağlar massivində yerləşən sahəsi 1200 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-1555/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi, “Köçəri” bağlar sahəsi 204 saylı kooperativin nəzdində yerləşən, 28 nömrəli bağın 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir(hakim – X.X.İmanov). Bak ı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2082/2018 saylı qərarı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(102)-183/2019 saylı qərarı ilə (sədrlik edən X.S.Məmmədov, hakimlər R.S.Nəbizadə və A.S.Hüseynov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyas ının xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-740/2019 saylı qərarı ilə (sədrlik edən S.S.Seyidova, hakimlər V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdeh DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil2 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahi ş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı Köçəri bağlar sahəsi 204 saylı BTK nəzdində, 27 və 28 saylı iki bağ sahələri ayrılmış, iddiaçıya ayrılmış bağın nömrəsi 28 saylı orderdə konkret qeyd olunmuş, cavabdeh inzibati orqan isə imtinaya əsas kimi bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə, göstərilən sahənin 27 və 27a saylı bağın sahəsinə aid olmasına istinad etsə də, bu halları təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Tərəflərin izahatları İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının v axtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sa ylı Bakı Ərazi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunm ası zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-740/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xxxx 1990-cı il tarixli, 7/348 saylı sərəncamının arxiv çıxarışına görə siyahıda 2.3.93-cü olan İddiaçı Müzəffər oğluna Mərdəkan qəsəbəsində yerləşən “Köçəri” bağlar sahəsindəki 204 saylı kooperativin nəzdində bağ sahəsinin ayrılması barədə xxxx 1990-cı il tarixli, 22 saylı protokol təsdiq edilmiş, həmçinin Bakı şəhər XDS İK-nin xxxx 1990-cı il tarixli, 7/386 saylı sərəncamının arxiv çıxarışına görə həmin sərəncam əsasında siyahıda X1 Mərdəkan qəsəbəsində yerləşən “Köçəri” bağlar sahəsindəki 204 saylı kooperativin nəzdində bağ sahəsinin ayrılması barədə xxxx 1990-cı il tarixli 22 saylı protokol təsdiq edilmiş, X2 və İstismarı Birliyinin “Köçəri” bağlar sahəsindəki 204 saylı kooperativi tərəfindən verilmiş 27a saylı orderə görə Bakı şəhər İcraiyyə Komitəsinin xxxx 1990-cı il tarixli, 7/386 saylı qərarına əsasən Köçəri bağlar sahəsi, 204 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 27a saylı bağ sahəsi X1 ayrılmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xxxx 2018-ci il tari xli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına görə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 27 saylı bağ evi X3 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xxxx 2018-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 27 A saylı bağ evi X4 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, iddiaçı, cavabdeh inzibati orqana müraciət edərək, 28 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla sxematik xəritəyə əs asən göstərilən bağ sahəsinin 27 saylı bağın ərazisinə düşdüyünə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xxxx 1990-cı il tarixli, ***** saylı qərarına əsasən 204 saylı bağ tikinti kooperativi nəzdində Mərdəkan (Köçəri) qəsəbəsi, 0.12 hektar torpaq sahəsi olan 27 saylı bağ sahəsinın ayrılmasına dair İddiaçı adına 50 nömrəli order verilmiş, həmin bağ sahəsi xxxx 2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrındə qeydiyyata alınmış, daha sonra iddiaçı tərəfindən həmin bağ sahəsi alqı-satqı yolu ilə satılmış və sözügedən bağ sahəsi X3 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xxxx 1988-ci il ta rixli, *** saylı qərarı ilə 1988-ci ildən istifadəsinə bağ götürmüş vətəndaşlar üçün bağ torpaq sahəsinin ölçüsünün 0.12 hektardan artıq olmaması nəzərdə tutulmuş, belə olan halda eyni bir qərarla bir vətəndaşa ümumi sahəsi 0.25 ha olmaqla bağ sahəsinin ayrılması Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qeyd olunan qərarına uyğun deyildir, beləliklə, mübahisəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarış verilməsi üçün qanuni əsaslar müəyyən edilməmiş, iddiaçı, tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyes tri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il xxxx müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Qanunun 10.2-ci və 10.2.2-ci maddələrinə əsasən torpaq sahəsinin planı və ölçüsü qeydiyyat orqanına verilən ərizəyə əlavə olunur. Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orq anının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə cavabdeh tərəfindən bildirilən halların aydınlaşdırılmasına yönəlmiş hər hansı araşdırma aparmamış, bunun üçün ilk növbədə 27 və 27a saylı bağlara dair hüquq müəyyənedici sən ədlər tələb edilərək tədqiq olunmalı, onların müstəqil bağ sahələri kimi mövcud olub-olmadığı, mövcuddurlarsa 28 saylı bağla üst-üstə düşübdüşmədikləri müəyyənləşdirilməli idi, nəzərə alınmalıdır ki, iddiaçı da iddia ərizəsində 27 saylı bağın hal-hazırda başqa bir şəxsin istifadəsində olmaqla dövlət qeydiyyatından keçdiyini bildirmiş, təkrar apellyasiya baxışı zamanı həmçinin Köçəri bağlar sahəsi 204 saylı BTK-ya aid sənədlər də tələb olunaraq öyrənilməlidir, belə ki, cavabdeh Bakı şəhər ****** saylı, xxxx 1990-cı il tarixli qərarı ilə 204 saylı BTK-nin nəzdində İddiaçı Müzəffər oğlunun adına 27 saylı bağ sahəsinin qeydiyyata alındığını bildirmiş, belə olan halda, iddiaçıya 204 saylı BTK-nin nəzdində 27 və ya 28 saylı bağın, yoxsa hər ikisinin ayrıldığına aydınlıq gətirilməli, bununla bağl ı hüquq müəyyənedici sənədlərin mövcud olub-olmadığı dəyqiqləşdirilməli, onların bir-birində ayrı, yoxsa üst-üstə düşən sahələr olduğu müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınin xxxx 2019-cu il tarixli qərarında verilmiş göstərişləri yerinə yetirərək, işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xxxx 1990-cı il tarixli, ***** saylı qərarına əsasən 204 saylı bağ tikinti kooperativi nəzdində Mərdəkan (Köçəri) qəsəbəsi, 0.12 hektar torpaq sahəsi olan 27 saylı bağ sahəsinın ayrılmasına dair İddiaçı adına 50 nömrəli order verilmiş, həmin bağ sahəsi xxxx 2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrındə qeydiyyata alınmış, daha sonra iddiaçı tərəfindən həmin bağ sahəsi alqı-satqı yolu ilə satılmış və sözügedən bağ sahəsi X3 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xxxx 1988-ci il tarixli, ***** saylı qərarı ilə 1988-ci ildən istifadəsinə bağ götürmüş vətəndaşlar üçün bağ torpaq sahəsinin ölçüsünün 0.12 hektardan artıq olmaması nəzərdə tutulduğu halda eyni bir qərarla bir vətəndaşa ümumi sahəsi 0.25 ha olmaqla bağ sahəsinin ayrılması Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qeyd olunan qərarına uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsinin iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Bakı şəhər İcraiyyə Komitəsinin xxxx 1990-cı il tarixli, 7/348 saylı qərarına əsasən 204 saylı bağ tikin ti kooperativi nəzdində 50 saylı orderlə Mərdəkan (Köçəri) qəsəbəsi, 0.12 hektar torpaq sahəsi olan 27 saylı bağ sahəsinın 09.01.2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrındə qeydiyyata alındığını, iddiaçı tərəfindən həmin bağ sahəsinin alqı-satqı yolu ilə satıldığını və bağ sahəsinin X3 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alındığını, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xxxx 1988-ci il tarixli, 6/333 saylı qərarı ilə 1988-ci ildən istifadəsinə bağ götürmüş vətəndaşlar üçün bağ torpaq sahəsinin ölçüsünün 0.12 hektardan artıq olmamasının nəzərdə tutulduğunu, eyni bir qərarla bir vətəndaşa ümumi sahəsi 0.25 ha olmaqla bağ sahəsinin ayrılmasının Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qeyd olunan qərarına uyğun olmadığını, həmçinin iddiaçı tərəfindən ona va xtilə 2 torpaq sahəsinin ayrıldığına dair mötəbər sübutların məhkəmələrə təqdim edilmədiyini, mübahisəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarış verilməsi üçün qanuni əsasların müəyyən edilmədiyini, beləliklə, cavabdehin imtinasının qanuni və əsaslı olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiy a şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-740/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-740/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2488/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2488/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver