Məhkəmə qərarları › İş №2-1(102)-2489/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2489/2019

01.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2489/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsindən təyinatına görə istifadə edilməməsi, torpaq sahəsi ayrılmasına dair əvvəlki sərəncamın ləğvi (iş № 2-1(102)-2489/2019) Bakı şəhəri 1 oktyabr 2019-cu il giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru X1 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı cavabdehin 08.05.2015-ci il tarixli, 194 nömrəli sərəncamının ləğv o lunması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1198/2019 saylı, 16 may 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdehin 22 aprel 1993-cü il tarixli, 694 saylı “Torpaq sahəsi ayrılması haqqında” sərəncamından çıxarışa əsasən iddiaçıya Suraxanı-Hövsan yolunda “Hövsan” elektrik yarımstansiyasının şimal-şərqində yardımçı təsərrüfat təşkil edilməsi üçün torpaq sahəsi ayrılmışdır, sərəncamın 47.5-ci bəndində göstərilmişdir ki, torpaq sahəsi ayrılmış məqsəd üçün istifadə olunmalıdır, obyektin tikintisinə ayrılmış torpaq sahəsinin inşaat pasportu alındıqdan və layihə-smeta s ənədləri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqdan sonra başlanılmalıdır. Sərəncamın 23-cü bəndində qurğuların quraşdırılma müddəti 2 il göstərilmişdir. Sərəncamın Qeyd hissəsinə görə bu müddət qurtardıqdan sonra və torpaq sahəsi istifadə edilmədikdə qurğular ləğv olunur. Cavabdehin 22 aprel 1993-cü il tarixli sərəncamından sonrakı müddətdə, ən azından 2007-ci ilə qədər iddiaçı ona ayrılan torpaq sahəsindən istifadə etməsi ilə bağlı məhkəmələrə mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilənədək, iddiaçı tərəfindən 2 may 2007-ci il tarixdə sözügedən torpaq sahəsinin kadastr və şəhadətnaməsinin verilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi tərəfindən 01/04-250 saylı, 18 may 2007-ci il tarixli məktubla cavab verilərək göstərilmişdir ki, Cavabdeh başçısının 22 aprel 1993-cü il tarixli, 694 saylı sərəncamı ilə iddiaçıya Suraxanı-Hövsan yolunda “Hövsan” elektrik yarımstansiyasının şimal-şərqində yardımçı təsərrüfat təşkil etmək üçün ayrılmış 2,5 ha torpaq sahəsinin cənub hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Qeyd olunan sərəncamda və sərəncamın ayrılmaz hissəsi olan ayrıc aktında yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası çıxılmaqla müvafiq dəyişiklik və sahənin sərhədləri bərpa edildikdən sonra müraciətə yenidən baxılacağı iddiaçıya bildirilmişdir. Cavabdeh Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/5090 saylı, 4 sentyabr 2008-ci il tarixli müşayiət məktubu ilə iddia çının 10 oktyabr 2007-ci il tarixli, 04 saylı müraciətinə cavab olaraq dəqiqləşdirilmiş ayrıc aktı iddiaçıya təqdim olunmuşdur. Cavabdehin 194 saylı, 8 may 2015-ci il tarixli sərəncamına əsasən 22 aprel 1993-cü il tarixli, 694 saylı sərəncamının 40-cı bəndi ləğv edilmiş, buna əsas kimi “xxxx” Elmİstehsalat Kommersiya Firmasına Suraxanı rayonu, Suraxanı-Hövsan yolunda, “Hövsan” elektrik yarımstansiyasının şimal şərqində yardımçı təsərrüfatın təşkili üçün ayrılmış torpaq sahəsindən uzun müddət istifadə edilməməsi göstərilmişdir. İddiaçı 9 avqust 2016-cı il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin 08.05.2015-ci il tarixli, 194 nömrəli sərəncamının ləğv olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (2-1(82)-654/201 7 saylı iş) 31.08.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 8 may 2015-ci il tarixli 194 saylı sərəncamı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (2-1(103)-240/2018 saylı iş) 8 fevral 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-654/2017 saylı, 31.08.2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (2-1(102)1182/2018 saylı iş) 13 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 8 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (2-1(103)-2118/18 saylı iş) 26 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (2-1(102)717/2019 saylı iş) 27 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (2-1(103)-1198/19 saylı iş) 16 may 2019-cu il tarixli qərarı ilə cavabdehin a pellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 1993-cü ildə ona ayrılmış torpaq sahəsindən 2 il dalbadal təyinatı üzrə istifadə etməmişdir. İddiaçı 7 iyun 2019-cu il tarixdə apellyasiya məhkəməsinin qərarını almış, 24 iyun 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi onun torpaq sahəsindən 2 il ərzində üzrlü səbəb olmadan istifadə edilməməsinə dair araşdırma aparmamışdır. Torpaq sahəsindən istifadəyə müdaxilə cavabdeh tərəfindən edilmiş, nəticədə bir müddət təyinatı üzrə torpaq sa həsindən istifadə edə bilməmişdir. Halbuki sənədlərdə də qeyd edilmişdir, müəyyən sənədləşmə aparılmalıdır. Lakin ötən müddət ərzində işdə olan sənədlər də təsdiq edir ki, torpaq sahəsindən təyinatı üzrə istifadə etmək üçün ayrı-ayrı dövlət orqanlarına çoxsaylı müraciətləri olmuşdur. Bundan əlavə mübahisələndirilən sərəncamın qəbulu zamanı “İnzibati icraat haqqında” Qanunun tələbinə riayət edilib-edilməməsi araşdırılmamışdır. Halbuki həmin məsələlərin araşdırılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının əvvəlki qərarlarında birbaşa göstəriş nəzərdə tutulmuşdur. Buna baxmayaraq məhkəmə həmin istiqamətdə araşdırma aparmadan, cavabdeh tərəfindən iddiaçının 2 il ərzində üzrlü səbəb olmadan istifadə edilməməsinə və inzibati icraat haqqında qanunvericili yin tələblərinə uyğun olaraq inzibati icraatın aparılması nəticəsində sərəncamın qəbul edilməsinə dair sübutlar təqdim edilməməsinə baxmayaraq iddia tələbini rədd etmişdir. Şikayətin hüquqi əsası kimi Konstitusiyanın 125-ci maddəsinə və Torpaq Məcəlləsinin 73-cü maddəsinə istinad edilmişdir. tərəflərin izahatı: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkillə təmsil olunmadığından çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62. 3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə cavabdeh inzibati orqanın qəbul etdiyi qərarın ləğvinə dair qərarını mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bi lər. Cavabdehin “Torpaq sahəsi ayrılması haqqında” 22 aprel 1993-cü il tarixli, 694 saylı sərəncamının 40-cı bəndinə görə iddiaçıya, onun 11 fevral 1993-cü il tarixli müraciəti nəzərə alınaraq, Suraxanı-Hövsan yolunda “Hövsan” elektrik yarımstansiyasının şimalşərqində yardımçı təsərrüfat təşkil edilməsi üçün torpaq sahəsi ayrılmışdır (Memarlıq və Şəhərsalma Baş İdarəsinin dekabr 1993-öü il tarixli 93/530 saylı ilkin ayrıc aktında ayrılan ərazinin sahəsi 2,5 ha göstərilmişdir). Cavabdeh 194 saylı, 8 may 2015-ci il tarixli sərəncamı ilə 22 aprel 1993-cü il tarixli, 694 saylı sərəncamının 40-cı bəndini ləğv etmişdir. Buna əsas olaraq göstərilmişdir ki, iddiaçı Suraxanı rayonu, Suraxanı-Hövsan yolunda, “Hövsan” elektrik yarımstansiyasının şimal şərqində yardımçı təsərrüfatın təşkili üçün ayrıl mış torpaq sahəsindən uzun müddət istifadə etməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin 8ci bəndinə əsasən, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. 2,5 ha torpaq sahəsi iddiaçıya 1993-cü ildə ayrılmışdır. Mübahisə olunan sərəncam verilənə qədər iddiaçı ona ayrılan torpaq sahəsindən istifadə etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, iddiaçı 2006-ci ilə kimi hərəkətsizlik nümayiş etdirərək həmin sərəncamın göstərişlərindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, yalnız 2006-cı ildən etibarən həmin sərəncamın göstərişləri istiqamətində bir sıra addımlar atmağa başlamışdır. İddiaçının ona 1993-cü ildə ayrılmış torpaq sahəsindən 2015-ci ilə qədər cavabdehin təqsiri üzündən faktiki olaraq istifadə etməməsi işdə olan sübutlarla təsdiq olunmur. İddiaçının torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən hər hansı müdaxilə olunması da müəyyən edilməmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçının həm 22 aprel 1993-cü il tarixli 694 saylı sərəncamla ona torpaq sahəsi ayrıldıqdan sonra 2006-cı ilə qədər olan dövrdə, həm də 2008-ci ildən 08.05.2015-ci il tarixdə mübahisələndirilən 194 №-li sərəncam qəbul edilənə kimi, müəssisəyə “torpaq ayrılması barədə” birinci sərəncamdan irəli gələn göstərişlərin yerinə yetirilməsi istiqamə tində real hərəkətləri mövcud olmamış, torpaq sahəsini istifadəsiz saxlamışdır. Cavabdeh Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 25.01.1994-cü ildə təsdiq olunmuş “Tikinti Pasportu”nda onun qüvvədə olma müddəti 2 il müəyyən edilmişdir. İddiaçı texniki pasportun qüvvədə olduğu müddətdə də torpaq sahəsindən istifadə etməmişdir. 1993-cü ildən 2015-ci ilə kimi olan zaman çərçivəsində iddiaçının üzrlü səbəb olmadan ona ayrılan torpaq sahəsindən təyinatı üzrə ən azı 2 il dalbadal istifadə etməməsi sübuta yetmişdir. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, bu Məcəllənin 73cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda t orpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. İddiaçının ona ayrılmış torpaq sahəsinə istifadə hüququna xitam verilməsi səlahiyyəti cavabdehə məxsus olduğundan və cavabdeh Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 8-ci abzasında nəzərdə tutulan halın mövcudluğuna əsasən özünün əvvəllər qəbul etdiyi sərəncamı ləğv etmək səlahiyyətinə malik olduğundan iddianı təmin etməklə apellyasiya məhkəməsi haqlı olmuşdur. İPM-in 5 8.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. İddiaçı şikayətində apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin İnzibatiİqtisadi kollegiyasının qərarında qeyd edilən göstərişlərə əməl etmədiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsi qərarında İPM-in 96.11-ci maddəsinə uyğun araşdırma apardığından şikayətin bu dəlilləri əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkə məsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1198/2019 saylı, 16 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar