Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2489/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi (kişi; 64,5 yaş; iş illərinin sığorta stajı kimi nəzərə alınması)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “64 yaş 6 aydan, yəni xx.xx.2 020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(103)-2371/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə və peşələrdə işləmiş, hərbi xidmətdə olmuş (19 il 4 ay 22 gün), eyni zamanda xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Şəhərlərarası və Beynəlxalq Yükdaşıma və Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir.
2. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonun cu iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, iddiaçının ümumi iş stajı 19 il 4 ay olmaqla qanunla tələb olunan 25 ildən azdır. Əmək kitabçasında qeyd olunmuş Şəhərlərarası və Beynəlxalq Yükdaşıma və Avtonəqliyyat Müəssisəsində işlədiyi dövr araşdırılmış və məlum olmuşdur ki, xx.xx.1997-ci il tarixdən müəssisənin iş fəaliyyətinin azalması ilə əlaqədar olaraq müəssisə tərəfindən əmək haqqı ödənilməmişdir. Bu səbəbdən həmin dövrün sığorta stajına əlavə olunması mümkün deyildir. Yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün müraciət edilməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha s onra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 64 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci il təvəllüdlüdür. 27 iyun 2020-ci il tarixdə yaşa görə (64.5 yaş) pensiya hüququ yaranmışdır. 1972-ci ildən 2014-cü ilədək müddətdə 42 il iş stajına malik olmasına baxmayaraq, ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ona pensiya təyin olunması üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmış və ona yaşa görə əm ək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının tələb olunan 25 il sosial sığorta stajına qarşı 19 il 4 ay 22 gün sosial sığorta stajı olduğundan, onun tələbindən imtina edilmişdir. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Şəhərlərarası və Beynəlxalq Yükdaşıma və Avtonəqliyyat Müəssisəsindəki əmək fəaliyyəti dövrlərinin araşdırılması zəruri hesab edilmiş və cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Aktın nəticəsinə əsasən iddiaçının həmin müəssisəyə 69 nömrəli əmrə əsasən xx.xx.1993-cü il tarixdə işə qəbul edilməsyi və 27 nömrəli əmrə əsasən xx.xx.2014-cü il tarixdən işdən azad edildiyi məlum olmuşdur. Həmçini n, xx.xx.1997-ci il tarixdən müəssisənin fəaliyyətinin azalması ilə əlaqədar olaraq işçilərə əməkhaqqı ödənilmədiyi qeyd edilmişdir. Şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Arxiv sənədlərinə əsasən, Şəhərlərarası və Beynəlxalq Yükdaşıma və Avtonəqliyyat Müəssisəsi tərəfindən xx.xx.1997-ci il tarixdən müəssisənin fəaliyyətinin azalması ilə əlaqədar olaraq işçilərə əməkhaqqı ödənilmədiyi və əmək haqqından sosial sığorta haqları tutulmadığı üçün qanunvericiliyin tələblərinə görə yalnız əməkhaqqı aldığı dövrlər iddiaçının stajına daxil edilmişdir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün on un Şəhərlərarası və Beynəlxalq Yükdaşıma və Avtonəqliyyat Müəssisəsindəki xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək əmək fəaliyyəti də sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyətində mübahisələndirilən stajı cəmi 17 il 2 ay 13 gün, mübahisələndirilməyən stajı isə 19 il 4 ay 22 gün təşkil edir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən qanunvericilikdə tələb olunan 25 il sosial sığorta stajına qarşı 19 il 4 ay 22 gün sosial sığorta stajı olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4439/2023 nömrəli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, iddiaçıya 64 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilmə si öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyə əsasən 01 iyul 2019 - 30 iyun 2020-ci il tarixədək olan dövr üçün 64 yaş 6 ayı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixdə 64 il 6 ay yaşı tamam olmuşdur.
6. Məhkəmə bildirmişdir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1997-ci il tarixdən xx.xx.2014-cü il tarixədək işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-ci il tarixli “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Şəhərlərarası və X1 Müəssisəsinin bazasında “X2” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2002-ci il tarixdə tam başa çatdırılmışdır.
7. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul etmişdir. İnzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd edilən dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığ ından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
8. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı nəzərə alınmaqla, 25 ildən artıq (38 il 2 ay 23 gün) sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, 25 il sığorta stajı öz təsdiqini tapdığı üçün sığorta kapitalı tələbinə zərurət qalmadığından cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilmə li və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir.
9. Cavabdehin imtinasının dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, xx.xx.2006cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaç ı 25 il sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Beləliklə, iddiaçıya pensiya hüququnun yarandığı 64 yaş 6 ayda, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(103)-2371/2023 nömrəli qərarı (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4439/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 19 il 4 ay olmaqla qanunla tələb olunan 25 ildən azdır. Onun Şəhərlərarası və Beynəlxalq Yükdaşıma və Avtonəqliyyat Müəssisəsində işlədiyi dövrdə xx.xx.1997-ci il tarixdən müəssisənin iş fəaliyyətinin azalması ilə əlaqədar olaraq müəssisə tərəfindən əmək haqqı ödənilməmişdir. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilə bi lməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə d ə müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. “Vətəndaşların pensiya tə minatı haqqında” Azərbaycan Respublikası Qanunu: (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunu ilə qüvvədən düşmüş) Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
18. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 146.2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin da yandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Maddə 169.1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan d igər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
20. Azər baycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını d indirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qər arı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qayda da əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi m əsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbindən cavabdehin imtinası onun ümumi iş stajının qanunvericilikdə müəyyən edilmiş həddə olmamasından ibarət olmuşdur.
26. Əvvəla məhkəmə onu qeyd edir ki, iddiaçının ümumi iş stajının 25 ildən az olması ilə bağlı cavabdehin imtina dəlilləri əsassızdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Şəhərlərarası və Beynəlxalq Yükdaşıma və Avtonəqliyyat Müəssisəsində sürücü işlədiyi illəri sosial sığorta stajına daxil etməsə də, iddia çının həmin illərdə işləməsi onun adına olan və iş stajını təsdiq edən mötəbər sənəd qismində məhkəməyə təqdim edilmiş əmək kitabçası ilə öz təsdiqini tapır.
27. İddiaçının işlədiyi mübahisələndirilən dövrdə sosial sığorta haqqının ödənilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1997-ci il tarixdən işlədiyi Şəhərlərarası və X1 Müəssisəsinin dövlət müəssisəsi olub xx.xx.2002-ci il tarixdə özəlləşdirilməsi nəzərə alınarsa, qanunvericiliyin tələblərinə əsasən əmək haqqından ödənilən məcburi dövlət sosial sığorta ödənişləri işəgötürən tərəfindən işçinin əmək haqqından ödənilməli olduğundan hazırki vəziyyətdə həmin ödənişlərin ödənilməməsi iddiaçının təqsirindən baş verməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri əsassız olmuşdur. Hətta müəs sisənin özəlləşdirildiyi xx.xx.2002-ci il tarixdən sonrakı əmək fəaliyyəti nəzərə alınmasa belə, iddiaçının 25 ildən çox sosial sığorta stajı tamam olur.
28. İddiaçının işlədiyi və cavabdeh tərəfindən mübahisələndirilən illər onun sosial sığorta stajına daxil edildiyi təqdirdə sonuncunun 25 ildən artıq sığorta stajı tamamlanır ki, bu hal ona yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Beləliklə, işə baxan məhkəmələr iddiaçıya pensiya hüququnun yarandığı 64 yaş 6 ayda, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsində haqlı olmuşdur.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 21(103)-2371/2023 nömr