Məhkəmə qərarları › İş №2-1(102)-249/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-249/2019

30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-249/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin Cavabdeh MMC-yəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-249/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2200/2018 saylı qərarından Cavabdeh MMC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi Cavabdeh MMC-yəqarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin xxxx 2017-ci il tarixə 27662.12 manat (əsas borc - 26999.24 manat, penya - 10049.37 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə İdarəyə borcu yarandığını, İdarə tərəfindən Cavabdeh MMC-yə məcburi dövlət sosial sığorta haqları üzrə borcun ödənil məsinə dair xxxx 2017-ci il tarixli bildirişin göndərildiyini, cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə hesablaşma hesabına xxxx 2017-ci il tarixli sərəncamın qoyulduğunu, daha sonra cavabdehə xxxx 2017-ci il tarixli iddia qaldırılacağı barədə xəbərdarlıqla 1 (bir) ay müddətinə borcun tam ödənilməsi təmin edilmədiyi halda, qanuna müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edildiyini bildirərək, cavabdehin xxxx 2017-ci il tarixə 27662.12 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və cavabdehin əmlakının satılması yolu ilə İdarənin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)1258/2018 sa ylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən xxxx 2017-ci il tarixə 27662.12 manat (əsas borc – 26999.24 manat, penya – 10049.37 manat) məbləğində borc Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin xeyrinə tutulmuş, qalan hissədə iddia rədd edilmişdir (hakim – Ş.A.Məmmədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2200/2018 saylı qərarı ilə (sədrlik edən S.S.Seyidova, hakimlər A.B.Nuriyeva və V.M.Məmmədov) Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından Cavabdeh MMC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin, DSMF-in yerli qurumu olaraq, birbaşa məhkəməyə iddiaçı qismində müraciət etmək hüququ olmamış, hal- hazırda da yoxdur, belə ki, "Sosial sığorta haqqında" xxxx 1997-ci il tarixli, № 250-İQ Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir, məcburi dövlət sosial s ığortası sahəsində idarəetməni həyata keçirən müvafıq icra hakimiyyəti orqanı ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır, Qanunda nəzərdə tutulmuş hallarda məhkəmələrdə iddia qaldırmaq səlahiyyətləri qanunvericiliklə xxxx 2016-cı il tarixədək Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmiş, bu tarixdən sonra isə yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş, həm xxxx 2016-cı il tarixədək, həm də bu tarixdən sonra Qanunda müvafiq olaraq, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları sözləri öz əksini tapmamış, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati icraat qaydasında iddiaçı qismində inzibati-iqtisadi məhkəməyə iddia ilə müraciət etmə səlahiyyəti öz əksini tapmamış, onun və ona tabe olan qurumların inzibati icraat qaydasında iddia ilə 1 saylı İnzibati İqtisadi Məhkəməyə müraciət etmək səlahiyyəti olmamışdır. Tərəflərin izahatları İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi və Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edil mədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi və Cavabdeh MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə ara şdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2200/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində xxxx 2004-cü il tarixdə qeydiyyatdan keçmiş, Dövlət Sosial Müdafiə Fondu Sığortaedənin Uçot Sənədinə əsasən Cavabdeh MMC **********5 saylı uçot nömrəsi ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsində məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınmış, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin Cavabdeh MMC-yə ünvanlanmış xxxx 2017-ci il tarixli Məcburi dövlət sosial sığorta haqla rı və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənlməsinə dair bildirişdə xxxx 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 26999.24 manat, tətbiq olunmuş maliyyə sanksiyası (və ya inzibati cərimə) və digər sosial sığorta öhdəlikləri üzrə 10049.37 manat borcun yarandığı, məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməməsinə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri müəyyən edildiyi, habelə borcların ödənilməməsinə görə hər gecikdirilmiş gün üçün sığorta haqqının 0,1 faiz məbləğində penyanın hesablandığı nəzərə alınaraq, borcların və borcların ödənildiyi günədək hesablanmış penya məbləğinin təcili olaraq ödənilməsinin təklif edildiyi, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsaslanaraq, 5 (beş) iş günü müddətində göstərilən borclar ödənilməzsə, həmin vəsaitin məcburi alınması məqsədi ilə banklarda və digər kredit təşkilatlarında olan hesablaşma, valyuta və digər hesablarına icra sənədi olan “Sərəncam”ın qoyulacağı və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görüləcəyi bildirilmiş, iddiaçı tərəfindən xxxx 2017-ci il tarixli bildiriş cavabdehə xxxx 2017-ci il tarixdə təqdim edilmiş, cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə Cavabdeh MMC-nin hesablaşma hesabına xxxx 2017-ci il tarixli, 188/********** saylı sərəncam qoyulmuş, cavabdehə xxxx 2017-ci il tarixli iddia qaldırılacağı barədə xəbərdarlıq ilə 1(bir) ay müddətinə borcun tam ödənilməsi təmin edilmədiyi halda, qanuna müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmiş, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Bakı ş əhəri üzrə X1 İdarəsi tərəfindən məhkəmədə iddia qaldırılacağı barədə xxxx 2017-ci il tarixli xəbərdarlıq məktubu cavabdehə xxxx 2017-ci il tarixdə təqdim edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Cavabdeh MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə xxxx 2017-ci il tarixə 27662.12 manat məbləğində borcun olması iş materialları ilə öz təsdiqini tapmış, cavabdehin həmin borcun ödəməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmiş, beləliklə, cavabdeh öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmiş, xxxx 2017-ci il tarixə 27662.12 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc tərəfindən ödənilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər üçün— hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 22 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Həmin maddəyə əsasən hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam mə bləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Ödəmə mənbəyindən qonorar ödəyən hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qonorarın hesablandığı aydan sonrakı ayın 15-dək ödənilir. Sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir. Həmçinin maddənin tələblərinə görə hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliy yə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir. Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır. Qanunun 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nətic əyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş materialları ilə Cavabdeh MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə xxxx 2017-ci il tarixə 27662.12 manat məbləğində borcu olmasının təsdiq edildiyini, cavabdehin həmin borcu ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etmədiyini, beləliklə, cavabdehin öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmədiyini və yaranmış borcun onun tərəfindən ödənilmədiyini, iddiaçının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən orqan olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya q aydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2200/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2200/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar