Məhkəmə qərarları › İş №2-1(102)-249/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-249/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-249/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə çıxarış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əm lakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X3 və Nizami rayon İcra Hakimiyyəti) bağ sahəsinə dair reyestrdən çıxarışın və plan-ölçüsünün verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1206/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Nizami rayon XDS İcraiyyə Komitəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlıq kollektivinin ümumi iclasının xx xxxx 1990-cı il tarixli, 3 saylı qərarı ilə, Nizami rayon XDS İK-nin kollektivinin işçiləri üçün Bakı şəhəri XDS İcraiyyə Komitəsi 26/326 saylı, xx xxxxxxxx 1987-ci il tarixli qərarı ilə M.Əzizbəyov rayonu Dübəndi q əsəbəsində ayrılmış bağçılıq sahəsindən İddiaçı 1-ci Cənub küçəsi, 10 №-li, sahəsi 600 kv.m olan bağ sahəsi ayrılmışdır.

2. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və ya cavabdeh yazılacaq) ərizə ilə müraciət edərək, bağ sahəsinə çıxarış verilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçının xahişini təmin etməmiş, xx.xx.2018-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, İdarənin arxiv qovluğunda iki siyahı mövcuddur və iddiaçının adı xx.xx.1990-cı il 3 saylı protokoldan çıxarışda qeyd edilsə də, bağçılıqyoldaşlığın xx.xx.2000-ci il 2 saylı protokoldan çıxarışda adı aşkar olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2018-ci il 05 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, «Dübəndi» bağ massivində yerləşən 10 saylı sahəyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Nizami XDS İK-nın nəzdində yaradılmış bağçılıq-yoldaşlıq kollektivinin xx xxxx 1990-cı il tarixli ümumi iclasında 29 nəfərin iştirakı ilə torpaq sahəsinin bölgüsü üzrə püşkatma aparılmışdır. Püşkatmanın nəticələrinə əsasən 1-ci Cənub küçəsi, sahəsi 0,06 ha olan 10 nömrəli bağ sahəsi ona ayrılmışdır. Əvvəlki illərdə müəyyən səbəblərdən bağ sahələrinin sənədləşdirilməsi mümkün olmamış, xx xxxxxx 2015-ci il tarixdə bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı hazırkı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh sənədləşdirmədən imtina etmiş və imtinasını onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən x xxxxxx 2000ci il tarixdə keçirilmiş bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin iclasında qəbul edilmiş yeni siyahı mövcuddur və həmin siyahıda onun adı aşkar olunmamışdır. x xxxxxx 2000-ci il tarixdə keçirilmiş iclasın 2 saylı protokoluna əsasən ona məxsus olan 600 kv.m torpaq sahəsi onun məlumatı olmadan, RİH-nin işçisi X5 (1.200 kv.m ölçüdə) ayrılmışdır. Məlum olur ki, RİH-nin protokolu ilə işçilərin hər birinə 1.200 kv.m olmaqla torpaq sahələri özbaşına şəkildə yenidən bölüşdürülmüşdür. DƏDRX 1 saylı Bakı Ə razi İdarəsi mərhum Anar İbrahimovun arvadı Aybəniz Məmmədovanın müraciətinə rədd cavabı vermişdir. Cavab belə əsaslandırılmışdır ki, 10 nömrəli sahə torpağın plan-sxemi üzrə 600 kv.m ölçüdə qeyd olunmuşdur. Bu sahənin 1.200 kv.m ölçüdə sahə kimi sənədləşdirilməsi qeyrimümkün sayılmış, yerində baxış zamanı göstərilən sahə üzrə tam uyğunsuzluq təşkil etmişdir. Onun DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdiyi sənədlərdən məlum olur ki, həmin İdarənin ona ünvanlanmış imtina cavabı hüquqi sənədlərə yox, qondarma faktlara əsaslanmışdır. Göründüyü kimi, bağ sahəsi ona 2000-ci ildən əvvəl 1990-cı ildə ayrılmışdır. Nizami RİH tərəfindən x xxxxxx 2000-ci il tarixdə keçirilmiş bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin iclasında qəbul edilmiş yeni siyahı onun hüquqlarını pozmuş və bu iclası n hüquqi nəticəsi olaraq tərtib edilmiş protokolun ona aid olan hissəsinin etibarsızlığı barədə 2 saylı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmış və məhkəmənin xx xxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, x xxxxxx 2000-ci il tarixli protokolu ona xx xxxx 1990-cı il tarixli protokolla ayrılmış torpaq sahəsinə münasibətdə etibarsız sayılmışdır. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra o, xx xxxxxxx 2018-ci il tarixdə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh imtina cavabı vermiş və imtinada bildirilmişdir ki, onun adı x xxxxxx 2000-ci il tarixli protokolda aşkar olunmamışdır. İdarəyə həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün digər fiziki şəxslər müraciət etmişlər, məhkəmə qərarı ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar İdarəyə daxil olmamışdır. Göstərilənlərə əsaslanaraq, onun Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 10 saylı bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın, texniki pasportun, cizgi-planın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(82)729/2019 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 10 saylı bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və “Torpaq sahəs inin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. b. Yuxarı instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2-1(103)-2216/2019 nömrəli qərarı ilə (hakimlər C.Yusifov (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-729/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. Ali Mə hkəmənin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(102)344/2020 nömrəli qərarı ilə (hakimlər İ.Dadaşov (sədrlik edən və məruzəçi), K.Bədəlov və R.Nəbizadə) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2216/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə göstərmişdir ki, apelyasiya məhkəməsi tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə, bağçılıq-yoldaşlığın xx.xx.2000-ci il tarixli protokol qərarına əsasən torpaq sahəsinin mərhum X4 istifadəsinə verildiyinə, sonuncuya da həmin siyahıya uyğun olaraq üzvlük kitabçasının verildiyinə düzgün hüquqi qiymət verilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-736/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı isə hazırkı iş üzrə cavabdeh, digər işə baxılarkən tərəf olmadığından həmin qərarın onun barəsində preyudisiallığı istisna olunur. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, nəzdində bağçılıq yoldaşlıq yaradılmış Nizami rayon icra hakimiyyəti, bağçılıq-yoldaşlığı və həmin sahəyə dair hüquqlarının rəsmiləşdirilməsi üçün müraciət etmiş mərhum X4 vərəsəsi X3 işə baxılmasına cəlb edilməli, cavabdehdən 2000-ci ildə təqdim edilmiş siyahı tələb olunaraq qiymətləndirilməli, iddiaçının hansı səbəblərdən bağçılığın üzvlüyündən çıxarıldığı aydınlaşdırılaraq bunun səbəblərinə qiymət verilməli, beləliklə, iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmaqla mübahisənin obyektiv həlli təmin edilməlidir.

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1206/2020 nömrəli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-729/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində iddia ərizəsində göstərilən işin faktik halları təkrarlanmış, əlavə olaraq göstərilmişdir ki, ona ayrılımış torpaq sahəsinin Anar İbrahimova ayrılmış torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Həmin torpaq sahələri tamamilə ayrı-ayrı yerdə yerləşir. b. Kassasiya şikayətinə etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və onun vəkili kkassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçı əlavə olaraq bildirdi ki, iddialı olduğu torpaq sahəsindən 1990-cı ildən istifadə edir və həmin yeri hasara almışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasını n və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

15. Torpaq Məcəlləsi Maddə

48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüqu qu əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

73. Torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir.

16. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparı lması qaydalarını müəyyən edir. Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqlar ın əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7 2007-ci il mayın 22-dək müvafıq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfındən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafıq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüq uqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda. 17. “İnzibati icraat haqqında” qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hə ddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İddiaçı məhkəmənin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ta m olaraq yoxlanılacaqdır (İPM-in 91-ci maddəsi). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Belə ki, tərəflərin arasında yaranmış mübahisə, daşınmaz əmlakın üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı yaranmış mübahisədir. Bu baxımdan iddia tələbi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun müddəaları əsasında təhlil olunmalıdır.

23. Yuxarıda qeyd olunduğu kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində konkret olaraq müəyyən olunmuşdur. Həmin normada sadalanmış bu əsaslar, daşınmaz əmlaka hüququn yaranmasına səbəb olan hüquqi faktları ehtiva edir.

24. Nəzərə alınmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmla ka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

25. İddiaçının şərh etdiyi işin halları baxımından, yəni hüquqlarını bəyan etdiyi bağ sahəsi üzərində hüququn qeydiyyata alınması üçün iddiaçı Qanunun 8.0.7-ci maddəsində göstərilən əsasları - icarə müqaviləsi, sərəncamı və orderi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafıq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı təqdim etməlidir. İddiaçı bu sənədlərdən bağçının üzvlük kitabçasını, topraq sahəsinin verilməsi barədə qərarı, torpaq sahəsinin bölgü sxemini təqdim etmişdir. Lakin işə baxmış apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işdən göründüyü kimi, iddiaçının adı xx.xx.199 0-cı il 3 saylı protokoldan çıxarışda qeyd edilməsinə baxmayaraq bağçılıq-yoldaşlığın xx.xx.2000-ci il 2 saylı protokolundan çıxarışda aşkar olunmamışdır. Mübahisəli sahəyə digər fiziki şəxsin (mərhum X4 vərəsəsi X1) müraciəti daxil olmuş və çöl-ölçmə işlərinin aparılması nəticəsində sözügedən ərazinin qonşu sahə ilə bir hasar daxilində olduğu, ara məsafələrin şərti olduğu, qonşu bağ sahəsinin mülkiyyətçisi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında iddiaçının təqdim etdiyi sənədlərdə uyğunsuzluq olduğundan və qanunun normalarında nəzərdə tutulmuş əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinasi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, bu əsaslandırma tam deyildir. Çünki məhkə mənin nəyə görə sözügedən siyahılardan ikinci siyahını mətəbər və qanuni sayması, 1990-cı ildə tərtib olunmuş siyahının hüquqi qüvvəsini itirməsi əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, birinci siyahının ləğv olunması barədə hər hansı qərar müəyyən edilmir. İddiaçının üzvlük kitabşasının mötəbərliyi təkzib edilmir, əksinə işə əlavə olunmuş Nizami rayon XDS İK-nin nəzdində yaradılmış bağçılıq yoldaşlıq kollektivinin ümumi iclasının xx xxx 1990-cı il tarixdə keçirilmiş ümumi iclas protokolundam görünür ki, iddiaçı bağçılıq yoldaşlığı kollektivinin İdarə Heyətinin üzvü seçilmişdir. Apelyasiya instansiyası məhkəməsi daha sonra birinci instansiya məhkəməsinin qərarını ləğv etmək barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq bu torpaq sahəsinin ayrıldığı 1990-cı ildən keçən müddət ərzində iddiaçının torpaqdan məqsədli təyinatına görə istifadə edibetmədiyini, bağçılıq-yoldaşlığın xx.xx.2000-ci il tarixli protokol qərarına əsasən onun hansı səbəblərdən bağçılığın üzvlüyündən çıxarıldığını araşdırmamışdır. Lakin apelyasiya instansiyası məhkəməsi özüdə bu halları araşdırmamış, ümumiyyətlə iddiaçının bağçılığın üzvlüyündən çıxarılmasının nəyin əsasında müəyyən edildiyini izah etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, cavabdeh iddiaya qarçı etiraz dəlillərində mübahisəli sahəyə mərhum X4 vərəsəsinin iddialı olduğunu və çöl-ölçmə işlərinin aparılması nəticəsində sözügedən ərazinin qonşu sahə ilə bir hasar daxilində olduğu, ara məsafələrin şərti olduğu, qonşu bağ sahəsinin mülkiyyətçisi ilə razılaşdır ılmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemin təqdim edilmədiyini göstərmişdir. Cavabdeh apelyasiya məhkəməsinin əvvəlki (xx xxxxxxx 2019-cu il tarixli) qərarından verdiyi kassasiya şikayətində qeyd etmişdir ki, göstərilən sahənin 0,0227 ha hissəsi bağçılığın digər bağının və özəllədirilmiş bağ sahəsi ilə üst-üstə düşür. Bu etiraz dəlillərindən görünür ki, torpaq sahəsinin yerini müəyyən etmək mümkündür. Lakin mərhum X4 vərəsəsinin iddialı olduğu torpağın hasarı daxilində nə qədər torpaq olması, yəni orada artıq torpağın olub-olmaması məlum deyildir. İddialı torpaq sahəsinin həqiqətən də özəlləşdirildiyi iş materialları ilə müəyyən edilmir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə istinad etməklə göstərmişdir ki, tor paqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Lakin nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiy yəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Ona gərə də məhkəmə 73-cü maddədə nəzərdə tutulmuş nəticəni, 75-ci maddədə göstərilən şərtlər müəyyən edildikdən sonra tətbiq edə bilərdi. Bundan başqa, iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, işə yenidən baxılarkən, nəzdində bağçılıq yoldaşlıq yaradılmış Nizami rayon icra hakimiyyəti, bağçılıq-yoldaşlığı və həmin sahəyə dair hüquqlarının rəsmiləşdirilməsi üçün müraciət etmiş mərhum X4 vərəsəsi X3 işə baxılmasına cəlb edilməli, cavabdehdən 2000-ci ildə təqdim edilmiş siyahı tələb olunaraq qiymətləndirilməli, iddiaçının hansı səbəblərdən bağçılığın üzvlüyündən çıxarıldığı aydınlaşdırılaraq bunun səbəblərinə qiymət verilməli, beləliklə, iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmaqla mübahisənin obyektiv həlli təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən Nizami rayon İH və X3 işə cəlb etsə də, digər göstərişlərə əməl etməmişdir. Qeyd olunanlara əsasın məhkəmənin qərarı ləğv edilib təkrar baxılması üçün göndərilməli, işə təkrar baxan məhkəmə iddiaçının bağçılıq yoldaşlığından xaric edilibedilmədiyini, xaric edilmişdirsə nə vaxt, hansı əsasla xaric edildiyini, iddiaçının sözügedən torpaq sahəsindən istifadə edib etməməsini, həmin yerin hazırda başqa şəxs tərəfindən istifadə edilib-edilmədiyini, başqa şəxs is tifadə edirsə hansı hissədən və hansı əsaslarla istifadə etdiyini, bağçılığa aid 1990-cı ildə tərtib edilmiş siyahının 2000-ci ildə dəyişdirlməsinin səbəbini, nəyə görə iddiaçının adının həmin siyahıya daxil edilməməsini və işin gedişində meydana gələ biləcək əlavə halları araşdırmalıdır.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1206/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar