Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-249/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmək pensiyasının yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı cavabdehin imtinasının qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması, keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1784/2021 nömrəli iş üzrə 14.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 19 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona Baş Prokurorluq tərəfindən təqdim edilmiş 19.06.2019-cu il tarixli, 17-453 saylı arayışa əsasən əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş 9035,79 manat ödənişin də təqaüdün hesablanması zamanı nəzərə alınmaqla, yenidən hesablanma aparılması, 2014-cü ilin fevral ayından bu günə kimi pensiya məbləğləri arasındakı fərqin hesablanaraq ona verilməsi üçün 01.07. 2020-ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan 24.07.2020-ci il tarixli, **********4 sayı cavab məktubu ilə müraciətindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 9.035,79 manat vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, 2014-cü ilin fevral ayından bu günədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
3. İddiaçının iddia tələbi onunla əs aslandırılmışdır ki, o, Qarabağ müharibəsi veteranıdır, Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2004-cü il tarixli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. 2014-cü ilin fevral ayından xidmət illəri ilə əlaqədar prokurorluq orqanlarında işlədiyinə görə əmək pensiyası alır. DSMF Gəncə şəhəri Kəpəz rayon şöbəsinə AR Baş Prokurorluğundan təqdim edilmiş 13 avqust 2014-cü il tarixli arayışda 2012 – 2014-cü illər ərzində onun gəlirləri tam şəkildə öz əksini tapmamışdır. Belə ki, ona əmək pensiyası təyin edilənədək əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə hesablanmış və sosial sığorta ödənişləri edilmiş 9.035,79 manat məbləğində pul nəzərə alınmamışdır. Müraciəti əsasında AR Baş Prokurorluğundan verilmiş 19 iyun 2019- cu il tarixli 17-453 saylı arayışda həmin qey d olunanlar öz əksini tapmışdır. O (iddiaçı), AR Baş Prokurorluğundan təqdim edilmiş 19 iyun 2019-cu il tarixli həmin arayışa əsasən ona əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş 9.035,79 manat ödəniş nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və 2014-cü ilin fevral ayından bu günədək yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı iyul 2020-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsindən daxil olmuş 24 iyul 2020-ci il tarixli cavab məktubunda görünür ki, onun qanuni tələbindən əsassız olaraq imtina edilmişdir. Sabiq prokurorluq əməkdaşı X1 DSMF Gəncə şəhəri Kəpəz rayon şöbəsinə qarşı vermiş olduğu analoji iddia ərizəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2017-ci il tarixli 2-1( 102)-1032/17 saylı qərarında da qeyd edildiyi kimi, istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın məcburi dövlət sosial sığortasına cəlb edilməsi həmin kompensasiyanın iddiaçının əmək pensiyasına hesablanmasını da zəruri edir. AR Baş Prokurorluğundan təqdim edilmiş 19 iyun 2019-cu il tarixli arayışa əsasən ona əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş 9.035,79 manat ödənişdən dövlət sosial sığortası hesablanaraq çıxılması əmək pensiyasına hesablanması zamanı həmin məbləğin də nəzərə alınmasını zəruri edir.
4. Bakı İnzibati Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(112)-1445/2021 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Nazirlər Kabinetinin 15 iyul 2000- ci il tarixli, 126 nömrəli qərarı ilə “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na, “Əmək pensiyaları haqqında” Qanunun 4.1, 9.4, 20.1.5-2, 20.8, 20.8.1, 20.8.2, 32.1, 32.1-1, 37.7-ci maddələrinə istinadən belə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyası hesablanarkən istifadə etmədiyi məzuniyyətlərə görə ödənilmiş kompensasiya məbləğinin nəzərə alınmaması qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(112)-1445/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş et mişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2021-ci il tarixli, 2-1(103)-1784/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(112)-1445/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 14.09.2021-ci il tarixli, 2-1(103)-1784/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsini qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Ancaq məhkəmə iddiaçının istifadə edilməmiş məzuniyyətlərə görə verilmiş kompensasiyadan dövlət sosial sığorta çıxıldığı halda, kompensasiya məbləğinin də əmək haqqı hesablanarkən həmin məbləğə daxil edilərək hesablanmalı olması barədə əsaslı bir d əlil irəli sürmüşdür. Yəni, konkret halda, eyni məzmunlu analoji bir iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Eyvaz Əhmədova münasibətdə qüvvədə olan qərarını misal çəkdiyi halda, bu məsələyə heç bir münasibət bildirilməmişdir. Necə ola bilər ki, tamamilə eyni məsələ üzrə birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi 180 dərəcə fərqli bir qərar qəbul edlir. Hansı ki, idda ərizələrində yanız soy ad və iddiaçıya, Eyvaz Əhmədova əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş məbləğ fərqlidir. Belə ki, sabiq prokurorluq əməkdaşı X1 ƏƏSMN-yi yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı vermiş olduğu analoji iddia ərizəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2-1(102)-1032/17 saylı qərarında da qeyd edildiyi kimi, istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın məcburi dövlət sosial sığortasına cəlb edilməsi həmin kompensasiyanın iddiaçının əmək pensiyasına hesablanmasını da zəruri edir. Həmin qərarda göstərildiyi kimi, əgər kompensasiyadan sosial sığorta çıxılmasaydı o zaman həmin məbləğ pensiya təyin edilərkən nəzərə alınardı. Apellyasiya məhkəməsinin qətnaməsində həmin dəlilə qeyri obyektiv münasibət bəsləyərək, Ali Məhkəmənin qüvvədə olan adıçəkilən qərarını dolayısı ilə düzgün hesab etməyərək, səlahiyyət dairəsindən kənara çıxaraq qeyd etmişdir ki, hazırda mövcud olan məhkəmə praktikasına əsasən orta əmək haqqı hesablanarkən əmək məzuniyyətlərinə görə kompensasiyanın nəzərə alınmasına qanunvericilik yol verməmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Sevda Hüsey novanın sədrliyi ilə, İnzibati Kollegiyanın hazırkı sədri Xəqani Məmmədovun, İnzibati Kollegiyanın hakimi Zakir Quliyevin imzaladıqları qeyd olunan qərarın obyektivliyinin aşağı instansiya məhkəməsinin hakimləri tərəfindən şübhə altına alınması hesab edir ki, qeyd olunan qərarın ləğvi üçün əsasdır.
11. Azərbaycan Respublikası Baş Prokurorluğundan təqdim edilmiş 19 iyun 2019-cu il tarixli, 17-453 saylı arayışa əsasən iddiaçıya əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş 9035.79 manat ödənişindən dövlət sosial sığortası hesablanaraq çıxılması əmək pensiyasına hesablanması zamanı həmin məbləğin də nəzərə alınmasını zəruri edir.
12. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazın dəlillərinə görə AR Nazirlər Kabinetinin 15.07.2000-ci il tarixli 126 nö mrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”-nın 31-ci abzasına əsasən istifadə edilməmiş əmək məzuniyyətlərə görə kompensasiya orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Buna görə də, kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: Maddə 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; Maddə 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: Maddə 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 fai zi miqdarında; Maddə 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ai lə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.
14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında ara şdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmlıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasə n yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdiril məsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal bax ımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarla və qərardan iddiaçının verdiyi kassasiya şikayətindəki dəlillər ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilərkən İPM-in 12-ci maddəsində təsbit edilmiş işin hallarının araşdırılması prinsipi pozulmuşdur.
18. Belə ki, məlum olduğu kimi İddiaçı 20.08.2020-ci il tarixdə cavabdeh A zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 9.035,79 manat vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, 2014-cü ilin fevral ayından bu günədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
19. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, iddiaçının tələbi əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır.
20. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, bu cür kateqoriyadan (növdən) olan inzibati mübahisələr üzrə qanuni, əsaslı və obyektiv məhkəmə qərarının qəbul edilməsi məqsəd i ilə pensiya işinin tələb edilərək tam və hərtərəfli araşdırılması mütləq şərtdir.
21. Belə ki, məhz pensiya işinin araşdırılması nəticəsində pensiyanın hansı qaydada, yəni ümumiyyətlə hansı maddi hüquq normalara, hansı əlavələrin və artımların, hansı şərtlərin nəzərə alınıb-alınmaması və bu kimi məsələlərin aydınlaşdırılması və həqiqi real mənzərənin müəyyən edilməsi mümkündür.
22. Lakin qeyd edilməlidir ki, iş üzrə sözügedən həlledici sübut işdə mövcud deyildir.
23. Belə olan halda, iddiaçının iddiasında göstərdiyi istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 9.035,79 manat vəsaitin hansı illərə aid edilməsi aydın deyil, həmçinin iddiaçıya pensiyanın “ardıcıl 60 ay və ya son 2 il” nəzərə alınmaqla təyin edilmiş olması və bunun pensiya təyin edilərkən nəzərə alınıb-alınmaması da məlu m deyil.
24. Digər tərəfdən apellyasiya məhkəməsi iddiaçıya əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun “yaşa görə əmək pensiyası” adlanan 2-ci fəslin və “Əmək pensiyasına əlavələr” adlanan 5-ci fəslin müddəalarının tələblərinin tam şəkildə nəzərə alınıb-alınmamasını araşdırmamışdır.
25. Başqa sözlə iddiaçının pensiya işi tələb edilib tam və hərtərəfli araşdırılarkən sözügedən qanunun 2-ci fəslində yer almış, eləcə də qanunun 5-ci fəslində müəyyən edilmiş müddəaların tələblərinin tətbiq edilib-edilməməsinin mümkünlüyü baxımından nəzərdən keçirilməli, bunun nəticəsində də iş üzrə qanuni, əsaslı və obyektiv məhkəmə qərarı qəbul edilməlidir.
26. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 14.09.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2021-ci il tarixli, 21(103)-1784/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.