Məhkəmə qərarları › İş №2-1(102)-249/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-249/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-249/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əməkhaqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1983-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilərək vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əməkhaqqının hesablanaraq ödənilməsi” tələbinə d air inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 21(103)-2271/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. N nömrəli hərbi hissənin gizir və miçmanlarının Şərəf məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarından çıxarışa əsasən, smartfon tipli mobil telefondan istifadə ilə bağlı tələbləri pozması faktı üzrə tutduğu əməldən peşman olması, himayəsində azyaşlı qız övladının olması və anasının xəstə olması nəzərə alınaraq, iddiaçı barəsində ictimai töhmət elan edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır.

2. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx. 2021-ci il tarixli qərara əsasən, aldatma yolu ilə dövlətə məxsus 2700 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə iddiaçı barəsində AR CM-in 178.1-ci maddəsi ilə cinayət işinin başlanmasının AR CM-in 73-1.1-ci və AR CPM-in 39.1.11 və 40.3-cü maddələrinə əsasən rədd edilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmrinə əsasən, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərinin kobud şəkildə pozulduğu əsas gətirilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən 55-ci Əlahiddə Rabitə taborunun (N nömrəli hərbi hissə) nizami hissəsinin məsul icraçısı gizir İddiaçı ilə bağlaşma ləğv edilmiş və o, xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021ci il tarixli, 075gm nömrəli əmrin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin məsul icraçısı vəzifəsinə bərpa olunması və iddiaçıya məcburi iş buraxdığı dövr üçün əməkhaqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-ci ildən xx.xx.2018-ci ilə qədər, x x.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər N nömrəli hərbi hissədə nizami hissənin məsul icraçısı vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər N nömrəli hərbi hissədə məsul icraçı vəzifəsində xidmət etmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində komandirləri tərəfindən verilən tapşırıqları ən yüksək səviyyədə yerinə yetirmiş, xidmət etdiyi müddət ərzində “Təşəkkür”lər və “Fəxri Fərman”lar almışdır. Belə ki, verilən tapşırıqları layiqincə yerinə yetirdiyinə görə xx.xx.2019-cu ildə ƏBİ ŞHB rəisi tərəfindən, xx.xx.2019-cu ildə isə “Yeni il” münasibəti ilə hərbi hissə komandiri tərəfindən iddiaçıya “Təşəkkürnamə” verilmiş, həmçinin iddiaçı xx.xx.2021-ci ildə 183 nömrəli əmrlə “26 iyun Silahlı Qüvvələrin yaranmasının ildönümü” münasibətilə, xx.xx.2021-ci ildə 191 nömrəli əmrlə “Qu rban bayramı” münasibətilə “Fəxri Fərman”la təltif olmuşdur. İddiaçının xidmət etdiyi müddət ərzində bəzi səhvləri də olmuş, bununla bağlı lazımınca cəza tədbirləri görülmüşdür. Belə ki, iddiaçı xidmətdə olduğuna görə qız övladının məktəbdəki tədbirinə gələ bilmədiyini göstərmək məqsədilə xx.xx.2020-ci ildə xidməti otağında hərbi geyimdə çəkdiyi və azyaşlı qızına göndərdiyi şəkil daha sonra “Facebook” sosial şəbəkəsində paylaşılmışdır. Bu paylaşma iddiaçı tərəfindən edilməmiş, şəkil çəkilən zaman onun məqsədi hər hansı dövlət və hərbi sirri pozmaq olmamışdır. Bu məsələyə N nömrəli hərbi hissənin gizir və miçmanlarının şərəf məhkəməsində baxılmış, iddiaçının tutduğu əməldən peşman olması, himayəsində azyaşlı qız övladının olması və anasının xəstə olması nəzərə alınaraq onun barəsində “ictim ai töhmət” elan edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Bunun əsasında hərbi hissə komandiri tərəfindən ona “şiddətli töhmət” verilmişdir. Həmçinin xx.xx.2020-ci ildə iddiaçı N nömrəli hərbi hissə komandirinə raportla müraciət edərək, xidmət yerində mənzillə təmin edilmədiyinə görə özü və ailə üzvlərinə müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsini xahiş etmiş, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək aylıq 225 manat olmaqla, cəmi 2700 manat məbləğində pul vəsaitinin maaş kart hesabına ödənlməsinə nail olmuşdur. Bununla bağlı iddiaçı barəsində Müdafiə Nazirliyi tərəfindən araşdırma aparılmış, iddiaçı həmin məbləği tam ödədiyinə və cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qə bul edilmişdir. Buna baxmayaraq, xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, iddiaçı haqqında Müdafiə Nazirliyinə təqdimat göndərilmiş, xx.xx.2021-ci ildə Müdafiə Nazirinin birinci müavininin 075gm nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən iddiaçı ilə bağlaşma ləğv edilərək o, xidmət müddəti başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bunun əsasında N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 312 nömrəli əmri ilə iddiaçının xx.xx.2021-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması haqqında g östəriş verilmişdir. Halbuki, eyni əmələ görə iki dəfə cəza verilməsi yolverilməzdir.

6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2020-ci ildə hərbi hissədə xidməti otağında olduğu zaman fotokameralı telefon vasitəsi ilə hərbi geyimdə öz şəklini çəkərək qohumlarına internet vasitəsilə göndərmiş və bu da, onun hərbi geyimdə hərbi hissənin ərazisində çəkilən fotoşəklinin sosial internet şəbəkəsində paylaşılmasına səbəb olmuşdur. Halbuki, iddiaçı hərbi xidmətə qəbul olunarkən smartfon tipli telefondan istifadə olunması və sosial şəbəkələrdə hərbi geyimdə fotoşəkil, video və digər yazıların paylaşılmasının qadağan olunması barədə məlumatlı olduğu halda, xidmət yerinə smartfon tipli telefon gətirərək məxfilik rejimini kobud şəkildə pozmuşdur. Qeyd olunan məsələ ilə bağlı iddiaçı gizir və miçmanların şərəf məhkəməsində dinlənilmiş və ona ictimai töhmət elan edilmişdir. Bundan əlavə, xx.xx.2020-ci ildə iddiaçı müvəqqəti mənzil kirayəsinə görə pul kompensasiyası verilməsi üçün raportla N nömrəli hərbi hissə komandirinə müraciət edərək, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək qanunsuz olaraq hər ay 225 manat olmaqla, cəmi 2700 manat kirayə pulu alaraq cinayət əməli törətməklə dövlətə maddi ziyan vurmuşdur. İddiaçının dövlətə vurduğu maddi ziyan tam sübuta yetirmiş, dövlətə dəymiş 2700 manat maddi ziyan iddiaçı tərəfindən tam şəkildə dövlət nəfinə ödənilmişdir. Bunlara görə iddiaçı ilə bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) 19 dekabr 2022-c i il tarixli, 2-1(112)-4198/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – SQ-nin Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmri ləğv edilmiş, iddiaçı N nömrəli hərbi hissənin məsul icraçısı vəzifəsinə bərpa olunmuş və iddiaçıya məcburi iş buraxdığı dövr üçün əməkhaqqının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmri ilə iddiaçıya xidmət vaxtı başa çatmamış ehtiyata buraxma növündə cəza verilməsi zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 88-ci və 93-cü maddələrinin tələbləri pozulmuşdur, habelə işin düz gün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamış, iddiaçı barədə aparılmış sonuncu təhqiqat başa çatdıqdan sonra iddiaçının xidmətini davam etdirməsi zamanı xx.xx.2021-ci ildə “Döyüş hazırlığı, ictimai-siyasi hazırlığının yüksəldilməsində, hərbi nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə “Fəxri Fərman” ilə və xx.xx.2021-ci ildə “Döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə “Fəxri Fərman” ilə təltif olunması kimi hallar (xidmətində dönüş yaratması) nəzərə alınmamışdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oru czadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 07 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2271/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında imzalanmış müqavilənin (bağlaşma) ləğv edilməsi barədə hal-hazırda mübahisələndirilən əmrin verilməsi üçün əsas iddiaçının xx.xx.2020-ci ildə hərbi hissə ərazisində smartfon tipli telefondan istifadə etməsi və hər ay 225 manat olmaqla, cəmi 2700 manat kirayə pulu alması olmuşdur. Cavabdeh iddiaçının sonuncu hərəkəti ilə bağlı eti razında göstərmişdir ki, iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək qanunsuz olaraq hər ay 225 manat olmaqla, cəmi 2700 manat kirayə pulu alaraq cinayət əməli törətməklə, dövlətə maddi ziyan vurmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının qanunsuz olaraq hər ay 225 manat olmaqla, cəmi 2700 manat kirayə pulu alaraq cinayət əməli törətməsi və iddiaçını xarakterizə edən hal kimi isə həmçinin xx.xx.2020-ci ildə hərbi hissə ərazisində smartfon tipli telefondan istifadə etməsi ilə bağlıdır. Məhkəmə kollegiyası tərəfindən inzibati orqanın mübahisələndirilən inzibati aktın qəbulu ilə bağlı malik olduğu diskresion səlahiyyətini mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-k eçirməməsi, həmçinin diskresion səlahiyyətlərini məhz bu qaydada həyata keçirməsini zəruri edən şərtlərin mövcud olubolmadığı araşdırılmışdır.

12. Bilindiyi kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion s əlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçının xidmətə uyğun olmaması nəticəsinə gələn zamanı diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi?

13. İş üzrə apellyasiya baxışı zamanı iddiaçıya məxsus şəxsi iş materiallarının əslinə baxış keçirilmişdir. Surətləri iş materiallarında olan xidmət vərəqəsindən aydın görünür ki, iddiaçı tərəfind ən hərbi hissə ərazisində xx.xx.2020-ci ildə smartfon tipli telefon işlədildiyinə görə xidmət vərəqəsinin “B. Cəzalar” bölməsindəki qeydə əsasən ona xx.xx.2020-ci ildə xidmət etdiyi N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən 341 nömrəli əmrlə “Şiddətli töhmət” intizam cəzası verilmişdir. Həmçinin xidmət vərəqəsinin “A. Həvəsləndirmələr” bölməsindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020ci il tarixli, 424 nömrəli əmri ilə “31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı” münasibətilə əvvəl verilmiş intizam cəzası götürülmüşdür.

14. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin Təhqiqat şöbəsinin baş zabiti – təhqiqatçı X3 xx.xx.2021-ci il tarixli qərarından (cinayət işinin başlanmasının rədd edilməsi barədə) göründüyü kimi, iddiaçının aldatma yolu ilə dövlətə məxsus 2700 manat pul vəsaitini ələ keçirərək dələduzluq etməsi faktı üzrə iddiaçı barəsində AR CM-in 178.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə qanunsuz kirayə pulu aldığına görə iddiaçıya məxsus xidmət vərəqəsinin “B. Cəzalar” bölməsindəki qeydə əsasən ona xx.xx.2021-ci ildə N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən 207 nömrəli əmrlə “Töhmət” intizam cəzası verilmişdir. Həmçinin, xidmət vərəqəsinin “A.Həvəsləndirmələr” bölməsindən görünür ki, N nömrəli hərbi hissə komandanlığı tərəfindən xx.xx.2021-ci il tarixli, 183 nömrəli əmrə əsasən “26 iyun Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümü” ilə əlaqədar olaraq, xx.xx.2021-ci il tarixli, 191 nömrəli əmrə əsasən “Qurban bay ramı” münasibətilə şəxsi heyətin mükafatlandırılması barədə iddiaçıya “Fəxri Fərman”lar verilmişdir.

15. Göründüyü kimi, cavabdehin mübahisələndirilən əmrinin qəbuluna əsas olan 2 məqam üzrə iddiaçıya müvafiq intizam cəzaları verilmiş, ilk intizam cəzasından sonra hərbi hissə komandanlığının əmrinə əsasən əvvəl verilmiş intizam cəzası götürülmüş, digər intizam cəzasından sonra isə iddiaçı iki dəfə “Fəxri Fərman”la təltif edilmişdir. Bununla bağlı, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 88-ci maddəsindən göründüyü kimi, eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək qadağan olunmuşdur. Məhkəmə kollegiyası o halı da nəzər ə çatdırır ki, yalan məlumat təqdim edərək hər ay 225 manat olmaqla, cəmi 2700 manat kirayə pulunu iddiaçının alması və sonradan barəsində təhqiqat aparılan zaman dövlətə qaytarması faktı inzibati iş materialları ilə öz təsdiqini tapsa da, iddiaçıya həmin hərəkətə görə intizam cəzası kimi mübahisələndirilən əmr Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 93-cü maddəsinə görə təhqiqatın qurtardığı gündən (xx.xx.2021-ci ildən) sonra 10 sutka keçənə qədər verilə bilərdi ki, həmin qaydaya da cavabdeh tərəfindən əməl edilməmiş, təhqiqat qurtardığı gündən 4 ay keçdikdən sonra cavabdehin hazırda ləğv edilməsi tələb olunan xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmri ilə iddiaçıya “xidmət vaxtı başa çatmamış ehtiyata buraxma” növündə cəza verilmişdir. Halbuki, təhqiqat başa çatdıqdan sonra mübahisələndirilən əmr verilənə qədər iddiaçı xidmətini davam etdirmiş, xx.xx.2021-ci ildə “Döyüş hazırlığı, ictimai-siyasi hazırlığının yüksəldilməsində, hərbi nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə “Fəxri Fərman” ilə və xx.xx.2021-ci ildə “Döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə “Fəxri Fərman” ilə təltif olunmuşdur.

16. Cavabdeh apellyasiya şikayətində xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul olunmasından 10 iş günü ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin Müdafiə nazirinə ünvanlanmış xx.xx.2021-ci il tarixli raportunun yazıldığını bildirsə də, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 93-cü maddəsində təhqiqa tın qurtardığı gündən sonra intizam cəzasının təyin edilməsinin (10 sutka keçənə qədər) dəqiq vaxtı müəyyən edilmişdir. Hansı ki, mübahisələndirilən əmr təhqiqat başa çatdıqdan 4 ay keçdikdən sonra verilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə ətraflı araşdırmanın nəticəsində qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı qanunvericilik normaları pozulmuş, iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilmişdir.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri i lə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. Müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırm ış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Maddə 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; Maddə 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.

21. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi Maddə

61. Gizirlərə və miçmanlara: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hau ptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. Maddə

85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hə rəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Maddə

88. Eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. Maddə

93. Hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən — bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən — 10 sutka keçənə qədər verilməlidir. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.7. Diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilmə si. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tuta n tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi m əsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə ba ğlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cü maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmrin ləğv edilməsinə, onun N nömrəli hərbi hissənin məsul icraçısı vəzifəsinə bərpa olunmasına və ona məcburi iş buraxma dövrü üçün əməkhaqqının hesablanaraq ödənilməsinə nail olmaqdan ibarətdir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və qanunçuluğun təmin edilməsi məqsədləri, habelə konstitusion əhə miyyət daşıyan digər məqsədlər üçün qanunverici hüquqi məsuliyyətin bu və ya digər növünü müəyyən edərkən universal xarakter daşıyan və mahiyyətinə görə konstitusion hüquq qaydasının əsaslarına aid olan prinsipləri rəhbər tutmağa borcludur. Belə prinsiplərdən biri də Roma hüququndan gələn və hamılıqla qəbul olunmuş “Non bis in idem” (eyni bir xətaya görə iki dəfə) prinsipidir. Həmin prinsipin mahiyyəti baxımından, eyni bir xətaya görə iki tənbeh tədbiri tətbiq oluna bilməz və bir tənbeh tədbiri yetərli sayılmalıdır. 33. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt da eyni xətaya görə ikiqat tənbeh tədbirinin tətbiqindən şəxsin müdafiəsinə təminat verir. Odur ki, eyni xətaya (hüquqazidd əmələ) görə təkrar hüquqi məsuliyyətə cəlbetmənin yolverilməzliyi baxımından qeyd olunan prinsip x üsusi əhəmiyyət kəsb edir.

34. Həmin prinsipin tətbiqi sferası cinayət və inzibati xəta hüququ ilə məhdudlaşdırıla bilməz və eyni qaydada digər məsuliyyət tədbirlərinin, o cümlədən intizam tənbehi tədbirinin tətbiqi zamanı da nəzərə alınmalıdır. Bu mənada “Non bis in idem” prinsipi hazırkı mübahisəyə münasibətdə də tətbiq edilməlidir.

35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

36. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2271/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar