Məhkəmə qərarları › İş №2-1(102)-2491/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2491/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2491/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh1nə və üçüncü şəxslər Cavabdeh3nə və Bakı şəhəri Cavabdeh2nəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2491/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər:iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər.) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Cavabdeh1 vəkili Vəkil2 iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı Cavabdeh1nə və üçüncü şəxslər Cavabdeh3nə və Bakı şə həri Cavabdeh2nə qarşı mənzillə təmin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)-448/2017 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh1nə və üçüncü şəxslər Cavabdeh3nə və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış Komissiyanın qərəzli qərarları əsasında onun mənzil növbəlik hüququ, eləcə də mənzil almaq hüququ kobud surətdə pozulduğuna görə kompensasiya şəklində ona əlillik kateqoriyasından asılı ol mayaraq hərhansı bir əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən birində ailə tərkibinə və mənzil növbəliyinə uyğun mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli qərardadı ilə inzibati iş aidiyyatı üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli, 2-1(81)-3703/2016 saylı qərarı ilə iddia tələbi təmin edilərək, xxxx 2003-cü il tarixdə 1-ci qrup gözdən əlil kimi Cavabdeh2ndə mənzil növbəsinə götürülmüş İddiaçı əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən biri ilə təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – M.S.Bayramov). Bakı Apellyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)-448/2017 saylı qərardadı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər S.Q.Hüseynov və K.N.Abiyeva) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən proses sual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı, mənzil növbəsinə mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq və müvafiq icra hakimiyyətinin (yerli icra hakimiyyətinin) sərəncamı əsasında götürülmüş, Komissiyanın isə müvafiq icra hakimiyyətinin daşıdığı səlahiyyətləri yoxdur və müvafiq icra hakimiyyəti orqanlarından hesab olunmur, Azərbaycan Respublikası MPM-nin 13.1-ci bəndinə əsasən məhkəmə, mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir, qeyd edi lən maddədə mübahisənin həlli üçün normativ xarakterli hüquqi aktlara istinad edilməsi nəzərdə tutulmamış, həmçinin Komissiya nə yerli, nə də mərkəzi icra hakimiyyəti orqanı deyildir, məhz bu səbəbdən də onun qəbul etdiyi Qərar (əgər qəbul etmişdirsə) hüquqi akt olsa da, nə normativ hüquqi akt, nə də normativ xarakterli akt deyildir, belə olan halda həmin aktın göstərişi konkret mübahisəyə tətbiq edilə bilməzdi. Tərəflərin izahatları Cavabdeh1 vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və üçüncü şəxslər Cavabdeh3 və Bakı şəhəri Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan mə hkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və üçüncü şəxslər Cavabdeh3 və Bakı şəhəri Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, Cavabdeh1 vəkili Vəkil2 izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)448/2017 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ***** saylı xxxx 2005-ci il tarixli vəsiqəyə əsasən 1-ci qrup əlil kimi Cavabdeh3 üzvüdür, Cavabdeh2 Başçısının 393 saylı, xxxx 2003-cü il tarixli sərəncamı əsasında Azərbaycan Korlar Cəmiyyətinin rəhbərliyinin və Həmkarlar İttifaqı komitəsinin xxxx 2003-c ü il tarixli 10 saylı birgə qərarı təsdiq edilmiş, mərhum X1 mənzil növbəliyi əri İddiaçı adına keçirilmiş və İddiaçı 6 nəfər ailə üzvü ilə özü, qızı, kürəkən, 3 nəvəsi) xxxx 1988-ci ildən imtiyazlı şərtlərlə Azərbaycan Korlar Cəmiyyətində mənzil növbəsində hesab edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2011-ci il xxxx tarixli 379 nömrəli sərəncamına əsasən “Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin” ünvan 1 ünvanında yerləşən inzibati binası və Cəmiyyətin balansında olar yataqxana sökülərək onların yerində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və Bakı şəhərinin rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlillər üçün inşa olunan 12 mərtəbəli, 132 mənzilli yaşayış binasındakı 9 5 boş mənzilin bölgüsünü həyata keçirmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2015-ci il xxxx tarixli **** nömrəli əmrinə əsasən yalnız sədri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, digər üzvləri isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhərinin rayon icra hakimiyyətlərinin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nümayəndələrindən ibarət olan komissiya yaradılmış, Bakı şəhəri rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlil şəxslərin ilk 200 nəfərindən 119 nəfərinin sənədləri komissiya tərəfindən araşdırılaraq onlardan 95 nəfərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzillə təmin olunmaq hüquqlarının olduğu müəyyənləşdirilmiş v ə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il xxxx tarixli **** nömrəli əmrinə əsasən mənzillə təmin olunmuşlar, Komissiya tərəfindən İddiaçı və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olduğu müəyyən edildiyindən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılaraq mənzillə təmin edilməmişdir. Apellyasiya Məhkəməsi məhkəmə qərarını ləğv edərkən ona istinad etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xxxx 2015-ci il tarixli, **** nömrəli əmrinə əsasən yaradılmış Komissiyanın qərarı əsasında iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmış, iddiaçı mənzil növbəsindən çıxarılma ilə bağlı komissiyanın qərarını mübahisələndirməmiş, iddia ərizəsində i ddiaçı onun mənzil uçotundan çıxarıldığı halda, birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı mənzillə təmin olunma tələbi ilə məhkəmədə iddia qaldırmış, həmçinin iddia ərizəsinin məzmunca qeyri-müəyyənliyi də onun mümkünlük şərtinə cavab vermədiyini göstərir, iddiaçı tələbində hər-hansı bir əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən birində mənzil şəraiti ilə təmin edilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulmasını mübahisələndirmiş, halbuki tələbdə mənzilin harada, nə vaxt inşa olunması, hazırki vaxtda belə mənzillərin mövcud olub-olmaması aydın deyildir, digər tərəfdən qeyd edilən Komissiyanın qərarı ilə mənzillər Bakı şəhərinin rayonları üzrə növbədənkənar mənzillə təmin ediləcək şəxslərin ümumiləşdirilmiş siyahısına uyğun olaraq uçota alınma tarixi nəzərə a lınmaqla gözdən əlil olmuş şəxslərə artıq paylanmış, hazırki halda adı çəkilən kateqoriya şəxslər üçün mənzil fondunda boş mənzil yoxdur, iddiaçı iddiasında inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğunu cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində hüquqlarının pozulmasını əsaslandırmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Konstitusiyanın bu normasında qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanunla müəyyən edilmiş məhkəmə tərkibinin mövcudluğu, ədalət mühakiməsinin tamlığı, yəni müvafiq qaydada məhkəmə aktlarının icrasına dair şərtləri və s. əhatə edir. Bu baxımdan inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlar ının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibatiProsessual Məcəllənin 1.1-ci maddəsi). “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 06 yanvar 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxl anıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Lakin göründüyü kimi apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə iddianın mümkün sayılmaması nəticəsinə gəlsə də, iş materiallarında olan sübutlara (Komissiyanın qərarı ilə mənzillər Bakı şəhərinin rayonları üzrə növbədənkənar mənzillə təmin ediləcək şəxslərin ümumiləşdirilmiş siyahısına uyğun olaraq uçota alınma tarixi nəzərə alınmaqla gözdən əlil olmuş şəxslərə artıq paylanmış, h azırki halda adı çəkilən kateqoriya şəxslər üçün mənzil fondunda boş mənzil yoxdur) hüquqi qiymət vermiş, sonda isə iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normala rının pozuntusuna yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)-448/2017 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)-448/2017 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar