Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2491/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Bakı şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi, növbədənkənar səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “Bakı şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İ qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2023-cü il tarixli, 2-1(103)2267/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********145283 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən xx.xx.2021-ci il tarixli, KY211564051 nömrə li çıxarışda yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı “Bakı şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021-xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları vergi qanunvericiliyinə əməl olunması, yoxlamanın növü növbədənkənar səyyar vergi yoxlaması, yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi qeyd olunmuşdur.
3. Yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli, **********145316 saylı səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş, həmin Akt əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya ic bari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150704 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərara əsasən: - mənfəət vergisi üzrə: 2018-ci il üzrə 18.884,25 manat və həmin məbləğə 9442,13 manat maliyyə sanksiyası; 2019-cu il üzrə 21152,83 manat və həmin məbləğə 10576,42 manat maliyyə sanksiyası, o cümlədən 2020-ci il üzrə 4435,08 manat artıq hesablama; - əmlak vergisi üzrə 1,27 manat və ona 0,64 manat maliyyə sanksiyası; - muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə: 2020-ci il üzrə 61934,18 manat azalma və həmin məbləğə 30967,09 manat maliyyə sanksiyası; - işsizlik sığortası üzrə rüblük hesabat üz rə 295,86 manat və həmin məbləğə 147,93 manat maliyyə sanksiyası hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********15704 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təsərrüfat hesablı müəssisədir və o dövrdə olan ağır pandemiya şəraitində və maliyyə böhranı olması ilə əlaqədar bu qərar öhdəliklərin yerinə yetirilməsinə manədir. Cavabdeh qurum tərəfindən xərclərə yönəlmiş qeyri-ciddi hesab olunan alış sənədləri və mütəmadi sərəncamlarla bağlı dövlət qurumu olaraq v əsaitin nağdlaşdırılmasına yönəlmiş əməliyyatlar mübahisə mövzusudur.
6. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145283 nömrəli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericilikdə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli **********145316 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və cəmiyyətin direktoru aktın bir nüsxəsini imzalamaqla qəbul etmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2021-ci il tarixli **********150704 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmış və xx.xx.2021-ci il tarixli **********606500 nömrəli “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntularım aradan qaldırılması barədə” tələbnamə Cəmiyyətin elektron poçt ünvanına xx.xx.2021-ci il tarixli **********460500 nömrəli məktubla göndərilmişdir. Yoxlama ilə əhatə edilən dövr üzrə iddiaçı dezinfeksiya fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlamanın gedişatında iddiaçı xx.xx.2021-ci il tarixli **********145317 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin təqdim olunması haqqında” tələbnamə və xx.xx.2021-ci il tarixli **********146182 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar çıxarılmışdır. İddiaçı tərəfindən sənədlər qismən təqdim edilmişdir. Sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2021-ci il tarixli Akt və sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli protokollar təqdim edilmişdir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 67.1ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Vergi ödəyicisinin ə ldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədləri, o cümlədən xərc sənədləri qismən təqdim edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilərək mənfəət vergisi hesablanmışdır. 2018-ci il üzrə, 2019-cu il üzrə və 2020-ci il üzrə 35602,00 (18884,25+21152,83-4435,08) manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2018-ci il üzrə əmlak vergisinin 1,27 manat azaldılması aşkar edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) təqdim ed ilmiş ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanarkən müəssisə tərəfindən işçilərə ödənilməli əmək haqları bank hesabından işçilərin plastik kart hesablarına ödənilərkən hesabatda göstərilən əmək haqqından çox əmək haqqı ödənildiyi müəyyən edilmişdir. Həmin əmək haqqı hesabata daxil edilərək əlavə olaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanmışdır. Nəticədə Vergi Məcəlləsinin 98.1-ci maddəsinin tələbləri pozularaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığortanın 61934,18 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin h esabatda göstərilməli olan məbləğinə nisbətən 40037,08 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 20018,55 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta bəyannaməsi (hesabatı) yoxlanarkən göstərilən vergi məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 61934,18 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 30967,09 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən işsizlik sığortası (hesabatı) yoxlanarkən göstərilən Vergi məbləğinin verginin hesabatda göstərilməli ola n məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 295,89 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 147,94 manat, məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Əmlak vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1,37 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 0,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.7-1.4.-cü maddəsinə əsasən qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin, yəni 10320,00 manat məbləğin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi miqdarında, 1032,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı vergi orqanı tərəfindən hesablanmış vergi məbləğinin əsassız olduğunu qeyd etsə də, tələbini əsaslandıra bilməmiş, qanunvericiliyin hansı normasının pozulduğunu qeyd etməmiş, belə nəticəyə gəlməsi üçün əsas olmuş halları izah edə bilməmiş, başqa sözlə iddiaçı vergi orqanının haqlı mövqeyini təsdiq edən sübutları təkzib edə bilməmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrindi göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və ya vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.
7. İddiaçı tərəfindən təqdim edilən yazılı mülahizədə göstərilmişdir ki, yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilsə də, həmin maddəy ə uyğun olaraq Cəmiyyətin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərini cavabdeh hansı mənbəyi bəlli məlumat əsasında əldə etdiyini nə yoxlamanın təyin edilməsi barədə qərarda, nə də səyyar vergi yoxlaması aktında əsaslandırmamışdır. Qeyd olunan hal dəfələrlə kassasiya instansiyasının qərarlarında pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. Formalaşmış vahid məhkəmə təcrübəsi yoxlamanın təyin edilməsinin əsaslandırılmadığı hallarda bu formada həyata keçirilən inzibati icraatın qanunsuz olduğunu təsbit etmişdir. Cavabdeh isə hazırki yoxlamanı 2019-cu il üzrə kameral qaydada hesablamadan verilən şikayət təmin olunduqdan sonra qərəzli olaraq başlamışdır. Belə ki, əlavə olunan sənədlərdən göründüyü kimi, İqtisadiy yat Nazirliyinin Apellyasiya Şurası müraciəti təmin edərək kameral qaydada hesablamanı ləğv etmiş, xx.xx.2021-ci il tarixdə həmin qərarı təqdim etmiş, üzərindən qısa müddət sonra, xx.xx.2021-ci il tarixdə **********145283 nömrəli qərarla cavabdeh heç bir əsas olmadan səyyar vergi yoxlaması başlamışdır. Əlavə olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına görə səyyar vergi yoxlaması 90 təqvim gününədək həyata keçirilə bilərdi. Lakin cavabdeh xx.xx.2021-ci il tarixdə başlanılan yoxlamanı (31 gün dayandırma müddəti və 31 gün aktın tərtibi müddəti istisna olmaqla) xx.xx.2021-ci il tarixdə başa çatdırmışdır ki, bu da 108 təqvim günü edir. Göründüyü kimi cavabdeh Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərini pozmuşdur. Ka ssasiya instansiyasının vahid mövqeyinə görə əgər inzibati akt formal-hüquqi baxımdan qüsurludursa (yəni inzibati orqan həmin inzibati aktı qəbul edənədək inzibati icraatın prinsip və qaydalarına əməl etməmişdirsə) həmin inzibati aktın mahiyyəti üzrə araşdırılmasına zərurət yoxdur və qüsurlu olduğundan inzibati akt hər bir halda ləğv olunmalıdır.
8. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(112)-535/2023 nömrəli qərarı (hakim G.A.Sevdimalıyeva) ilə iddia qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150704 nömrəli qərarı 2018-ci il üçün mənfəət vergisi üzrə 18.884,25 manat və həmin məblə ğə 9442,13 manat maliyyə sanksiyası, 2019-cu il üçün mənfəət vergisi üzrə 21152,83 manat və həmin məbləğə 10576,42 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli şikayətlərə baxılaraq inzibati şikayətin baxılmasının nəticəsi üzrə “İnzibati şikayətin təmin edilməməsi haqqında” 23 noyabr 2020ci il tarixli **********898500 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərardan verilmiş inzibati şikayət yuxarı inzibati orqan (Azərbaycan İqtisadiyyat Naz irliyinin Apellyasiya Şurasının xx.xx.2021-ci il tarixli 18 nömrəli qərarı) tərəfindən təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 24 noyabr 2020-ci il tarixli **********898500 nömrəli və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********83300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir. Lakin inzibati şikayət üzrə icraatın aparılması zamanı iddiaçı tərəfindən xərc sənədlərinin təqdim edilməsi işin mübahisəsiz halıdır. Apellyasiya şurası tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətdə (AVİS№**********091500) bildirilmişdir ki, şura üzvləri tərəfindən vergi ödəyicisinin fəaliyyətində bir sıra ziddiyyətli məqamların olması, o cümlədən vergi öhdəliyinin düzgün müəyyən edilməsi və sahibkarlıq fəaliyyətinin ətraflı araşdırılması məqsədilə vergi ödəyicisinin fəaliyyəti üzrə səyyar vergi yoxlamasının keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Odur ki, həmin məlumatlar vergi orqanı tərəfindən mənbəyi bəlli olan məlumatlar kimi qiymətləndirilmişdir. Odur ki, işin konkret hallarına uyğun olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin edilərkən vergi orqanının hərəkətləri qanunsuz olmamışdır.
10. Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün yuxarıda qeyd edilən şəkildə təy in etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir. Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsinə dair Vergi Məcəlləsinə edilmiş yeni məzmunda dəyişiklik (VM-in 67.17-ci maddəsi) mübahisələndirilən qərardan sonra, y əni 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmişdir. Odur ki, həmin hissədə iddia tələbi əsaslı olmuşdur.
11. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində verginin hesablanmasının qanunsuzluğuna münasibətdə məhkəmə qeyd etmişdir ki, işlərinin ağır və məsuliyyətli olması ilə əlaqədar təcili lazım olan kimyəvi məhsulların alınması üçün nağdlaşdırma əməliyyatı həyata keçirilibdir. Əlavə olaraq əmək haqqı kartlarına pandemiya ilə əlaqədar üç qat maaş 78560 manat əlavə olunub. Əmək haqqı kartına ödənilən vəsait vergi orqanı tərəfindən əsaslı olaraq əmək haqqı hesab edilərək həmin məbləğ üzrə məcburi dövlət sosial sığorta haqqı və muzdlu işlə bağlı gəlir vergisi hesablanmışdır.
12. Mübahisələndirilən qərarın qalan hissələri üzrə, yəni əmlak vergisi üzrə 1,27 manat və ona 0,64 manat maliyyə sanksiyası, işsizlik sığortası üzrə rüblük hesabat üzrə 295,89 manat və həmin məbləğə 147,93 manat maliyyə sanksiyası hesablanması hissəsinə iddiaçı hər hansı münasibət bildirməmişdir. Belə ki, 2019-cu ilin 1-ci rübü üzrə təqdim etdiyi bəyannamə məlumatları əsasında işsizlikdən sığorta haqqının 295,86 manat azaldılması (əvvəlki rüblərdə də cəmi 0,03 manat) müəyyən edilmişdir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissədə ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilmiş hissədə ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsind ə icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2023-cü il tarixli, 21(103)-2267/2023 nömrəli qərarı (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(112)-535/2023 nömrəli qərarı qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********15704 nömrəli qərarı tam ləğv edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(1 12)-535/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi b axımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Bununla bağlı, kassasiya instansiyası məhkəməsinin Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad olunmaqla artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur.
17. Bundan başqa, cavabdeh tərəfindən yoxlama aktının tərtib olunması müddətini əsassız olaraq uzadılması müəyyən edilmişdir. Eləcə də, kö çürmələrin əmək haqqı kimi deyil, nağdlaşdırılma məqsədilə həyata keçirildiyi işin mübahisəsiz halıdır. Bu isə həmin vəsaitlərin köçürülən işçi(lər)nin sərəncamında qalmadığını təsdiq edir. Cavabdeh yoxlama zamanı “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə uyğun olaraq vəsait köçürülən şəxslərin ifadəsini alaraq qeyd olunan halı dəqiqləşdirməli idi. Hazırki vəziyyətdə cavabdeh qeyd olunan köçürmənin nağdlaşdırma məqsədilə həyata keçirildiyini qəbul etdiyi üçün Məhkəmə kollegiyası hesab edir ki, şəxsin sərəncamında qalmayan vəsaitə görə gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir.
18. Bundan başqa, nə xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında, nə mübahisələndirilən xx.xx.2021-ci il tarixli Qərarda, nə də cavabdeh tərəfindən təqdim edilən etirazda (etiraza əlavədə) 2020-ci ilin İ-İV rübləri üzrə hesablanmış gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının hesablanmasının rəqəmlərlə izahı verilməmiş, qeyd olunan hesablama məbləğlərinin hansı göstəricilərə hansı faiz dərəcələrini tətbiq etməklə alınması göstərilməmişdir. Bununla da, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərini pozmuşdur.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh iddia ərizəsinə dair təqdim etdiyi yazılı etirazın dəlillərinə istinad edərək göstərir ki, apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin qərarını təmin edilməmiş hissədə təmin edilməsinin əsası kimi ilk öncə cavabdehin Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələbləri üzrə mənbəyi bəlli məlumat olmadan göstərişlə yoxlamaya başlamasını göstərmiş və hesab etmişdir ki, göstəriş məktubu mənbəyi bəlli məlumat ola bilməz. Lakin, məhkəmə göstəriş məktubunun “inzibati şikayətin təmin edilməməsi haqqında” və Apellyasiya Şurasının qərarına əsasən hazırlandığını nəzərə almamış, işə səthi yanaşaraq inzibati araşdırma materiallarını araşdırmamışdır.
21. Cəmiyyət Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli 190 saylı sərəncamına əsasən “Təsərrüfat hesablı Nəsimi rayon profilaktik dezinfeksiya” şöbəsinin (VÖEN: **********), “Təsərrüfat hesablı Nərimanov rayon profilaktik dezinf eksiya” şöbəsinin (VÖEN: **********) və “Təsərrüfat hesablı Binəqədi rayon profilaktik dezinfeksiya” şöbəsinin (VÖEN: **********) yenidən təşkili zamanı birləşmə yolu ilə ləğv edilərək həmin müəssisələrin bazasında yaranmışdır. İddiaçı tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin ümidsiz borclar sətrində qeyd olunmuş 400.020,37 manat məbləğlin ləğv edilmiş “Təsərrüfat hesablı Nəsimi rayon profilaktik dezinfeksiya” şöbəsi, “Təsərrüfat hesablı Nərimanov rayon profilaktik dezinfeksiya” şöbəsi və “Təsərrüfat hesablı Binəqədi rayon profilaktik dezinfeksiya” şöbəsi tərəfindən əvvəllər gəlirə daxil edilməsinə dair təsdiqedici sənədlər araşdırmaya təqdim edilməmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, xidməti məktubla iddiaçının bir sıra ziddiyyətli m əqamların olması, o cümlədən vergi öhdəliklərinin düzgün müəyyən edilməsi və sahibkarlıq fəaliyyətini ətraflı araşdırılması məqsədilə səyyar vergi yoxlaması keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Odur ki, yuxarıda qeyd olunan məlumatlar mənbəyi bəlli olan məlumatlar kimi qiymətləndilməli və növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinin əsas kimi qəbul edilməlidir. İnzibati araşdırmanın yekunu kimi qəbul edilmiş inzibati aktda göstərilmiş faktların səyyar vergi yoxlamasının mənbəyi bəlli məlumatlar kimi qəbul edilməsi istiqamətində məhkəmənin hərəkətsizlik göstərərək münasibət bildirməməsi ilə yanaşı, həmin faktların nə səbəbdən mənbəyi bəlli məlumat kimi qiymətləndirilməməsinin də əsasları məhkəmə qərarında qeyd edilməmişdir.
22. Həmçinin məhkəmə kollegiyası müddətlə bağlı hər hansı bir araşdırma aparmadan və hər hansı bir sübut təqdim etmədən səyyar vergi yoxlama qərarların qəbulu əsaslarını şübhə altına almışdır. Belə olan halda məhkəmənin iş üzrə “yoxlamanın müddətinin əsassız olaraq uzadılması və dayandırılması qənaəti” öz təsdiqini tapmır. Belə ki, yoxlama müddətinin dayandırılması üzrə qərar Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinin tələblərinə əsasən qəbul edildiyi və iddiaçının bu qərarın qəbul edilməsinə əsas olan məktub məhkəmə iş materiallarında mövcud olmasına baxmayaraq, məhkəmənin bu şəkildə yanaşması iş üzrə obyektiv həqiqətin müəyyən edilməsində əsaslı şübhələr yaradır.
23. Bundan başqa məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli iddiaçının fəaliyyət obyektinə baxış protokolu vahid məlumat reyestrinə daxil edilməmiş və Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli 246 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə riayət edilməmişdir. Məlumat üçün bildirilir ki, məhkəmənin yuxarıda qeyd olunan əsasnamənin 3.4.9-cu bəndinə istinadı əsassızdır. Belə ki, qeyd olunan bənd hər hansı bir yoxlamanın növünü müəyyən etmək üçün istinad olunan bənddir. Səyyar vergi yoxlaması zamanı aparılan baxış yoxlama növü olaraq yox səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün aparılan tədbirdir. İddiaçının fəaliyyət obyektinə baxış əsas yoxlama növü olan səyyar vergi yoxlamasının tərkibində mövcud olan yoxlama proseslərindən biri kimi qəbul edilməlidir. Cavabdeh o rqan tərəfindən aparılan yoxlama növü (əsas yoxlama kimi səyyar vergi yoxlaması) isə Ədliyyə Nazirliyinin çıxarışında qeyd olunduğu kimi növbədənkənar səyyar vergi yoxlamasıdır.
24. Bundan başqa, məhkəmə kollegiyası qərarında qeyd edir ki, işçilərə köçürülən əmək haqqı, əmək haqqı kimi qəbul edilməməli, dezinfeksiya vasitələrin alınması məqsədilə nağdlaşdırma kimi dezinfeksiya vasitələrin alınması məqsədilə nağdlaşdırma kimi qəbul edilməli və işçinin bank hesabına daxil olan pul vəsaitinə görə gəlir, məcburi dövlət sosial sığorta haqqına cəlb edilməsi vergi qanunvericiliyinin tələblərinə ziddir. Məhkəmənin bu subyektiv yanaşması ilə razı deyillər. Belə ki, ilk öncə məhkəmə qərarında cavabdeh orqanı işçinin əmək haqqına görə gəlir və məcburi dövlət sosial sığorta hesablaması vergi qanunveri ciliyinin hansı tələblərinə zidd olduğunu bildirməmişdir. Məlum olduğu kimi, işçinin əmək haqqına müvafiq gəlir vergisi və sosial sığorta haqları üzrə tutulmalar dövlət büdcəsinə onun əmək haqqı isə onun bank hesabına köçürülür. Odur ki, işçinin hesabına daxil olan vəsait onun sərəncamında sayılır və həmin vəsaiti 3cü şəxslərə təqdim edilməsi səbəbi ilə onun sərəncamında qalmadığı səbəbi ilə gəlir vergisi və sosial sığorta haqları üzrə tutulmaların əsassız sayılması kimi yanaşma anlaşılan deyildir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, həmin əmək haqqı məbləğinə görə işçinin sosial sığorta haqları üzrə hüquqları yaranır bununlada iş üzrə tərəf olmayan işçinin qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin aşağıdakı də lillərinə heç bir münasibət bildirməmişdir:
1. Vergilərin hesablanması zamanı vergi bəyannaməsinə əsas götürülməklə hesablamanın həyata keçirilməsinin mümkünlüyünə dair dəlillərə;
2. İş materiallarına əlavə edilmiş iddiaçının rəhbərinin izahatına (nağdlaşdırmaq məqsədi ilə işçilərə hesablanmış əmək haqqı və həmin məbləğlərə gəlir və məcburi dövlət sosial sığorta haqları hesablanmamasına) dair dəlilinə;
3. Vergi Məcəlləsinin 38 və 43-cü maddələrinin tələblərinin cavabdeh tərəfindən pozulmamasına dair dəlillərinə. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının q ərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsa sən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;... Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni q ərarın qəbul edilməsi.... 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur.... 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkə mə tərəfindən ləğv edilməsi üçün əsasdır.... Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir.... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilmə yənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir.... Maddə
82. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanm ası və ödənilməsi qaydası... 82.4. Müəyyən edilmiş müddətlərdə ödənilməli olan verginin məbləği vergi ödəyicisi və ya qanunla müəyyən edilmiş hallarda digər şəxs tərəfindən ödənilir (köçürülür). Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qan unsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.... Maddə
69. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi 69.1. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.... 29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müd afiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
30. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmi ş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”:... 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:... 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izah atları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızd ırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya ins tansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********150704 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığort a qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********145283 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə iddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 2018-2020-ci illəri əhatə edən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2021-ci il tarixli, KY211564051 saylı çıxarışdan görünür ki, iddiaçıya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi nəzarəti həyata keçirilmiş, yox lama 11 mart 2021-ci il tarixdə başlanılmışdır.
37. Məhkəmə kollegiyası hazırkı inzibati mübahisə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının növbəti və növbədənkənar olmaqla, iki növünü müəyyən etmişdir. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər.
38. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt haki miyyət tədbiri olmaqla, aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşmasının, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.
39. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər və bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.
40. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməz lər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında inzibati icraatın başlanılması üçün əsas qismində qəbul edilməlidir.
41. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatı qaydasında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəbl ərdən irəli gəlir.
42. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
43. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əs aslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskre sion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir.
44. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
45. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, **********145283 nömrəli qərarında Vergi Məcəllə sinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
46. Bundan əlavə, vergi orqanı qərarında həmin əlaqəli məlumatları açıqlamamış, eləcə də səyyar vergi yoxlaması aktında da onları qeyd etməmişdir.
47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə n əzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən a parılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
48. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
49. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tər əfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir.
50. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir.
51. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində yoxlamanın başlama əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsi ndə inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obye ktiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
52. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xid mət edir.
53. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəy ərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
54. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddia çının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
55. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.16-cı bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddəti nin artırılması barədə məlumat Reyestrə daxil edilməli məlumatlara aid edilmişdir.
56. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başlamışdır. Yoxlama müddətində cavabdeh 1 dəfə yoxlamanın dayandırılması barədə, 2 dəfə yoxlama müddətinin uzadılması barədə, 1 dəfə isə (xx.xx.2021-ci il tarixdə) aktın tərtibi müddətinin uzadılması barədə qərarlar qəbul etmişdir. Yoxlama müddətinin uzadılması və yoxlamanın dayandırılması barədə qərarlar Reyestrə daxil edilsə də, aktın tərtibi müddətinin uzadılması barədə qərar Reyestrə daxil edilməmişdir.
57. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən mübahisələndirilən inzibati aktın ləğvi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəti cə düzgün olmuşdur.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2023-cü il tarixli, 21(103)-2267/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.