Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2493/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; təyin edilmiş pensiya növünün dəyişdirilməsi və pensiyanın yenidən hesablanması GİRİŞ HİSSƏ Hakimlər: 22.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X1 və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı təyin edilmiş pensiya növünün dəyişdirilməsi və pensiyanın yenidən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 20.04.2018-ci il tarixdən “xidmətdə olmanın son yaş həddinə çatdığına görə” yəni 55 yaşdan “yaşa görə” əmək pensiyası təyinatının aparılması, pensiya təyinatının əvvəllər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun, “hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxıldıqda təminat xərcliyin 55 faizi və 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla hesablanaraq ödənilməsi, hesablanmış ödənilməyən məbləğ hissəsinin pensiya məbləği üzərinə əlavə edilərək hesablanması, ödənilmiş pensiya məbləğinin üzərinə hesablanmamış ödənilməyən məbləğ hissəsinin pensiya məbləği üzərinə əlavə edilərək hesablanması, həmçinin Azərbaycan Respublikası Qanununun 10 mart 2017-ci il tarixli 543 VQD nömrəli Qanununun 19-cu maddəsinin 19.1.6-cı bəndində nəzərdə tutulmuş 11 manat məbləğinin və 25 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hesablanmış pensiya məbləği ilə təminat xərcliyinin artım hissəsinə 10 faiz tətbiq edilməklə sonrakı artımlar nəzərə alınmaqla əlavə hesablanmalı olan məbləğlərin ümumi pensiya olunması və bir dəfəyə ödənilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli qərarı ilə (hakim M.Hacıbəyova; iş No 2-1 (81)-162/2019) iddia tələbinin qismən təmin edilməsi; iddiaçıya 20.04.2018-ci il tarixdə n “xidmətdə olmanın son yaş həddinə çatdığına görə” yəni 55 yaşdan “yaşa görə” əmək pensiyasının təyin edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun əvvəllər qüvvədə olmuş 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxıldığından təminat xərcliyinin 55 faizi məbləğində əlavənin, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavənin hesablanması, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 19.1.6-cı bəndində nəzərdə tutulmuş 11 manat əlavənin ödənilməsi vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi; iddia tələbinin qalan hissəd ə rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Baxışova, hakimlər H.Həmidov və E.Nağıyeva; iş № 21(103)-1147/2019) cavabdeh İdarənin apellyasiya şikayəti təmin edilməməsi; iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati iqtisadi Məhkəməsinin 07.02.2019-cu il tarixli qərarının qismən ləğv edilməsi; iddia rədd edilən hissədə qismən təmin edilərək iddiaçıya əmək pensiyasına əlavənin təminat xərcliyinin 01.07.2017-ci il tarixinə qədər olan dövr üçün müddətə 3%-lə, 01.07.2017-ci il tarixdən sonrakı müddətə 2%-lə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin 23.08.2017-ci ildən hesablanaraq birdəfəyə ödənilməsinin cavab deh şöbəyə həvalə edilməsi; iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və 1-ci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kolleg iyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş təl əblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur, müharibə veteranıdır və 35 ildən çox daxili işlər orqanlarında *idmət etmişdir. 18.07.2017-ci ildə xidmətdən xaric edilmiş və ona xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası DİNnin 26.10.2017-ci il tarixli şəxsi heyət üzrə əmrindən çıxarışa əsasən iddiaçı 27.10.2017-ci ildən yenidən xidmətə qəbul olunmuş, 20.04.2018-ci il tarixdə Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqın da olaraq xidmətdə olmanın son yaş həddinə çatdığına görə 20 aprel 2018-ci ildən xidmətdən xaric edilmiş, 20 aprel 2018-ci il tarixdə xidmət müddəti təqvimi hesablama ilə 35 il 02 ay 16 gün, imtiyazlı hesablama ilə 40 il 03 ay 16 gün təşkil etmişdir. Cavabdeh İdarənin kassasiya şikayətindən göründüyü kimi, O, 1-ci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 07.02.2017-ci il tarixli qərarla razıdır, onun dəyişdirilmədən saxlanılması və apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir etmişdir. 1-ci instansiya məhkəməsinin və apellyasiya instansiya məhkəməsinin qərarları arasında fərq ondan ibarətdir ki, 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər il i üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə hesablanmalıdır, lakin apellyasiya instansiya məhkəməsinin belə hesab etmişdir ki, iddiaçıya əmək pensiyasına əlavənin təminat xərcliyinin 01.07.2017-ci il tarixinə qədər olan dövr üçün müddətə 3%-lə, 01.07.2017-ci il tarixdən sonrakı müddətə 2%-lə hesablanmaqla əmək pensiyasının yenidən hesablanmalı və ödənilməmiş pensiya məbləğinin 23.08.2017-ci ildən hesablanaraq birdəfəyə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən, bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:...20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarı nda əlavə olunmaqla (01.07.2017-ci ildən bu normaya dəyişiklik edilərək 3 faiz sözləri 2 faizlə əvəz edilmişdir). Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, 1-ci instansiya məhkəməsinin iddiaçıya xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi deyil, 2 faizi miqdarında əlavə ödənilməli olduğuna dair iş üzrə gəldiyi nəticə düzgün deyil. İddiaçı iddia etmişdir ki, onun əmək pensiyası hüququ 01 iyul 2017-ci ilədək yarandığı, yəni qanuna dəyişiklik edilənədək 20 il xidmət ili olduğu üçün, ona həmin dövrün pensiya qanunvericiliyi əsasında pensiya məbləği və əlavələr hesablanmalıdır. Cavabdeh orqan isə iddiaçının əmək pensiyasını ona 23.08.2017-ci il tarixdə yaşa görə ə mək pensiyası təyin edilərkən “Əmək pensiyaları” haqqında Qanunun qüvvədə olan normaları əsasında hesablamışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə 01.07.2017-ci il tarixdə dəyişiklik edilənədək həmin normanın tətbiqi üçün zəruri şərt olan 20 xidmət ilinə malik olduğundan və xidmət illərinə görə pensiya hüququ əldə etdiyindən əmək pensiyasına əlavə təminat xərcliyinin 01 iyul 2017-ci il tarixinə qədər olan dövr üçün olan müddətə 2 % olan müddətə 3 %-lə, 01 iyul 2017-ci il tarixdən sonrakı müddətə isə 2 %-lə hesablanmaqla əmək pensiyası yaşa görə pensiya təyin edildiyi 23.08.2017-ci ildən yenidən hesablanmalıdır. Eyni zamanda, ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi barədə iddia tələbinin rədd edilməsi hissəs ində də 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə qanuna uyğun deyil. Belə ki, 01.07.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanuna əlavə edilmiş 32.1-1-ci maddəyə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi müəyyən edilmişdir. Qanuna edilmiş bu dəyişikliyin iddiaçının mənafeyinə uyğun olmadığını, pensiya hüququnun yarandığı vaxtdan sonra edildiyini, həmin dəyişiklik edilənədək ötən dövr üçün pensiya məbləğlərinin birdəfəyə ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktı n qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan son ra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlillər i apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2493/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2493/2019
22.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver