Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2494/2019 02.10.2019 ALİ MƏHKƏMƏ “xxxx” Kiçik Müəssisəsinin və “xxxx” MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iş üzrə (Açar söz: torpaq sahəsinin qiymətləndirilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiаçılar “xxxx” Kiçik Müəssisəsinin və “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı torpaq sahələrinin özəlləşdirilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1019/19 saylı 02 may 2019-cu il tarixli qərarından iddiaçılar tərəfində n verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 02.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçılar “xxxx” Kiçik Müəssisəsi və “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail qəsəbəsində yerləşən “xxxx” Kiçik Müəssisəsinə məxsus sahəsi 0.48 ha təşkil edən torpaq sahəsinin və “xxxx” MMC-ə məxsus 0.6 ha torpaq sahəsinin özəlləşdirilməsi zamanı həmin torpaqların istifadəyə verilən zamanın normativ qaydalarının tətbiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “xxxx” Kiçik Müəssisəsinə məxsus sahə si 0.48 ha və “xxxx” MMC-ə məxsus 0.6 ha torpaq sahələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.04.1998-ci il tarixli 93 saylı qərarına və həmin zaman qəbul edilmiş Əsasnamədəki normativ qiymətlərə uyğun özəlləşdirmənin aparılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 09.11.1993-cü il tarixli sərəncamı ilə X2 istifadəsinə 0,3 ha torpaq sahəsi ayrılmış, üzərində tikililər inşa edilmiş və həmin tikililərə mülkiyyət hüququna dair 14.05.2008-ci il tarixli 000880 saylı şəhadətnamə və 03.03.2009-cu il tarixli ******* saylı çıxarış verilmişdir. Bundan əlavə Qaradağ İHB-nın 16.10.2008-ci il tarixli 505 saylı sərəncamı ilə müəssisəyə 1800 kv.m torpaq sahəsi d ə verilmiş və həmin torpaq sahəsi üzərində də tikililər inşa edilmişdir. Eyni zamanda, Bakı şəhər İHB-nın 03.06.1999-cu il tarixli 518 saylı sərəncamı ilə «xxxx» müəssisəsinə 0,6 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 28,2 kv.m özəlləşdirilmiş (10.08.2010-cu ildə qeydiyyatdan keçmiş) bir tikili vardır. Həmin torpaq sahələrinin müəssisələrin adına özəlləşdirilməsi məqsədilə cavabdehə müraciət olunmuş, lakin sonuncu özəlləşdirilməyə razılıq versə də, torpağın qiymətləndirilməsi zamanı qanunun normalarına riayət etməmiş, 2016-cı ildən qüvvədə olan norma və qaydalar əsasında qiymətləndirmə apararaq hazırkı satış qiymətləri ilə (X1 216.000 manat, “xxxx” MMC-dən 300.000 manat) torpağın alınmasını təklif etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin 2-1(81)-165/19 saylı 22 fevral 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-165/19 saylı 22 fevral 2019-cu il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1019/19 saylı 02 may 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-165/19 saylı 22 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyə əsasən dövlət əmlakının satılması Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir və həmin qərarın nə zaman verilməsinə dair hər hansı bir tələb yoxdur. Başqa sözlə, belə qərarı qəbul etmək Komitənin vəzifəsi yox, hüququdur. İş materiallarından göründüyü kimi, Komitə tərəfindən mübahisəli torpaq sahələrinin satın alınması təklifi 03.03.2017-ci il tarixli **********2 və **********2 saylı bildirişlər ilə iddiaçılara təqdim olunmuş, cavabdeh də iddiaçılara ünvanladığı 03.03.2017-ci il tarixli bildirişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.04.1998-ci il tarixli, 93 saylı Qərarı ilə təsdiq olunmuş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında»xxxx«X3» istifadəsində olan 0,48 ha torpaq sahəsini 216 000 manata, «xxxx» müəssisəsinə istifadəsində olan 0,60 ha torpaq sahəsini 300 000 manata satın alınmasını təklif etmişdi r. İddiaçılar isə hesab edir ki, həmin norma onların hüquqi vəziyyətini pisləşdirdiyindən Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə ziddir. (Konstitusiyanın qeyd olunan normasına görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir). Qanunvericiliyin qeyd olunan tələblərini də nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, konkret halda mübahisələndirilən məsələ Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin birinci cümləsinin təsiri altına düşə bilməz. Çünki, dövlətə məxsus torpağın satılmasından əldə olunan vəsait dövlət büdcəsinin nəfinə ödənilir. Dövlət büdcəsi isə ictimai maraqları özündə əks et dirir. Belə olan halda, bazar qiymətlərindən aşağı, köhnə qiymətlərlə torpağın iddiaçı müəssisələrə satılması cəmiyyətin ümumi mənafeyinə və ictimai maraqlarına ziyan vurmuş olur ki, bu da, həmçinin, Konstitusiyanın qeyd olunan normasının birinci cümləsinin mənası baxımından yolverilməzdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1019/19 saylı 02 may 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə ilk növbədə apellyasiya instansiya məhkəməsi iddiaçıların iştirakını təmin etmədən işə baxmışdır. Bundan əlavə, torpaq sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və oby ektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 05.10.2016-cı il tarixədək qüvvədə olan normalarına əsasən özəlləşdirilməli, 05.10.2016-cı il tarixdən sözügedən Əsasnaməyə edilmiş dəyişiklik (Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir) tətbiq edilməməlidir. Belə ki, iddiaçılar mübahisəli torpaq sahələrini özəlləşdirmək üçün 2011-2015-ci illərdə cavabdehə müraciət edərkən Əsasnaməyə də yişiklik olunmamışdı. Yeni normanın iddiaçılara münasibətdə tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə ziddir. Kassator MM-nin 7.1-ci maddəsinə, İPM-nin 90-cı maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1019/19 saylı 02 may 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərba ycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1019/19 saylı 02 may 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiаçılar “xxxx” Kiçik Müəssisəsi və “xxxx” MMC Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “xxxx” Kiçik Müəssisəsinə məxsus sahəsi 0.48 ha və “xxxx” MMC-ə məxsus 0.6 ha torpaq sahələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.04.1998-ci il tarixli 93 saylı qərarına və həmin zaman qəbul edilmiş Əsasnamədəki normativ qiymətlərə uyğun özəlləşdirmənin aparılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Göründüyü kimi hazırkı iş üzrə iki iddiaçı - “xxxx” Kiçik Müəssis əsi və “xxxx” MMC onlara məxsus torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı müraciət edərək birgə iddiaçı kimi çıxış etmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İşə baxan apellyasiya instansiya məhkəməsi isə hazırkı iş üzrə prosessual həmiştirakçılığa yol verilib-verilməməsi məsələsinə qiymət verməmişdir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə hər iki iddiaç ının həmiştirakçılığına yol verilib-verilməməsini müəyyən etməli idi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi İPM-nin 30.1-ci maddəsinə uyğun olaraq prosessual həmiştirakçılığın yol verilənliyi məsələsini həll etməklə iş üz rə qərar qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçılar “xxxx” Kiçik Müəssisəsinin və “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1019/19 saylı 02 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2494/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2494/2019
02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver