Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2494/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: hakim kimi əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mə rkəzi Filialına qarşı “hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2280/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, o, xx.xx.1974-cü ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2008-ci il tarixədək müxtəlif təşkilatlarda işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Binəqədi Rayon Məhkəməsinin hakimi, Azərbaycan Respu blikası Prezidentinin 07 avqust 2013-cü il tarixli Sərəncamına əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının 21 oktyabr 2022-ci il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə həmin tarixdən xitam verilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək hakim kimi pensiya almaq huququna dair mülki münasibətlər xx.xx.2013-cü ildə yarandığına görə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının h ər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən ödənilmiş məzuniyyət haqqı və əmək haqqıma ödənilmiş digər əlavələr nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh **********9 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mə rkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının hakim kimi iş stajı 15 ildən az (14 il 2 ay 15 gün (xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyə t haqqı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər - 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı, yəni 21 oktyabr 2020-21 oktyabr 2022-ci illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 75 faizi miqdarında əlavənin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, 1983-cü ildən 1988-ci ilə qədər Azərbaycan SSR Dövlət Maddi-Texniki-Təchizat Komitəsinin “Azərmaştəchizatsatış” idarəsində baş hüquq məsləhətçisi, 1988-ci ildən 2001-ci ilə qədər həmin Komitənin “Azərmaşavadanlıq" idarəsində hüquq-müqavilə şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2001-ci ildən 2003-cü ilə qədər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hüquq şöbəsinin rəisi vəzifəsində işləmiş, 2003cü ildən 2008-ci ilə qədər "xxxx" X1 Cəmiyyətinin nəzarət-təşkilat şöbəsinin rəisi hüquqşünası və kadrlar və xüsusi işlər şöbələrinin rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 07 avqust 2013cü il tarixədək həmin Məhkəmədə hakim işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 avqust 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 21 oktyabr 2022-ci il tarixədək həmin Məhkəmədə hakim işləmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının 21 oktyabr 2022-ci il tarixli Qərarı ilə hakim vəzifəsində olmanın son yaş həddinə çatdığına görə hakimlik fəaliyyətinə xitam verilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109-cu maddəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Cavabdeh ona hakim kimi pensiya təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır, cavabdehin imtinası onun Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinin tələbləri ilə qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Onun 01 iyul 2017-ci il tarixədək artıq 9 il hakim kimi iş stajı mövcud olmuşdur və bu hal da onu təsdiq edir ki, onun hakim kimi pensiya almaq hüququna dair mülki münasibətlər 06 avqust 2013-cü ildə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olduğu dövrdə yaranmışdır. Digər tərəfdən o, hakim vəzifəsinə təyin olunan zaman yuxarıda qeyd olunan Qanun qüvvədə olmuş və onunla dövlət arasınd a əmək pensiyalarına dair münasibətlər həmin vaxt yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixdən qüvvədə olan 20.7-ci maddəsinə əsasən yalnız 15 il və daha çox hakim vəzifəsində işləmiş sabiq hakimlərin əmək pensiyasına qulluq stajına görə əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunda edilmiş bu dəyişikliklər iddiaçının vəziyyətini ağırlaşdırmış, onunla eyni vaxtda hakim işləmiş, eyni hüquqlara malik olmuş və 01 iyul 2017-ci il tarixədək hakim kimi əmək pensiyası təyin edilmiş şəxslərlə qeyri-bərabər vəziyyətə salınmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər qəbul olunan zaman onun artıq 9 illik hakimlik stajı var idi və 5 il hakimlik stajı olduğuna görə artıq onun 2013-cü ildə hakim kimi əmək pensiyası al mağa dair hüquqları (hakim kimi əmək pensiya münasibətləri) yaranmışdır ki, bu əsas da ona hakim vəzifəsində olmanın son yaş həddinə çatdıqda və pensiyaya çıxdıqda əmək pensiyasına sabiq hakim kimi qulluq stajına görə əlavə ödənilməsi hüququ verirdi.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın əsasları imtina ilə eyniyyət təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(116)-4462/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ilə (hakim: S.İ.Salahova) iddia tələbi təmin edilmiş, sabiq hakim kimi 21 oktyabr 2020-21 oktyabr 2022-ci illərdə aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, 65 yaşının tamam olduğu 08 sentyabr 2022-ci il tarixdən hakim kimi əmək pensiyasının təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında (cəmi 75 faiz) əlavə hesablanmaqla 08 sentyabr 2022-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks et dirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Məsələyə bu cür yanaşma öz əksini “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında da tapmışdır
10. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdi r. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2280/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: Ş.A.Məmmədova, hakimlər: C.A.Yusifov və P.A.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4462/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur.
13. Cav abdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün müvafiq apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 2019-cu il tarixədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1, 20.7.2 və 20.7.3-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı deyildir.
15. Şikayətdə qeyd edilir ki, iddiaçı artıq 2013-cü ildə hakim kimi yaşa görə pensiya hüququnun yarandığını iddia etsə də, 2013-cü ildə hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmadığına görə ona “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir.
16. Beləliklə, iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 1 iyul tarixli dəyişiklik edilənədək 9 il hakimlik stajı olsa da, hakim vəzifəsində olmanın son yaş həddinə yəni 65 yaşa çatmadığına görə Qanunun 20.1.4-cü maddəsinin tələbləri yerinə yetirilmədiyindən əvvəlki redaksiyaya əsasən hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi iddiası əsassızdır.
17. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunu n qüvvədə olan redaksiyasına əsasən ona pensiya təyin edilməsi üçün azı 15 il hakim işləməsi tələb olunsa da, iddiaçının hakim kimi stajı 15 ildən az (14 il 2 ay 15 gün (xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyindən cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Məhk əmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 109 Hakimlərin sosial müdafiəsi (xx.xx.2021-ci il tarixədək olan redaksiya) 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdak ı əmək pensiyaçılarına təyin edilir:... 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik st ajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. B u Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olundu ğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmd ə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 23. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 avqust 2008-ci il tarixli qərarı 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı
25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 26. “Hakimlərin Statusuna d air” Avropa Xartiyası KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır.
30. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq kas sasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Cavabdehin kassasiya şikayətinin yeganə və əsas dəlili ondan ibarətdir ki, iddiaçının hakim kimi iş stajı 15 ildən az (14 il 2 ay 15 gün) olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş 20.7.1 və 20.7.2 maddələrinin mətnləri ona şamil edilə bilməz. Belə ki, həmin dövrdə edilmiş dəyişikliyə əsasən ancaq 15 ildən yuxarı hakim peşəsində işləmiş şəxslərə hakim kimi əmək pensiyası təyin edilə bilər.
33. Məhkəmə tərkibi cavabdehin arqumentlərini əsassız hesab edərək bildirir ki, aşağı instansiya məhkəmələrinin mövqeyi formalaşmış məhkəmə təcrübəsinə və qanunvericiliyə tam uyğundur.
34. Belə ki, “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır.
35. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalqhüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi d əyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-c ı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
37. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələ rinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır.
39. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 yanvar 2023-cü il tarixli 3- 16-8/2-41/2023 nömrəli arayışından görünür ki, iddiaçının işlədiyi son 2 ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilmə si ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxması və müalicə olunması üçün müavinətlər daxil olmuş və həmin ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur.
40. Belə olan halda məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edən apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur.
41. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsi pləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.
42. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hakim işləmiş, hakim stajı 14 il 2 ay 15 gündür. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi (9 ilə yaxın) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi. 43. “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsi hakimlərin maddi təminatını tənzimləyir. Həmin maddə ilə hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Odur ki, iddiaçı xx.xx.2022-ci il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır....Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir......Səlahiyyətlərin yerinə yetirilməsi ilə b ağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Odur ki, iddiaçı xx.xx.2022ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya hakim kimi əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düz gün tətbiq edərək iddiaçının tələbinin qanuni və əsaslı olmadığı barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, iddiaçı tərəfindən kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz.
46. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2280/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.