Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2494/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X2rşı iş üzrə QƏRARİ Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 2-1(103)-1634/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən verilmiş ДИ ******* nömrəli, xx.xx.2020-ci il tarixli Bakalavr diplomuna və ДИ ******* nömrəli diploma əlavəyə əsasən, iddiaçı “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması mühəndisi” ixtisasını müvəffəqiyyətlə bitirmiş və ona həmin ixtisas üzrə bakalavr ali ixtisas dərəcəsi verilmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətində dispetçer vəzifəsində işləyir.
3. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orq ana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli qərarla onun müraciətini təmin etməmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini hazırki qərarın 1-4-cü bəndlərində sadalanan işin hall arı ilə əsaslandırmışdır.
6. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırmışdır ki, xarici dövlətlərdə əldə olunmuş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na əsasən həyata keçirilir. Elektron ərizə sistemindəki qeydiyyat tarixlərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixində elektron ərizəsini təsdiqləyərək müraciət etmişdir ki, bu tarix sözügedən Qaydaların xx.xx.2023-cü il tarixində qüvvəyə minməsindən sonraya təsadüf edir və iddia ərizəsində həmin normativ-hüquqi aktın geriyə qüvvəsi barədə əsaslandırma əsassızdır. Eyni konteksdə iddiaçı öz ərizəsində Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə ləğv edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na istinad edir, həmin Qaydalardaki imtina əsaslarını məhkəməyə təqdim edir ki, həmin Qərar yeni normativ aktın qəbulu zamanı Nazirlər Kabineti tərəfindən ləğv edilmişdir. Bu Qaydaların 4.4.1-ci yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi") üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ə rzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər sırasında qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1ci yarımbəndinə əsasən, həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin hər tədrsi ili üzrə auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Eyni Qərarın 8.7.5-ci yarımdəndində isə q iyabi təhsilalma formasında tədris olunan təhsil proqramları üzrə hər semestr üzrə 1 həftə imtahan sessiyası (bir tədris ili üzrə 2 həftə) nəzərdə tutulmuşdur. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri - 2015/2016-cı il - 13 gün; 2016/2017-ci il -13 gün; 2017/2018-ci il -13 gün; 2018/2019-cu il -14 gün; 2019/2020-ci il getməyib (İ semestr, İİ semestr pandemiya dövrü) təşkil edir. Qeyd olunmuş sərhədkeçmə məlumatları əsasında aydın olur ki, iddiaçı təhsil aldığı dövrün heç bir ili üzrə xarici ali təhsil aldığı ölkədə Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən aktlarda əks olunmuş normativlər üzrə kifayət qədər olmamışdır. Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda qiyabi təhsilalma forması üzrə hətta Azərbaycan dilindəki təhsil proqramlarının mənimsənilməsi üçün minimum 6 həftəlik auditoriya və 2 həftəlik imtahan sessiyaları nəzərdə tutulduğu halda, iddiaçı xarici dildə ali təhsili almaq üçün Qaydalarda bu müddətin yarısı kimi nəzərdə tutulmuş tələbə uyğun xarici ali təhsil aldığı ölkədə olmamışdır. Bununla bərabər, Azərbaycan Respublikası Əmək Məcəlləsi 124.3-cü yarımbəndində Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü müddətində təhsil mə zuniyyəti verildiyi öz əksini tapmışdır ki, bu da qiyabi təhsilalma formasında tədrisin təşkili müddətlərinə nisbətdə qanunvericilik aktları arasında ahəngi göstərməsi baxımından önəmli nüansdır. İddia ərizəsində "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikası və Belarus Respublikası ilə bağlanmış eyni istiqamətdəki sazişə istinad edərək beynəlxalq müqavilələr və yerli normativ-hüquqi aktlar arasında ziddiyətə diqqət çəkilmişdir, lakin cavabdeh orqan Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Nazirlər Kabinetinin Qərarı ilə onun səlahiyyət çərçivəsinə aid edilmiş xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyanın tanınması üzrə icraat aparmış, iddiaçının diplomunun həqiqiliyini mübahisələndirməmişdir. Yekun olaraq, cavabdeh inzibati orqan tanınma üzrə inzibati icraat aparan zaman “İnzibati İcraat haqqında” Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.
7. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemindən (İAMAS) çıxarışdan görünür ki, iddiaçı xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə Belarusiyada, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə Ukraynada, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə Belarusiyada olmuşdur.
8. Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən təqdim edilmiş Binəqədi rayon X3 hissəsinin arayışına əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixli 0176/e nömrəli əmrlə xx.xx.2016- xx.xx.2016-cı il tarixlərində 15 təqvim günü müddətində, xx.xx.2017-ci il tarixli 0189/e nömrəli əmrlə xx.xx.2017-xx.xx.2017-ci il tarixlərində 13 təqvim günü müddətində, xx.xx.2018-ci il tarixli 0095/e nömrəli əmrlə xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində 13 təqvim günü müddətində, xx.xx.2019-cu il tarixli 0086/e nömrəli əmri ilə xx.xx.2019xx.xx.2019-cu il tarixlərində isə 14 təqvim günü müddə tində ödənişli təhsil məzuniyyəti verilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 28 noyabr 2023-cü il tarixli, 2-1(112)-11457/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən iddiaçının adına verilmiş ДИ ******* nömrəli, xx.xx.2020-ci il tarixli bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təhsil müddəti 5 il, qiyabi formada olmaqla xx.xx.2015-xx.xx.2016, xx.xx.2016-xx.xx.2022-ci illəri əhatə edir. Məhkəmə nəzərə almışdır ki, iddiaçının iş yerinin arayışına əsasən o, təhsil aldığı müddətdə, ondan əvvəl və sonra (ixtisası üzrə) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olmuş və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində müvafiq çağırışlar əsasında Nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi haqqında əmrlərə uyğun olaraq dərslərdə iştirak etmişdir. İddiaçı təhsilini başa vurduqdan sonra Fövqəladə Hallar Nazirliyində xidmətini davam edir. Odur ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətdə (İ tədris ili üzrə - 13 gün, İİ tədris ili üzrə - 13 gün, İİİ tədris ili üzrə - 13 gün, İV tədris ili üzrə - 14 gün, V tədris ili üzrə - 0 günpandemiya dövrü) tədris yükünü yerinə yetirə bilməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qeyd edilən müddətin müəyyən edilmiş tədris yükünün mənimsənilməsini yetərsiz hesab et məyə məhkəmə əsas görmür.
11. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və E.Ə.Əliyev) 21 may 2024-cü il tarixli, 2-1(103)-1634/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSA SİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi;... Maddə
27. Təhsil haqqında dövlət s ənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir.... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.... Maddə
29. Təhsil sahəsində dövlətin vəzifələri... 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur.... Maddə
44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ... 44.2. Azərbaycan Res publikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir....
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” Bənd 1.1 Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezid entinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır;... 1.5 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir; 1.6 “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbayca n Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.... Bənd 3.2 Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra);... 3.6 Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının m üvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyy əti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məl umat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 9 4.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya lə ğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkə mə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtinaya dair qəbul edilmiş qərarın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə kassasiya şikayətində göstərilən iddiaçının təhsil müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması və digər dəlillərə apellyasiya məhkəməsi tərəfindən zəruri olan həddə qiymət verilmiş, tam araşdırma aparılmış, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları p rosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
28. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 21(103)-1634/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.