Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2495/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Rəcəbov Elvin Qabil oğlunun, Cavabdehin vəkili (nümayəndəsi) Həsənov Cəmşid Məmməd oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 may tarixli 2-1(103)-944/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şi kayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2007-ci il 16 dekabr tarixdə prokurorluq orqanlarında 25 ildən artıq xidmət etdiyinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş, prokurorluq orqanlarında əmək fəaliyyətini davam etdirdiyi üçün pensiyaya qulluq əlavəsi 50%-lə ödənilmiş, 2013-cü il 16 sentyabr tarixdə isə 60 yaşı tamam olduqdan sonra prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş və təqdim etdiyi son 24 ayın əmək haqqı arayışına əsasən pensiyası yenidən hesablanmışdır. İddiaçıya eyni zamanda 2013-cü ildə 1982/1983, 1993/1994, 1994/1995, 1995/1996, 1996/1997, 1999/2000 illər üzrə istifadə etmədiyi məzuniyyətlərə görə 10.716,57 manat kompensasiya ödənilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 2018-ci il 1 noyabr tarixli arayışına əsasən, iddiaçının istifadə etmədiyi məzuniyyətlərə görə 10.716,57 manat məbləğindən məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 8 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun 2018-ci il 1 noyabr tarixli, 17/773 saylı arayışında göstərilən, iddiaçının istifadə etmədiyi məzuniyyətlərə görə 10.716,57 manat məbləğ əvvəlki illərin istifadə edilməmiş məzuniyyəti olduğundan, həmin məbləğ son 24 ayın ödənişlərinə daxil olmadığı üçün, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 14 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Baş Prokurorluğunun 2018-ci il 1 noyabr tarixli, 17/773 saylı arayışında göstərilən istifadə etmədiyi məzuniyyətlərə görə 10.716,57 manat məbləğin nəzərə alınaraq, pensiyasının 2013-cü il 16 sentyabr tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçı uzun illər prokurorluq orqanlarında xidmət etmişdir. Ona 2007-ci il 16 dekabr tarixdən prokurorluq orqanlarında 25 il işlədiyi üçün xidmət illərinə görə pensiya təyin edilmişdir. 2013-cü il 16 sentyabr tarixədək iş fəaliyyətini davam etdirdiyi üçün pensiyasın ın qulluq əlavəsi həmin vaxt 50 % ödənilmiş, daha sonra 2013-cü il 16 sentyabr tarixdə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verildikdən sonra yenidən təqdim etdiyi son 24 ayın əmək haqqı arayışına əsasən pensiyası yenidən hesablanaraq tam məbləğdə işdən çıxdığı tarixdən ödəniş davam etmişdir. Lakin, pensiyası təyin edilərkən istifadə etmədiyi məzuniyyətlərə görə 10.716,57 manat məbləğində aldığı kompensasiya nəzərə alınmamışdır. Halbuki, həmin məbləğdən də məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 yanvar tarixli 2-1(81)-474/19 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun 2018-ci il 1 noyabr tarixli, 17/773 saylı arayışında göstə rilən istifadə etmədiyi məzuniyyətlərə görə 10.716,57 manat məbləğin nəzərə alınaraq, pensiyasının 2013-cü il 16 sentyabr tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya 2013-cü ildə istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 10.716,57 manat məbləğdən məcburi dövlət sosial sığorta haqqı ödənildiyindən, cavabdehin imtinası əsassızdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 may tarixli 2-1(103)-944/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, prokurorluq orqanları işçilərinin əmək pensiyası və qulluq stajına görə əlavələr orta aylıq əmək haqqı əsasında hesablanır və DSMF-na ayırmaların məbləği (pensiya kapitalı) pensiyanın hesablanmasında rol oynamır. Buna görə də iddiaçıya 2013-cü ildə istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 10.716,57 manat məbləğdən DSMF-na ayırmalar olması iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 7 iyun tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 21 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını t ələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə əsassız çıxardığı qərarın bəzi yerlərində qanun normalarına istinad edərək həmin qanunlardan təhrif olunmuş nəticələr çıxarmışdır. Belə ki, qərarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsinə istinad olunaraq belə bir əsassız nəticə çıxarır ki, 2013-cü ildə istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 10.716,57 manat məbləğdən DSMF-na ayırmaların olması iddiaçının əmək pensiyasının hesablanması üçün əsas ola bilməz, halbuki, həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsində birbaşa göstəriş vardır ki, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirm ək üçün əmək müqaviləsi ilə yerinə yetirilmiş, işçinin gördüyü işə görə verilən məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə qərarında “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 61-1-ci maddəsinə əsaslanmışdır. Halbuki, bu qanun mart 2007-ci ilin mart ayının 6-da qüvvədən düşmüşdür. Artıq bu qanun heç bir münasibəti tənzimləmir və məhkəmənin qərar qəbul etməsi üçün əsas ola bilməzdi. Çünki iddiaçının 2007-ci ilin dekabr ayında pensiya hüququ yarandıqda bu qanun qüvvədə olmamışdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həll edilir. Hansı ki, iddiaçının pensiya hüququ yar andığı an qüvvədə olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsində qeyd edilmişdir ki, əmək pensiyası sığorta olunanların onlara əmək pensiyası təyin olunandan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödəniş edir. Bu maddədən göründüyü kimi pensiya hüququ təmin edilərkən vətəndaşın əmək haqqı və digər gəlirləri kompensasiya olunmuş olur. Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin gördüyü işə (göstərdiyi xidmətə görə) işə götürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və aylıq məbləğ habelə ona edilən əlavələr mükafatlar və digər ödənclərin məcmusudur. Orta aylıq əmək haqqını müəyyən etməkdə məqsəd əmək haqqına əlavələrin hədd ini tənzimləməkdir. Məhz “Əmək pensiyaları haqqında” Qanunun 20.1.5-ci maddəsində qeyd edilir ki, əmək haqqına əlavələrin həddini müəyyən etmək üçün işçinin orta aylıq əmək haqqının nə qədər olmasını aydınlaşdırmaq lazımdır. Yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 126 nömrəli qərarı və “Əmək pensiyası haqqında” Qanunun 20.1.5-ci maddəsi əmək haqqına əlavələrin həddini müəyyən etməyə xidmət edir. Pensiya təyin edilərkən isə nəzərə alınmalı olan gəlirlər vətəndaşın təkcə orta aylıq əmək haqqı və ona əlavələr deyil, eyni zamanda mükafatlar və digər ödənclərdir. Bundan başqa Nazirlər Kabinetinin 126 nömrəli qərarındakı “istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya” barədə bəndi 2008-ci ildə əlavə edilmişdir. İddiaçının pensiya hüququ isə 2007-ci ilin dekabrında yaranmışdır. İ ddiaçı pensiya hesablanarkən nəzərə alınmalı olduğunu tələb etdiyi məbləğ-yəni istifadə etmədiyi məzuniyyətlərə görə son 24 ay ərzində ona verilmiş kompensasiya digər ödənclər siyahısına daxildir. Çünki ona son 24 ay ərzində verilmiş və həmin məbləğdən məcburi sosial siğorta haqqı da tutulmuşdur. Dövlət Sosial Müdafiə Fondu iddiaçının pensiyasını hesablayarkən orta aylıq əmək haqqını, ona əlavələri, mükafatları və digər ödənclər qismində olan son iki ilin məzuniyyət pullarını nəzərə almış, lakin digər ödənclər kimi son 24 ay ərzində kompensasiya olaraq verilmiş və məcburi siğorta haqqı tutulmuş məbləği – 10.716,57 manatı pensiya hesablanarkən nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat ver ərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri... Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, bu Q anunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir... İşin müəyyən edilmiş hallarına görə, 2013-cü ildə iddiaçının prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş və təqdim etdiyi son 24 ayın əmək haqqı arayışına əsasən pensiyası yenidən hesablanmışdır. İddiaçıya 2013-cü ildə 1982/1983, 1993/1994, 1994/1995, 1995/1996, 1996/1997, 1999/2000 illər üzrə istifadə etmədiyi məzuniyyətlərə görə 10.716,57 manat məbləğində kompensasiya ödənilmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi kompensasiya məbləği 2000-ci ilədək olan dövrə aiddir. Bu səbəbdən də həmin məbləğ iddiaçıya 2013-cü ildə hesablanmış, son iki ili əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2011-2013-cü illəri əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi, əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. Apellyasiya instansiyası məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 may tarixli 2-1(103)-944/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2495/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2495/2019
18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver