Məhkəmə qərarları › İş №2-1(102)-2495/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2495/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2495/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçın cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaçqın statusunun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)930/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İran İslan Respublikasının vətəndaşı olan iddiaçı cavabdehə müraciət edərək ona qaçqın statusunun verilməsini xahiş etmiş, cavabdehin 14 iyul 2022-ci il tarixli İQ-06/1 nömrəli qərarı ilə vəsatət rədd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 4 iyul 2022-ci il tarixli İQ-06/1 nömrəli qərarının qanunsuz hesab olunması və ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İran İslam Respublikasının vətəndaşı və etnik olaraq türk-azərbaycanlıdır. xx.xx.1979-cu ildə İran Əhər vilayətində Göyərçin kəndində anadan olub. Ailəli dir, bir qız, bir oğlan övladı var, hazırda onunla birlikdə Bakı şəhərində yaşayırlar. “GÜNAZ” televiziyası və Güney Azərbaycanlıların Milli Azadlıq Cəbhəsi (GAMAC) Təşkilatının üzvüdür. 20 ildir ki, İranın şimalında Güney Azərbaycanda yaşayan 35 milyon azərbaycanlının dili, tarixi, hüquqları uğrunda mübarizə aparmışdır. İlk dəfə 2004-cü il tarixdə güney azərbaycanlıların azadlıq simvolu olan Güney Azərbaycanın Qaradağ mahalı ərazisində yerləşən Bəzz-Banək qalası istiqamətində dinc yürüşdə iştirak etdiyinə görə həbs olunmuş, 1 həftə qanunsuz saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. 2005-ci ildə Xocalı soyqırımı ilə bağlı tədbirdə iştirak etmiş və bu dəfə bu tədbirdə iştirak etdiyi üçün 1 ay müddətində azadlıqdan məhrum edilərək işgəncələrə məruz qalmışdır. 2- ci Qarabağ müharibəsi zaman ı İran ərazisindən yük maşınları ilə Ermənistana hərbi yardım daşınmasına etiraz olaraq mitinq təşkil elmiş, buna görə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təhdid olunduğu üçün xx.xx.2021-ci il tarixdə Türkiyəyə getmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. O, dinsiz, heç bir dini etiqadı olmadığı üçün dini rejim tərəfindən təqib riski altındadır. Azərbaycana gəldikdən sonra o, xx.xx.2022-ci il tarixdə sığınacaq üçün vəsatətlə müraciət etmiş, cavabdeh tərəfindən vəsatəti qeydiyyata alınaraq onunla müsahibə aparmışdır. İddiaçı bildirmişdir ki, milli, siyasi və dini baxışlarına görə İranda zorakılığa və təqibə məruz qalacağına görə geri qayıtmaq istəmir. Cavabdeh 14 iyul 2022-ci ildə DMX İQ-06/1 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd etmişdir. Cavabde h qərarını onunla əsaslandırmışdır ki, ərizəçinin əsaslı təqib qorxusu mövcud deyil. Cavabdehin etirazları:

4. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı İddiaçı 15 aprel 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 14-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, İranın Əhər bölgəsi, Göyərçin kəndində anadan olduğunu, milliyətcə türk, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Təbriz şəhərində məktəbdə təhsil aldığını, ali təhsil almadığını, xüsusi bir peşəsinin olmadığını, məktəbi bitirdikdən sonra xalça toxumaq ilə məşğul olduğunu, 2001-2003-cü illərdə 2 ay Təbrizdə, 19 ay Tehranda hərbi hava qüvvələrində (niru həvayi) hərbi xidmətdə olduğunu, hərbi xidmətdən qayıtdıqdan sonra 1 (bir) il bazarda işlədiyini, 1 (bir) il yarım dəmir yonmaqla məşğul olduğunu, bundan sonra tikinti işində podratçı kimi işlədiyini, podratçı kimi müəyyən bir tikintinin pəncərə, yaxud elektrik işlərini həyata keçirdiyini, Azərbaycana gələnə qədər bu işlə məşğul olduğunu, İranda siyasi fəaliyyət göstərməsi və İran dövləti tərəfindən təqib olunması səbəbilə ölkəsini tərk edərək xx.xx.2021-ci il tarixdə Türkiyəyə getdiyini, 6 ay müddətində Trabzon şəhərində qaldığını, xx.xx.2022-ci il tarixdə isə Azərbaycana gəldiyini söyləmişdir (ailəlidir, 2 övladı var. Ailə üzvlərinin Təbriz şəh ərində yaşadığını qeyd etmişdir). Bundan başqa, Mohajeri X1rkən heç bir partiya və təşkilata üzv və ya tərəfdar olmadığını, lakin qeyri-rəsmi şəkildə 20 il müddətində İranda Güney Azərbaycanlıların milli hərəkatında iştirak etdiyini, azərbaycanlıların dili, tarixi, hüquqları uğrunda mübarizə apardığını, İranın Azərbaycanla bağlı siyasətinə etiraz edərək 2005-ci ildə Xocalı soyqırımı ilə bağlı tədbirdə iştirak etdiyini, 2-ci Qarabağ müharibəsi zamanı İrandan Ermənistana maşınların keçməsinə etiraz olaraq mitinq təşkil etdiyini, bu fəaliyyətlərini göstərdiyi müddətdə 2004-cü ildən etibarən 13 dəfə həbs olunduğunu və ya saxlanıldığını, hal-hazırda haqqında 3 (üç) il və 1 (bir) il olmaqla 2 (iki) həbs qəti imkan tədbiri, 74 şallaq və 10 milyon tümən cərimə hökmü olduğunu, 2 (iki) ittiham üzrə isə hələ hökm oxunmadığını da bildirmişdir.

5. İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, onun siyasi fəaliyyəti müxtəlif qruplara tərəfdarlıq, həmin qruplar üçün təbliğatın təşkilindən ibarət olmuşdur. Ərizəçinin verdiyi məlumatlara əsasən həbs müddətlərinə nəzər saldıqda onun ən uzun həbs müddətinin 105 gün olduğu məlum olmuşdur. Qeyd olunan fakt, yəni müxalif silahlı qruplara üzvlük və onlara yardım ittihamı ilə təqsirləndirilən şəxsin belə qısa müddət ərzində azadlığa buraxılması inandırıcılıq nöqteyi-nəzərindən ciddi şübhələr doğurmuşdur. Həmçinin ərizəçinin özünün qeyd etdiyi kimi qardaşı və bacanağı da müxtəlif dövrlərdə oxşar ittihamlar əsasında həbs edilsə də, onlar ölk əni tərk etməmiş, heç bir təzyiqə məruz qalmadan ölkə ərazisində yaşamaqdadırlar. Ərizə-anket və müsahibələrdən aydın olmuşdur ki, 2011-ci ildəki saxlanılmasından sonra dəfələrlə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, heç bir fiziki və mənəvi təzyiqlərə məruz qalmamış və əslində onların bəzilərinin hüquqa uyğun davranışından razılığını bildirmişdir. Ərizəçinin üzləşdiyi ən ciddi ittihamlardan biri hesab etdiyi iş üzrə cərimə tətbiq edilmiş, lakin özü ölkədə olmadığı üçün cərimənin qardaşı tərəfindən ödənilməsinin mümkün olmadığı məlum olmuşdur. Bu isə ona qarşı irəli sürülən ittihamın həyati və digər təhlükə ehtiva etmədiyi nəticəsinə gəlir. Bundan əlavə, iş üzrə digər hal şəxsin həbs qərarı ola-ola ölkəni tərk etməsi hesab edilə bilər. Ərizəçi bu xüsusda verilən sualı cav ablandıra bilməmiş, öz fərziyyəsinə əsasən ata adındakı orfoqrafik səhv səbəbindən ölkəni tərk etməyə müəssər olduğunu bildirmişdir. Lakin ərizəçinin digər məlumatlarından məlum olmuşdur ki, onun atasının adı pasportunda, milli şəxsiyyət vəsiqəsində və məhkəmə qərarında eyni cür yazılmış, bu isə onun həmin orfoqrafik səhvdən yararlanaraq ölkəni tərk etməsi iddiasını boşa çıxarmışdır. Həmçinin ərizəçinin 2004-cü ildən etibarən dəfələrlə həbs edilsə də, onun 2016, 2017, 2018-ci illərdə rahatlıqla ölkəni tərk etdiyi, həmçinin 2020-ci ilin 12 iyul tarixində bir il müddətinə barəsində həbs qərarı və digər şərti cəzalar verildiyi, lakin buna baxmayaraq həmin cəza və cərimələrin ödənilmədiyi və ya götürülmədiyi, xx.xx.2021-ci ildə yeni pasport əldə etdiyi məlum olmuşdur. Şəxsin verdiyi məlumatlar dan aydın olmuşdur ki, o, 30 sentyabr 2021-ci ildə ölkəsini sonuncu dəfə tərk etdikdən sonra Türkiyə Respublikasına getmiş, sığınacaq üçün müraciət etmiş, lakin öz ərizəsinə əsasən qaçqın statusunun verilməsi prosedurunun dayandırılmasını xahiş edərək 6 ay ərzində orada qaldıqdan sonra Azərbaycan Respublikasına gəlmişdir. Qeyd olunan fakt şəxsin Türkiyə Respublikasında mövcud vəziyyəti qiymətləndirdikdən sonra Azərbaycan Respublikasına gələrək sığınacaq əldə etmək istəməsini və öz bildirdiyinə əsasən məqsədinin gələcəkdə biznes qurmaqdan ibarət olmasını göstərir. Ərizəçinin ərizə-anket zamanı ölkəni tərk edərkən yalnız pasportunu götürməsi, digər sənədlərinə isə İranda ehtiyac olduğundan orada saxlamasını bildirməsi ölkəsi ilə hələ də hüquqi və siyasi bağlılığının olduğunu müəyyənləşdirmiş dir.

6. Həmçinin ərizəçinin müsahibə zamanı şüşə ilə məşğul olduğunu, icazə verilərsə, İran İslam Respublikasından şüşə gətirərək burada onun satışı ilə məşğul olmaq istədiyini bildirməsi şəxsin ölkəsində əsaslı təqib qorxusu ehtimalının doğru olmadığını göstərir. Həmçinin şəxsin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə e dilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imt ina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtma q istəməyən şəxsdir. Belə ki, göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəricələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından Xidmət tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin işin faktiki hallarından da müəyyən edilir ki, İddiaçı vətəndaşı olduğu ölkədə irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat 10 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-930/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və P.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilməd ən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayətində iddia ərizəsində göstərilən mahiyyətcə eyni dəlilləri sadalamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə

1. Qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyəti nə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə

12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə

13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

16. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respubli kası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir Bənd 1.... “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bənd 7. “Qaçqın” status u verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd

8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstə rilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məh kəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qəra rının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfi ndən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya qaçqın statusunun verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarın qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aiddir. Bu baxımdan məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər.

27. İşin araşdırılmış hallarına görə, iddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.

28. Qaçqın statusunun verilməsi ilə bağlı işlərə baxarkən inzibati or qanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı və real təqib qorxusunun mövcud olub-olmadığını müəyyən etməkdən, eləcə də bununla bağlı real riskləri qiymətləndirməkdən ibarətdir.

29. Hazırkı mübahisəyə münasibətdə iddiaçının öz ölkəsinə qayıtdığı təqdirdə təqiblərə məruz qalacağı və ya ən azından əsaslı və real təqib qorxusunun və ya bununla bağlı real risklərin mövcud olduğu işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından və iş üzrə materiallardan görünmür.

30. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 2004-cü ildən etibarən dəfələrlə həbs edilsə də, onun 2016, 2017, 2018-ci illərdə rahatlıqla ölkən i tərk etdiyi, həmçinin 2020-ci ilin 12 iyul tarixində bir il müddətinə barəsində həbs qərarı və digər şərti cəzalar verildiyi, lakin buna baxmayaraq həmin cəza və cərimələrin ödənilmədiyi və ya götürülmədiyi, xx.xx.2021-ci ildə yeni pasport əldə etdiyi məlum olmuşdur. Şəxsin verdiyi məlumatlardan aydın olmuşdur ki, o, 30 sentyabr 2021-ci ildə ölkəsini sonuncu dəfə tərk etdikdən sonra Türkiyə Respublikasına getmiş, sığınacaq üçün müraciət etmiş, lakin öz ərizəsinə əsasən qaçqın statusunun verilməsi prosedurunun dayandırılmasını xahiş edərək 6 ay ərzində orada qaldıqdan sonra, Azərbaycan Respublikasına gəlmişdir. Qeyd olunan fakt şəxsin Türkiyə Respublikasında mövcud vəziyyəti qiymətləndirdikdən sonra Azərbaycan Respublikasına gələrək sığınacaq əldə etmək istəməsini və öz bildirdiyinə əsasə n məqsədinin gələcəkdə biznes qurmaqdan ibarət olmasını göstərir. Ərizəçi ərizə-anket zamanı ölkəni tərk edərkən, yalnız pasportunu götürməsi, digər sənədlərinə isə İranda ehtiyac olduğundan orada saxlamasını bildirməsi onun ölkəsi ilə hələ də hüquqi və siyasi bağlılığının olduğunu müəyyənləşdirmişdir. Həmçinin, müsahibə zamanı ərizəçinin şüşə işi ilə məşğul olduğunu, icazə verilərsə, İran İslam Respublikasından şüşə gətirərək burada onun satışı ilə məşğul olmaq istədiyini bildirməsi şəxsin ölkəsində əsaslı təqib qorxusu ehtimalının doğru olmadığını göstərir.

31. Belə olan halda, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “q açqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur.

32. Beləliklə, məhkəmə kollegiyasının hesab edir ki, yuxarıda istinad olunan normalara əsasən və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab olunmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-930/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar