Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2495/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı KFT-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: plan-ölçü sənədində göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının uyğunlaşdırılması) 17.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı X1 (KFT-nin) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “plan-ölçü sənədində göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının uyğunlaşdırılması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2-1(106)186/2025 nömrəli qərarından üçüncü şəxs “Qərənfil-95” fərdi kiçik müəssisəsi (FKM) tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpağa mülkiyyət, sahibkarlıq və daimi istifadə hüququna dair” A 004863 nömrəli dövlət aktına əsasən, Cəlilabad rayon XDS-nin xx.xx.1994-cü il tarixli, 03 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı müstəqil kiçik müəssisəsinin daimi istifadəsinə 30 hektar torpaq sahəsi verilmişdir. 2. 11.12.2000-ci il tarixdə İddiaçı müstəqil kiçik müəssisəsinin bazasında yaradılmış İddiaç ı KFT dövlət qeydiyyatına alınmışdır.
3. Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən, İddiaçı KFT-yə dövlət ehtiyat fondu torpaqlarından verilmiş torpaq sahəsinin 10 hektarından onun istifadə hüququna xitam verilmiş, həmin sahənin, yəni şimaldan yol ilə, şərqdən İddiaçı KFT-nin torpağı ilə, cənubdan “Novruz-3” kiçik müəssisəsinin torpağı ilə, qərbdən “Nur” kiçik müəssisəsinin torpağı ilə sərhədlənən torpaq sahəsinin “Qərənfil-95” FKM-in istifadəsinə ayrılması qərara alınmış və ayrılan sahənin planı tərtib edilmişdir.
4. Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı ilə rayonun dövlət mülkiyyətinə aid torpaqlarından 10 hektar torpaq sahəsi əkinçiliyin inkişafı məqsədilə “Qərənfil-95” FKM-y ə verilmiş, tərəflər arasında sözügedən torpaq sahəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2037-ci il tarixədək icarəyə verilməsinə dair xx.xx.2022-ci il tarixli, 44 nömrəli icarə müqaviləsi bağlanılmışdır. 5. “Qərənfil-95” FKM-in həmin torpaq sahəsinə icarə hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına həmin torpaq sahəsinə dair A 965844 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1266 nömrəli ekspert rəyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə istinadən qeyd edilmişdir ki, Cəlilabad rayon İcr a Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən DTXK-nın Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planında “Qərənfil-95” FKM-yə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı əsasında “Qərənfıl-95” FKM-in icarə hüququnun qeydə alındığı 10 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələri və koordinatları müəyyən edilmişdir. Lakin “Qərənfil-95” FKM-in icarə hüququnun qeydə alındığı 10 ha torpaq sahəsinin yerinin və döngə nöqtələrinin koordinatlarının Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən “Qərə nfıl-95” FKM-yə ayrılmış 10 ha torpaq sahəsinə dair DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş plandan fərqli işləndiyi, həmin torpaq sahələrinin eyni ərazini əhatə etmədiyi müəyyən olunmuşdur. Mübahisəli ərazidə “Qərənfıl-95” FKM tərəfindən 30 ha torpaq sahəsinin istifadə olunduğu müəyyən edilmişdir. Torpaq sahələrinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə, üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, RX **********72 seriyalı çıxar ışın verilməsinə əsas olmuş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən tərtib edilmiş torpaq sahəsinin planında “Qərənfil95” FKM-yə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən “Qərənfil-95” FKM-yə 10 ha torpaq sahəsi verilmiş, eyni zamanda, torpaq sahəsinin yerləşmə yerinə uyğun olaraq cizgi planı tərtib edilmişdir. Sonradan “Qərənfil-95” FKM-in 10 ha torpaq sahəsinə hüququ dövlət qeydiyyatına alınmış, həmin torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Lakin plan-ölçü sənədinin elektron xəritəsi ilə ilkin torpaqayırma sənədlərinin cizgi planında göstərilən koordinatlar arasında uyğunsuzluq müəyyən olunmuşdur. Yəni, torpaq sahəsinin faktiki yerləşmə mövqeyi verilən xəritəyə uyğun olmamışdır. Plan-ölçü sənədinə əsasən, “Qərənfil-95” FKM-yə məxsus torpaq sahəsinin koordinatları tamam fərqli əraziyə düşür. Bununla bağlı iddiaçı cavabdehə müraciət edərək yanlışlığın aradan qaldırılmasını xahiş etmiş, lakin cavabdeh müraciətin təmin olunmasından imtina etmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir.
9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Cəlilabad rayon İcra Hakimiyy ətinin xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 44 nömrəli icarə müqaviləsi əsasında Cəlilabad rayonu ərazisində yerləşən 10 ha dövlət ehtiyat fondu torpaq sahəsinə “Qərənfil-95” FKM-in hüququ dövlət qeydiyyatına alınaraq ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********72 reyestr nömrəli çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçının çıxarışın ləğvi ilə bağlı 2023-cü ildə rəsmi müraciəti aşkar edilməmişdir. Həmçinin “Qərənfil-95” FKM, torpaq sahəsinin koordinatlarına düzəliş olunması barədə müraciət etməmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən “Qərənfil-95” FKM və Cəlilabad rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilm işlər.
11. Şirvan İnzibati Məhkəməsinin (hakim: Hilal Nəcəfov) 15 noyabr 2024-cü il tarixli, 2-1(120)-1296/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixli, RX **********72 seriyalı çıxarışın verilməsinə əsas olmuş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən tərtib edilmiş torpaq sahəsinin planında “Qərənfil-95” FKM-yə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə iddiaçıya ayrılan torpaq sahəsi ilə Cəl ilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı ilə üçüncü şəxs “Qərənfil-95” FKM-yə ayrılan 10 hektar torpaq sahəsinin üst-üstə düşməsi ilə bağlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən, Cəlilabad rayon XDS-nin xx.xx.1994-cü il tarixli, 03 nömrəli qərarı ilə iddiaçıya 30 ha torpaq sahəsi verilmiş, sonradan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamı ilə iddiaçının həmin torpağın 10 hektarından istifadə hüququna xitam verilmiş, qeyd edilən torpaq sahəsi “Qərənfil-95” FKM-yə verilmişdir. Təqdim edilən ekspert rəyinə və mütəxəssis tərəfindən təqdim edilən yerquruluşu planına qarşılıqlı nəzər yetirilən zaman, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı ilə “Qərənfıl-95” FKMyə ayrılmış 10 ha torpaq sahəsinin koordinatlarının 2001-ci ildə ayrıldığı zamandan fərqli koordinatlar üzərində işləndiyi, müvafiq uyğunsuzluqların olduğu bir daha müəyyən edilir. Eləcə də, torpaq sahələrinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatları torpaq sahəsi ayrılan zaman qeyd edilən koordinatlara uyğunlaşdırılacağı təqdirdə, üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyən edilir.
13. Üçüncü şəxs “Qərənfil-95” fərdi kiçik müəssisəsi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Fik rət Hüseynov /sədrlik edən və məruzəçi/, Samir Həsənov və Ceyhun Quliyev) 30 aprel 2025ci il tarixli, 2-1(106)-186/2025 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “Qərənfil-95” FKM-yə ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən koordinatları ilkin sənədə, yəni Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən DTXK-nın Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planında qeyd edilmiş koordinatlara və konfiqurasiyaya uyğun deyil, fərqli işlənmişdir. Bu baxımdan iddiaçının tələ bi haqlı olduğundan, birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmış qərar qəbul edilmişdir.
16. Üçüncü şəxs “Qərənfil-95” FKM kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. Üçüncü şəxs “Qərənfil-95” FKM-in kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı ü çün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin fakti ki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazır kı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyas ı məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının tələbi üçüncü şəxs “Qərənfil-95” FKM-i n icarə hüququnun xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı zaman 10 ha torpaq sahəsinə dair tərtib olunmuş plan-ölçü sənədində əks olunmuş döngə nöqtələrinin koordinatlarının Cəlilabad rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən “Qərənfil-95” FKM-yə ayrılmış 10 ha torpaq sahəsinə dair tərtib olunmuş planda göstərilən döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılmasına yönəlmişdir. Bu zaman iddiaçının hüquqi marağı və məqsədi üst-üstə düşmə ilə əlaqədar qanuni istifadəsində olan torpaq sahəsindən istifadə hüququna yaranmış məhdudiyyətlərin aradan qaldırılmasına nail olmaqdır.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı mə sələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs “Qərənfil-95” FKM tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2025-ci il tarixli, 21(106)-186/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.