Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2496/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 22.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X1 və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçı və nümayəndəsi X2, cavabdeh Nazirliyin nümayəndəsi X3 və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binas ında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Moldova Respublikası Komrat Dövlət Universiteti tərəfindən verilmiş 08.06.2013-cü il tarixli, AL **********8 saylı bakalavr və həmin universitet tərəfindən verilmiş 19.05.2015-ci il tarixli AMP ********* saylı magistr diplomları üzrə ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev; iş No 2-1(82)-3020/2018) iddianın təmin edi lməsi; Moldova Respublikası Komrat Dövlət Universiteti tərəfindən verilmiş 08.06.2013-cü il tarixli, AL **********8 saylı bakalavr və həmin universitet tərəfindən verilmiş 19.05.2015-ci il tarixli AMP ********* saylı magistr diplomları üzrə aldığı ixtisasların tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliynin cavabdeh Nazirliyin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər V.Baxışova və H.Həmidov; iş № 2-1(103)-118/2019) cavabdeh Nazirliyin apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; iddianın təmin olunmamsı qərara alınmışdır. Həmin qərardan iddia çı kassasiya şikayəti verərək, qərarı ləğv edrək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə yeni qərar edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla iş üzrə əsassız və qanunsuz yekun qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı və nümayəndəsi B.Məmmədov Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiklərindən məhkəmə kollegiyası tərəfindən onlar a çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Nazirlyin vəkili H.Cəlilov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Nazirlyin nümayəndəsi İ.Quliyeva vəkilin dediklərinə uyğun izahat vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 2010 – 2013-cü illərdə Moldova Respublikası Komrat Dövlət Universitetində ali təhsil almış, bu haqda ona həmin Universitetin İmtahan Şurasının 8 iyun 2013-cü il tarixli qərarı ilə iqtisadi elmlər sahəsi, maliyyə bölməsi üzrə maliyyə və bank işi ixtisası haqqında 08.06.2013-cü il tarixli, AL **********8 saylı bakalavr Diplomu verilmişdir. Bundan sonra iddiaçı 2013-2015-c i illərdə Moldova Respublikası Komrat Dövlət Universitetində magistraturada oxumuş və Moldova Respublikası Təhsil Nazirliyinin qiymətləndirmə komissiyasının 19 may 2015-ci il tarixli qərarı ilə iqtisadi elmlər sahəsində biznes inzibatçılığı ixtisası haqqında 19.05.2015-ci il tarixli, AMP ********* nömrəli magistr diplomu verilmişdir. Daha sonra iddiaçı bakalavr və magistr diplomları üzrə ixtisasların tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh Nazirliyin iddiaçıya ünvanladığı 11.05.2018-ci il tarixli cava məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmiş və bu zaman qeyd olunmuşdur ki, Nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Ekspert Qrupunun 12.06.2017-ci il tarixli rəyinə əsasən, Moldova Respublikası Komrat Dövlət Universiteti tərəfindən iddiaçının adına verilmiş 08.06.2013-cü il tarixli, ALİİ ********* nömrəli və 19.05.2015-ci il tarixli, AMP ********* nömrəli diplomlar üzrə aldığı ixtisasların Azərbaycan Respublikası ərazisində tanınmasından imtinaya dair 12.06.2017-ci il tarixli, 1527/ANİ saylı məktub elektron ərizədə qeyd edilmiş ünvana göndərilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti idarəsi tərəfindən məhkəmə soğusuna cavab olaraq təqdim edilmiş, 26.03.2019cu il tarixli, 33/1653 saylı cavab məktubuna əsasən, iddiaçı bakalavr səviyyəsi üzrə təhsil aldığı müddət ərzində 01.09.2010 - 23.06.2011-ci il, 17.08.2011-27.06.2012-ci il, 28.08.2012-11.07.2013-cü il tarixlərdə (3 il), ma gistr səviyyəsi üzrə təhsil aldığı müddət ərzində isə 27.09.2014 - 10.01.2015-ci il, 04.02.2015 - 25.07.2015-ci il tarixlərdə Azərbaycan Respublikasından kənarda olmuşdur. İşin materiallarında olan, iddiaçıya məxsus diplom əlavəsinin tərcüməsinin surətinə əsasən iddiaçının aldığı təhsil proqramının rəsmi müddəti - 180 AKTS (3 il), 1-ci Semestr - 15 həftə, ümumi 960 saat (30 kredit), 2-ci semestr - 15 həftə, ümumi 960 saat (30 kredit), Tədrisin forması - əyani bölmə, tədris dili - rus dili qeyd edilmişdir. İşin amateriallarında olan, cavabdeh Nazirlikdə iddiaçı ilə aparılan müsahibənin audio-video yazısına əsasən, həmin müsahibə ikinci müsahibə olmaqla, burada yenə də, iddiaçı sonrakı müsahibəyə hazırlaşmaq üçün ona vaxt verilməsini xahiş etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apel lyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı 3 il təhsil almışdırvə onun hazırlaq kurslarını bitirməsi ilə əlaqədar hər hansı bir rəsmi sənəd yoxdur Göründüyü kimi, cavabdeh Nazirlikdə yaradılmış Komissiya tərəfindən qanunvericiliyin tələblərinə əsasən diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar aşkar olunduğundan və bu hallar məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan iddiaçının bakalavr və magistr diplomunun tanınmasından imtinası qanuna uyğun olmaqla onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də, iddiaçının iddia tələbi əsaslı və qanuni olmadığından təmin edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05. 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü bəndinə müvafiq olaraq xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Həmin Qaydaların 1.4-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında ‘əhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan onrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Həmin Qaydaların 1.6-cı bəndinə uyğun olaraq, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların ekvivalen tliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Həmin Qaydaların 2.4-cü bəndinə müvafiq olaraq ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır. Həmn Qaydaların 2.5-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə uyğun olaraq ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə əsasən, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələ ri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.6-cı bəndinə müvafiq olaraq ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtis as almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycah Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. ““Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində” Azərbaycan Respublikasının 05.03.2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Həmin Konvensiyanın 1-ci maddəsinə əsasən, bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: -a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli İşəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qe ydlər). Həmin Konvensiyanın 2-ci maddəsinə müvafiq olaraq X8 Bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin s əlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya X9 Neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Həmin Konvensiyanın 4-cü maddəsinə uyğun olaraq 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazır ki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinəəsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmirlər. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxl
Məhkəmə qərarları › İş №2-1(102)-2496/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2496/2019
22.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver