Məhkəmə qərarları › İş №2-1(102)-2496/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2496/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2496/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi; riskli elan olunmuş müəssisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı MMC-nin (xx.xx.2019-cu il qeydiyyat tarixi; VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dö vlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-758/2023 nömrəli, 6 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə "xxxx" MMC arasında 9 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış, bu müqavilə əsasında mallar 10 iyun 2021-ci il tarixdə iddiaçı tərəfindən təhvil alınmışdır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məktubundan və ona əlavə edilmiş qərarı n surətindən görünür ki, "xxxx" MMC (**********) xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

3. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli, **********075100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar əsasında əlavə vergi məbləğləri hesablanmasına əsas iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması ilə bağlıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının h esablanması barədə” xx.xx.2022-ci il tarixli **********075100 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış, bu müqavilə əsasında mallar xx.xx.2021-ci ildə iddiaçı tərəfindən təhvil alınmışdır. İddiaçı ilə “X1 Kompleksi” MMC arasında xx.xx.2021-ci il tarixli satınalma müqaviləsi bağlanmış, "xxxx" MMC-dən alınmış mallar xx.xx.2021-ci ildə “X1 Kompleksi” MMC-yə təhvil verilmişdir. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərara əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edildiyi üçün iddiaçı tərəfindən alınmış məhsullar əmtəəsiz əməliyyat ki mi hesab edilmiş və əlavə vergi hesablanmışdır. Qərarın tarixindən də göründüyü kimi, bu şirkət xx.xx.2021-ci ildə riskli vergi ödəyicisi hesab edilmiş, iddiaçı tərəfindən bu şirkətlə bağlanmış müqavilə və təhvil alınmış mallar isə bu tarixdən üç ay əvvəl, xx.xx.2021-ci ildə olmuşdur. Həmin tarixdə iddiaçı bu şirkətlə bağlı vergi orqanının baza məlumatlarına müraciət etmiş, riskli vergi ödəyicisi olmadığını müəyyənləşdirdikdən sonra müvafiq müqaviləni bağlamışdır. Həmin tarixdə iddiaçının bu şirkətin gələcəkdə riskli vergi ödəyicisi hesab olunacağını bilməsi mümkün ola bilməzdi.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il t arixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərarında "xxxx" MMC-nin ƏDV subuçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, "xxxx" MMC xx.xx.2021-ci ildə 160.202 manat dəyərində “Dişli çarx, zəncir, barmaqlı mufta, hava kompressoru, işqil, metal barmaqlar, qasnaq, yağlama məməciyi” təqdim edilməsinə baxmayaraq, qeyd edilən mallar vergi ödəyicisinin alışında və ya idxalında müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən ödəyici riskli vergi ödəyici hesab olunmuş və "xxxx" MMC barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1, 2.1.7 bəndlərinə uyğun olaraq müvafiq Qərar çıxarılmışdır. Sonradan iddiaçı 2021-ci il üçün mənfəət vergisinin bəyannaməsini cavabdehə təqdim etmiş və cavabdeh tərəfindən 2021-ci il üçün mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergilərin tərkibi Bəyannamələr idarəsində araşdırılmışdır. Aparılmış araşdırma zamanı 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 135.765,0 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin iddiaçı məktubda qeyd olunan müddət ərzində kənarlaşmalar aradan qaldırılmaqla cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 26.603,99 manat vergi məbləği hesablanmış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8634/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı MMC barəsində tərtib edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********075100 nömrəli qər arı ləğv edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, vergi orqanı əsassız olaraq mübahisələndirilən qərarla iddiaçıya müvafiq vergi hesablamışdır. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə əsasında alınmış mallar iddiaçı tərəfindən xx.xx.2021-ci ildə təhvil verilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edildiyi və riskli vergi ödəyiciləri siyahısına daxil edildiyi üçün həmin vergi ödəyicisi ilə aparılmış əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir.

9. Göründüyü kimi, iddiaçının müqavilə bağladığı vergi öd əyicisi Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilsə də, həmin vergi ödəyicisi ilə iddiaçı arasında müqavilə xx.xx.2021-ci ildə bağlanmışdır. Yəni müqavilə bağlanan zaman "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməmişdir. İddiaçı isə digər vergi ödəyicisinin təqdim etdiyi malların vergi ödəyicisinin alışında və ya idxalında müəyyən olunmamasına görə məsuliyyət daşıya bilməz. Qanunvericilikdə vergi ödəyicisinin əvvəlcədən müqavilə bağladığı vergi ödəyicilərinin riskli vergi ödəyicisi olubolmamalarını müəyyənləşdirməsinə dair hər hansı tələb nəzərdə tutulmamışdır. Qeyd olunan halda iddiaçının təqsiri müəyyən edilmir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdi r. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-758/2023 nömrəli, 6 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, F.Babayev və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə araşdırılmadığından ilkin olaraq iddianın təmin edilmə əsasları olduğu kimi qəbul edilmişdir. Əslində, həm birinci instansiya, həm də apelyasiya məhkəməsi məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərarlar qəbul edilməlidir.

15. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisə arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunv ericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir.

16. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarı ilə təsdiq edilmiş meyarların 2-ci bəndinə əsasən, hansı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması müəyyən edilmişdir.

17. Həmçinin, iddiaçıya göndərilmiş uyğunsuzluq məktublarında konkret hansı əməliyyatların riskli hesab olunduğu qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd uyğunsuzluq məktublarına münasibət bildirilməmiş və vergi orqanı tərəfindən riskli hesab edilən əməliyyatların həqiqətdə həyata keçirildiyinin sübutlarını iddiaçı inzibati icraata təqdim etməmişdir. Habelə məhkəmə tərəfindən iddiaçıdan bu əməliyyatların həqiqətdə baş verməsi ilə bağlı sübutlar tələb olunmamışdır.

18. Bu bir daha onu göstərir k i, məhkəmə işin faktiki halları ilə tanış olmamış, qanunvericiliyin tətbiqi məsələsi ilə bağlı yanlış mövqe sərgiləmiş və tam araşdırmamış, vergi orqanı tərəfindən sənəd və sübutların təqdim edilməsinə baxmayaraq işin hallarının araşdırılması ilə bağlı əsassız olaraq əlavə sübut və dəlil tələb etmiş və nəticədə vergi ödəyicisinin iddiasının təmin edilməsi istiqamətində qərar qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Vergi Məcəlləsi: Maddə 13.2.82. Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 87.3-1. Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. 21. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli, 902 nömrəli Fərmanının 1. 1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

22. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Madd ə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

25. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 2-1(103)-758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarla iddiaçının ape llyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8634/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən, belə hesab etmişdir ki, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri (ədv) hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla ƏDV hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, iddiaçı ilə "xxxx" MMC (VÖEN: **********) arasında 09 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış, bu müqavilə əsasında mallar 10 iyun 2021-ci il tarixdə iddiaçı tərəfindən təhvil alınmışdır.

27. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli, **********075100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar əsasında əlavə vergi məbləğləri hesablanmasına əsas iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab olunması ilə bağlıdır.

28. Həmçinin iş materiallarından görünür ki, məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna və ona əlavə edilmiş qərara əsasən, "xxxx" MMC (**********) xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

29. Bununla yanaşı qeyd edilməlidir ki, işin 5-ci səhifəsində olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 aprel 2022-ci il tarixli, **********075100 saylı qərarında cavabdeh tərəfindən göstərilmişdir ki, “Tərəfinizdən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 135765 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin Sizin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilm işdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur.”

30. Lakin burada məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir.

31. Həmçinin qeyd edilməlidir ki, bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasına görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.

32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zam anı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır.

33. Həmçinin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 87.3-1-ci maddəsinə görə, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

34. Başqa sözlə sözügedən maddənin məzmunundan göründüyü kimi, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, qanunun bu maddəsi onların fəaliyyəti üzrə kameral vergi yoxlaması tam başa çatdıqdan sonra tətbiq edilir ki, hazırkı işdə bu hal mövcuddur.

35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiy a şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-758/2023 nömrəli, 6 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar