Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2496/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: artıq ödəmənin gecikdirilmiş günlər üzrə faizinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmanın gecikdirilməsinə görə ve rgi ödəyicisinin ərizəsinin verildiyi vaxtdan həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizinin, yəni 135113,33 manat məbləğin ödənilməsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 21(103)-2101/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5005/2002 nömrəli qərarı ilə İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli **********593000 saylı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ə rizəsində göstərilən 167842,65 manat artıq ödəmə məbləğinin qaytarılması barədə rəyin tərtib edilərək göndərilməsi öhdəliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur.
2. Qərardan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-310/2023 nömrəli qərarı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmanın gecikdirilməsi nə görə vergi ödəyicisinin ərizəsinin verildiyi vaxtdan həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizinin, yəni 135113,33 manat məbləğin ödənilməsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı artıq ödəmələrin geri qaytarılması üçün ərizə ilə vergi orqanına müraciət etmiş, lakin vergi orqanı həmin məbləği geri qaytarmamışdır, bu səbəbdən məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Ərizədə göstərilən məbləğ məhkəmə qərarı ilə qaytarılmış, lakin 805 gün gecikdirilmə ilə qaytarılmışdır. Belə ki, ərizənin təqdim edildiyi gündən artıq ödəmə məbləğinin hesaba ödəndiyi gün də daxil edilməklə, gecikdirilmiş günlərin sayı 805 təşki l edir. Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən, artıq ödəmə qanunda nəzərdə tutulan müddətdə geri qaytarılmadıqda hər gecikdirilmiş gün üçün 0,1% olmaqla penya, yəni 135113, 33 manat (167842,65*0,1%*805) da ödənməli idi, lakin həmin məbləğ bu günədək ödənilməmişdir. Həmin məbləğin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2023-cü il tarixli **********135800 saylı ərizə ilə və Maliyyə Nazirliyinə ərizə ilə müraciət edilməsinə baxmayaraq, bu günədək həmin məbləğin ödənilməsi üçün adıçəkilən orqanlar hər hansı bir tədbir görməmişdir. Yalnız Maliyyə Nazirliyi cavab məktubunda bu barədə vergi orqanının rəyinin olmasının vacibliyini göstərmişdir. Göründüyü kimi, cavabdeh üzərinə düşən vəzifəni yerinə yet irməmiş, Maliyyə Nazirliyinə rəy göndərməmiş, bununla da, iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Odur ki, penya məbləğinin ödənilməsinin təmin ediləsi üçün cavabdehin üzərinə müvafiq rəyin verilməsi öhdəliyi qoyulmalıdır.
5. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMCnin rəhbəri Nümayəndə1 135113,33 manat məbləğin artıq ödəmələrin qaytarılması barədə xx.xx.2021-ci il tarixli ərizədə göstərilən hesaba ödənilməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli **********920200 nömrəli cavab məktubu ilə qeyd olunan müraciət üzrə Baş İdarə tərəfindən araşdırma aparıldığı və nəticəsi üzrə tədbirlər görüləcəyi barədə "xxxx" MMC-yə rəsmi məlumat verilmişdir. Eyni zamanda, vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumata ehtiyacı olacağı təqdird,ə İqtisadiyyat Nazirliyi yanında “195” nömrəli Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməsi də vergi ödəyicisinə təklif edilmişdir. Beləliklə də, vergi orqanı müraciətin təmin olunmasından imtina etməmiş, araşdırma aparıldığı və nəticəsi üzrə tədbirlər görüləcəyi barədə vergi ödəyicisinə məlumat verilmişdir. Lakin iddiaçı nəticəni gözləmədən və inzibati orqanın imtinası olmadan birbaşa məhkəmədə iddia tələbi irəli sürmüşdür.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) 06 fevral 2024-cü il tarixli 21(112)-3412/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı "xxxx" MMC-nin artıq ödəmə məbləğinin qaytarılması üçün rəyin verilməsinin gecikdirilməsi ilə əlaqədar qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi vaxtdan həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) müvafiq məbləğin 0,1 faizinin, yəni 135113,33 manat məbləğin ödənilməsi barədə rəyin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” xx.xx.2021-ci il tarixli **********593000 saylı ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh müvafiq rəyin verilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********593000 saylı “Artıq ödənilmiş vergilə rin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən 168136,41 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Qərar xx.xx.2023-cü il tarixdə, yəni 805 gün gecikdirilərək icra edilmişdir. Bununla da iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş artıq ödənilmiş vergilərin qaytarılmasının gecikdirilməsinə görə ödəyicinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizinin ödənilməsini tələb etmə klə haqlı olmuşdur. Cavabdehin iddiaya qarşı etirazında, həmçinin məhkəməyə təqdim etdiyi vəsatətində qeyd edilmişdir ki, vergi orqanı imtina etməmiş, araşdırma aparıldığı və nəticəsi üzrə tədbirlər görüləcəyi barədə vergi ödəyicisinə məlumat verilmişdir. Həmçinin, ərizənin forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”na uyğun deyildir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh formal mülahizələrə istinad etməklə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.3cü maddəsinə əsasən, müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tut ulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Normanın məzmunundan aydın olur ki, iddiaçının cavabdehə müraciəti olmadan müvafiq məbləğlərin 0,1 faizi məbləğində faizin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanlarının vəzifəsidir.
8. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.T ağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.R.Səlimova) 24 may 2024-cü il tarixli, 21(103)-2101/2024 nömrəli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 10.Apellyasiya instansiyası məhkəməsi qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilməsi Vergi Məcəlləsində imperativ norma kimi nəzərdə tutulmu ş və vergi ödəyicisinin qeyd edilən faiz məbləğinin ödənilməsi üçün vergi orqanına müraciət etməsi nəzərdə tutulmamışdır. Kollegiya bildirir ki, iddiaçının cavabdehə müraciəti olmadan müvafiq məbləğlərin 0,1 faizi məbləğində faizin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanlarının vəzifəsidir. Digər tərəfdən, cavabdeh özü də apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının onlara müraciəti olmuş, lakin müraciəti müvafiq qaydalara zidd olmuşdur. Həmçinin, iddiaçının tələbi (çatmaq istədiyi məqsəd) həm məhkəməyədək olan dövrdə, həm də məhkəmədə aparılan icraat zamanı cavabdehə aydın idi. Cavabdeh inzibati orqan olaraq iddiaçının ərizəsində müvafiq düzəlişlərin və ya dəyişikliklərin edilməsi məqsədi ilə ona hüquqi yardım edə bilərdi. Eyni zamanda, cavab deh iddiaçının “artıq ödəmə məbləği ilə əlaqədar müraciətə baxılması barədə” ərizəsinə cavab olaraq müraciətinin baş idarə tərəfindən araşdırıldığını və nəticəsi barədə tədbirlər görüləcəyini bildirsə də, bununla bağlı hansısa tədbir görülməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya imtina verilmədiyini, iddiaçının dərhal məhkəməyə müraciət etdiyini bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının dərhal məhkəməyə müraciət etməsi, cavabdehə inzibati icraatın aparılmasına və bununla bağlı yekun nəticəyə gəlinməsinə maneə deyildir.
11. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN V Ə ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. Cavabdehin kassasiya şikayətində iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri təkrarlanaraq qeyd edilmişdir ki, vergi orqanı iddiaçının müraciətinin təmin olunmasından imtina etməmiş, araşdırma aparıldığı və nəticəsi üzrə tədbirlər görüləcəyi barədə ona məlumat verilmişdir. Buna baxmayaraq, iddiaçı nəticəni gözləmədən və inzibati orqanın imtinası olmadan birbaşa məhkəmədə iddia tələbi irəli sürmüşdür. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir.... 15. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları ”nın: Bənd 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər:... 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər;... 4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olm asını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər.... Bənd 6.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.1 2-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassı zdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şi kayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə təkrar qeyd edir ki, iddiaç ı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə cavabdehə müraciət etmiş, sonuncu müfaviq rəyin verilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********593000 saylı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən 168136,41 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Qərar xx.xx.2023-cü il tarixdə, başqa sözlə, 805 gün gecikdirilərək icra edilmişdir. Bu səbəbd ən, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş artıq ödənilmiş vergilərin qaytarılmasının gecikdirilməsinə görə ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü daxil olmaqla) vergi ödəyicisi olaraq ona müvafiq məbləğlərin 0,1 faizinin ödənilməsini tələb etməkdə haqlıdır.
13. Cavabdehin təkrarlanan digər kassasiya dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin mövqe ilə razılaşır.
14. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
15. Yuxarıd a göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 21(103)-2101/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.