Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2497/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(103)2147/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 14 may 1991-ci il tarixli, 08 nömrəli qərarına əsasən, ev şəraitini yaxşılaşdırmaq üçün bütün əsasları olan, ailə tərkibi 6 (altı) nəfərdən ibarət iddiaçıya Buzovna qəsəbəsində 649 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır.
2. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********64 nömrəli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.12 hektar olan torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi sənədlər toplusuna əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən, sahəsi 1200 kv.m. olan 649 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyya tına alınması və bu barədə, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən, sahəsi 1200 kv.m. olan 649 saylı torpaq sahəsi ona Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nın 14 may 1991-ci il tarixli 08 nömrəli qərarı ilə verilmişdir və həmin vaxtdan ailəsinin daimi istifadəsindədir. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********64 nömrəli məktubla müraciətini təmin etməmiş, buna səbəb kimi torpaq sahəsinə dair cizginin sənəd toplusuna əlavə edilmədiyini göstərmişdir. Halbuki, torpaq sahəsi ayrılan vaxt iddiaçıya sərəncam təqdim edilərək yeri göstərilmişdir. Torpaq sahəsinə dörd tərəfdən daş hasar çəkdirmişdir və həmin torpaq sahəsi icra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən ölçülərək ona verilmiş həddədir, bu vaxta kimi torpaq sahəsində hər hansı bir dəyişiklik olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
6. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktublarının məzmunu ilə eynilik təşkil edir.
7. Birinci instansiya məhkəməsinin mütəxəssis rəyinin göndərilməsi ilə bağlı sorğusuna cavab olaraq cavabdeh xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubunda bildirmişdir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (sxem, plan, təhkim aktı) həmin torpaq sahəsinin ayrılmasına qərar qəbul etmiş təşkilat tərəfindən verilməl idir. Belə ki, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki göstərilən torpaq sahəsinin sənəd üzrə sahə olmasının dəqiqləşdirilməsi və ya hər hansı bir uyğunsuzluğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
8. Birinci instansiya məhkəməsinin mütəxəssis rəyinin göndərilməsi ilə bağlı sorğusuna cavab olaraq “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 08 nömrəli, 08 fevral 2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhər Əzizbəyov rayon X2 icraiyyə komitəsinin 14 may 1991-ci il tarixli 8 saylı qərarına əsasən, fərdi yaşayış evinin tikintisi üçün Ağayeva X4 istifadəsinə ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsində sahəsi 1200 kv.m olan torpaq sahəsinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş sxemdə qeyd edilmişdir, torpaq sahəsi daş hasarla əhatəyə alınmış boş torpaq sahəsidir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 21 fevral 2023-cü il tarixli, 2-1(112)-1684/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən sahəsi 1200 kv.m. olan, 649 nömrəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər – torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (müvafiq icra hakimiyyətinin sərəncamı, torpaq sahəsinin yerləşmə cizgisi) id diaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən hüququnun dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. İddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Cavabdehin imtina dəlilləri iddiaçının təqsiri hesab edilə bilməz və bu hallar formal olmaqla, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş halların heç biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
11. Cavabdeh həmin qərardan ape llyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 13 iyun 2023-cü il tarixli, 21(103)-2147/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(112)-1684/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏR İ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh qeyd edir ki, torpaq sahəsinin coğrafi mövqeyinə dair razılaşdırılmış yerləşmə cizgisi təqdim edilməmişdir. Həmçinin, elektron kadastr məlumatına əsasən, iddiaçı tərəfindən göstərilən torpaq ümumi hasar daxilində yerləşdiyindən, təqdim edilən sənədlərin qeyd edilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 16. 1991-2000-ci il tarixlərində qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsində deyilirdi ki, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyina tı torpaqayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, müvafiq rayon, şəhər X2 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yerquruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Müvafiq maddələrin şərhindən göründüyü kimi, iddiaçıya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə torpaq ayrılmasına baxmayaraq, həmin torpaq sahəsinin naturada yerinin müəyyənləşdirilə bilməsi üçün heç bir sənəd İdarəyə və məhkəməyə bu günədək təqdim edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daş ınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanu nla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşın maz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri il ə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim ol unduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası m əhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 19-cu bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iddia olunan torpaq sahəsinə dair Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 14 may 1991-ci il tarixli, 08 nömrəli qərarına istinad etmiş və həmin qərarın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən iddiaçının qanuni istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən sahəsi 1200 kv.m. olan, 649 nömrəli torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olduğunu bildirmişdir.
24. Qeyd olunmalı dır ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etsə də, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan yekun nəticəyə gəldiyinə görə məhkəmənin qərarı əsassız olduğundan icra edilmək keyfiyyətinə malik deyil.
25. Belə ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin naturada yerləşməsi, digər şəxslərin hüququna toxunub-toxunmaması ətraflı şəkildə araşdırılmamış, sadəcə olaraq torpaq sahəsinin yerləşdiyi yer, koordinatlar və sxemi göstərilməyən akta (Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 14 may 1991-ci il tarixli, 08 nömrəli qərarına) istinad edilməklə, gələcəkdə icrası ciddi problemlərlə müşayiət ediləcək qərar qəbul edilmişdir.
26. Ona görə də, məhkəmə kollegiyası kassatorun mübahisələndirilən qərarla bağlı dəlillərinə dair birinci növbədə qe yd edir ki, prosessual hüquq normalarının tələbləri baxımından, apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa borcludur.
27. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, iddiaçı torpaq sahəsinin naturada yerinin müəyyənləşdirilə bilməsi üçün heç bir sənəd təqdim etməmişdir.
28. Cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya Buzovna qəsəbəsində 649 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılmasına dair Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 14 may 1991-ci il tarixli, 08 nömrəli qərarının qəbul edilməsi işin mübahisəsiz halıdır. Lakin həmin qərarda iddiaçıya ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü, sxemi və yerləşmə yeri göstərilmədiyindən, sadəcə olaraq, həmin qərara istinad etməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınması qanunvericiliyin tələblərinə uyğun deyil.
29. İlk öncə qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsinin verildiyi 14 may 1991-ci il tarixdə qüvvədə olmuş Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir.
30. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər X2 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etd ikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.
31. Göründüyü kimi, torpaq sahəsi üzərində hüququn qüvvəyə minməsi üçün həmin dövrdə qüvvədə olmuş qanunla müəyyən edilmiş rəsmiləşmə başa çatmamışdır. İnzibati orqan bu rəsmiləşdirməni başa çatdırmalı idi. Lakin, eyni zamanda torpaq almaq marağında olan subyektin də bu rəsmiləşdirməni başa çatdırmağı tələb edib, torpaqdan istifadə etməyə başlamasını həmin dövrdə qüvvədə olmuş qanunvericilik tələb edirdi.
32. İşin xüsusi halı ondan ibarətdir ki, iddiaçı ötən uzun müddət – 30 il ərzində bu rəsmiləşməni tamamlamaq, yer quruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməsi üçün səy göstərməmişdir. Qeyd olunan səbəblərdən inzibati aktın icrası mümkünsüz hala gəlmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunları etməmiş, torpaq sahəsinin yerləşdiyi yer, koordinatlar və sxemi göstərilməyən Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 14 may 1991-ci il tarixli, 08 nömrəli qərarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə uyğun olması əsası ilə iddianı təmin etməklə, qüvvədə qalacağı təqdirdə icra edilmək keyfiyyətinə malik olmayan qərar qəbul etmişdir.
34. Bundan başqa qeyd edilməlidir ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 08 nömrəli, 08 fevral 2023-cü il tarixli mütəxəssis rəyinə istinad etmişdir.
35. B ununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən torpaqayırma sənədlərinin təqdim edilməməsinə baxmayaraq, məhkəmənin təşəbbüsü ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilmiş, lakin həmin koordinatlar üzrə müvafiq araşdırma aparılmamışdır.
36. Belə ki, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 08 nömrəli, 08 fevral 2023-cü il tarixli mütəxəssis rəyində göstərilən koordinatların digər şəxslərin mülkiyyət hüququna və hüquqi maraqlarına toxunub-toxunmamasını araşdırmamış, mübahisələndirilən torpaq sahəsinin hüquqi rejimini müəyyən etməmişdir.
37. Odur ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – mübahisələ ndirilən torpaq sahəsinə dair torpaqayırma sənədlərinin olub-olmaması araşdırılmalı, iddiaçının tələb etdiyi torpaq sahəsinin naturada yerləşməsi müəyyən edilməli, bu zaman həmin torpaq sahəsinə digər şəxslərin hüququnun olub-olmamasına qiymət verilməli, hüququna toxunulduğu müəyyən edilən digər şəxslər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməlidir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 18-19-cu bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
39. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2-1(103)-2147/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellya siya instansiyası məhkəməsinə göndərilməlidir.
40. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
42. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 21(103)-2147/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndə rilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.