Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2497/2024 15.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “İddiaçı” şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçı “İddiaçı” şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “Filialın işçisi X2 15 dekabr 2021-ci il tarixində, saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(103)-211/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Filialın işçisi X2 15 dekabr 2021-ci il tarixində, saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının ləğv olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) 10 avqust 2022-ci tarixli, 21(112)-6798/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X2 15 dekabr 2021-ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı ləğv edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, M.A.Məmmədov və R.Ə.Səmədov) 22 fevral 2024-cü il tarixli 2-1(103)-211/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X2 15 dekabr 2021- ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının 4.2-ci bəndi və 6-cı bölməsinin birinci abzasında “4.2 bəndinə əsasən “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinin ustası X1 nəzarətsizliyi" sözləri çıxarılaraq təhqiqat aktının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin qərarı və inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, başqa sözlə, həmin tarixdə iddiaçı və cavabdehə elektron kabinet vasitəsilə rəsmi qaydada çatdırılmışdır.
6. İnzibati iş materialları xx.xx.2024-cü il tarixli məktubla birinci instansiya məhkəməsinə qaytarılmış və birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir.
7. Cavabdeh xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə kassasiya şikayəti, xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, kassasiya şikayətinin tərtibi və göndərilməsi üzrə məsul şəxs Nümayəndə4 işdən ayrıldığından, həmçinin vəkillə müqavilə bağlanması, işlə tanış olmaq və kassasiya şikayətinin hazırlanması üçün zaman tələb olunduğundan şikayət müddəti ötürülmüşdür. Bu səbəbdən, şikayət müddətinin bərpa olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya b u barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüq uqu təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
10. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.
11. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının v ə ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
12. Hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 1 ay müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
13. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarı 15 mart 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Buna baxmayar aq, cavabdeh 06 iyun 2024-cü il tarixdə həmin qərardan kassasiya şikayəti verməklə, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 ay müddəti ötürmüşdür. Cavabdeh özü də prosessual müddətin bərpası barədə ərizə verməklə bunu etiraf edir.
14. Cavabdehin vəkilinin vəsatətində qeyd edilən dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti verilməsi üçün məsul olan şəxsin işdən azad edilməsi, habelə vəkilin işlə tanış olması, şikayəti tərtib etməsi səbəbindən müddətin ötürülməsi üzrlü hesab edilə bilməz. Belə ki, əvvəla, cavabdeh inzibati orqan işçini işdən azad edərkən onun tamamlanmamış öhdəliklərini müəyyən etməli və həmin öhdəliklərin ic rası ilə bağlı tədbir görməli idi. İnzibati orqanın öz vəzifəsini icra etməməsi müddətin bərpası üçün üzrlü səbəb deyildir. Eyni zamanda, prosessual müddətlər, barəsində şikayət veriləcək məhkəmə aktı ilə tanış olma, şikayət hazırlanması və s. hallar nəzərə alınmaqla müəyyən edilmişdir. Başqa sözlə, qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət işlə tanış olma, kassasiya şikayətinin tərtib edilməsi və s. üçün kifayət qədər yetərli müddətdir.
15. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin cavabdehin təqsiri olmadan buraxılmasına dair üzrlü səbəblər müəyyən edilməmişdir. Odur ki, buraxılmış müddətin bərpasına dair ərizə əsassız olduğundan təmin edilməməli, şikayətin qəb ulundan imtina olunmalı, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli 21(103)-211/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.