Məhkəmə qərarları › İş №2-1(102)-2498/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2498/2019

22.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2498/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı ilə bağlı mübahisələr; bağ sahəsinə nömrənin, plan-ölçünün və çıxarışın verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X1 və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı bağ sahəsinə nömrənin, plan-ölçünün və çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cı il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 06.05.1997-ci il tarixli 541 No-li sərəncamına və Bakı şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyinin 24.04.1998-ci il tarixli 277 saylı qərarına əsasən, Bakı şəhəri Binəqədi rayonu, Novxanı qəsəbəsi, 1065q ünvanda yerləşən bağ sahəsinə iddiaçının adına hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərdə göstərilən bağ nömrəsinin dövlət reyestrində saxlanılan məlumata və sxematik xəritəyə uyğunlaşdırılmaqla, ona uyğun nömrənin, plan və ölçünün, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova; iş No 2-1(81)-178/2019) iddianın təmin edilməsi; Bakı şəhər İcra Hakimiyyəti Başçısının 06.05.1997-ci il tarixli 541 No-li sərəncamına və Bakı şəhə r İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyi tərəfindən verilmiş 24.04.1998-ci il tarixli 277 saylı qərarına əsasən, Bakı şəhəri Binəqədi rayonu, Novxanı qəsəbəsi, 1065q ünvanda yerləşən bağ sahəsinə iddiaçının adına hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərdə göstərilən bağ nömrəsinin dövlət reyestrində saxlanılan məlumata və sxematik xəritəyə uyğunlaşdırılmaqla, ona uyğun nömrənin, plan və ölçünün, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cı il tarixli qərarı ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və H.Həmidov; iş № 21(103)-1087/2019) cavabdeh İdarənin apell yasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsinin mübahisəli qərarı qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan Bakı şəhər icra Hakimiyyəti tərəfindən verilmiş 02.12.2013-cü il tarixli 36/1730 No-li arxiv arayışına əsasən, Bakı şəhər icra Hakimiyyətinin 06.05.1997-c i il tarixli 541 saylı sərəncamı ilə İddiaçı Novxanı bağlar sahəsində 66 nömrəli BTK nəzdində 1065q saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi həmin dövrdən iddiaçının istifadəsindədir. İddiaçı cavabdeh inzibati orqanı ərizə ilə müraciət edərək bağ sahəsinə onun adına hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərdə göstərilən bağ nömrəsinin dövlət reyestrində saxlanılan məlumata və sxematik xəritəyə uyğunlaşdırılmaqla ona uyğun nömrənin, plan və ölçünün, eləcə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsini xahiş etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 30.07.2018-ci il tarixli məktubu ilə müraciətin icra edilməsindən imtina edilmiş və bu onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyinin 24.04.1998-ci il tarixli 277 saylı qərarı əsasında 66 saylı BTK nəzdində verilmiş orderin arxiv nüsxəsi İdarədə aşkar edilməmiş, eyni nömrə ilə (1065q) digər fiziki şəxsin adına (bu sahənin qərbində) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının istifadəsində 1419 kv.m torpaq sahəsinin olmasına baxmayaraq, qonşu 1065q saylı bağın sahəsi faktiki olaraq 1000 kv.m təşkil edir və həmin bağ sahəsi barədə dəqiq arxiv məlumatı olmadığından 2 eyni bağ nömrəsinin dəqiqləşdirilməsinin mümkün deyil. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialı tərəfindən X2 və istismarı Birliyinin arxiv sənədlərinin, o cümlədən 24.04.1998-ci il tarixli 277 saylı qərarının filiala təhvil verilməməsi, bununla əlaqədar olaraq Reyestr Xidmətinin Bakı şəhə r Ərazi İdarəsinə müraciət edilməsi barədə məhkəməyə 05.12.2018-ci il tarixli 3465 No-li məktub ünvanlamışdır. Cavabdeh İdarənin məhkəməyə ünvanladığı 22.01.2019-cu il tarixli məktuba görə, Bakı şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyinin 24.04.1998-ci il tarixli 277 saylı qərarının təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması barədə sorğuya cavab olaraq bildirilmişdir ki, sərəncamın arxiv nüsxəsinin əsl arxiv qovluğunda aşkar olunmamışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanuna görə, iddiaçının Bakı şəhər cra Hakimiyyətinin 06.05.1997-ci il tarixli 541 saylı sərəncamı əsasında ona ayrılmış və qanuni istifadəsində olan 1065q saylı bağın altın dakı torpaq sahəsini özəlləşdirmək hüququ vardır. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanununun 25-ci maddəsinə əsasən bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci ilin may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Re spublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə gö türdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə müvafiq olaraq inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddi açının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh İdarə iddiaçının qanuni istifadəsində olan 1065q saylı bağ sahəsinin başqa şəxsə adına özəlləşdirildiyini və dövlət reyestrində qeydə alındığını bildirsə də, həmin bağ sahəsinin həqiqətən digər şəxsin mülkiyyətində olması və həmin şəxsin 1065q saylı bağ sahəsi üzərində hüquqverici sənədlərinin olması barədə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmişdir. 66 saylı BTK tərəfindən verilmiş orderlərin arxivdə olmaması və vaxtilə arxivə təhvil verilməməsi isə iddiaçın ın tələbinin təmin edilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuş, cavabdeh İdarənin iddiaçının tələbinin təmin edilməsindən imtina edilməsi barədə bildirişndə qanunla nəzərdə tutulmuş həmin əsaslardan hər hansı birinə istinad etməmişdir. Göründüyü kimi, cavabdeh inziabti orqanın iddaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur, iddia tələbi əsaslı və qanuni olduğundan həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İdarənin kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 02 may 2019-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs i yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cı il tarixli dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar