Məhkəmə qərarları › İş №2-1(102)-2498/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2498/2023

29.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2498/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yataqxanada yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1652/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azad Həmkarlar İttifaqının xx.xx.2002-ci il tarixli orderinə əsasən, ünvan 1 ünvanında yerləşən 42 nömrəli mənzil bir nəfər ailə tərkibi ilə üçüncü şəxs X3 istifadəsinə verilmişdir.

2. İddiaçı Azad Həmkarlar İttifaqı Yataqxana və mənzil komissiyasının xx.xx.2002-ci il tarixli iclasının protokolundan çıxarışa əsasən, Azərbaycan Milli Elmlər X2 “Kibernetika” XKB mühəndis konstruktoru X6 AMEA-nın Şərifzadə küçəsi 12, 2 №-li yataqxanasına daimi qeydiyyata götürülmüşdür. X6 2005-ci il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmış və qeydiyyata alınma üçün 45 nömrəli order və xx.xx.2002-ci il tarixli protokol əsas götürülmüşdür.

3. Azərbaycan Elmlər Akademiyası Həmkarlar İttifaqı (AEAAHİ) tərəfindən verilmiş 45 nömrəli, xx.xx.2002-ci il orderin surətindən görünür ki, 12 oktyabr 1966-cı il təvəllüdlü, iş yeri və vəzifəsi AMEA Kibernetika İnstitutunun "Kibernetika" XKB mühəndis konstruktor işləyən X6 4 nəfər ailə tərkibi ilə, yaşayış sahəsi 22.50 kv.m olan ünvan 1, mənzil 42 b AMEA Yataqxana və Mənzil Komissiyasının 19 iyun 2002-ci il tarixli, 04 nömrəli protokoluna əsasən X5 ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AMEA-nın yataqxanasının yerləşdiyi ünvan 3 ünvanına yaşayış yeri üzrə daim i qeydiyyata alınmış X3 AMEA X10 İşlər İdarəsinin tabeliyində olan yataqxanadan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın Kibernetika (indiki X4) İnstitutunun "Kibernetika" XKB mühəndis konstruktor vəzifəsində 05 may 2021-ci il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş X6 16 sentyabr 2002-ci il tarixdə, 45 nömrəli orderlə sözügedən yataqxanada yaşayış sahəsi kimi 42 B nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. X3 əmək müqaviləsinə 05 yanvar 2012-ci il tarixində, AMEA X4 direktorunun 05 yanvar 2012-ci il tarixli 1 nömrəli əmri ilə Azərbaycan Respubl ikası Əmək Məcəlləsinin 68- ci maddəsinin 2 a bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir.

6. Bununla belə, vaxtilə AMEA-nın yataqxanasında yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin, hazırda AMEA-da işləməyən X6 uzun müddətdir ki, qeyd olunan otaqda yaşamır və onun yaşayış yeri AMEA-ya məlum deyildir. 10-18 mart 2022-ci il tarixlərində, ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın 4-cü mərtəbəsində yerləşən, 42 B saylı otaqda yaşayışın olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 14 mart 2022-ci il tarixli aktla müəyyən olunmuşdur ki, X6 həmin 42 B nömrəli otaqda uzun müddətdir yaşamır, onun yaşayış yeri AMEA-ya məlum deyildir. 18 mart 2022-ci il tarixində tərtib olunan aktla AMEA X10 İşlər İdarəsinin tabel iyindəki yataqxanada yoxlama zamanı X3 istifadəsində verilmiş 42 B nömrəli otaqda heç kəsin yaşamaması müəyyənləşdirilmişdir. 42 B nömrəli otağı bağlı saxlamaqda davam edən X6 hal-hazırda AMEA-nın Kibernetika (indiki X4) İnstitutunda işləmir və sözügedən 42 B nömrəli otaqda yaşamır, lakin, qeydiyyatda qalmaqda davam edir.

7. Sözügedən 42 B nömrəli otağın X6 tərəfindən AMEA-ya qaytarılması məqsədi ilə AMEA X10 Hüquq Şöbəsinin müdiri Nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixində Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə xx-xx-2022 nömrəli məktub ünvanlanmışdır.

8. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən cavab olaraq, xx.xx.2022-ci il tarixli, 091-22994-1222 nömrəli məktubla bildirilmişdir ki, X3 ünvan 7 ünvanında yerləşən AMEA-nın Yataqxanasından qeydiyyatdan çıxarılması üçün mə hkəməyə müraciət olunmalıdır.

9. Ha-hazırda qeyd olunan səbəblərlə bağlı bir sıra şəxslərin, o cümlədən X3 AMEA X10 İşlər İdarəsinin tabeliyində olan yataqxanada qeydiyyatdan çıxarmadan otaqla təmin olunmaq üçün AMEA-nın onlarla əməkdaşını, o cümlədən AMEA-nın doktorant, dissertant və magistrantlarını yaşayış sahələri ilə təmin etmək mümkün deyildir.

10. Sonradan iddiaçı tərəfindən iddia ərizəsinə əlavələr təqdim edilərək bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatda olan vətəndaş X3 yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal rayon Polis idarəsinin üzərinə qoyulması barədə yekun məhkəmə qərarının çıxarılması zamanı AMEA-nın aspirantlar yataqxanasının Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 93-cü maddəsinə əsasən və təndaşların AMEA-da təhsil aldığı müddət ərzində yaşamaları üçün nəzərdə tutulması, vətəndaşların AMEA-da təhsillərini başa vurduqdan sonra həmin yataqxanadan qeydiyyatdan çıxmalı və onlara yaşamaq üçün verilən yaşayış sahəsini AMEA-ya təhvil verməli olduqlarının nəzərə alınmasını, vətəndaş könüllü olaraq AMEA-nın yataqxanasından qeydiyyatdan çıxmadığına və Bakı şəhər Yasamal rayon Polis İdarəsinin onu qeydiyyatdan çıxarmaqdan imtina etdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı tərəf məhkəməyə müraciət etmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılma öhdəliyi Polis İdarəsinin üzərinə qoyulması ilə bağlı Məhkəmənin yekun qərarı çıxarılsın. Eyni zamanda bildirilmişdir ki, vətəndaşın vaxtilə yataqxanaya hansı sənədlər əsasında və hansı formada qeydiyyata düşməsi hazırda yata qxanada yaşayıb-yaşamaması və ya digər halların onun qeydiyyatdan çıxarılmasına heç bir aidiyyəti yoxdur. Bu məsələ ilə bağlı, yəni qeydiyyatdan çıxarılması üçün əhəmiyyət kəsb edən yeganə hal vətəndaşın qanunun birbaşa tələblərinə əsasən, hazırda AMEA-da təhsil almaması faktıdır. 11. ünvan 3 ünvanında yerləşən AMEA-nın yataqxanası Daşınmaz əmlakın dövlət reyestrində Aspirantlar yataqxanası kimi qeydiyyatdadır. Hazırda da yataqxana Daşınmaz əmlakın dövlət reyestrində Aspirantlar üçün yataqxana binası adı ilə qeydiyyatda olmaqda davam edir. X6 isə hazırda AMEA-da təhsil almır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanası xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid olmaqla, yalnız AMEA-da təhsil alan şəxslər üçü n nəzərdə tutulmuşdur. Bu (91.3.) Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməzlər. 104.2-ci maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanasında yaşayış sahəsinin kirayə müqaviləsi təhsil aldığı müddətləri əhatə edir. Təhsilin başa çatması yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əgər şəxs AMEA-da təhsil almırsa, onun orada məskunlaşması, qeydiyyata alınması və ya orada yaşaması üçün hər hansı bir təşkilat tərəfindən “order” verilməsi tamamilə qanunsuzdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9152/2022 saylı qərardadı ilə X6 üçüncü şəxs qismində icraata cəlb edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9152/20 22 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs sözügedən aspirantlar yataqxanasının mənzilini işlədiyi və təhsil aldığı dövrdə müdiriyyət və həmkarlar ittifaqının birgə qərarı ilə əldə etmiş, müdiriyyətin verdiyi order əsasında həmin mənzilə köçmüş, qeyd edilən order və qərar əsasında həmin mənzilə qeydiyyata alınmışdır. Hazırkı halda, adı çəkilən order, orderin verilməsinə əsas olmuş müdiriyyət və həmkarlar ittifaqı komitəsinin qərarı mübahisələndirilməmişdir. Qeyd edilən sənədlərlə üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadəsinə verilmiş mənzilə dair istifadə hüququnun mövcud olub-olmaması yaxud hüququn itirilib-itirilməməsi mülki hüququn predmeti olmaqla cavabdeh inzibati orqanı n inzibati icraatı zamanı yoxlayıb qiymətləndirəcəyi məsələ deyildir. Təsadüfi deyildir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (əmlaka dair hüquqla bağlı-yaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir. Cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanuniliyini yoxlayan inzibati məhkəmə isə inzibati məhkəmə icraatında üçüncü şəxsin mənzil ilə bağlı istifadə hüququna dair və yaxud üçüncü şəxsin həmin mənzildən çıxarılma ilə bağlı qətnamə qəbul etməyə səlahiyyət li məhkəmə deyildir.

15. Məhkəmə hazırkı iş üzrə iddiaçının balansında olan yataqxana mənzilinə dair üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadə hüquqlarının mövcud olubolmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi təmin edilə bilməz.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1652/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edi lməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı yataqxanası Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrində AMEA-nın Aspirantları üçün yataqxana binası kimi qeydiyyatdan keçmişdir. Məhkəməyə təqdim olunmuş İddiaçı 22 avqust 2022-ci il tarixli 01-6/757 nömrəli arayışında qeyd edilmişdir ki, vətəndaş X6 İddiaçı magistratura, doktorantura və dissertanturasında hazırda təhsil almır.

21. İddiaçı tərəf məhkəmələrə müraciətlərində dəfələrlə bildirmişdir ki, ünvan 8 ünvanında yerləşən Azərbaycan Milli Elmlər X1 İddiaçı magistratura, doktorantura və dissertanturasında təhsil almayan hər hansı bir şəxsin qeydiyyata alınması və ya həmin ünvanda qeydiyyatda qalması qanunların tələblərinə tamamilə ziddir, yəni bu tamamilə qanunsuz haldır. 22. ünvan 8 ünvanında yerləşən İddiaçı yataqxanası Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrində İddiaçı Aspirantları üçün nəzərdə tutulmuş yataqxana binası kimi qeydiyyatdan keçmişdir. Odur ki, qanunun tələ blərinə əsasən, vətəndaşların Azərbaycan Milli Elmlər X1, yəni ünvan 8 ünvanında müvəqqəti qeydiyyata (Aspirantlar Yataqxanasında daimi qeydiyyat qanunda nəzərdə tutulmamışdır) alınmaları üçün İddiaçı magistratura, doktorantura və dissertanturasında təhsil almaları vacibdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli, 979-X saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixdən qüvvədən düşmüşdür): Maddə

106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmi ş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəniməişət predmetləri ilə komplektləşdirilir.... Maddə

107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə ve rilir.... Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Maddə

108. Yataqxanalardan çıxarma İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız dig ər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. 25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsind ən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqınd a” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bu nunla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellya siya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmə dən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, iddiaçının şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edi lmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Apellyasiya instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, üçüncü şəxsin yataqxanadan qeydiyyatdan çıxarılması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

33. İddiaçı hesab edir ki, üçüncü şəxslə AMEA arasında mülki-hüquqi münasibətlərə xitam verildiyindən və yaşayış sahəsindən faktiki istifadə etmədiyindən vaxtilə ona verilmiş yataqxanadan qeydiyyatdan çıxarılmalıdır.

34. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarı lmasının əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit olunmuşdur. Həmin əsaslardan hər hansı birinin mövcudluğu hazırkı iş üzrə müəyyən edilməmişdir.

35. Üçüncü şəxsin sözügedən yaşayış sahəsində uzun müddət yaşamaması barədə dəlilə gəldikdə, həmin fakt da özü-özlüyündə iddianın təmin edilməsinə əsas vermir.

36. Bundan başqa, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

37. Hazırkı iş üzrə üçüncü şəxsə orderin və onun əsasında yaşayış sahəsinin verildiyi vaxtda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına görə, o, həmin yaşayış sahəsinə istifadə hüququ əldə etmişdir. Üçüncü şəxsin həmin yaşayış sahəsindən istifadə hüququna xitam verildiyinə dair məlumat işdə yoxdur. Belə olan halda, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarından çıxış edərək cavabdehin üzərinə iddia olunan hazırkı məzmunda öhdəliyin qoyulmasını tələb edə bilməz.

38. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1652/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar