Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2499/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İbayev İlham Sətulla oğlunun cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın hissəvi ləğvi, səyyar vergi yoxlaması, şərti rentabellik normasının birbaşa tətbiqi, azaldılmış vergi məbləğinə münasibətdə maliyyə sanksiyasının düzgün hesablanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İbayev İlham Sətulla oğlunun cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın hissəvi ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *-*(***)- **/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı (VÖEN: 2602819902) yoxlama dövründə ərzaq və digər gündəlik tələbat mallarının pərakəndə satışı ilə məşğul olmuşdur.
2. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarı ilə iddiaçı tərəfindən ##.##.2018-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan vergi dövrü üzrə vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlama ##.##.2021-ci il tarixdə başlanılmış və ##.##.2022-ci il tarixdə başa çatdırılmış, yoxlamanın nəticəsinə dair ##.##.2022-ci il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir.
3. Həmin akta əsasən, yoxlama nəticəsində əlavə dəyər vergisinin (ƏDV-nin) 2019-cu ildə 15416,22 manat azaldılması, 58563,44 manat artıq hesablanması; 2020-ci ildə 63763,06 manat azaldılması, 108229,88 manat artıq hesablanması; 2021-ci ildə 190389,80 manat azaldılması, 56864,57 manat artıq hesablanması; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının (MÖMV) 2020-ci ildə 1547,41 manat azaldılması, 0,06 manat artıq hesablanması; 2021-ci ildə 209,94 manat azaldılması, 0,10 manat artıq hesablanması; gəlir vergisinin 2019-cu ildə 55454,08 manat azaldılması; 2020-ci ildə 126145,06 manat azaldılması; ödəmə mənbəyində tutulan verginin (ÖMV) 2019-cu ildə 168,08 manat azaldılması; 2020-ci ildə 126 manat azaldılması, ümumilikdə vergilərin 453219,57 manat (o cümlədən ƏDV-nin 269569,08 manat, MÖMV-nin 1757,35 manat, gəlir vergisinin 181599,14 manat, ÖMV-nin 294 manat) azaldılması, 223658,05 manat (o cümlədən ƏDV-nin 223657,89 manat, MÖMV-nin 0,16 manat) artıq hesablanması, əlavə hesablamanın 229561,22 manat təşkil etməsi müəyyən olunmuş, Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən ƏDV-nin azaldılmasına görə 134784,54 manat, MÖMV-nin azaldılmasına görə 878,68 manat, gəlir vergisinin azaldılmasına görə 90799,57 manat, ÖMV-nin azaldılmasına görə 147 manat, həmçinin işçilərə nağd qaydada 26315,9 manat əmək haqqı ödənilməklə “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbləri pozulduğu üçün Vergi Məcəlləsinin 58.7-1 maddəsinə əsasən 2631,59 manat, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50%-i miqdarında, yəni 215297,61 manat, eləcə də vergi hesabatının və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 120 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.
4. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı ilə iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin qərarında iddiaçının gəlirlərini birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək tətbiq edilmişdir. Halbuki, xərc sənədlərinin təqdim olunub olunmamasından asılı olmayaraq, vergi orqanı mənfəət vergisinin hesablanması zamanı şərti rentabellik normasının tətbiq edilməsindən əvvəl Vergi Məcəlləsinin 67.1-67.13-cü maddəsində nəzərdə tutulmuş hərəkətlərin ardıcıllığına riayət etməli idi. Cavabdeh tərəfindən əlavə mənfəət vergisinin hesablanması üçün əsas iddiaçı tərəfindən mənfəətin düzgün əks etdirilməməsidir. Bu əsasın yaranmasının səbəbi kimi cavabdeh xərc sənədlərinin iddiaçı tərəfindən təqdim olunmamasına istinad etmişdir. Bu halda cavabdeh Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinin tələblərini tətbiq etməklə şərti rentabellik norması əsasında mənfəət vergisini hesablamışdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, səyyar vergi yoxlaması keçirilən zaman sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, cavabdehin vergiləri əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, qanunvericiliyin müddəalarından göründüyü kimi, vergilərin hesablanmasının hüquqi əsasını ilk olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsi təşkil edir ki, həmin maddədə birbaşa olaraq vergi ödəyicisinə aid məlumatlardan istifadə edilməsi nəzərdə tutulmuşdur. Həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirini dəqiq müəyyən etmək mümkün olduğu halda, vergi orqanına 67.14-cü maddəyə əsasən artıq mənfəət vergisini hesablamaq hüququ verilmişdir. Hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilməlidir: vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği. Beləliklə, maddələrin tələblərinə görə, ƏDV bir halda vergi tutulan dövriyyədən birbaşa olaraq 18 faizlə hesablanmalı, digər halda isə əgər vergi ödəyicisinin elektron vergi hesabfakturaya əsasən verginin əvəzləşdirilməsi hüququ yaranmışdırsa, həmin məbləğ çıxmaqla hesablanmalıdır. Elektron vergi hesab-fakturanın vergi tutulan əməliyyatın aparıldığı gündən 5 gün ərzində verilməsi müəyyən edilmişdir.
7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mühasibat uçotunun aparılmadığı müəyyən edilmiş, malların satışını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Yoxlama zamanı vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntular bilavasitə əşyalarla bağlı olduğuna görə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” ##.##.2021-ci il tarixli qərar çıxarılmışdır. İddiaçı tərəfindən tələbnamədə göstərilən sənədlərdən icarə müqaviləsi, bağlanmış əmək müqavilələri bildirişləri, əmək haqqının ödəniş cədvəlləri, bank hesabından çıxarışlar, NKAnın fiskal hesabatları, məbləğ ifadəsində mal material dövriyyəsi barədə hesabat yoxlamaya təqdim edilmiş, tələb olunan digər sənədlər, o cümlədən çeşid və növlər üzrə material hesabatı, malların satışını və satış qiymətlərini təsdiq edən sənəd və məlumatlar təqdim edilməmişdir. İddiaçı yoxlamaya təqdim etdiyi ##.##.2021-ci il tarixli izahatında ayrı-ayrı vergi ödəyicilərindən ərzaq və digər gündəlik tələbat mallarını elektron qaimə-faktura əsasında aldığını, alınmış malları əhaliyə pərakəndə qaydada, lakin nəzarət kassa aparatına daxil etmədən satdığını, pərakəndə satışla məşğul olduğundan mühasibat uçotunun aparılmasına ehtiyac olmadığını bildirmişdir. İddiaçı ƏDV qeydiyyatına alınması məqsədilə ##.##.2019-cu il tarixdə ərizə ilə vergi orqanına müraciət etmişdir. Vergi orqanı tərəfindən iddiaçı Vergi Məcəlləsinin 156.1-ci maddəsinə uyğun olaraq ##.##.2019-cu il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. İddiaçı ##.##.2019-cu il tarixdən yoxlanılan dövrün sonuna qədər ƏDV ödəyicisi olmuşdur. Həmin dövrdə iddiaçı tərəfindən ƏDV bəyannamələri vergi orqanına təqdim edilmişdir. Yoxlama ilə vergi tutulan əməliyyatların vaxtı illər üzrə həmin ildə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla, əvəzləşdirilən ƏDV isə Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Qeyd edilən maddələrin tələbləri gözlənilməklə iddiaçının ƏDV üzrə kənarlaşmaları aşağıdakı kimi müəyyənləşdirilmişdir: İddiaçı ##.##.2019-cu il tarixdən ƏDV qeydiyyatına alınması məqsədi ilə ##.##.2019-cu il tarixdə ƏDV qeydiyyatına dair ərizə ilə müraciət etmişdir. Qeyd olunan səbəbdən Vergi Məcəlləsinin 177.5-ci maddəsinin tələblərinə uyğun olaraq 2019-cu ilin fevral ayı üzrə ƏDV tutulan əməliyyatların dəyəri 2019-cu ilin mart ayı üzrə təqdim olunan ƏDV bəyannaməsində əks etdirilmişdir. İddiaçı tərəfindən təqdim olunan ƏDV bəyannamələri üzrə yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV tutulan dövriyyə 8023026,84 manat, ƏDV məbləği 1444144,83 manat, ƏDV-dən azad olunan əməliyyatların dəyəri 213734,1 manat (kameral vergi yoxlaması ilə müəyyən edilən məbləğ), əvəzləşdirilən ƏDV 1507499,65 manat, büdcədən hesablanan ƏDV məbləği 63354,82 manat göstərilmişdir. Yoxlamanın əhatə etdiyi dövr ərzində iddiaçı tərəfindən ƏDV-dən azad olunan malların alınması və təqdim edilməsi hallarının olması müəyyən edilməmişdir. Lakin iddiaçının obyektində quraşdırılmış onlayn kassa aparatına məbləğlər səhvən ƏDV-dən azad olunan əməliyyatlar kimi daxil edilmişdir. Yoxlama zamanı ƏDV-dən azad olunan əməliyyatların aparılması müəyyən edilməmişdir. Yoxlama zamanı 2018-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində ilin sonuna, yəni ##.##.2019-cu il tarixə qalıq qalmış mallar 67639 manat, dövr ərzində alınan mallar 9268826,58 manat, dövr ərzində satılan mallar 7964871,38 manat, ##.##.2021-ci il tarixdə iddiaçının obyektlərində keçirilmiş operativ nəzarət tədbirləri zamanı müəyyən edilmiş mallar 445096,8 manat, 01-##.##.2021-ci il tarix aralığında alınan mallar 542556,6 manat, oktyabr ayı ərzində satılan mallar 805128,7 manat (OVN tədbiri zamanı əskik gələn malların dəyərinin iddiaçı tərəfindən 2021-ci ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə bərpa edilən hissəsi nəzərə alınmaqla) nəzərə alınmaqla iddiaçının minimum dövriyyəsi müəyyən olunmuş nəticədə satışı sənədlərlə təsdiqlənməyən 663925,63 manat dəyərində (alış dəyəri ilə) malların mal qalığında qalmalı olduğu müəyyən olunmuşdur. Yoxlama ilə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən həmin malların satışı yoxlama dövrünün sonuncu ayında, yəni 2021-ci ilin sentyabr ayında nəzərə alınaraq ƏDV-yə cəlb edilmiş, 119506,61 manat ƏDV məbləği hesablanmışdır. Yoxlama zamanı iddiaçı tərəfindən Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Həmçinin əldə edilmiş EQF-lər üzrə ödənilən, lakin əvəzləşmədə nəzərə alınmayan ümumilikdə 116354,01 manat ƏDV məbləği yoxlama zamanı nəzərə alınmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV tutulan dövriyyənin 663925,63 manat, ƏDV məbləğinin 119506,6 manat azaldılması, əvəzləşdirilən ƏDV-nin 73595,42 manat artıq göstərilməsi nəticəsində büdcəyə çatası ƏDV məbləğinin 45911,19 manat azaldılması müəyyən edilmişdir. 2019 və 2020-ci illər üzrə gəlir vergisinin düzgünlüyü yoxlanılmışdır. İddiaçı tərəfindən həmin dövr üzrə gəlir vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” ##.##.2021-ci il tarixli tələbnamə üzrə gəlir və xərclərə aid sənədlərin tələb edilməsinə baxmayaraq iddiaçı tərəfindən yoxlamaya heç bir sənəd təqdim olunmadığı üçün ##.##.2021-ci il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama zamanı iddiaçı tərəfindən mühasibat uçotunun, həmçinin malların çeşid və növlər üzrə hərəkəti (material hesabatı) barədə hesabatların aparılmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən malların satışını və ya gəlirlərini təsdiq edən hər hansı sənəd və məlumat mövcud olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Yoxlama iddiaçının vergi orqanında olan baza məlumatları əsasında aparılmışdır. Həmçinin, iddiaçının fəaliyyətinə analoji vergi ödəyicisi müəyyən edilməmişdir. Belə ki, aparılmış araşdırmalarla vergi ödəyicisi kimi * saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan X1 (VÖEN 2603398652) və X2 (VÖEN 2602442062) fəaliyyətlərinin iddiaçının fəaliyyətinə oxşar olması müəyyən edilmiş, lakin iddiaçıda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı satışda olan malların çeşid və növlərinin fərqli olması, satışda İran İR istehsalı olan malların olması, həmçinin həmin vergi ödəyiciləri ilə müqayisədə işçi sayının, obyekt sahələrinin fərqli olması müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən Vergi Məcəlləsinin 67.2-ci maddəsində nəzərdə tutulan meyarlar üzrə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Həmçinin, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar hüquqi məsələyə, yəni Vergi Məcəlləsinin 67-ci maddəsində qeyd olunan ardıcıllığa əməl etmədən birbaşa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisinin hesablanması məsələsinə aşağı instansiya məhkəmələri düzgün hüquqi qiymət verməsə də, Ali Məhkəmə qeyd olunan məsələ ilə bağlı artıq öz hüquqi mövqeyini bildirmiş və belə nəticəyə gəlmişdir ki, vergi qanunvericiliyində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisinin hesablanmasında hər hansı bir sərt ardıcıllıq müəyyən olunmamışdır. Qeyd olunan səbəbdən iddiaçının gəlirini birbaşa müəyyənləşdirmək mümkün olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına (əlavə və dəyişikliklər ##.##.2001-ci il tarixli, ** nömrəli) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən iddiaçının xərclərinə görə gəliri müəyyənləşdirilmiş və illər üzrə aşağıdakı kimi olmuşdur. 2019-cu il üzrə iddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlirlər 1496569,5 manat, xərclər 1477770,6 manat, vergiyə cəlb edilən gəlir 18798,9 manat, gəlir vergisi 3759,78 manat göstərilmişdir. Xərclərin tərkibində əmək haqqı xərcləri 2650 manat, sosial sığorta ayırmaları 677,6 manat, malın dəyəri 1471743 manat, icarə haqqı 1200 manat, bank xidmət haqqı məbləği 1500 manat göstərilmişdir. Yoxlama ilə satılmış malın alış dəyəri 1471743 manat, əmək haqqı xərcləri 3340 manat, sosial sığorta xərcləri 723,5 manat, icarə haqqı 2400 manat, bank xidmət haqqı 2140 manat olmaqla, ümumilikdə 1480346,5 manat xərcə görə gəlir müəyyən edilmişdir. Beləliklə, yoxlama zamanı aparılmış hesablamalarla 2019-cu ildə iddiaçının gəlirlərinin 1776415,8 manat, xərclərin 1480346,5 manat, vergiyə cəlb edilən gəlirin 296069,3 manat, gəlir vergisinin 59213,86 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən 2019-cu ildə gəlir vergisi məbləği 55454,08 manat (59213,86-3759,78) azaldılmışdır. İddiaçının gəlirlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı tətbiq edilməklə müəyyən edildiyi üçün gəlir vergisi bəyannaməsi üzrə olan dövriyyə ilə (1776415,8 manat) ƏDV bəyannamələri üzrə dövriyyə (1496569,5 manat) arasında 279846,3 manat fərq yaranmışdır. 2019-cu il üzrə iddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlirlər 3332893,76 manat, xərclər 3299564,82 manat, vergiyə cəlb edilən gəlir 33328,94 manat, gəlir vergisi 6665,78 manat göstərilmişdir. Xərclərin tərkibində malın dəyəri 3299564,82 manat göstərilmişdir. Yoxlama ilə satılmış malın alış dəyəri 3299564,82 manat, əmək haqqı xərci 12875 manat, sosial sığorta xərcləri 2753,39 manat, icarə haqqı 2400 manat, bank xidmət haqqı 2678 manat olmaqla, ümumilikdə 3320271,21 manat xərcə görə gəlirlər aşağıdakı kimi müəyyən edilmişdir. 2020-ci il üçün M = 3320271,21x20:100 = 664054,24 manat gəlir müəyyən edilmişdir. Beləliklə, yoxlama zamanı aparılmış hesablamalarla 2020-ci ildə iddiaçının gəlirlərinin 3984325,45 manat, xərclərin 3320271,21 manat, vergiyə cəlb edilən gəlirin 664054,24 manat, gəlir vergisinin 132810,84 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən 2020-ci ildə gəlir vergisi məbləği 126145,06 manat (132810,85-6665,79) azaldılmışdır. İddiaçının gəlirlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı tətbiq edilməklə müəyyən edildiyi üçün gəlir vergisi bəyannaməsi üzrə olan dövriyyə ilə (3984325,45 manat) ƏDV bəyannamələri üzrə dövriyyə (3332893,76 manat) arasında 651431,69 manat fərq yaranmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində gəlir vergisinin ümumilikdə 181599,14 manat azaldıldığı müəyyən edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin düzgünlüyünün yoxlanılması zamanı, məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan gəlirlərin düzgün göstərilməməsi səbəbindən məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqları üzrə 1757,35 manat azalma, 0,16 manat artıq hesablama müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqlarına cəlb olunan gəlirlər 2020-ci ilin 1-ci rübü üzrə 1500 manat göstərilmiş, yoxlama ilə 2000 manat olduğu, 2-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan gəlirlər göstərilməmiş, yoxlama ilə 3750 manat olduğu, 3-cü rüb üzrə 3375 manat göstərilmiş, yoxlama ilə 3750 manat olduğu, 2021-ci ilin 3-cü rübü üzrə 3750 manat göstərilmiş, yoxlama ilə 4500 manat olduğu müəyyən edilmişdir. Müvafiq olaraq 2020-ci ilin 1-ci rübü üzrə 130 manat, 2-ci rüb üzrə 1125 manat, 3-cü rüb üzrə 292,41 manat azalma, 4-cü rüb üzrə 0,06 manat artıq hesablama, 2021-ci ilin 1-ci rübü üzrə 0,06 manat artıq hesablama, 2-ci rübü üzrə 0,04 manat artıq hesablama, 3-cü rübü üzrə 209,94 manat azalma olmaqla ümumilikdə məcburi dövlət sosial sığorta, işsizlik və icbari tibbi sığorta haqlarının 1757,19 manat azaldılması aşkar edilmişdir. Ödəmə mənbəyində tutulan verginin bəyannaməsinin düzgünlüyünün yoxlanılması zamanı aşağdakılar aşkar edilmişdir. X3 (VÖEN: 2600693872) ilə bağlanmış ##.##.2018-ci il tarixli, ** nömrəli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı məbləğinin 294 manat müəyyən edilməsinə baxmayaraq, təqdim edilmiş bəyannamədə icarə haqı məbləği düzgün göstərilməmiş və nəticədə ödəmə mənbəyində verginin ümumilikdə 294 manat, o cümlədən 2019-cu ilin 1-4-cü rüblərində hər rübdə 42 manat olmaqla 168 manat, 2020-ci ilin 1-3-cü rüblərində hər rübdə 42 manat olmaqla 126 manat əskik hesablanması müəyyən edilmişdir. Vergi yoxlaması nəticəsində vergilərin ümumilikdə 453219,57 manat azaldılması müəyyən edilmişdir. O cümlədən 269569,08 manat əlavə dəyər vergisinin azaldılması; 181599,14 manat gəlir vergisinin azaldılması; 1757,35 manat MÖMV-nin azaldılması; 294 manat ÖMV-nin azaldılması. Vergi yoxlaması nəticəsində vergilərin ümumilikdə 223658,05 manat artıq hesablanması müəyyən edilmişdir: o cümlədən 223657,89 manat əlavə dəyər vergisinin artıq hesablanması; 0,16 manat MÖMV-nin artıq hesablanması; Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDVnin azaldılmasına görə 134784,54 manat, gəlir vergisinin azaldılmasına görə 90799,57 manat, ödəmə mənbəyində verginin azaldılmasına görə 147 manat, MÖMV-nin azaldılmasına görə 878,68 manat, işçilərə hesablanaraq nağd qaydada 26315,9 manat əmək haqqı məbləği ödənilməklə “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbləri pozulduğu üçün Vergi Məcəlləsinin 58.7-1 maddəsinə əsasən 2631,59 manat, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50%-i miqdarında yəni 215297,61 manat, Vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi ödəyicisinə 120 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Yoxlama ilə ümumilikdə vergilərin 229561,52 manat azaldılması müəyyən edilmiş, 444658,99 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, */**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan ##.##.2022-ci il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə hesablanmış vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ümumilikdə məbləği 229561,52 manat olmuşdur. Həmçinin səyyar vergi yoxlaması aktında iddiaçının şəxsi hesab vərəqəsi məlumatlarına əsasən həmin səyyar vergi yoxlaması aktının tərtib olunma tarixinə, yəni ##.##.2022-ci il tarixə iddiaçının 150023,73 manat artıq ödəməsinin olduğu müəyyən edildi. Lakin həmin aktda öz əksini tapmış 150023,73 manat artıq ödəniş məbləği son nəticədə əlavə olaraq büdcəyə hesablanmış 229561,52 manat məbləğində vergilər hesablanarkən nəzərə alınmamışdır. Yəni səyyar vergi yoxlaması aktında əlavə olaraq hesablanmış 229561,52 manat məbləğində vergilər və məcburi dövlət sosial sığorta haqqı məbləğinə 150023,73 manat artıq ödəniş məbləği yönəldilməmişdir. Həmin məbləğ yönəldildiyi təqdirdə iddiaçı tərəfindən dövlət büdcəsinə az hesablanmış, yəni əlavə olaraq hesablanmış vergilərin və məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin 79537,79 manat (229561,52-150023,73) məbləğində olması müəyyən olunmalı idi. Həmçinin, qeyd edilir ki, vergi orqanı tərəfindən artıq ödəniş məbləğləri səyyar vergi yoxlaması aktında nəzərə alınmadan son nəticədə az hesablanmış vergi məbləği müəyyən edilsə də, təqdim edilmiş iş materiallarında olan iddiaçının şəxsi hesab vərəqəsi məlumatlarında vergi ödəyicisinin həmin artıq ödəniş məbləği nəzərə alınmışdır. Tədqiqata əlavə olaraq təqdim edilmiş və çap olunma ##.##.2022-ci il tarixi olan iddiaçının şəxsi hesab vərəqəsi məlumatları nəzərə alınmaqla səyyar vergi yoxlaması aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda iddiaçı tərəfindən ödənilməli olan qalıq borcun 10456,90 manat məbləğində olması müəyyən edildi. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, yoxlamanın əhatə etdiyi dövr ərzində iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə ##.##.2022-ci il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda ödənilməli olan qalıq borcun 10456,90 manat məbləğində olması müəyyən edildi. Göstərilənlərlə yanaşı qeyd edilir ki, cavabdeh vergi orqanı tərəfindən ##.##.2021-ci il tarixdə başlanmış, ##.##.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsinin rəsmiləşdirildiyi ##.##.2022-ci il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktında hesablamalar aparılarkən artıq ödəniş məbləği nəzərə alınmadan az hesablanmış vergi məbləği müəyyən olunmuşdur.
9. Şirvan İnzibati Məhkəməsinin (hakim: Amilya Hüseynova) ## ##### 2023-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin iddiaçının IV rüb 2017-ci ildən III rüb 2021-ci ilədək olan dövr üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı 10456,90 manat vergi məbləği və həmin məbləğin 50%-ni təşkil edən 5228,45 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi ##.##.2023-cü il tarixli, */**** nömrəli ekspert rəyinə istinad edərək hesab etmişdir ki, vergi orqanının əməkdaşları tərəfindən yoxlama zamanı hesablamalar aparılarkən iddiaçının artıq ödəniş məbləği nəzərə alınmadan 229561,52 manat az hesablanmış vergi məbləği müəyyən olunmuş, cavabdeh isə zəruri araşdırma aparmadan ##.##.2022-ci il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktını əsas götürərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərar qəbul etmişdir. Cavabdeh, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, */**** nömrəli ekspert rəyinə etiraz edərək, rəydə qeyd olunan ##.##.2022-ci il tarixə vergi ödəyicinin 150023,73 manat artıq ödəməsinin yoxlama zamanı nəzərə alındığını bildirsə də, məhkəməyə bunu təsdiq edən heç bir dəlil-sübut təqdim etməmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd olunmasını xahiş etmişdir.
apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Müşfiq Həsənov /sədrlik edən və məruzəçi/, Samir Həsənov və Cahid İmanov) ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh, səyyar vergi yoxlaması zamanı əsassız olaraq ##.##.2021-ci il tarixli müddətin uzadılması, ##.##.2022-ci il tarixli müvəqqəti dayandırma, ##.##.2022-ci il tarixli müvəqqəti dayandırma, ##.##.2022-ci il tarixli müvəqqəti dayandırma, ##.##.2022-ci il tarixli müvəqqəti dayandırma, ##.##.2022-ci il tarixli müvəqqəti dayandırma, ##.##.2022-ci il tarixli müvəqqəti dayandırma, ##.##.2022-ci il tarixli müvəqqəti dayandırma barədə qərarlarını Vergi Məcəlləsinin 38.7.2-ci maddəsini (səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək) əsas tutaraq qəbul etsə də bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi qeyd edir ki, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirmə halı baş verməmişdir. Cavabdeh, səyyar vergi yoxlaması aktında və qəbul etdiyi qərarda əlavə hesabladığı vergiləri, eləcə də uzadılma və dayandırma barədə qərarlarını əsaslandıra bilməmiş və bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa, cavabdeh, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə ##.##.2022-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, cavabdeh həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Rəsulbəyova /məruzəçi/, Kəmaləddin Bədəlov və Zakir Quliyev) ## ### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən, cavabdeh tərəfindən əlavə vergilərin hesablanmasının qanunsuz olduğu qənaətinə gələrkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəydə qeyd olunan göstəricilərə əsaslanmışdır. Lakin həmin ekspert rəyi maddi hüquq normalarının tələblərinə cavab vermədiyindən onun mötəbərliyi müəyyən olunmur. Belə ki, ekspert rəyinin nəticəvi hissəsində qeyd olunmuş göstəricilərin emal olunmuş hansı məlumatlar əsasında və hansı qaydada alındığını əks etdirən əsaslandırma mövcud olmadığından, rəydə göstərilən rəqəmlərin həqiqiliyini müəyyən etmək mümkün deyildir. Bundan əlavə, ekspert qarşısında qoyulan suallarda hər tədiyyə növü üzrə hesablamaların ayrı-ayrı aparılması tələb edilmiş, həmin tədiyyə növləri üzrə azalmaların hər tədiyyə növü üzrə ayrılıqda əks olunması istənilmişdir. Halbuki, ekspertin müəyyən etdiyi 10456,90 manat vergi və MDSSH üzrə borcun tərkibi bəlli olmamış, hansı tədiyyə növü üzrə nə qədər borcun qalması bilinmədən az hesablama kimi qiymətləndirilmişdir. Digər tərəfdən apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 57.1, 58.6 və 58.7-1-ci maddələrinə əsasən hesablanmış maliyyə sanksiyalarının tətbiqi əsasları barədə hər hansı təkzibedici məlumat vermədən həmin hesablamaları da ləğv etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət versə də (i.v. 134), lakin vəsatət təmin edilməmiş və bu barədə MPM-in 97.1-ci maddəsinin tələblərinə uyğun olaraq qərardad qəbul olunmamışdır. Ümumiyyətlə cavabdeh orqanın vəsatətinə nə ayrıca olaraq, nə də ki, qərarda hər hansı münasibət bildirilməmiş, bununla da MPM-in 97.1-ci maddəsinin tələblərinin pozulmasına yol verilmişdir. Apellyasiya məhkəməsi həmçinin öz qərarında qeyd etmişdir, cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə ##.##.2022-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin qeyd etdiyi ##.##.2022-ci il tarixli qərar məsuliyyətə cəlb etmə barədə qərardır, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar isə ##.##.2021-ci il tarixdə qəbul edilmiş və həmin qərar iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən iş materiallarına əlavə edilməmiş qərara əsaslandırılmamış qərar kimi qiymət verilməsi yolverilməzdir.
apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən və tədqiqata təqdim edilmiş, çap olunma tarixi ##.##.2022-ci il olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatları nəzərə alınmaqla ##.##.2022-ci il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə əlavə hesablanılmış vergi və məcburi dövlət sosial sığorta haqları üzrə yekunda vergi ödəyicisi tərəfindən ödənilməli olan qalıq borcun 10456,90 manat məbləğində olması müəyyən edildi. Göstərilənlərlə yanaşı qeyd edilir ki, cavabdeh tərəfindən ##.##.2021-ci il tarixdə başlanmış, ##.##.2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi ##.##.2022-ci il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktında hesablamalar aparılarkən dövlət büdcəsinə əlavə hesablanmalı vergilər müəyyən edilsə də, həmin aktın 2.3-cü öz əksini tapmış artıq ödəniş məbləği nəzərə alınmamışdır. Bundan başqa ekspertiza təyini haqqında məhkəmənin ##.##.2024-cü il tarixli qərardadında və vergi orqanının ##.##.2023-cü il tarixli etirazında azaldılmış 10456,90 manat məbləğin müəyyənləşdirilməsi qaydasının rəydə öz əksini tapmadığı qeyd olunmuşdur. Bununla bağlı qeyd edilir ki, aparılmış tədqiqatla gəlinmiş nəticə zamanı hər hansı xüsusi bir qaydaya istinad olunmamış, vergi orqanı tərəfindən hesablanmış vergilərin və məcburi dövlət sosial sığorta haqlarının düzgünlüyü müəyyən edilmişdir. Lakin bildirilir ki, 10456,90 manat məbləğində azaldılmış vergi məbləğinin müəyyən olunması zamanı şəxsi hesab vərəqəsi məlumatları və səyyar vergi yoxlaması aktının 2.3-cü nəzərə alınmaqla müəyyən olunmuşdur. Eyni zamanda bildirilir ki, vergi orqanının ##.##.2023-cü il tarixli etirazında Vergi Məcəlləsinin maddələrinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları barədə məlumat verilmədiyi qeyd edilmişdir. Bununla bağlı isə qeyd edilir ki, maliyyə sanksiyasının hesablanması hüquq pozuntusuna görə məsuliyyətə cəlb edilmə ilə bağlıdır. Yəni maliyyə sanksiyasının hansı məbləğə tətbiq olunmasına hüquqi qiymət verilməlidir.
18. Apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarının 10456,90 manat vergi məbləği və həmin məbləğin 50%-ni təşkil edən 5228,45 manat maliyyə sanksiyası, habelə Vergi Məcəlləsini 57.1-ci maddəsinə əsasən hesablanmış 120 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv olunması xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
19. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Fikrət Hüseynov /sədrlik edən və məruzəçi/, Tale Kərimov və Ceyhun Quliyev) ## ### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı üzrə tətbiq edilmiş 120 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində dəyişdirilmiş, iddia təmin edilmiş, cavabdehin ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı 10456,90 manat vergi məbləği və həmin məbləğin 50%-ni təşkil edən 5228,45 manat maliyyə sanksiyası, habelə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş 120 manat maliyyə sanksiyası istisna olmaqla, qalan hissədə ləğv edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə verilmiş hər iki ekspert rəyində mübahisələndirilən qərarla vergi borcunun düzgün hesablanmadığı müəyyən olunmuş, daha dəqiq desək, iddiaçı tərəfindən artıq ödənilmiş vergi məbləğləri nəzərə alınmamışdır. Bundan əlavə, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli **************** nömrəli qərarının məzmunundan görünür ki, yoxlama tədbiri seçilərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı birinə istinad edilməmiş, ümumiyyətlə yoxlamanın hansı səbəbdən keçirilməsi əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənardır və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Bununla yanaşı, həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisələndirilən qərarla Vergi Məcəlləsini 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş 320 manat maliyyə sanksiyasının əsaslı olub-olmaması araşdırılmamış, müvafiq ekspertiza tədqiqatı zamanı da həmin məsələyə qiymət verilməmiş, buna baxmayaraq məhkəmə qərar qəbul edərkən mübahisələndirilən qərarın bütövlükdə ləğv edilməsi qənaətinə gəlsə də, bunun hüquqi əsasını öz qərarında göstərməmişdir. Buna baxmayaraq, iddiaçının apellyasiya baxışı zamanı mübahisələndirilən qərarın 120 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi ilə bağlı tələbin dəqiqləşdirilməsi barədə müvafiq ərizə təqdim etməsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini zəruri edir.
21. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin vahid məhkəmə təcrübəsinə əsasən mümkün sayılmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Maddə 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; Maddə 55.2. Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və mübahisələndirilən hissədə iddia qismən təmin olunmalıdır.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın qismən təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
30. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarının 10456,90 manat vergi məbləği və həmin məbləğin 50%-ni təşkil edən 5228,45 manat maliyyə sanksiyası, habelə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən hesablanmış 120 manat maliyyə sanksiyası istisna olmaqla, qalan hissədə ləğv edilməsinə nail olmaqdan ibarətdir.
31. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ##.##.2018-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan vergi dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. İddiaçı yoxlama dövründə ərzaq və digər gündəlik tələbat mallarının pərakəndə satışı ilə məşğul olmuşdur.
32. Yoxlama ##.##.2021-ci il tarixdə başlanılmış, ##.##.2022-ci il tarixdə başa çatdırılmış və nəticəsi ##.##.2022-ci il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
33. Həmin akta əsasən, yoxlama nəticəsində əlavə dəyər vergisinin (ƏDV-nin) 2019-cu ildə 15416,22 manat azaldılması, 58563,44 manat artıq hesablanması; 2020-ci ildə 63763,06 manat azaldılması, 108229,88 manat artıq hesablanması; 2021-ci ildə 190389,80 manat azaldılması, 56864,57 manat artıq hesablanması; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının (MÖMV) 2020-ci ildə 1547,41 manat azaldılması, 0,06 manat artıq hesablanması; 2021-ci ildə 209,94 manat azaldılması, 0,10 manat artıq hesablanması; gəlir vergisinin 2019-cu ildə 55454,08 manat azaldılması; 2020-ci ildə 126145,06 manat azaldılması; ödəmə mənbəyində tutulan verginin (ÖMV) 2019-cu ildə 168,08 manat azaldılması; 2020-ci ildə 126 manat azaldılması, ümumilikdə vergilərin 453219,57 manat (o cümlədən ƏDV-nin 269569,08 manat, MÖMV-nin 1757,35 manat, gəlir vergisinin 181599,14 manat, ÖMV-nin 294 manat) azaldılması, 223658,05 manat (o cümlədən ƏDV-nin 223657,89 manat, MÖMV-nin 0,16 manat) artıq hesablanması, əlavə hesablamanın 229561,22 manat təşkil etməsi müəyyən olunmuş, Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən ƏDV-nin azaldılmasına görə 134784,54 manat, MÖMV-nin azaldılmasına görə 878,68 manat, gəlir vergisinin azaldılmasına görə 90799,57 manat, ÖMV-nin azaldılmasına görə 147 manat, həmçinin işçilərə hesablanaraq nağd qaydada 26315,9 manat əmək haqqı məbləği ödənilməklə “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələbləri pozulduğu üçün Vergi Məcəlləsinin 58.7-1 maddəsinə əsasən 2631,59 manat, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50%-i miqdarında yəni 215297,61 manat, eləcə də vergi hesabatının və ya Vergi Məcəlləsinin 16.2ci maddəsində nəzərdə tutulmuş arayışının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 120 manat maliyyə sanksiyasının tətbiq olunması təklif edilmişdir.
34. Səyyar vergi yoxlamasının nəticələri haqqında ##.##.2022-ci il tarixli, **************** nömrəli həmin akt nəzərə alınaraq, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı ilə, iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir.
35. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və təqdim edilən rəydəki göstəricilərə əsasən qərar qəbul edilmişdir. Təkrar apellyasiya baxışı zamanı əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və əvvəlki rəydəki göstəricilər təkrarlanmışdır.
36. Təkrar apellyasiya baxışı üzrə qərar da məhkəmə-mühasibatlıq ekspertizası rəyinə istinad olunmaqla əsaslandırılmışdır. Həmin rəydə iddiaçının fəaliyyət dövrünün əməliyyatlarına münasibət bildirilməmiş, iddiaçının şəxsi hesab vərəqəsində olan artıq ödəmə məbləği səyyar vergi yoxlaması ilə müəyyən olunan vergi məbləğindən çıxılmaqla yekun büdcəyə ödənilməli məbləğin 10456,9 manat təşkil etdiyi qeyd olunmuşdur. Lakin həmin məbləğin hansı qaydada, həmçinin konkret hansı vergi növü və ya növlərinə münasibətdə müəyyən edildiyi ekspert rəyində göstərilməmişdir. Bu səbəbdən həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz.
37. İddiaçıya ƏDV-nin hesablanmasının əsası qismində dövriyyə və əvəzləşdirmə məbləğlərinin hesabatda düzgün göstərilməməsi, gəlir vergisinin hesablanmasının əsası qismində isə iddiaçının gəlirlərinin müəyyən olunmaması, xərclər əsas götürülməklə şərti rentabellik norması tətbiq edilməklə gəlirin müəyyən edilməsi çıxış etmişdir.
38. İş materiallarından görünür ki, cavabdeh tərəfindən ƏDV üzrə dövriyyənin azaldılması mal qalığının əskikliyinə və Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə riayət edilməməsinə görə müəyyən olunmuşdur. Həmçinin, əvəzləşdirmələrin Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun aparılmadığı və iddiaçının əvəzləşdirməyə daxil etmədiyi məbləğlərin yoxlama ilə nəzərə alındığı qeyd olunmuşdur. Yekunda isə ƏDV üzrə ümumilikdə 269569,08 manat azalma, 223657,89 manat artıq hesablama müəyyən olunmuşdur. Lakin cavabdeh maliyyə sanksiyası tətbiq edərkən artıq hesablama məbləğini nəzərə almamış və bununla da Vergi Məcəlləsinin 55.1.5-ci və 55.2ci maddəsinin tələblərini pozmuşdur.
39. Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinə görə, hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallardan biridir.
40. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə, bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır.
41. Göründüyü kimi, yoxlama dövrü üzrə iddiaçıya əlavə hesablanan ƏDV məbləği 45911,19 (269569,08-223657,89) manat təşkil etdiyi halda, ona 134784,54 manat (269569,08/2) maliyyə sanksiyası tətbiq olunmuşdur. Halbuki, iddiaçı barəsində yayındırılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 22955,5 manat (45911,19/2) məbləğində maliyyə sanksiyası tətbiq olunmalı idi.
42. Beləliklə, mübahisələndirilən qərar iddiaçıya 2019-2021-ci illər üzrə ümumilikdə hesablanmış ƏDV-yə tətbiq edilən 111829,04 (134784,54-22955,5) manat maliyyə sanksiyası hissəsində əsassız sayılmalıdır.
43. Yoxlama nəticəsində 2019-2020-ci illər üzrə hesablanmış gəlir vergisinə münasibətdə isə aşağıdakılar qeyd edilməlidir: Cavabdeh tərəfindən iddiaçının gəlirlərinin uçotunun aparılmaması əsas götürülmüş, xərclər nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına istinadən birbaşa şərti rentabellik norması tətbiq olunmaqla gəlir vergisi hesablanmış və hesablanmış (2019-cu il üzrə 55454,08 manat, 2020-ci il üzrə 126145,06 manat) məbləğlərə müvafiq olaraq 27727,04 manat və 63072,53 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
44. Cavabdeh iddiaçının fəaliyyətinə uyğun analoji vergi ödəyicisi müəyyən edilmədiyini, digər vergi ödəyiciləri X1 (VÖEN 2903398652) və X2 (VÖEN 2602819902) fəaliyyətlərinin araşdırıldığını, lakin işçi sayı, obyektin sahəsi uyğun gəlmədiyi üçün, analoji vergi ödəyicisi kimi onların məlumatlarının nəzərə alınmadığını qeyd etmişdir. Lakin cavabdeh həmin vergi ödəyicilərinin konkret hansı göstəricilərinin iddiaçı ilə uyğun gəlmədiyini əsaslandırmamış, bununla bağlı məhkəməyə hər hansı sənəd (sübut) təqdim etməmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunan məzmunda hesablama ilə bağlı kassasiya instansiyasının formalaşmış təcrübəsini bir daha diqqətə çatdırır ki, Vergi Məcəlləsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının, ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Gəlirin (mənfəətin) əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin ##.##.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).
46. Yoxlama ilə ödəmə mənbəyində tutulan verginin hesablanmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən fiziki şəxsdən icarəyə götürülən obyektin aylıq icarə haqqı məbləği 200 manat müəyyən edilsə də, təqdim edilən ÖMV bəyannamələrində həmin məbləğ düzgün göstərilmədiyindən əlavə olaraq 294 manat icarə haqqına görə ÖMV məbləği hesablanmışdır. Həmin hesablamanın əsassız olması iş materialları ilə müəyyən olunmur. İddiaçı da bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
47. Eyni zamanda, yoxlama ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının (MÖMV) 2020-2021-ci illər üzrə ümumilikdə, 1757,35 manat azaldılması, 0,16 manat artıq hesablanması müəyyən edilmişdir ki, həmin hissədə də hesablamanın əsassız olması iş materialları ilə müəyyən olunmur. İddiaçı da bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
48. Vergi Məcəlləsinin 57.1-ci, 58.6-cı, 58.7-1-cı maddələrinə əsasən tətbiq olunan maliyyə sanksiyalarına münasibətdə isə qeyd edilməlidir ki, yoxlama aktının 2.5-ci bəndinə əsasən, hesabatın (arayışın) verilməməsinə görə iddiaçı barəsində ümumilikdə 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı da iş üzrə təkrar apellyasiya icraatı zamanı həmin məbləğlə razılaşmış və iddia tələbini dəqiqləşdirmişdir.
49. Bundan başqa, yoxlama aktının 2.6-cı bəndinə əsasən (1-ci cild, i.v. 42), iddiaçı barəsində ƏDV məbləğinin gec ödənilməsinə (ödənilməməsinə) görə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə və əmək haqqının nağd ödənilməsinə görə 58.7-1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyasının əsaslı olduğu iş üzrə materiallarla təsdiq olunur.
50. Apellyasiya instansiyası məhkəməsi isə, qeyd edilən xüsusatları nəzərə almamış, və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
51. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək mübahisələndirilən hissədə iddia qismən təmin olunmalı, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərar 2019-2020-ci illər üzrə hesablanmış gəlir vergisi və ona tətbiq edilmiş maliyyə sanksiyası, həmçinin 2019-2021-ci illər üzrə hesablanmış ƏDV-yə tətbiq edilmiş 111829,04 manat maliyyə sanksiyası hissələrində ləğv edilməli, iddia digər hissələrdə rədd edilməli, kassasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.
52. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunduğundan, iş üzrə birinci instansiya və işə təkrar baxan apellyasiya instansiyası məhkəmələri tərəfindən təyin edilmiş məhkəmə ekspertizalarının keçirilməsinə görə, cəmi 400 (200+200) manat ekspertiza tədqiqatı xərclərinin 200 (iki yüz) manatı iddiaçıya, 200 (iki yüz) manatı isə cavabdehə aid edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilərək, mübahisələndirilən hissədə iddia qismən təmin edilir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərar 2019-2020-ci illər üzrə hesablanmış gəlir vergisi və ona tətbiq edilmiş maliyyə sanksiyası, həmçinin 2019-2021-ci illər üzrə hesablanmış ƏDV-yə tətbiq edilmiş 111829,04 manat maliyyə sanksiyası hissələrində ləğv edilir. İddia mübahisələndirilən digər hissələrdə rədd edilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. İş üzrə birinci instansiya və işə təkrar baxan apellyasiya instansiyası məhkəmələri tərəfindən təyin edilmiş məhkəmə ekspertizalarının keçirilməsinə görə cəmi 400 (200+200) manat ekspertiza tədqiqatı xərclərinin 200 (iki yüz) manatı iddiaçıdan, 200 (iki yüz) manatı isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərar qətidir.