Məhkəmə qərarları › İş №2-1(102)-25/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-25/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-25/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Şirkətinin cavabdeh Binəqədi rayon Biləcəri Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-25/2020 Bakı şəhəri xx xxxxxx 2020-cu il 15.01.2020 Açar sözlər: bələdiyyə qərarının etibarsız hesab olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı Şirkətinin vəkili Vəkil iştirakları ilə, İddiaçı Şirkətinin nümayəndəsi Nümayəndə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)1770 /2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı Şirkəti (bundan sonra mətndə iddiaçı) cavabdeh Binəqədi rayon Biləcəri Bələdiyyəsinə qarşı (bundan sonra mətndə cavabdeh) X4 üçüncü şəxs qismində cəlb olunmaqla (bundan sonra mətndə üçüncü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üçüncü şəxsin istifadəsinə torpaq sahəsinin ayrılması haqqında xx xxxxxx 2011-ci il tarixli, 114 saylı qərarının qanunsuzluğunun tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən dövlətin müstəsna səlahiyyətində saxlanılan, sənaye təynatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentin in imzaladığı 901-İİQD saylı, xx xxxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin (“Şirkət”) istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində və 1-ci mədənin 5-ci sahəsində X1 istifadəsinə torpaq sahəsinin ayrılması barədə 469 saylı, xx xxxxxxxx 2005-ci il tarixli qərarının və sonradan sözügedən torpaq sahəsinin üçüncü şəxsin adına keçirilməsi barədə xx xxxxxx 2011-ci il tarixli, 114 saylı qərarının qanunsuzluğunun tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxxxx 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X8 Bİ.Vİ” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ortaq Şirkəti (Podratçılar) arasında Saziş imzalanmış və Azərbaycan Respulikası Prezidenti tərəfindən imzalanmış xx xxxxx 2005-ci il tarixli, 901 saylı Qanunu ilə həmin Saziş Qanun statusunu almışdır. Cavabdehin xx xxxxxx 2011-ci il tarixli, 114 saylı qərarı ilə, Qanun statusu almış Sazişlə iddiaçının istifadəsinə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudl arı daxilində, 1 saylı mədənin 5-ci sahəsində olan 200 kv.m ölçüdə torpaq sahəsi üçüncü şəxsin istifadəsinə verilmişdir. Bələdiyyənin qanunsuz qərarı əsasında həmin torpaq sahəsi üçüncü şəxs tərəfindən digər məqsədlər üçün istifadə edildiyindən iddiaçı tərəfindən həmin ərazidə neft-qaz əməliyyatlarının həyata keçirilməsinə ciddi maneə yaranmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)1722/2019 saylı qərardadı ilə (hakim Aygün Abdullayeva) iddia mümkün sayılmamışdır. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarlar 2005-ci il və xx xxxxxx 2011-ci il tarixli olduğundan və iddiaçı həmin qərarların qəbul olunduğu tarixdən əvvəl hüquqi f əaliyyət göstərməyə başladığından iddiaçının həmin qərarları mübahisələndirməyə dair subyektiv hüququ həmin qərarların qəbul edildiyi tarixdən yaranmış hesab olunmalıdır. İddiaçı həm inzibati prosessual qanunvericiliklə, həm də həmin qanunvericilik qüvvəyə minənədək qüvvədə olmuş hüquq normaları ilə müəyyən edilmiş iddianın verilmə müddətlərini buraxmışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1770/2019 saylı qərardadı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadında qeyd olunmuş əsasları öz qərardadında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin mümkün sayılaraq işin mahiyyəti üzrə baxılması üçün aşağı instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, aşağı instansiya m əhkəmələri iddiaçının əslində inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş “müəyyənetmə və tanınma” növündə olan iddia tələblərini “mübahisələndirmə” növündə olan iddia tələbi kimi qəbul etmiş və mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərini tətbiq etməkdənsə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əvvəllər qüvvədə olmuş 298-ci maddəsini tətbiq etmişdir. İnzibati prosessual qanunvericilik “müəyyənetmə və tanınma” növündə olan iddia tələbləri üçün prosessual müddət nəzərdə tutmadığından aşağı instansiya məhkəmələrinin iddianın mümkün sayılmamasına dair gəldikləri nəticə qanunsuz olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3 5.1, 36.2, 38.1, 38.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 217.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, prosesin digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qəra rdadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdeh Biləcəri Bələdiyyəsinin 469 saylı, xx xxxxxxxx 2005-ci il tarixli qərarı ilə X2 adına fərdi yaşayış evinin tikintisi üçün 200 kv.m torpaq sahəsi ayrılmışdır. Sonradan həmin torpaq sahəsi Biləcəri Bələdiyyəsinin 114 saylı, xx xxxxx 2011-ci il tarixli qərarı ilə alğı-satqı yolu ilə X3 adına keçirilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx xxxx 2019-cu il tarixdə müraciət etmişdir. Üçüncü şəxsin faktiki istifadəsinə verilmiş torpaq sahəsi üzərində əşya hüququnun yarandığı 2005-ci ildən sonra iddiaçının mübahisəli sahə ilə bağlı həmin istifadə faktı, o cümlədən buna əsas olan cavabdeh icra hakimiyyətinin qərarları istər əvvəlki qanunvericiliklə, istərsə də, xx xxxxxx 2011-ci il tarixdən qüvvə yə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq müddəalarına əsasən mübahisələndirilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayaraq aşağıda göstərilən əsaslara görə qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq iddia tələbini mümkün saymayan birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmişd ir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın məzmununa görə, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarş ı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx xxxxxx 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı cavabdehin 2005 və 2011- ci il tarixlərdə qəbul edilmiş qərarlarının ləğv edilməsi ilə bağlı 2019-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil xx xxxx 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə MPM-dən çıxar ılmışdır). Ehtimal edilərsə ki, iddiaçı mübahisəli qərarın qəbulundan uzun müddət məlumatsız olmuş və MPM-in qeyd edilən maddəsi ilə nəzərdə tutulan müddəti üzrlü səbəbdən buraxmışdır, hətta bu halda belə xx xxxxxx 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsində iddia qaldırmaq üçün nəzərdə müddət buraxılmış hesab edilməlidir. Belə ki, İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində l əğv edilə bilər. İPM-nin qanuni qüvvəyə mindiyi xx xxxxxx 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM, əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konv ensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Deryan Türkiyəyə qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı mad dəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarlarının ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslı olub, kassasiya şik ayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şirkətinin nümayəndəsi Nüm ayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1770/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar