Məhkəmə qərarları › İş №2-1(102)-25/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-25/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-25/2021 28.01.2021 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.07.2020-ci il tarixli, 2-1(103)-545/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı xx.xx.1961-ci ildə doğulmuş, 01.11.1979-cu il tarixində əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. 27.12.2018-ci ildən “X1” QSC-də İnsan Resursları Xidmətinin rəisi vəzifəsində çalışır

2. İddiaçı 04.07.2019-cu il tarixində ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir

3. Cavabdeh 31.07.2019-cu il tarixli məktubl a iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir və imtinanın əsası kimi iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən, güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona cavabdehin 31.07.2019-cu il tarixli *** nömrəli cavab məktubunun qanunsuz hesab edilərək ona 52 yaşından 2004-2005-ci illərin əmək haqqından pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri sənədləri cavabdeh inziba ti orqana təqdim etsə də cavabdeh əsassız olaraq onun ərizəsini təmin etməkdən imtina etmişdir. “X1” QSC-nin Xəzər Dəniz Neft Donanması tərəfindən 25.02.2009-cu ildə verilmiş *** nömrəli arxiv arayışında onun həmin İdarədə 13 il, 10 ay, 15 gün 1 nömrəli Siyahı üzrə güzəştli iş stajı olduğu öz təsdiqini tapır. Lakin cavabdeh orqan iddiaçının güzəştli iş stajının olmamasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 57 yaşı tamam olan tarixdən, yəni 25.12.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iddiaçının tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2019-cu il tarixli, 2-1(81)4188/2019 nömrəli qərarı ilə (hakim – Ş.Ə.Süleymanova) iddia tələbinin təmin edilərək Binətəliyev Qerman İbadullaxoviçə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 25.12.2018-ci il tarixindən, 57 yaşdan əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə iddiaçının 01.01.2006-cı il tarixindək 25 il 0 ay 10 gün ümumi, 13 il 10 ay 15 gün güzəştli i ş stajı olması sübut olunur. Odur ki, cavabdehin imtinası əsassız və qanunsuzdur və iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.

9. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətində iddiaçının güzəştli iş stajını mübahisələndirməmiş, iddiaçının 01.01.2006-cı ilədək ümumi iş stajının tələb ediləndən daha az – 24 il 11 ay 16 gün olduğunu qeyd etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-545/2020 saylı, 21.07.2020-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və X.A.Cəmilova) ilə apellyasiya şikayətinin təmin edilməs i, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.11.2019-cu il tarixli, 2-1(81)-4188/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixinə 47 yaşı olmaqla, ümumi iş stajı 24 il 11 ay 23 gün təşkil edir. İddiaçı 01.01.2006-cı il tarixindən sonra həm güzəştli, həm də ümumi əmək stajını toplasa da, 01.07.2017-ci ildən yaş senzi qaldırıldığından qanunvericilikdə olan dəyişikliyə görə ona münasibətdə qanunda nəzərdə tutulan hər üç şərt ödənilmir.

13. Məhkəmə qərarı iddiaçıya 04.08.2020-ci il tarixində təqdim edilmişdir.

14. İddiaçı həmin qərardan 03.09.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-545/2020 saylı, 21.07.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, “X1” QSC-nin Xəzər Dəniz Neft Donanması tərəfindən 25.02.2009-cu ildə verilmiş *** saylı arxiv arayışı iddiaçının həmin idarədə 13 il, 10 ay, 15 gün 1 nömrəli siyahı üzrə güzəştli iş stajı olduğunu təsdiq edir. Lakin məktuba cavab verən pensiya idarəsi iddiaçının ümumi iş stajının 25 ildən az, güzəştli şərtlərlə iş stajının 12 il 6 aydan az olduğunu bildirərək pensiya təyin etməkdən i mtina etmişdir.

16. Bundan başqa, əmək kitabçasının 6-7-ci səhifəsində 7-ci, 8-9-cu səhifəsində 89-cu qeydlərdə, 10-11-ci səhifəsində 12-ci qeyddə işə qəbul edilib, azad edilərək Əmək Məcəlləsinin 87-ci maddəsinin 2-3-cü bəndlərinin tələblərinə riayət edilməmişdir. Göründüyü kimi, işə qəbul edilib, işdən azad edildiyi əmrlər Əmək Məcəlləsinin 83-cü maddəsinin hər iki bəndinə, 87-ci maddənin 2 və 3-cü bəndlərində müvafiq verilmədiyindən 7-ci qeyddə 8 gün, 8-ci qeyddə 5 gün, 9-cu qeyddə 1 gün, 12-ci qeyddə 5 gün əmək kitabçası üzrə cəmi 18 gün ümumi iş stajına daxil edilir. Hərbi bileti ilə 12 gün, əmək kitabçası ilə 18 gün iş stajı olduğundan, ümumi iş stajı 25 il 15 gündən çoxdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməm işdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qa nun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

21. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduq da və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 22. “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınc ıiş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respub likası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

24. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 221-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi – dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla).

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

26. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdi m olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir.

30. Belə ki, hazırkı qərarın 20-23-cü bəndlərində göstərilən normaların məzmunundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

31. İddiaçıya məxsus əmək kitabçasında qeyd olunmuş işə qəbul edilmə və işdən azad edilmə barədə əmrlərin tarixlərini nəzərdən keçirdikdə görünür ki, iddiaçının tələb edilən 25 ildən artıq ümumi stajı mövcuddur.

32. Cavabdehin yeganə dəlili iddiaçının ümumi iş stajının 25 ildən az olmasıdır ki, göründüyü kimi, iş materialları ilə cavabdehin həmin dəlili təkzib olunur.

33. Eyni zamanda, işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçının güzəştli iş stajını təsdiq edən arxiv arayışı da məhkəməyə təqdim olunmuşdur. Həmin arayışdan göründüyü kimi, iddiaçının 17.02.1992-ci ildən hal-hazıradək işlədiyi Xəzər Dəniz Neft Donanmasında axtarış briqadasında sualtı texniki işləri görən gəmilərdə 1-ci dərəc əli matros peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 221-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir və iddiaçının güzəştli əmək stajı 13 il 10 ay 15 gün təşkil edir.

34. Belə olan halda, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yuxarıda qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödəndiyindən iddia tələbi təmin edilməlidir.

35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icras ı haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almadan əsassız olaraq iddia tələbini rədd etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin q ərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-545/2020 saylı, 21.07.2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçıya 57 yaşı tamam olan tarixdən, yəni 25.12.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar