Məhkəmə qərarları › İş №2-1(102)-25/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-25/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-25/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (diplomun tanınması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, 09.02.2022 Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci i l tarixli, 2-1(103)-1560/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı, 06.06.2007-ci il tarixində Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialını bitirmişdir. Dağıstan Dövlət Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 06.06.2007-ci il tarixli qərarı ilə ona 01.07.2007-ci il tarixində diplom verilmişdir.

2. İddiaçı ali təhsil üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə elektron qaydada müraciət etmişdir.

3. Cavabdehin 19.09.2016-cı il tarixli, 857/A Nİ saylı məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edildiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС ******* saylı, 06.06.2007-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən olunaraq, müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialına daxil olaraq, oranı 06.06.2007-ci il tarixində müvəffəqiyyətlə bitirmişdir(maliyyə-kredit fakültəsini). 01.07.2007-ci il tarixində ona diplom veril mişdir. Ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə elektron qaydada müraciət etmişdir. Ona 19.09.2016-cı il tarixdə 857/ANİ saylı məktubla imtina cavabı verilmişdir. Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə, 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 20.06.2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə onun fəaliyyəti dayandırılmışdır. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi, təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları tam şəkildə yerinə yetirmiş və təhsil aldığı müddətdə müvafiq ixtisasa yiyələnmişdir. Həmçinin diploma əlavədən də görün düyü kimi, ali təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmişdir və qanuni əsaslarla təhsilini başa vurmuşdur. Odur ki, imtina əsassız olduğu üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(112)-470/2021 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmiş, Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 06.06.2007-ci il tarixli qərarı ilə 01 iyul 2007-ci il tarixdə İddiaçı adına verilmiş və 846 qeydiyyat nömrəsi ilə qeydə alınmış ДИС ******* nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil müddəti 5 (beş) il olmuşdur və bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndinə uyğun olmuşdur. Həmin bəndə görə ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavr səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. İddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsi barədə cavabdeh mübahisə açmamışdır. Həmçinin iddiaçıya məxsus diplomda verilən hüquqların Azərbaycan Respubl ikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması da mübahisə doğurmamışdır.

8. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci il tarixli, 2-1(103)-1560/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Azər Hüseynov ) qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş və iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını x ahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Təhsil haqqında” Qanun Maddə 1.0.4. təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” Maddə 1.6. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixt isasların təhsil proqramları ilə müəyyənləşdirilir. Maddə 2.3 Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Maddə 4.1 “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və proseslər i araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" Maddə 1.5. Ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu m üddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” Bənd 1.6 xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bənd 3.3. Təhsilin məzmununun dövlə t standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Bənd 3.5. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamə tlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

16. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidi r. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımiqaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol veri lmişdir. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır.

20. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. Hazırkı mübahisə mahiyyət etibarı ilə diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialını bitirmiş iddiaçının hüquqi marağı Dağıstan Dövlət Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 06.06.2007-ci il tarixli qərarı ilə ona verilmiş diplomun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

22. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı İslamov X2 Dövlət Universitetinin Bakı filialının “Maliyyə və kredit” fakültəsində iqtisadçı ixtisası üzrə tam kursu bitirmişdir və ona Dövlət Attestasiya Komissiyasının 06.06.2007-ci il tarixli qərarı ilə Dağıstan Dövlət Universiteti tərəfindən 846 qeydiyyat nömrəsi ilə qeydə alınmış ДИС ******* nömrəli diplom verilmişdir. Qeyd olunan diplom 20.05.2013-cü il tarixdə Moskva şəhər Təhsil Departamenti tərəfindən 140140 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq “apostil” möhürü ilə leqallaşdırılmışdır.

23. İş materiallarına əlavə olunmuş Dövlət Attestasiya Komissiyasının 06.06.2007-ci il tarixli qərarı ilə Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС ******* nömrəli diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetində “Maliyyə və kredit” fakültəsində iqtisadçı ixtisası üzrə əyani qaydada 5 il (2002-2007-ci illər) təhsil almışdır.

24. Yuxarıda istinad olunan normalara görə, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Nəzərə almaq lazımdır ki, iddiaçının təhsil müddəti 5 (beş) il olmuşdur və bu da iş üzrə materiallarla təsdiq olunur. İş üzrə materiallarla həmçinin iddiaçının təhsil müddətinin, eyni zamanda sənədi ver ən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin ali təhsil pilləsinin dövlət standartlarına uyğun olduğu müəyyən edilir. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil formasına Azərbaycan Respublikasında yol verilməməsi barədə cavabdeh mübahisə açmamışdır. Həmçinin iddiaçıya məxsus diplomla verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması da mübahisə doğurmamışdır.

25. Qeyd olunmalıdır ki, cavabdehin imtinasının əsas dəlili iddiaçının təhsil aldığı təhsil ali təhsil müəssisəsinin qeyri-qanuni fəaliyyət göstərməsi ilə əlaqədardır.

26. Belə ki, iddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdeh tərəfindən 19.09.2016-cı il tarixli, 857/ANİ №li məktubla cavab ol araq bildirilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı qeyri-qanuni fəaliyyət göstərmiş və bu səbəbdən 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4- 489-2006 saylı qətnaməsi ilə onun fəaliyyəti dayandırılmışdır. Bu baxımdan Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən onun adına verilmiş 06.06.2007-ci il tarixli, DİS ******* nömrəli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir.

27. Bununla bağlı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin qanunauyğunluğunun, o cümlədən xüsusi razılıq və ya lisenziya əsasında fəaliyyət göstərməsinin təmin edilməsi, qanunsuz fəaliyyət göstərən təhsil müəssisəl ərinin fəaliyyətinin qadağan olunması dövlətin aidiyyəti qurumlarının məsuliyyət sferasına aiddir. Nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi uzun zaman kəsiyində fəaliyyət göstərmiş, onun fəaliyyəti həmin müddətdə qadağan olunmamışdır. Bu səbəbdən təhsil müəssisələrinin fəaliyyətinin qanunauyğunluğunun təmin olunmasına məsul olan dövlətin davranışına etimad göstərərək həmin müəssisənin fəaliyyətinin qanunauyğun olduğunu hesab edən və həmin müəssisədə təhsilini başa vuran iddiaçının diplomunun tanınmasından cavabdehin imtinası əsaslı sayıla bilməz.

28. Həmçinin nəzərə almaq lazımdır ki, Təhsil Nazirliyinin iddiası əsasında 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə həmin təhsil müəssisəsinin fəaliyyəti dayandırılsa da, onun fəaliyyətə başladığı dövrdən verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi hissəsində iddia təmin olunmamışdır. Bundan əlavə, cavabdeh təhsil müəssisəsində təhsil alan və təhsilini başa vurmamış tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsi Təhsil Nazirliyinə həvalə edilmişdir. Bununla da əslində hüquqi dövlət və şəxsin etimad hüququnun qorunması prinsiplərinə uyğun olaraq həmin məhkəmə qərarı ilə fəaliyyəti dayandırılana qədər təhsil müəssisəsinin fəaliyyətinin və həmin dövrə qədər onun tərəfindən verilmiş təhsil sənədlərinin legitimliyi təsdiq olunmuşdur.

29. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı təhsil aldığı müəssisənin fəaliyyəti dayandırıldıqdan əvvəl, yəni 06.06.2017-ci ildə həmin təhsil müəssisəsindən məzu n olmuşdur.

30. Bundan başqa, nəzərə almaq lazımdır ki, “"Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq haqqında” 5 mart 2004-cü il tarixli, 595-İİQ saylı Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası 5 oktyabrın 1961-ci il tarixli həmin Haaqa Konvensiyasına qoşulmuşdur.

31. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə, bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər;c) notarial aktlar;d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər).

32. Konvensiyanın 2-ci maddəsinə əsasən, razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür.

33. Konvensiyanın 3-cü m addəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz.

34. Konvensiyanın 4-cü maddəsinə əsasən, 3- cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır.

35. Nəzərə almaq lazımdır ki, Rusiya Federasiyası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanınmışdır.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar və qeyd edilən səbəblər baxımından, iddiaçı diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasını və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsini tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, cavabdehin imtinası əsassız və qanunsuzdur.

37. Məhkəmə qərarı kassasiya şikayət i verilə bilən hüquq pozuntusuna əsaslandığından, şikayət təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci il tarixli, 2-1(103)-1560/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.08.2021-ci il tarixli, 21(103)-1560/2021 nömrəli qərarı ləğv olunur. İş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 06.06.2007-ci il tarixli qərarı ilə 01 iyul 2007-ci il tarixdə İddiaçı adına verilmiş və 846 qeydiyyat nömrəsi ilə qeydə alınmış ДИС ******* nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar