Məhkəmə qərarları › İş №2-1(102)-25/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-25/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-25/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 18.01.2023 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı1 (xx.xx.1940-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə qarşı “qarajın əvəzində başqa ərazidən yeni torpaq sahəsinin ayrılması və üzərində daş qaraj inşa edilərək onun istifadəsinə verilməsi” təl əbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(105)-226/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(85)-231/2016 saylı iş üzrə materiallarla müəyyən olunur ki, iddiaçı xx.xx.2015-ci il tarixli iddia ərizəsi ilə X1, habelə hazırkı iş üzrə cavabdehlərə qarşı “daş qarajın dağıdılması nəticəsində vurulmuş maddi zərərin ödənilməsi” tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində iddiaçı hazırkı iş üzrə iddia ərizəsində istinad etdiyi halları göstərməklə, ona məxsus qarajın dağıdılması nəticəsində vurulmuş maddi ziy anın cavabdehlər tərəfindən ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan həmin iş baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, iddiaçı ərizə təqdim edərək Z.Allahverənovun cavabdehlər siyahısından çıxarılaraq üçüncü şəxs kimi cəlb olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin həmin iş üzrə xx.xx.2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

2. Qeyd edilən qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının qarajın sökülməsinə görə ziyanın tələb edilməsi ilə bağlı cavabdehlərə müraciət etdiyi müəyyən olunmur. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısının xx.xx.20215-ci il tarixli qərarından görünür ki, V. Quliyevin qarajının qanunsuz sökülməsi ilə bağlı ərizəsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı1 ərizəsində və izahatında qarajının Zakir adlı şəxs tərəfindən söküldüyünü bildirmişdir. Eyni zamanda iddiaçı hazırkı işə apellyasiya baxışı zamanı təqdim etdiyi müxtəlif dövlət orqanlarına ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizəsində də qarajının X2 tərəfindən söküldüyünü göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 20 oktyabr 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Sumqayıt şəhəri, 11-ci mkr-da, 24,15 km.m sahədə yerləşmiş daş qarajın əvəzində başqa ərazidən yeni torpaq sahəsinin ayrılmasının və üzərində daş qaraj inşa edilərək onun istifadəsinə verilməsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt şəhə r İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə həvalə edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 19, mənzil 53-də qeydiyyatda olmaqla yaşayır. Yaşadığı mikrorayonda 24.15 kv.metr sahəsi olan daş qarajı olmuşdur. Həmin daş qarajın yerləşdiyi torpaq sahəsi Sumqayıt şəhər X6 İcraiyyə Komitəsinin 19 avqust 1982-ci il tarixli, 2692 nömrəli və 20 sentyabr 1983-cü il tarixli, 255 nömrəli qərarlarına əsasən X4 ayrılmış və həmin torpaq sahəsində, sahəsi 24,15 kv.metr olan daş qaraj inşa edilmişdir. Göstərilən qaraj 2 sentyabr 1991-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş və 40 ildən artıq tam yararlı vəziyyətdə istifadəsində olmuşdur. Həmin daş qaraj və ona qonşu olan qarajlar Sumqayıt ş əhər icra Hakimiyyəti Başçısının sərəncamına əsasən qanunsuz olaraq dağıdılmış, nəticədə iddiaçının mülkiyyətinə ziyan vurulmuş və onun mülkiyyətçi hüquqları kobud şəkildə pozulmaqla, ona hər hansı kompensasiya məbləği ödənilmədən, qaraj sahəsi təklif edilmədən yerində şəxsi mülkiyyət hüququ üzrə fərdi yaşayış evləri inşa edilmişdir. Bununla əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə, Sumqayıt şəhər Prokurorluğuna, Sumqayıt şəhər Polis İdarəsinə və Azərbaycan Respublikası Baş Prokuroruna müraciət etsə də, heç bir tədbir görülməmiş, söküntünün, dağıntının hansı əsaslarla baş verməsi barədə ona hər hansı məlumat verilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi isə bildirmişdir ki, id arənin arxivində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən qarajlar barədə heç bir sənəd olmadığı üçün vətəndaş İddiaçı1 göstərilən ərazidə qarajlarının olub-olmamasının dəqiqləşdirilməsi mümkün deyildir. Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirilmişdir ki, “sizə məxsus qarajın sökülməsi və ya köçürülməsi barədə şəhər İcra Hakimiyyəti heç bir göstəriş verməmişdir”. İddiaçı daha sonra göstərir ki, Sumqayıt şəhər prokurorluğuna müraciəti araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə göndərilmiş, xx.xx.2015-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir və mübahisəli məsələ ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Daha sonra Prezidentə, təkrarən Sumqayıt şəhər icra Hakimiyyətinə ərizə ilə m üraciət etsə də, şikayət ərizələri nəticəsiz qalmış, ərizələrinə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Q-312-149 nömrəli, xx.xx.2019-cu il tarixli və Q-312/2-126 nömrəli, xx.xx.2019-cu il tarixli məktublarla cavab verərək nəzərinə çatdırmışlar ki, qaraj yerinin ayrılması və sənədləşdirilməsi “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 28 oktyabr tarixli, 709-İİİ QD nömrəli Qanununa və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq bələdiyyələrin səlahiyyətlərinə daxildir. Sonuncu ər izəsinə isə Q-14-126 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla iki dəfə, yuxarıda qeyd etdiyi tarixlərdə ona müfəssəl cavab verildiyi bildirilmiş, mülkiyyətinə vurulmuş ziyanın ödənilməsi və ya ona başqa ərazidən daş qarajın ayrılması barədə heç bir tədbir görülməmişdir. Mübahisənin başqa yolla həlli mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin təqsiri ucbatından ona həm maddi, həm mənəvi ziyan dəymişdir. Bundan başqa hazırki maddi durumu ona vurulmuş maddi ziyanı qarşılamağa, yeni torpaq sahəsi almağa, orada daş qaraj inşa etməyə çatmır.

5. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının qe yd etdiyi və Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində ona məxsus qarajın sökülməsinə dair cavabdeh tərəfindən heç bir inzibati akt qəbul edilməmiş, həmçinin qeyd edilən qaraj cavabdehin işçiləri tərəfindən sökülməmiş və həmin qarajın kim tərəfindən və nə vaxt sökülməsi barədə cavabdehdə heç bir məlumat yoxdur. İddiaçı qarajın cavabdehin işçiləri tərəfindən söküldüyünü bildirsə də, həmin qarajın məhz cavabdehin işçiləri tərəfindən sökülməsinə dair cavabdehin hər-hansı qanunsuz hərəkətləri, cavabdeh tərəfindən ona ziyan vurulduğunu təsdiq edə biləcək hər-hansı bir mötəbər sübutu, eləcə də, iddiaçının cavabdeh tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və bu halı təsdiq edəcək hər hansı bir mötəbər dəlil təqdim etməmişdir. Etirazda Mülki Məcəllənin 21, 1096.1 və 1097.1-ci maddələrinə istinad edilərək göstərilir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

6. Sumqayıt İnzibati Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli, 2-1(118)-2118/2021 nömrəli qərardadı (hakim X8) ilə mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. iddiaçı iki cavabdeh göstərərək tələbini həmin orqanlara yönəltmişdir. İddiaçı bildirmişdir ki, müvafiq sənədləri olsa da, faktiki olaraq onun qarajı mövcud deyil. İddiaçı daş qarajın əvəzində başqa ərazidən yeni torpaq sahəsinin ayrılmasının və üzərində daş qaraj inşa edilərək onun istifadəsinə verilməsinin cavabdehlərə həvalə edilməsini xahiş edir. İddiaçı onun qarajının sökülməsinin cavabdehlər tərəfindən həyata keçirilməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəmə iclasında qarajın sökülməsinin uzun illər əvvəl həyata keçirildiyini bildirmişdir. Bundan əlavə bununla bağlı sübutlar təqdim edilsə belə, cavabdehlərin səlahiyyəti baxımından hazırkı iddia mümkün hesab edilə bilməz. Belə ki, cavabdeh orqanların mülkiyyətə torpaq sahəsi ayırması kimi bir səlahiyyəti hazırda qüvvədə olan qan unvericiliyə əsasən nəzərdə tutulmamışdır

8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(105)-226/2022 nömrəli qərardadı (hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və X10) ilə Sumqayıt İnzibati Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki, cavabdeh inzibati orqanlar tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmamışdır. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin həmin iş üzrə xx.xx.2016-cı il tarixli qərardadından müəyyən olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısının xx.xx.20215-ci il tarixli qərarı ilə İddiaçı1 qarajının qanunsuz olaraq sökülməsi ilə bağlı ərizəsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı1 ərizəsində və izahatında qarajının Zakir adlı şəxs tərəfindən söküldüyünü bildirmişdir. Eyni zamanda iddiaçı hazırkı işə apellyasiya baxışı zamanı təqdim etdiyi müxtəlif dövlət orqanlarına ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizəsində də qarajının X2 tərə findən söküldüyünü göstərmişdir. Beləliklə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 7.2-ci bəndində ifadə edilmiş hüquqi mövqeyə görə, maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. İşin yuxarıda sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hüquqlarının müdafiəsi üçün ona məxsus olmuş qarajın sökülməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər.

11. İddiaçı kassasiya şikayəti verərək h əmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Sumqayıt şəhərində baş verən bütün qanuni və ya qanunsuz (inzibati akt qəbul edilməklə və ya edilməməklə) söküntülər birbaşa Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının göstərişi və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin razılığı ilə həyata keçirilir. Həmin vaxt iddiaçının daş qarajı ilə yanaşı digər qarajlar da sökülmüşdür. Bütün bu qanunsuz hərəkətlər cavabdehlərin xəbəri və göstərişi olmadan həyata keçirilə bilməz. Bundan başqa, iddi açıya məxsus daş qarajın yerləşdiyi ərazidə söküntünün Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən aparılmasını təsdiq edən şahidlər vardır. Şahidlərin, sübutların olması bildirilmiş, lakin işə baxan məhkəmələr işin obyektiv, tam və hərtərəfli araşdırılmasını və şahidlərin dindirilməsini təmin etməmişlər. İşin obyektiv araşdırılması üçün iddiaçıya məxsus daş qarajın yerləşdiyi ərazini müəyyən etmədən, həmin yerdə hansı sənədləşmə əsasında kim tərəfindən tikinti-inşaat işlərinin aparılmasına razılıq verilməsinə dair müvafiq sorğular etmədən, heç bir mötəbər sübutlara əsaslanmadan iddia mümkün sayılmamışdır. kassasiya şikayətinə etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə Maddə

35. İddi anın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyət cə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin mümkünlük şərtlərinin mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsəl ələri təkrarlamağa lüzum qalmır.

21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. İddia növlərindən asılı olaraq qanunvericilikdə müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş ümumi və xüsusi şərtlər mütləq ödənilmiş olmalıdır.

24. Həmçinin qeyd edilməlidir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun y oxlanılmasını nəzərdə tutur.

26. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı cavabdehin qanunsuz hərəkətləri ilə bağlı vurulmuş ziyanın əvəzinin ödənilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçı ona məxsus daş qarajın əvəzində başqa ərazidən yeni torpaq sahəsinin ayrılmasının və üzərində daş qaraj inşa edilərək onun istifadəsinə verilməsinin cavabdehə həvalə olunmasını tələb edir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının daş qarajın əvəzində başqa ərazidən yeni torpaq sahəsinin ayrılması və üzərində daş qaraj inşa edilərək onun istifadəsinə verilməsi ilə bağlı tələbi mahiyyət baximindan vurulmuş ziyanın natural formada əvəzinin (restitusiyanın) tələb olunması kimi qiymətləndirilməlidir. Lakin iddiaçı vurulmuş ziyanın natural formada əvəzini (restitusiyanı) tələb etməs inə rəğmən, inzibati orqanın həmin ziyanın vurulmasına səbəb olmuş hərəkətinin qanunsuzluğunun müəyyən olunmasına (qanunsuzluğunun tanınmasına) nail olmadan, birbaşa ziyanın əvəzinin ödənilməsi barədə iddia qaldırmışdır.

27. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə inzibati orqana qarşı iddia tələbi irəli sürülməsi üçün, həmin ziyanın inzibati orqanın fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı olduğu və həmin fəaliyyət nəticəsində vurulduğu müəyyən olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə əlavə olaraq həm də iddiaçıya ziyanın inzibati orqanın qanunsuz hərəkəti nəticəsində vurulduğu təsbit edilməlidir. Başqa sözlə, hazırkı iddia ilə inzibati məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqanın ziyanın vurulması ilə nəticələnmiş fəaliyy ətinin (hərəkət və ya hərəkətsizliyinin) qanunsuzluğunun və həmin qanunsuz hərəkətlə vurulmuş ziyan arasında səbəb-nəticə əlaqəsinin müəyyən olunması hazırkı iddianın xüsusi mümkünlük şərtinə aiddir. Bu mümkünlük şərtinin ödənilməsi baxımından, iddiaçı tərəfindən qeyd edilmiş qaydaya əməl olunduğu iş üzrə materiallardan görünmür.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 7.2-ci bəndində ifadə edilmiş hüquqi mövqeyə görə, maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyət i nəticəsində vurulmuş olsun.

29. Beləliklə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və əsaslı sayılmalı, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(105)-226/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar