Məhkəmə qərarları › İş №2-1(102)-25/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-25/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-25/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, X7, İddiaçı4 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, X7, İddiaçı4 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair qeydiyyatın ləğvi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 2-1(107)-96/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 144 nömrəli sərəncamı ilə Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən İddiaçı1 500 kv.m, xx.xx.2012-ci tarixli, 336 nömrəli sərəncamı ilə İddiaçı3 500 kv.m, xx.xx.2012-ci il tarixli, 337 nömrəli sərəncamı ilə İddiaçı4 400 kv.m, xx.xx.2013-cü il tarixli, 54 nömrəli sərəncamı ilə X9 500 kv.m, xx.xx.2013-cü il tarixli, 55 nömrəli sərəncamı ilə İddiaç ı2 500 kv.m ölçüdə torpaq sahəsinin yerində təhvil verilməsi, həmin torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilməsi, inşa ediləcək fərdi yaşayış evlərinin eskiz layihələrinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılması qərara alınmışdır.

2. Həmin şəxslərin onlara ayrılmış torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evlərinin eskiz layihələri Gəncə şəhərinin baş memarı tərəfindən təsdiq edilmişdir.

3. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0497 (kod: ********) nömrəli dövlət aktına əsasən, mübahisəli 0,209686 hektar torpaq sahəsinin də daxil olduğu 1,31 hektar torpaq sahəsi Xanlar (indiki Göygöl) rayon Quşqara bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 54a nömrəli qərarı ilə X2. Həmin dövlət aktında Faiq Şərifovun mülkiyyətinə verilmiş torpağın ümumi sahəsinin 1,31 hektar olmaqla ayrı-ayrı ərazilərdə yerləşdiiyi, ona görə də torpaq sahəsinin üç ədəd müxtəlif planşetlərdə əksini tapdığı müəyyən edilmişdir. Sözügedən torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən, 497 nömrəli konturda (planşetdə) 0,60 hektar, 497A nömrəli konturda (planşetdə) 0,20 hektar və 497D nömrəli konturda (planşetdə) 0,51 hektar torpaq sahəsi göstərilmişdir.

4. X20 xx.xx.2007-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən, torpağa mülkiyyət hüququna dair JN-0497 (kod: ********) nömrəli dövlət aktının 497D nömrəli planşetində göstərilən 0,51 hektar torpaq sahəsinin 0,24 hektar hissəsini X10, 0,06 hektar hissəsini X1. Həmin 0,51 hektar torpaq sahəsinin qalan 0,209686 hektar hissəsini isə xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Məmmədov Elşad Cəmil oğluna satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında 0,209686 hektar torpaq sahəsi üzərində Elşad Məmmədovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış və eyni tarixli torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir.

5. İddiaçıların müraciətinə cavab olaraq cavabdehin xx.xx.2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 54a nömrəli qərarına əsasən X12 adına ləğv edilmiş DTXK-nın Göygöl rayon şöbəsi tərəfindən JN-0497 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin akta əsasən 0,509686 hektar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılarkən, torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli, **********45 reyestr nömrəli plan və ölçü sənədinin verilməsinə əsas olmuş ilkin sənədlərdə uyğunsuzluqların olduğu müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli, 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsinin 0,209686 hektar hissəsini əldə etmiş Məmmədov Elşad Cəmil oğlunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı zamanı torpaq sahəsinin plan və ölçü sənədi mövcud uyğunsuzluqlar aradan qaldırılmadan hazırlanmışdır. “Daşınma z əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

6. Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-03/2017 nömrəli mülki iş üzrə xx.xx.2017-ci il tarixli qərardadla təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının icrası ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 saylı Gəncə Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa və **********28 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Məmmədov Elşad Cəmil oğluna məxsus 0,209686 hektar torpaq sahəsinin koordinatları, sərhədləri müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları və sərhədləri rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Məmmədov Elşad Cəmil oğlunun mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazidə fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında 54 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə X9 ayrılmış torpaq sahəsinin 113 kv.m-i, 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncam ı ilə İddiaçı2 ayrılmış torpaq sahəsinin 178 kv.m-i, 144 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı1 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 336 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı3 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 337 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı4 ayrılmış torpaq sahəsinin 419 kv.m-i üst-üstə düşür. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 54a nömrəli qərarı əsasında X15 0,80 hektar torpaq sahəsi ayrılmış, həmin qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair JN-0497 nömrəli dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktı iki konturdan – 497A (0,20 hektar) və 497 konturlarından (0,60 hektar) ibarət olmuşdur. Hal-hazırda mübahisə predmeti olan 497D (0,51 hektar) nömrəli kontur dövlət aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır. X20 JN-0497 nömrəli dövlət aktının 497D nömrəli konturunda qeyd olunan 0,51 hektar torpaq sahəsindən 0,209686 hektar hissəsini xx.xx.2012-ci il tarixli, 4Ə-3-836 nömrəli alqısatqı müqaviləsi əsasında Məmmədov Elşad Cəmil oğluna satmışdır. Qeyd olunan alqısatqı müqaviləsi əsasında 0,209686 hektar torpaq sahəsi üzərində Məmmədov Elşad Cəmil oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair ərazi idarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərkən texniki xətaya yol verilərək torpaq sahəsinin əvvəlki plan-ölçüsündəki koordinatlardan fərqli olaraq sənəd üzrə vəziyyətdən 80 metr sürüşmə ilə hal-hazırda İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərinə qeydiyyat aparılmışdır. Məlumat üçün bildirilir ki, baza məlumatlarına istinadən araşdırma zamanı dövlət aktında qeyd olunan 0,51 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsinin başqa şəxslərə məxsus tikililərin, bir hissəsinin isə ümumi istifadədə olan yolun üzərinə düşdüyü məlum olmuşdur. Ərazi idarəsinin arxiv sənədlərinə əsasən, DTXK tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında X12 mülkiyyətinə verilmiş 1,31 hektar torpaq sahəsi sözündə düzəliş (qaralanaraq sonradan yazılıb) olunmuşdur.

7. Gəncə şəhəri Nizami rayo n Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)83/2015 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X7, İddiaçı4, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə, X15, Məmmədov Elşad Cəmil oğluna və Göygöl rayon Notariat Kontoruna qarşı Məmmədov Elşad Cəmil oğlunun adına verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın (seriya RX 0157346) və həmin reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız hesab edilməsi tələbi təmin olunmuşdur.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(014)-1531/2015 nömrəli qətnaməsi ilə cavabdeh Məmmədov Elşad Cəmil oğlunun apellyasiya şikayəti təmin edilmiş və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2( 044)-83/2015 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-2126/2016 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(014)-1531/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. İddiaçı Məmmədov Elşad Cəmil oğlu cavabdehlər İddiaçı1, İddiaçı2, X13, X8 və X16 qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Göygöl rayon Quşqara kəndi (hazırkı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, “Əriklik bağı”) ərazisində yerləşən 0,209686 hektar torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(044)-1336/2013 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.

11. Həmin qətnamədən narazı qalan cavabdehlər İddiaçı1, X13, İddiaçı2, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan İddiaçı4 və İddiaçı3 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-03/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(044)-1336/2013 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Göygöl rayonu, Quşqara kəndində yerləşən (hazırda Gəncə şəhəri Nizami rayonunun inzibati ərazisinə daxildir) və iddiaçı Məmmədov Elşad Cəmil oğlunun mülkiyyətində olan 0,209686 hektar torpaq sahəsinin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və X13 tərəfindən boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş evlərin (tikililər) cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və X7 vəsaiti hesabına sökülməsi qət edilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-609/2018 nömrəli qərarı ilə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaç ı3 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(104)-03/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-1870/2018 nömrəli qərardadı ilə mülki iş üzrə icraat iddiaçılar İddiaçı1, X13, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər X20 və Məmmədov Elşad Cəmil oğlu) qarşı DTXK-nın Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-0497 (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən 0,509686 hektar torpaq sahəsinin X12 adına dövlət reyestrində aparılmış qeydiyyatın və həmin tor paq sahəsinin 0,209686 hektar hissəsinin Məmmədov Elşad Cəmil oğlunun adına aparılmış xx.xx.2013-cü il tarixli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul olunanadək dayandırılmışdır.

15. İddiaçı Məmmədov Elşad Cəmil oğlu cavabdeh Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər İddiaçı1, X13, İddiaçı2, İddiaçı4 və İddiaçı3) xx.xx.2012-ci il tarixli 144 nömrəli, xx.xx.2012-ci il tarixli 336 nömrəli, xx.xx.2012-ci il tarixli 337 nömrəli, xx.xx.2013-cü il tarixli 54 nömrəli və xx.xx.2013-cü il tarixli 55 nömrəli sərəncamların etibarsız hesab edilməsi tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

16. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83 )- 2312/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 144 nömrəli, xx.xx.2012-ci il tarixli 336 nömrəli, xx.xx.2012-ci il tarixli 337 nömrəli, xx.xx.2013-cü il tarixli 54 nömrəli və xx.xx.2013-cü il tarixli 55 nömrəli sərəncamlar etibarsız sayılmışdır.

17. Həmin qərardan cavabdeh Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti, həmçinin üçüncü şəxslər İddiaçı1, X13, İddiaçı2, İddiaçı4 və İddiaçı3 apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişlər.

18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(104)-63/2018 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməs inin xx.xx.2017-ci il tarixli, 2-1(83)-2312/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Həmin qərardan cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti, həmçinin üçüncü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 kassasiya şikayətləri verərək, apellyasiya instansiyasi məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-1077/2018 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(104)-63/2018 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi, kas sasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

21. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-40/2019 nömrəli qərardadı ilə inzibati iş üzrə icraat iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X20 və Məmmədov Elşad Cəmil oğlu) DTXK-nın Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-0497 (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən 0,509686 hektar torpaq sahəsinin X12 adına dövlət reyestrində aparılmış qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 hektar hissəsinin Məmmədov Elşad Cəmil oğlunun adına aparılmış xx.xx.2013-cü il tarixli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin c avabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul olunanadək dayandırılmışdır.

22. İddiaçı Göygöl rayon Quşqara bələdiyyəsi cavabdeh X20 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı Göygöl rayon Məhkəməsində iddia qaldıraraq, torpağa mülkiyyət hüququna dair JN-0497 (kod: ********) nömrəli dövlət aktına əsasən cavabdeh X12 mülkiyyətində olan 1,31 hektar torpaq sahəsinin 0,51 hektara aid hissəsində dövlət aktının texniki səhv olduğu üçün etibarsız hesab edilməsi, cavabdeh X12 mülkiyyətində Göygöl rayon Quşqara bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 54A nömrəli qərarına əsasən alqısatqı yolu ilə satılmış 0,80 hektar torpaq sahəsinin saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eləcə də, iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsi cavabdeh X6 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı Göygöl rayon Məhkəməsində iddia qaldıraraq, torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0491 (kod: ********) nömrəli dövlət aktına əsasən cavabdeh X3 mülkiyyətində olan 1,72 hektar torpaq sahəsinin 0,72 hektara aid hissəsində dövlət aktının texniki səhv olduğu üçün etibarsız hesab edilməsi, cavabdeh X3 mülkiyyətində Göygöl rayon Quşqara bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 nömrəli qərarına əsasən alqı-satqı yolu ilə satılmış 1 hektar torpaq sahəsinin saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Göygöl rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı ilə iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin cav abdeh X4 qarşı torpağa mülkiyyət hüququna dair JN0491 nömrəli dövlət aktının qismən etibarsız hesab edilməsinə dair 2(066)-358/2010 nömrəli mülki iş və Göygöl rayon Quşqara bələdiyyəsinin cavabdeh X15 qarşı torpağa mülkiyyət hüququna dair JN-0497 nömrəli dövlət aktının qismən etibarsız hesab edilməsinə dair iddiası üzrə 2(066)-359/2010 nömrəli mülki iş bir icraatda birləşdirilmişdir.

24. Göygöl rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(066)-358/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X3 adına verilmiş torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, JN-0491 nömrəli dövlət aktının 0,72 hektar torpaq sahəsi üzrə, X12 adına verilmiş torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, JN-0497 nömrəli dövlət aktının 0,51 hektar torpaq sahəsi üzrə etibarsız he sab edilməsi qət edilmişdir.

25. Həmin qətnamədən narazı qalan hüquq və vəzifələrinə toxunan şəxs Məmmədov Elşad Cəmil oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(104)-3463/2018 nömrəli qərardadı ilə mülki iş üzrə icraat iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh DƏDRX-in 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər X20 və Məmmədov Elşad Cəmil oğlu) qarşı Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN0497 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,509686 hektar torpaq sahəsi üzərində X12 adına dövlət reyestrində aparılmış qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 hekt ar hissəsi üzərində Məmmədov Elşad Cəmil oğlunun adına aparılmış xx.xx.2013-cü il tarixli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul olunanadək dayandırılmışdır.

27. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-183/2020 nömrəli qərardadı ilə Göygöl rayon Quşqara bələdiyyəsinin cavabdehlər X4, X15 torpağın mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatı təzələnmişdir.

28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(104)183/2020 nömrəli iş üzrə iddiaçının vəkili Gəncə Apellyasiya Məhkəməsinin bütün hakimlərinə etiraz edərək işin baxılması üçün başqa apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin cavabdehlər X6, X20 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair mülki iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

30. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-410/2021 nömrəli qərardadı ilə Göygöl rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi qismən, yəni “X12 adına verilmiş torpağın mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, JN-0497 (kod: ********) nömrəli dövlət aktının 0,51 hektar torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin cavabdehə münasibətdə iş üzrə icraata xitam verilmiş, tərəflərə (o cümlədən hüquqlarına toxunan şəxslərə) hazırkı mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək, müraciətləri həmin orqan tərəfindən həll olunmadığı (hərəkət və ya hərəkətsizliyi) təqdirdə isə məhkəmə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət hüququ izah olunmuşdur.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2957/2021 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-410/2021 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya in stansiyası məhkəməsinə göndərilmişdir

32. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1568/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Göygöl rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin cavabdehlər X4 və X15, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı iddialar rədd edilmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2149/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il i ta rixli, 2(107)-1568/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin cavabdeh X15, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı “X12 adına verilmiş torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, JN-0497 (kod: ********) nömrəli dövlət aktının 0,51 hektar torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

34. İddiaçılar cavabdehə (üçüncü şəxslər Məmmədov Elşad Cəmil oğlu və X20) qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati-İ qtisadi Məhkəməsinə müraciət edərək, DTXK-nın Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-0497 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,509686 hektar torpaq sahəsinin X12 adına dövlət reyestrində aparılmış qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 hektar hissəsinə Məmmədov Elşad Cəmil oğlunun adına aparılmış xx.xx.2013-cü il tarixli, ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişlər.

35. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncamlarına əsasən fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri əldə edərək orada yaşayış evləri inşa etdirmişlər. Üçüncü şəxs Elşad Məmmədov qanunsuz sənədlər əldə etməklə onlara qarşı iddialar qaldırmışdır. Halbuki üçüncü şəxslərin sənədləri düzgün tərtib edilməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair JN-0497 nömrəli dövlət aktı iki konturdan – 497A (0,20 hektar) və 497 (0,60 hektar) konturlarından ibarət olmuşdur. Hal-hazırda mübahisə predmeti olan 497D (0,51 hektar) nömrəli kontur dövlət aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır. X20 JN-0497 nömrəli dövlət aktında qeyd olunan 497D (0,51 hektar) torpaq sahəsindən 0,209686 hektar hissəsini xx.xx.2012-ci il tarixli, 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsi əsasında Elşad Məmmədova satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında 0,209686 hekta r torpaq sahəsi üzərində Elşad Məmmədovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair ərazi idarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərkən texniki xətaya yol verilmiş, torpaq sahəsi əvvəlki plan-ölçü sənədindəki koordinatlardan fərqli olaraq sənəd üzrə vəziyyətdən 80 m sürüşmə ilə hal-hazırda İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərinə qeydiyyat aparılmışdır. Baza məlumatlarına istinadən araşdırma zamanı dövlət aktında qeyd olunan 0,51 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsi başqa şəxslərə məxsus tikililərin, bir hissəsinin isə ümumi istifadədə olan yolun üzərinə düşdüyü məlum olmuşdur. Ərazi idar əsinin arxiv sənədlərinə əsasən, DTXK tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında X12 mülkiyyətinə verilmiş 1,31 hektar torpaq sahəsi sözündə düzəliş olunmuşdur. Eyni zamanda, X15 Quşqara bələdiyyəsi tərəfindən 0,80 hektar torpaq sahəsi satılmışdır, həmin torpaq sahəsi ayrı yerdə, ayrı konturlar altında yerləşməklə iddiaçılar tərəfindən tikilmiş evlərdən tamamilə kənarda yerləşir, 0,80 hektar torpaq sahəsi neçə illər əvvəl digər şəxslərə satılmışdır. Saxtalaşdırılmış 0,51 hektar torpaq sahəsinin əvvəldən heç bir yeri olmamış, sonradan onların tikdirdiyi evlərin altındakı torpağın üzərinə əsassız sənədləşdirilmişdir.

36. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən tərtib edilmiş torpağa mülkiyyət hüququna dair JN-0497 nömrəli dövlət aktında qeyd olunan, hal-hazırda mübahisə predmeti olan 497D nömrəli konturun dövlət aktına sonradan əlavə olunduğu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilən zaman 3 saylı Ərazi İdarəsinə təhvil verilmiş elektron xəritə materiallarında 497D nömrəli konturun öz əksini tapmadığı müəyyən edilmişdir.

37. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim Kənan Vəliyev) 30 may 2019-cu il tarixli, 2-1(083)-49/2019 nömrəli qərarı ilə iddia təmin olunmamışdır.

38. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısını n xx.xx.2012-ci il tarixli, 144 nömrəli sərəncamı ilə Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidə İddiaçı1 500 kv.m, xx.xx.2012-ci tarixli 336 nömrəli sərəncamı ilə İddiaçı3 500 kv.m, xx.xx.2012-ci il tarixli 337 nömrəli sərəncamı ilə İddiaçı4 400 kv.m, xx.xx.2013-cü il tarixli 54 nömrəli sərəncamı ilə X9 500 kv.m, xx.xx.2013-cü il tarixli 55 nömrəli sərəncamı ilə İddiaçı2 500 kv.m torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş və həmin torpaq sahələrinin yerində ölçülüb vətəndaşlara təhvil verilməsi qərara alınmışdır. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 838 nömrəli məktubda göstərilir ki, “Əriklik” və “Əriklik bağı” adlanan ərazilər inzibati ərazi vahidi kimi mövcud olmayan və hüdudları məlum olmayan, əhali tərəfindən bu cür adlandırılan qeyri-rəsmi yer adıdır. İşin mübahisəsiz halıdır ki, iddiaçılar mübahisə predmetinə aid torpaq sahələrini Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 20122013-cü illərdə qəbul etmiş olduğu sərəncamlar əsasında əldə etmişlər. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahələri hazırkı iş üzrə üçüncü şəxslərin mülkiyyəti kimi qeydə alınmışdır. İşin mübahisəli halları bu qeydiyyatla bağlı yaranmışdır. Ona görə də, həmin qeydiyyatın ləğv edilməsini tələb edirlər. Məhkəmə qeyd edir ki, 1996-cı ildə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə torpaq sahələri üzərində yeni hüquq münasibətləri və mülkiyyət növləri yaranmışdır. Bundan sonra bir sıra qanunlar qəbul edilərək torpaq qanunvericiliyinin möhkəm hüquqi bazası yaradıl mışdır. O cümlədən, xx.xx.2001-ci il tarixdə qəbul edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsinin hüquqi əsasları dəqiq müəyyən edilmişdir. Həmin Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.3.1ci maddəsinə əsasən, fərdi yaşayış və bağ evlərinin tikintisi üçün torpaq sahələri haqqı ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi vətəndaşlar fərdi yaşayış evlərinin tikintisi üçün nəzər də tutulmuş torpaq sahələrini bələdiyyə orqanının qərarı və həmin orqanla bağlanmış müqavilə əsasında əvəzini ödəməklə əldə edə bilərlər. Bu kimi torpaq sahələrinin verilməsi barədə başqa bir orqana qanunla səlahiyyət verilməmişdir. Qeyd olunanlarla bərabər, hazırkı mübahisəyə münasibətdə preyudisial xarakter daşıyan və iş üzrə əhəmityyətli faktları müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Belə ki, iddiaçılar İddiaçı1, X7, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Daşınmaz Əmlakın Dğvlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə, X15, Məmmədov Elşad Cəmil oğluna və Göygöl rayon Notariat Kontoruna qarşı “F.Şərifovun adına verilən qeydiyyat nömrəsi ********* olan, xx.xx.2007-ci il tarixli, MN ******* nömrəli çıxarışın və xx.xx.2007-ci il tarixli, AA 000426 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, cavabdeh F.Şərifovla E.Məmmədov arasında xx.xx.2012-ci il tarixli, 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsinin və müqaviləyə əsasən E.Məmmədovun adına verilmiş xx.xx.2013-cü il tarixli, **********28 nömrəli (seriya RX 0157346) çıxarışın və həmin reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin etibarsız hesab edilməsi barədə tələbləri mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(104)-1531/2015 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində göstərilir: “Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə massivi, “Əriklik bağı” adlanan ərazidə 0,209686 hektar torpaq sahəsi (“Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlar ının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 518-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli sərəncamına kimi Göygöl rayonu, Quşqara kənd inzibati ərazi vahidinə daxil olan) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********* nömrəli, xx.xx.2007-ci il tarixli, MH ******* seriyalı çıxarış əsasında X12 xüsusi mülkiyyətində olmuş, sonradan mülkiyyətçi tərəfindən xx.xx.2012-ci il tarixli, AN-İ ******* (4Ə-3-836) nömrəli alqı-satqı müqaviləsi əsasında 20000 manat müqabilində Məmmədov Elşad Cəmil oğluna satılmış və sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX ***** ** (reyestr nömrəsi **********28) nömrəli çıxarış verilmişdir. Həmçinin iş materiallarında olan DTXK tərəfindən verilmiş rəydən aydın olur ki, RX ******* nömrəli çıxarış əsasında Məmmədov Elşad Cəmil oğlunun mülkiyyətində olan 0,209686 hektar torpaq sahəsi Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 144 nömrəli sərəncamı ilə İddiaçı1, xx.xx.2012-ci tarixli 336 nömrəli sərəncamı ilə İddiaçı3, xx.xx.2012-ci il tarixli 337 nömrəli sərəncamı ilə İddiaçı4, xx.xx.2013-cü il tarixli 54 nömrəli sərəncamı ilə X9, xx.xx.2013-cü il tarixli 55 nömrəli sərəncamı ilə İddiaçı2 Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş torpaq sahələrinin koordinatları ilə üstüstə düşür və həmin torpaq sahəsi İddiaçı1, X13, İddi açı2, İddiaçı4 və İddiaçı3 tərəfindən zəbt edilmişdir. İddiaçılar qanuni əsaslarla əldə olunmuş sənədlərin etibarsızlığı barədə iddia qaldırmışlar.” Göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə üçüncü şəxslərin adına olan sənədlərin qanuni əsaslarla əldə edilməsi, həmçinin RX ******* nömrəli çıxarış əsasında Məmmədov Elşad Cəmil oğlunun mülkiyyətində olan 0,209686 hektar torpaq sahəsinin Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 144 nömrəli sərəncamı ilə İddiaçı1, xx.xx.2012-ci tarixli 336 nömrəli sərəncamı ilə İddiaçı3, xx.xx.2012-ci il tarixli 337 nömrəli sərəncamı ilə İddiaçı4, xx.xx.2013-cü il tarixli 54 nömrəli sərəncamı ilə X9, xx.xx.2013-cü il tarixli 55 nömrəli sərəncamı ilə İddiaçı2 Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazidən fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş torpaq sahələrinin koordinatları ilə üstüstə düşməsi faktı müəyyən edilmişdir. Hətta mübahisə predmetinə aid torpaq sahəsinin İddiaçı1, X13, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən istifadələri qanunsuz sayılmaqla “zəbt edilmə” kimi qiymətləndirilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-2126/16 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilir: “iş materialları ilə təsdiq olunur ki, cavabdeh E.Məmmədovun RX ******* nömrəli çıxarış əsasında mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixə kimi Göygöl rayonu, Quşqara kənd inzibati ərazisinə daxil olmuşdur. Gəncə şəhəri Nizami rayon İcra Hakimiy yəti başçısının Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən iddiaçılara fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilməsi ilə bağlı sərəncamlar xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə verilmişdir. Göründüyü kimi, həmin sərəncamlar verilən zaman mübahisəli torpaq sahəsi inzibati ərazi vahidi kimi Göygöl rayonu, Quşqara kəndinə aid olmuşdur. Bu isə, o nəticəyə gəlməyə əsas verir ki, həmin sərəncamların verilməsində Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti səlahiyyətli olmamışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının fərdi yaşayış evlərinin yerləşdirilməsinə dair sərəncamları özü-özlüyündə torpaq sahəsi üzrə hüquqmüəyyənedici sənədlər kimi qəbul oluna bilməz”. Azərbaycan Respublikası Ali Məhkəməs i Mülki Kollegiyasının həmin qərarında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının fərdi yaşayış evlərinin yerləşdirilməsinə dair sərəncamlarına münasibət bildirilərək bu aktların torpaq sahələri üzrə hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsinin yolverilməz olması vurğulanmışdır. Həmin iş üzrə proses iştirakçılarıın dairəsi ilə hazırkı iş üzrə şəxslərin dairəsi, həmçinin mübahisə predmetinə aid torpaq sahəsi eynidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülk i prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisələndirilən qeydiyyatlar hüquqi sənədlər hesab edilən, tarix və nömrələri yuxarıda qeyd edilmiş olan dövlət aktı, çıxarış və müqaviləyə uyğun olaraq əsaslı aparılmışdır. Qanuni və əsaslı aparılmış qeydiyyatın ləğvi barədə cavabdeh orqanın üzərinə öhdəlik qoyula bilməz. Həmçinin bu ləğvetmə iddia qaldırmış şəxsin pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpasına xidmət etmiş olmalıdır. İddiaçılar torpaq sahə lərini qanuni əsaslarla əldə etmədiklərindən hüquqların pozulması halından söhbət gedə bilməz. Yəni yaranmayan və mövcud olmayan hüquqların pozulması və ya mübahisələndirilməsi halları da baş verə bilməzdi. Hüquq mövcud olmalıdır ki, ona toxunulması da mümkün olsun. Qeyd olunanlar iddia tələbinin qanuni əsasının olmaması halını da aşkara çıxarır. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, həmin müddəa iddiaçı tərəfin cavabdeh tərəfə qarşı nəyi isə tələb etməsinə hüquqi cəhətdən imkan yaratmış olsun. İddiaçılar mövcud qeydiyyatların onların maraqlarına toxunmuş olmasını hesab etsələr də, bu maraq da qanundan irəli gələn olmalıdır. Qanunvericilik hər cür mənafe və maraqların deyil, yalnız qanundan irəli gələn mənafe və maraqların müdafiəsinə və qorunmasına təminat verir.

39. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində birinci icraat

40. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Gündüz Abbasov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Vəzirxan Məlikov) 22 yanvar 2020-ci il tarixli, 2-1(107)-17/2020 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli, 21(083)-49/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia qismən təmin edilərək cavabdeh inzibati orqanın üzərinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbə si tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-0497 (kod: ********) nömrəli dövlət aktına əsasən 0,509686 hektar torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X12 adına xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın 0,209686 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi və həmin 0,209686 hektar torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Elşad Cəmil oğlunun adına xx.xx.2013-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə, yəni torpağa mülkiyyət hüququna dair JN-0497 (kod: ********) nömrəli dövlət aktına əsasən 0,509686 hektar torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X12 adına xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın həmin torpaq sahəsinin 0,30 hektarının qeydiyyatının ləğv edilməsi hissəsində təmin edilməmişdir.

41. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və Səadət Qocayeva sözügedən torpaq sahələrini müvafiq səlahiyyətlərə malik olan Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sərəncamları əsasında qanunauyğun olaraq əldə etmişlər və həmin sərəncamlarla iddiaçılara torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmişdir. Həmin sərəncamlar ləğv edilməmiş və ya etibarsız sayılmamışdır, hazırda qüvv ədədir. Bundan sonra iddiaçılar Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sərəncamları ilə onlara verilən icazə əsasında qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq prosedur qaydalara riayət etməklə orada fərdi yaşayış evləri tikmişlər və həmin evlərdə də yaşayırlar. Onların tikdirdikləri evlər qanunvericiliyin tələbinə uyğun inşa edildiyinə görə özbaşına tikinti hesab edilə bilməz. İddiaçılar həmin evləri tikərkən hər hansı şəxs və ya inzibati orqan tərəfindən onlara etiraz edilməmiş, o cümlədən onların tikinti apardıqları torpaq sahəsinin digər şəxsin mülkiyyətində olması, həmin torpaq sahəsində ev tikilməsinin qanunsuz olması ilə bağlı xəbərdarlıq edilməmişdir. Belə olan halda iddiaçıların qanuna uyğun olaraq inşa etdirdikləri fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin mülkiyyətdə olması ilə bağlı digər şəxslərin (üçüncü şəxslər Elşad Məmmədovun və Faiq Şərifovun) adına daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən aparılmış qeydiyyatlar iddiaçıların hüquqlarını pozur.

42. Üçüncü şəxs Məmmədov Elşad Cəmil oğlu kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər İlqar Hüseynov /sədrlik edən və məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 21 sentyabr 2022-ci il tarixli, 2-1(102)-2/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2-1(107)-17/2020 nömrəli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət iddianın rədd edilən hissəsinə münasibətdə mümkün sayılmamışdır.

44. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılara aid torpaq sahələrinə dair sərəncamlar hər hansı orqan tərəfindən ləğv edilməmiş, qüvvəsinə xitam verilməmiş və ya etibarsız sayılmamışdır, hal-hazırda qüvvədədirlər. İddiaçılar Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə onlara verilən icazə əsasında qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq prosedur qaydalara riayət etməklə orada fərdi yaşayış evləri inşa etmişlər və həmin evlərdə də yaşayırlar. Həmin evlər özbaşına tikinti hesab edilə bilməzlər. İddiaçılar həmin evləri inş a edərkən hər hansı şəxs və ya inzibati orqan tərəfindən onlara etiraz edilməmiş, o cümlədən, onların tikinti apardıqları torpaq sahələrinə digər şəxsin və ya şəxslərin əşya hüquqlarının olması, həmin torpaq sahəsində ev tikilməsinin qanunsuz olması ilə bağlı xəbərdarlıq edilməmişdir. Beləliklə, iddiaçıların inzibati orqanla aralarındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam mövcud olmuşdur. Bu etimadın iddiaçılar tərəfindən qanunsuz hərəkətlərə əsaslandıqlarına dair işdə məlumat yoxdur. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı isə qanunla qorunur. Digər tərəfdən, üçüncü şəxs hesab edir ki, 0,209686 hektar torpaq sahəsi xx.xx.2013-cü il tarixə kimi Göygöl rayonu, Quşqara kənd inzibati ərazisinə d axil olduğundan, iddiaçılara torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamların verilməsində Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti səlahiyyətli olmamışdır. Üçüncü şəxs bu dəlilin əsası kimi “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (xx.xx.2012-ci il, № 518-İVQ) 3.5-ci maddəsinə və həmin Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 2704 nömrəli Fərmanına istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə 28 fevral 2018-ci il tarixli, 2-1(102)-456/18 nömrəli qərarında ifadə olunmuş mövqeyə görə, iddiaçılara torpaq sahələrinin yerində ölçülüb təhvil verilməsi barədə Sərən camların məzmununun düzgün təfsir və ya şərh olunması üçün həmin sərəncamlar digər hallarla yanaşı, həm də Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamı ilə əlaqəli tədqiq olunmalıdır. Belə ki, həmin sərəncamlarda eyni torpaq sahələrinin nəzərdə tutulub-tutulmadığı aydın deyil. Bu halın araşdırılması (həm də xüsusilə) 1995-ci və 2012, 2013-cü illərdə qəbul edilmiş sərəncamlarda göstərilən torpaq sahələrinin eyni inzibati əraziyə aid olub-olmadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə iddiaçılara təhvil verilmiş torpaq sahələrinin Gəncə (keçmiş Kirovabad) şəhər Xalq Deputatları Sovetinin xx.xx.1987-ci il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış 10 hektar və ya Gən cə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamı ilə ayrılmış 2,3 hektar torpaq sahələrinin hüdudları daxilində olduğunun müəyyən edildiyi halda, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 2012, 2013-cü illərdə qəbul etdiyi sərəncamlar həmin xx.xx.1987-ci il tarixli, 12 nömrəli qərardan və xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamdan törəmədir və həmin aktların icrasını təmin edir. Başqa sözlə, həmin sərəncamları qəbul etməkdə icra hakimiyyəti səlahiyyətli olmuşdur. İddiaçılara verilmiş torpaq sahələri Gəncə (keçmiş Kirovabad) şəhər Xalq Deputatları Sovetinin xx.xx.1987-ci il tarixli, 12 nömrəli qərarı və Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahələrinin tərkibində o lmasa belə, lakin dövlət mülkiyyətinə (o cümlədən, üçüncü şəxsin istinad etdiyi “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” Qanunla Quşqara kənd inzibati ərazi dairəsi tərkibindəki Quşqara kəndinin ərazisindən Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmiş torpaq sahəsinə münasibətdə) aid olduqları halda, bu, dövlət orqanı tərəfindən verilmiş “tikintiyə icazə barədə” sərəncamların etibarsızlığına (hüquqi nəticələr yaratmayan inzibati akt) deyil, qanunsuzluğuna (hüquqi nəticə yaradan inzibati akt) səbəb ola və mübahisələndirmə haqqında iddia vasitəsi ilə ləğv edilə bilər. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-03/2017 nömrəli mülki iş üzrə xx.xx.2017-ci il tarixli qərardad ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının icrası ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 saylı Gəncə LTİ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış və **********28 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən Məmmədov Elşad Cəmil oğluna məxsus 0,209686 hektar torpaq sahəsinin koordinatları, sərhədləri müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları və sərhədləri rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Məmmədov Elşad Cəmil oğlunun mülkiyyətində olan 0,209686 hektar torpaq sahəsi ilə Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazidə fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) dair 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə X9 ayrılmış torpaq sahəsinin 113 kv.m-i, 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə İddiaçı2 ayrılmış torpaq sahəsinin 178 kv.m-i, 144 nömrəli xx.xx.2012-c i il tarixli sərəncamı ilə İddiaçı1 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 336 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı3 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 337 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı4 ayrılmış torpaq sahəsinin 419 kv.m-i üst-üstə düşür. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi rəydə mübahisəli torpaq sahələrinin qismən – cəmi 1710 (113+178+500+500+419) kv.m üst-üstə düşdüyü qeyd olunsa da, apellyasiya instansiyası məhkəməsi 0,209686 hektar torpaq sahəsinə aid hissədə iddianı tam həcmdə, həm də hər bir iddiaçıya aid sahənin üst-üstə düşən hissələrinin yerləşmə vəziyyətlərini göstərmədən təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi, həmçinin Göygöl rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(0 66)358/2018 qətnaməsinə də istinad etmişdir. Həmin qətnamə ilə X12 adına verilmiş torpağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli JN-0497 (kod: ********) nömrəli dövlət aktının 0,51 hektar torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2149/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1568/2021 nömrəli qətnaməsinin ləğv edildiyi, iş üzrə yeni qərar qəbul edilərək iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin cavabdeh X15, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı “X12 adına verilmiş tor pağa mülkiyyət hüququna dair xx.xx.2006-cı il tarixli, JN-0497 (kod: ********) nömrəli dövlət aktının 0,51 hektar torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edildiyi nəzərə alınmalı, iddianın əsaslılığı işin digər faktiki hallarına uyğun yoxlanılmalı və qiymətləndirilməlidir. Bu zaman, həm də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2149/2022 nömrəli qərarında məhkəmə kollegiyası iddianın rədd edilməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı vaxtda qüvvədə olan 298-ci maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət etmə müddətinin ötürüldüyünü qeyd etmişdir. Başqa sözlə, qərarda bilavasitə iddia tələbinin maddi-hüqu qi əsaslarına qiymət verilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində ləğv edilməli, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə iddiaçılara təhvil verilmiş torpaq sahələrinin Gəncə (keçmiş Kirovabad) şəhər Xalq Deputatları Sovetinin xx.xx.1987-ci il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış 10 hektar və ya Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamı ilə ayrılmış 2,3 hektar torpaq sahələrinin hüdudları daxilində olub-olmadığı da daxil olmaqla, yuxarıda qeyd edilən halların araşdırılaraq qiymətləndirilməsi, İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir. İddianın rədd edilən hissəsində apellya siya instansiyası məhkəməsinin qərarı ilə üçüncü şəxsin hər hansı tələbi rədd edilmədiyindən və ya onun hüquqlarına müdaxilə olunmadığından şikayət həmin hissədə mümkünsüz hesab edilməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

45. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Günay Cavadova /sədrlik edən və məruzəçi/, Elçin Hüseynov və Elçin Mehdiyev) 16 may 2023-cü il tarixli, 2-1(107)-96/2023 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2-1(083)49/2019 nömrəli qərarı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-0497 (kod: ********) nömrəli dövlət aktına əsa sən 0,509686 hektar torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X12 adına xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın 0,209686 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi və həmin 0,209686 hektar torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Elşad Cəmil oğlunun adına xx.xx.2013-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsinin rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 21 sentyabr 2022-ci il tarixli qərarında qeyd edilən göstəriş lərə uyğun olaraq, məhkəmə, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə iddiaçılara təhvil verilmiş torpaq sahələrinin Gəncə (keçmiş Kirovabad) şəhər Xalq Deputatları Sovetinin xx.xx.1987-ci il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış 10 hektar və ya Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamı ilə ayrılmış 2,3 hektar torpaq sahələrinin hüdudları daxilində olub-olmadığını müəyyən etmək məqsədi ilə Gəncə şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialına sorğular vermişdir. Sorğuda “3 nömrəli tikinti-quraşdırma icarə trestinə öz işçiləri üçün çox mərtəbəli yaşayış evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdə 10 hektar torpaq sahəsinin ayrılmas ı haqqında” Gəncə şəhər Xalq Deputatları Sovetinin xx.xx.1987-ci il tarixli, 12 nömrəli qərarının və həmin qərar əsasında ayrılan 10 hektar torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin, eyni zamanda “3 nömrəli tikintiquraşdırma icarə trestinin işçilərinə fərdi yaşayış və bağ evləri tikintisi üçün Yeni Gəncə yaşayış massivinə yaxın “Əriklik” adlanan yerdən 2,3 hektar torpaq sahəsinin ayrılması haqqında” Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamının və həmin sərəncam əsasında ayrılan 2,3 hektar torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Gəncə şəhər İcra Hakimiyyətinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda sənədlərin milli arxiv fond una təhvil verildiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavabında Gəncə şəhər Xalq Deputatları Sovetinin xx.xx.1987-ci il tarixli, 12 nömrəli qərarının və Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamının təsdiq olunmuş surətləri məhkəməyə göndərilsə də, cavab məktubunda qeyd olunmuşdur ki, torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlər Dövlət Arxivinin Gəncə filialına təhvil verilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamlarının Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamı əsasında qəbul olunub-olunmamasına dair m əlumatın verilməsi barədə Gəncə şəhər İcra Hakimiyyətinə sorğu verilmişdir. Məhkəmənin sorğusuna Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamlarının Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamı əsasında qəbul olunub-olunmamasını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Məhkəmə tərəfindən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamlarına əsasən iddiaçılara ayrılmış torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Gəncə şəhər İcra Hakimiyyətinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilən sərə ncamlara əsasən iddiaçılara ayrılmış torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin Gəncə şəhər İcra Hakimiyyətində olmadığından göndərilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə iddiaçılara ayrılmış torpaq sahələrinin Gəncə (keçmiş Kirovabad) şəhər Xalq Deputatları Sovetinin xx.xx.1987-ci il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış 10 hektar və ya Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamı ilə ayrılmış 2,3 hektar torpaq sahələrinin hüdudları daxilində olması iş materialları ilə təsdiq olunmur. Göstərilənlərə əsasən müəyyən edilir ki, Gəncə şəhəri, “Əriklik bağı” adlanan ərazidən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 144 nömrəli sərəncamı ilə İddiaçı1 500 kv.m, xx.xx.2012-ci tarixli 336 nömrəli sərəncamı ilə İddiaçı3 500 kv.m, xx.xx.2012-ci il tarixli 337 nömrəli sərəncamı ilə İddiaçı4 400 kv.m, xx.xx.2013-cü il tarixli 54 nömrəli sərəncamı ilə X9 500 kv.m, xx.xx.2013-cü il tarixli 55 nömrəli sərəncamı ilə İddiaçı2 500 kv.m torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilməsi və həmin torpaq sahələrinin yerində ölçülüb vətəndaşlara təhvil verilməsi qərara alınsa da, həmin torpaq sahələrinin yerini müəyyən etməyə imkan verən heç bir sənəd yoxdur (nə iddiaçılar tərəfindən məhkəmələrə təqdim edilmiş, nə də məhkəmə araşdırması zamanı əldə edilmişdir). Odur ki, məhkəmə hesab edir ki, ayrılmış torpaq sahələrinin məhz iddiaçıların göstərdiyi və üzərində fərdi yaşayış evlərinin tikildiyi yer olmasını iddia etmək üçün heç bir əsas yoxdur.

47. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın təmin olunmasını, bu mümkün olmadığı halda başqa apellyasiya məhkəməsində yenidən baxılması üçün işin qaytarılmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

48. İddiaçıların kassasiya əsasını mahiyyətcə onların iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-2.4-cü və 23-cü, Mülki Məcəllənin 139.1-139.2-ci maddələri ni tətbiq edib, işin faktiki hallarına uyğun qiymət verməklə qərar qəbul etməli olduğu halda, bunu etməmiş və mübahisə predmetindən kənar faktlara əsaslanaraq qərar qəbul etməklə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozularaq sübutlara düzgün qiymət verilməmiş, qərar iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi birbaşa qeyd etməsə də, dolayısı ilə qeyd etmişdir ki, iddiaçıların mübahisələndirdikləri reyestr qeydiin ləğv edilməsi tələbinə dair subyektiv hüquqları yoxdur. Müvafiq sərəncamlarla iddiaçılara ayrılmış torpaq sahələrinin onların üzərində fərdi yaşayış evləri tikdikləri torpaq sahələri ol duğuna dair sübutların yetərli olmaması onların subyektiv hüquqlarını məhdudlaşdıra bilməz. Çünki hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “iddiaçılara aid torpaq sahələrinə dair sərəncamlar hər hansı orqan tərəfindən ləğv edilməmiş, qüvvəsinə xitam verilməmiş və ya etibarsız sayılmamışdır, hal-hazırda qüvvədədirlər. İddiaçılar Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə onlara verilən icazə əsasında qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq prosedur qaydalara riayət etməklə orada fərdi yaşayış evləri inşa etmişlər və həmin evlərdə də yaşayırlar. Həmin evlər özbaşına tikinti hesab edilə bilməzlər. İddiaçılar həmin evləri inşa edərkən hər hansı şəxs və ya inzibati orqan tərəfindən onlara eti raz edilməmiş, o cümlədən, onların tikinti apardıqları torpaq sahələrinə digər şəxsin və ya şəxslərin əşya hüquqlarının olması, həmin torpaq sahəsində ev tikilməsinin qanunsuz olması ilə bağlı xəbərdarlıq edilməmişdir. Beləliklə, iddiaçıların inzibati orqanla aralarındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam mövcud olmuşdur. Bu etimadın iddiaçılar tərəfindən qanunsuz hərəkətlərə əsaslandıqlarına dair işdə məlumat yoxdur. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı isə qanunla qorunur.” Göründüyü kimi, Ali Məhkəmənin İnzibati Kollegiyasının həmin qərarı ilə iddiaçıların subyektiv hüququnun mübahisələndirilməsi məsələsinə nöqtə qoyulmuşdur. Bundan sonra işə təkrar baxan apellyasiya instansiyası məhkə məsinin iddiaçıların qanuni tələblərini sübyektiv hüququn olmaması dəlili ilə yenidən müzakirə edib gəldiyi nəticə əsassız və qanunsuz hesab edilməlidir.

49. Həmçinin iddiaçılar tərəfindən Ali Məhkəməyə və Şəki Apellyasiya Məhkəməsinə ünvanlanmış çoxsaylı şikayətlərdə onların iddiası üzrə işə Şəki Apellyasiya Məhkəməsində baxılmasına etiraza dair əsaslı dəlillər göstərilmişdir. Belə ki, həmin məhkəmədə eyni mübahisəyə dair işlərə artıq bir neçə dəfə baxılmışdır, həmin məhkəmə mübahisəyə dair öz mövqeyini bildirmişdir. Ona görə də, işə digər apellyasiya instansiyası məhkəməsində (Şirvan və ya Sumqayıt Aplellyasiya Məhkəməsində) baxılmalıdır. Lakin Şəki Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıların etirazı nəzərə alınmamış, həmin etiraza hər hansı münasibət bildirilməsinə dair iddiaçılara mə lumat verilməmiş, bu barədə qərarda da heç nə qeyd edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

51. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 52. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdu dlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərini n, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

53. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə Maddə 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planlama aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Maddə 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Maddə 65.3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Maddə 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Maddə 65.7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçm əmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

54. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apel lyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 55. “Hakimə (Məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 03 nömrəli qərarı 5.1. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır. 5.3. Məhkəmənin bütün hakimlərinə və ya məhkəmə tərkiblərinə ayrı-ayrılıqda etiraz edildikdə, hər bir hakimə münasibətd ə etirazın əsasları konkret göstərilməlidir. 5.4. Etirazda konkret əsaslar göstərilmədikdə və etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, həmin etiraz işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən baxılmamış saxlanılır. Hakim (məhkəmə tərkibi) bu barədə qərardadı Azərbaycan Respublikası MPM-nin 263.3-cü maddəsinə uyğun olaraq müşavirə otağında müstəqil akt şəklində və ya Məcəllənin 263.4-cü maddəsinə uyğun olaraq yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan çıxara bilər. 5.5. Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özü-özünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konk ret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

56. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

58. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə ba xılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

59. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

60. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin v ə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

61. Qanunvericiliyin yuxarıda istinad olunan normaları və hazırkı kassasiya baxışının predmeti baxımından “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair JN-0497 (kod: ********) nömrəli dövlət aktına əsasən 0,50968 6 hektar torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X12 adına xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın 0,209686 hektar torpaq sahəsi ilə bağlı hissədə və həmin 0,209686 hektar torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Elşad Cəmil oğlunun adına xx.xx.2013-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdi r. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

62. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

63. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

64. İşin təkrar apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarına görə, Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazidə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 144 nömrəli sərəncamı ilə İddiaçı1 500 kv.m, xx.xx.2012ci tarix li, 336 nömrəli sərəncamı ilə İddiaçı3 500 kv.m, xx.xx.2012-ci il tarixli, 337 nömrəli sərəncamı ilə İddiaçı4 400 kv.m, xx.xx.2013-cü il tarixli, 54 nömrəli sərəncamı ilə X9 500 kv.m, xx.xx.2013-cü il tarixli, 55 nömrəli sərəncamı ilə İddiaçı2 500 kv.m torpaq sahəsində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilməsi, həmin torpaq sahələrinin yerində ölçülüb vətəndaşlara təhvil verilməsi, inşa ediləcək fərdi yaşayış evlərinin eskiz layihələrinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmasının vətəndaşlara tapşırılması qərara alınmışdır. Həmin şəxslərin onlara ayrılmış torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evlərinin eskiz layihələri Gəncə şəhərinin baş memarı tərəfindən təsdiq edilmişdir.

65. Hazırkı kassasiya baxışının predmeti baxımından iddiaçıların hüquqi marağı və məqsədi torpağa mülkiyyət hüququna dair JN-0497 (kod: ********) nömrəli dövlət aktına əsasən 0,509686 hektar torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X12 adına xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın 0,209686 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsinə və həmin 0,209686 hektar torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Məmmədov Elşad Cəmil oğlunun adına xx.xx.2013-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 53-cü bəndində istinad olunan normalara görə, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planlama aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

67. İstinad edilən həmin normalara əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

68. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq işin hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə aidiyyəti dövlət orqanlarına müvafiq sorğular göndərilmişdir. Həmin sorğulara verilmiş cavablardan görünür ki, Gəncə şəhər Xalq Deputatları Soveti İK-nın xx.xx.1987-ci il tarixli, 12 nömrəli qərarı və Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamı mövcud olsa da, həmin sərəncamlarla ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlər aşkar olunmamış, eləcə də həmin sənədlər Dövlət Arxivinin Gəncə filialına təhvil verilməmişdir. Bundan başqa, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamlarının Gəncə şəhər İcra Hakimiyyə ti başçısının xx.xx.1995-ci il tarixli, 2915 nömrəli sərəncamı əsasında qəbul olunub-olunmadığını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir.

69. Həmçinin məhkəmə tərəfindən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamlarına əsasən iddiaçılara ayrılmış torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Gəncə şəhər İcra Hakimiyyətinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilən sərəncamlara əsasən iddiaçılara ayrılmış torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə dair sənədlərin Gəncə şəhər İcra Hakimiyyətində olmadığı və bu səbəbdən həmin sənədlərin məhkəməyə təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir.

70. Göründüyü kimi, Gəncə şəhər i, “Əriklik bağı” adlanan ərazidən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 144 nömrəli sərəncamı ilə İddiaçı1 500 kv.m, xx.xx.2012-ci tarixli 336 nömrəli sərəncamı ilə İddiaçı3 500 kv.m, xx.xx.2012-ci il tarixli 337 nömrəli sərəncamı ilə İddiaçı4 400 kv.m, xx.xx.2013-cü il tarixli 54 nömrəli sərəncamı ilə X9 500 kv.m, xx.xx.2013-cü il tarixli 55 nömrəli sərəncamı ilə İddiaçı2 500 kv.m torpaq sahəsinin ayrılması, həmin sahələrdə fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilməsi və həmin torpaq sahələrinin yerində ölçülüb təhvil verilməsi qərara alınsa da, həmin torpaq sahələrinin yerini müəyyən etməyə imkan verən və bu qərarın 53-cü bəndində istinad olunan normalarda təsbit olunmuş hər hansı sənədin tərtib olunduğunu və belə sənədlərin mövcudlu ğunu məhkəmə araşdırması nəticəsində müəyyən etmək mümkün olmamışdır. İddiaçılar tərəfindən də məhkəməyə həmin sənədlər təqdim edilməmişdir.

71. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının yuxarıda istinad edilən sərəncamlarının etibarlı olması və ləğv edilməməsi hazırkı mübahisəyə münasibətdə iddiaçıların tələbinin təmin olunması üçün yetərli sayıla bilməz. Bununla bağlı nəzərə almaq lazımdır ki, həmin sərəncamların ümumiyyətlə torpaq sahələrinin ayrılmasına münasibətdə deyil, məhz iddiaçıların faktiki istifadə etdikləri torpaq sahələrinin onlara ayrılmasına münasibətdə etibarlı olması zəruridir. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə həmin sərəncamlarla məhz iddiaçıların faktiki istifadə etdiyi torpaq sahələrinin onlara ayrıldığı təsdiq ol unmalıdır. Bunun üçün isə həmin sərəncamlara əsasən ayrılmış torpaq sahələrinin yerləşmə yeri müəyyən edilməli və buna dair bu qərarın 53-cü bəndində istinad olunan normalarda təsbit olunmuş sənədlər məhkəməyə təqdim edilməlidir.

72. Hazırkı mübahisəyə münasibətdə iddiaçılara ayrılmış torpaq sahələrinin yerləşmə yerinin müəyyən edilməsinə imkan verən sənədlər məhkəməyə təqdim edilməmiş, eləcə də məhkəmə tərəfindən obyektiv səbəblərdən həmin sənədlərin əldə olunması mümkün olmamışdır.

73. İddiaçıların kassasiya şikayətinin onların iddiası üzrə işə Şəki Apellyasiya Məhkəməsi tərəfindən baxılmasına etirazla bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası bu qərarın 55-ci bəndində göstərilmiş hüquqi mövqeyə istinadən qeyd edir ki, qanunvericiliyin tələbinə görə, etiraz konkret olmalı, aydın şəkildə əsaslandırılmalı və hakimə (məhkəmə tərkibinə) edilmiş etirazın əsaslarının mövcud olmasına dair sübutlar məhkəməyə təqdim edilməlidir. Etirazın əsaslandırılması dedikdə, etiraza səbəb olan halın mövcudluğunu təsdiqləyən faktların və dəlillərin konkret göstərilməsi başa düşülür. İddiaçılar isə ümumi şəkildə eyni mübahisəyə dair işlərə Şəki Apellyasiya Məhkəməsində artıq bir neçə dəfə baxıldığını, həmin məhkəmənin mübahisəyə dair öz mövqeyini bildirdiyinə istinad etmişlər. Nəzərə almaq lazımdır ki, iddiaçılar tərəfindən Şəki Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkiblərinə verilmiş etiraz əsaslandırılmadığından, həmçinin etiraz üçün qanunvericiliklə nəzərdə tutulmuş halları təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, etiraz təmin oluna bilməz və məhkəmə kollegiyası iddiaç ıların kassasiya şikayətinin qeyd edilən dəlillərinə müfəssəl hüquqi qiymət verilməsinə zərurət görmür.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, iddiaçıların kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

75. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2023-cü il tarixli, 21(107)-96/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar