Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-25/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxslərə aylıq müavinətin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bu günə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi” tələbinə dair iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-44/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. 10 sentyabr 1984-cü il tarixdə tərtib olunmuş 1 nömrəli aktdan aydın görünür ki, ünvan 1 ünvanda yerləşən X3 İİ dərəcəli dəzgahçı işləyən İddiaçı diqqətsizliyi və Ç-6 markalı kəsici buşqunun qoruyucu hissəsinin olmaması bədbəxt hadisəyə səbəb olmuşdur.
2. Naxçıvan MR Xəstəxanası tərəfindən verilmiş xəstə epikriz formasından görünür ki, İddiaçı 4 barmaq orta distal falanqanın bükücü ligamentoz kontrakturası izlənir. 5 barmaq proksimal falanqanın ba şından amputasiya izlənilir.
3. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Naxçıvan şəhəri, Azərbaycan küçəsi, ev 19 ünvanında yaşayan İddiaçı ünvanlanmış 09 fevral 2023-cü il tarixli, 170/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan küçəsi 13 ünvanında yerləşən X7 2000-2005-ci illərdə X1 tərəfindən 100 % özəlləşdirilmişdir. Özəlləşdirmə prosesi başa çatdıqdan sonrakı dövrdə təkrar bazarda alqı-satqı həyata keçirildiyindən müəssisənin hüquqi varisi haqqında nazirlikdə heç bir məlumat yoxdur.
4. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X5 tərəfindən İddiaçı ünvanlanmış 01 noyabr 2007-ci il tarixli, 15/364 nömrəli məktubdan görünür ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəymiş zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixi, 03 saylı qərarının ümumi müddəalarının 3.10-cu bəndinə müvafiq olaraq, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquq varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Həmin Qanunun 3.5-ci bəndinin ikinci abzasına müvafiq olaraq zərərçəkənin peşəsinin adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqq müəyyən edilərək, zərərçəkənə əmək xəsarəti nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin dərəcəsindən asılı olaraq aylıq ödə nclər hesablanıb ödənilir. İddiaçı peşə əmək qabiliyyətini 25% itirilməsini nəzər alaraq ona çatası zərərə görə aylıq ödənc yuxarıda qeyd olunduğu kimi həmin təqsirkar müəssisədə işlədiyi peşə üzrə orta əmək haqqının 25% miqdarında hesablanıb ödənilməlidir.
5. Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 25 iyun 2023-cü il tarixli, 233 nömrəli məktubundan görünür ki, X4 alqı-satqısı ilə bağlı notariat əməliyyatı aparılmamışdır.
6. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 05 iyul 2023-cü il tarixli, 02/355 nömrəli məktubundan görünür ki, "xxxx" MMC X4 sənəd materialları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığından İddiaçı ödəniş edilibedilməməsi haqqında hər hansı bir məlumat mövcud deyildir.
7. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 14 i yul 2023-cü il tarixli, **********163100 nömrəli məktubundan görünür ki, Bayramov X2 MR Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir.
8. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 2022/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan küçəsi 13 ünvanında yerləşən X7 2000-2005-ci illərdə X1 tərəfindən 100 % özəlləşdirilmiş və “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Müəssisənin özəlləşdirmə prosesi başa çatdıqdan sonrakı dövrə dair Nazirlikdə heç bir məlumat yoxdur.
9. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin 03 oktyabr 2023-cü il tarixli, 06/317 nömrəli məktubundan görünür ki, İddiaçı peşə və əmək qabiliyyətinin itirilməsi barədə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxivində heç bir məlumatın olmadığı bildirilmişdir. 10. "xxxx" MMC tərəfindən verilmiş 01 may 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-dən aylıq 70 (yetmiş) manat müavinət alır. 11. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesab cədvəlindən görünür ki, həmin cədvəldə qeyd olunan məbləğlər xx.xx.2020-ci il tarixədək "xxxx" MMC tərəfindən İddiaçı ödənilmişdir.
12. Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin təsisçisi olduğu “Şərq qapısı” qəzetinin səhifəsindən görünür ki, "xxxx" MMC fəaliyyətini dayandırdığından ləğv olunmuşdur.
13. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 may 2024-cü il tarixli **********116900 nö mrəli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən 7 yanvar 2009-cu il tarixdə (VÖEN:**********) şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. 10 iyun 2020-ci il tarixli təsisçinin ləğv qərarına əsasən 2 iyul 2020-ci il tarixdə ləğv edilmiş, yenidən təşkil olunması tətbiq olunmadığından hüquqi varisliyi yaranmamışdır və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bu günə kimi olan dövrlər də daxil olmaqla müavinət ödə nilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 sentyabr 1984-cü il tarixində “X7”ndə kəsici sexində işləyərkən istehsalatda bədbəxt hadisə baş vermiş və bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada akt tərtib olunmuş, sağ əlinin barmaqlarını kəsici mişar kəsmişdir. Nəticə etibarı ilə də sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və o, əmək qabiliyyətinin 25%-ni itirmiş hesab edilmiş və ona orta aylıq əmək haqqının 25%-i miqdarında müavinət kəsilmişdir. İşlədiyi “X8”-i dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. Bədbəxt hadisə baş verdiyi tarixdən 2020-ci ilin apr el ayınadək zərərə görə peşə əmək qabiliyyətini 25%-ni itirdiyi üçün ayda 110 manat ödənc hesablanaraq ona birdəfəlik tam ödənilmişdir. 2020-ci ilin aprel ayından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müflis elan edilərək, varisi olmadan fəaliyyətini dayandırmışdır. Həmin tarixdən hüquqi varis olmadığından ona dəymiş zərərin əvəzinin ödənilməsi qeyri-mümkün olmuşdur. Ondan sonra dəfələrlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və yerli qurumlarına müraciətlər etsə də, bu günədək ona dəymiş zərərin əvəzi kimi müavinət ödənilməmişdir. Qeyd edilən aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilib ödənilməsini təmin etməyə qanun çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdehlik daşıyır və o, qeyd olunan vaxtdan in diyə kimi olan dövr üçün ödənilməmiş müavinətin, həmçinin bundan sonra ödəniləcək müavinətin hesablanıb ona verilməsi üçün ən son 23 yanvar 2023-cü il tarixində yazılı şəkildə ərizə ilə müraciət etmişdir. Yazılı ərizəsi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 26 yanvar 2023-cü il tarixində alınmasına baxmayaraq, bu günədək ona heç bir yazılı cavab verilməmişdir və məcbur qalıb özü oraya getmişdir. Oradan hər dəfə bir bəhanə gətirərək, heç bir cavab verməmişlər. Bu səbəbdən də artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
16. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı 1984-cü il 7 sentyabr tarixində X3 işləyərk ən istehsalatda bədbəxt hadisə baş vermiş və bədbəxt hadisə haqqında akt tərtib olunmuşdur. Qanunvericiliyə əsasən işçinin istehsalat qəzası nəticəsində sağlamlığı pozulduqda bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. İddiaçı müraciətinə qanuna müvafiq baxılması üçün X4 fəaliyyətinin olub-olmaması, həmçinin hüquqi varisi barədə məlumat öyrənmək üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə verilən sorğuya əsasən həmin müəssisənin 2000-2005-ci illərdə X1 tərəfindən 100% özəlləşdirildiyi bildirilmişdir. Araşdırma ilə əlaqədar qaldırılan məsələyə münasibət bildirilməsi, həmçinin lazımı sənəd və məlumatların təqdim edilməsi üçün B.Əkbərova məktub göndərilməsinə baxmay araq heç bir rəsmi sənəd təqdim edilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisə yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir.
17. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim E.H.Hüseynov) 21(122)-55/2024 saylı, 5 mart 2024-cü il tarixli qərarı ilə İddiaçı iddiasının təmin edilməsi, İddiaçı istehsalat qəzası nəticəsində sağla mlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bu günə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət veril ir. Həmin normalara əsasən, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz. Əks halda Konstitusiyada nəzərdə tutulan sosial təminat hüquqları xəyali səciyyə daşıyardı.
19. Cavabdeh apellyasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)-55/2024 nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-44/2024 nömrəli, 20 may 2024-cü il tarixli (hakimlər: S.M.Qarayev (sədrlik edən və məruzəçi), Y.S.Qurbanov və S.H.Hüseynov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Na xçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)55/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, son olaraq apelyasiya şikayətində qeyd edilən “Bu günə kim olan dövr” dedikdə hansı dövr başa düşülməlidir? iddia ərizəsinin təqdim olunduğu dövr, yoxsa iddianın təmin olunduğu dövr? İddiada konkretlik yoxdur.” dəlilinə münasibətdə də qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin yekun qərarında “2020-ci ilin aprel ayından bu günə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərin ə qoyulması” kimi qeyd edilsə də, həmin ödəncin konkret müddət üçün ödənilməli olduğunu ehtiva etmir. Belə ki, istehsalatda baş verən bədbəxt hadisə nəticəsində müavinət ödənilməsi hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığından, eyni zamanda İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığının 25%-ni ömürlük itirilmiş hesab edildiyindən həmin ödənclərin konkret vaxt çərçivəsində məhdudlaşdırılması yolverilməzdir və müavinətin ödənilməsi sonrakı tarixlərdə də davam etdirilməlidir. Mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun məhdudlaşdırılmasına yol verilə bilməz.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, q ərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından məlum olduğu kimi İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) qarşı “ona istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin heç bir hüquqi əsası yoxdur. Nazirlik tərəfindən yalnız dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan döv r üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinət ödənilir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 9 fevral 2023-cü il tarixli 169/2023 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan küçəsi 13 ünvanında yerləşən X7 2000-2005-ci illərdə X1 tərəfindən 100% özəlləşdirilmişdir. Bu hal sübut edir ki, Nazirlik özəlləşdirilməsi başa çatmış müəssisənin öhdəlikləri üçün cavabdeh deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəb dən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları Şərtləri və Məbləği”nin 3.10 və 3.11-ci bəndlərində qeyd olunur ki, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. İddiaçı öz ərizəsində 2020-ci ilin aprel ayından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müflis elan edilərək, varisi olmadan fəaliyyətini dayandırdığını qeyd etmişdir. “Şərq Qapısı” qəzetinin 1500-cü tirajının çıxarışından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandıraraq ləğv olunmuşdur, müəssisənin müflisləşərək ləğv olunmas ı faktı ortada yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126-cı maddəsində qeyd olunur ki, həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Bu hallar bir daha sübut edir ki, özəlləşdirilməsi başa çatmış və ləğv edilmiş müəssisənin öhdəliklərinə görə Nazirlik cavabdeh deyildir və müəssisənin öhdəlikləri onun üzərinə qoyulmamalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində göstərilir ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Sadalanan hallar müəyyən edir ki, təqsirkar işəgötürənlə zərərçəkmiş işçi arasındakı hallar fərdi əmək mübahisəsi hallarıdır. Azərbayc an Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. İddiaçı müəssisə ləğv olunarkən həmin təqsirkar müəssisədən haqqını tələb etməli və yaxud məsələni məhkəmə qaydasında mübahisələndirməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsində də qeyd olunduğu kimi həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğuna görə müvafiq ödənişlərin zərərçəkənə verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun olaraq kapitallaşdırılmalı idi. Nəticədə göstərilən halların heç biri tətbiq olunmayıb. Bu halların tətbiq olunmamasının məsuliyyətini Nazirlik daşımamalıdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 5 mart 2024 -cü il tarixli 2-1(122)-55/2024 nömrəli qərarında göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 19 mart 2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. Yuxarıda istinad olunan normaların məzmunundan görünür ki, 19 mart 2010-cu il tarixə qədər 3.7-ci və 3.8ci bəndlər konkret əha tə dairəsi müəyyən edilmiş şəxslərə münasibətdə tətbiq olunurdu. Keçmişdə konkret əhatə dairəsi müəyyən olan şəxslərə dövlət büdcəsi vəsaiti hesabına zərərə görə müavinət ödənilmişdir, lakin hazırki qüvvədə olan qanunvericilikdə elə bir hal yoxdur. Vətəndaşın xeyrinə olan hal kimi qiymətləndirilsə belə, iddiaçının statusu buna uyğun deyildir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irə li sürülür. Maddə 1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər.
26. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” I.Ümumi müddəalar Bu Qaydalar “ Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. İİ. Qaydaların tətbiq dairəsi 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublika sının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. V. Müavinətin verilməsi müddəti və qaydası 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul ed ilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. 5.4. Azərbaycan Respublikasının Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir. 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəl iyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları Şərtləri və Məbləği” Bənd 1.1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılma sı barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Bənd 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Bənd 1.3.Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək x əsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);. Bənd 3.2 Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. 3.10-cu bənd. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. 3.11-ci bənd. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənlə şdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası:
1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və h imayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına (bundan sonra – Qurum) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Qurumlar və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Qurumlar bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Həmin müəssisələr üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və bu səbəbdən həlak olmuş işçilərin sayt Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2003-cü il 27 sentyabr tarixinədək ödənilən ödənclərin verilməsi barədə siyahıya və müvafiq Qurum, Maliyyə İdarəsi (şöbəsi) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyinə əsasən nəzərə alınır.
8. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşd irilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılm alıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları mübahisəyə düzgün tətbiq edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.
33. İddiaçının hüquqi marağı istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bu günə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsinə yönəlmişdir.
34. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 07 sentyabr 1984-cü il tarixində “X7”-də kəsici sexində işləyərkən istehsalatda bədbəxt hadisə baş ver miş və bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada akt tərtib olunmuşdur. Nəticə etibarı ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və o, əmək qabiliyyətinin 25%-ni itirmiş hesab edilmiş və ona orta aylıq əmək haqqının 25%-i miqdarında müavinət kəsilmişdir. Bədbəxt hadisə baş verdiyi tarixdən 2020-ci ilin aprel ayınadək zərərə görə peşə əmək qabiliyyətini 25%-ni itirdiyi üçün müavinət hesablanaraq iddiaçıya ödənilmişdir. Müəssisənin özəlləşirilməsindən sonra isə xx.xx.2020-ci il tarixədək "xxxx" MMC tərəfindən ödəmələr aparılmışdır.
35. İş materialları ilə həmçinin müəyyən edilir ki, X7 2000-2005-ci illərdə X1 tərəfindən 100 % özəlləşdirilmiş və “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
36. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat N azirliyi yanında Dövlət Vergi Xidmətinin 10 may 2024-cü il tarixli **********116900 nömrəli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən 7 yanvar 2009-cu il tarixdə (VÖEN:**********) şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. 10 iyun 2020-ci il tarixli təsisçinin ləğv qərarına əsasən 2 iyul 2020-ci il tarixdə ləğv edilmiş, yenidən təşkil olunması tətbiq olunmadığından hüquqi varisliyi yaranmamışdır və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.
37. Qanunvericiliyin yuxarıda sadalanmış normalarına istinadla kollegiya qeyd edir ki, cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinətləri ödəmək öhdəliyi dövlət müəssisələrinin özəlləşd irilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövrü əhatə edir.
38. Beləliklə, qanunvericiliyin müddəalarına görə cavabdehin hazırkı işin halları nəzərə alındıqda iddiaçı qarşısında tələb olunan aylıq müavinəti ödəmək öhdəliyi yoxdur. Cavabdehin belə öhdəlik daşıdığı ilə bağlı qənaətə gələrkən apellyasiya məhkəməsi maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-44/2024 nömrəli, 20 may 2024-cü il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.