Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-250/2017 10.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-250/2017) Bakı şəhəri 10 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, X7 ibarət tərkibdə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinin vəkili Vəkil və nümayəndəsi X10 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı iddiaçının 26 yanvar 1988-ci il tarixdən 01 avqust 1992-ci il tarixədək uşaqlıqdan 2-ci qrup əlil olan 01 avqust 1976-cı il təvəllüdlü övladı X4 qulluq etdiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona 50 yaşdan pensiya təyin edilməsi və keçmiş dövr üçün təyin edilmiş əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1009/2016 saylı, 31 avqust 2016-cı il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 yanvar 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxxx 1956-cı il tarixdə anadan olmuşdur. Əmək kitabçasına əsasən 27.09.1973cü ildən əmək fəaliyyətinə başlamış və 26.03.1978-ci ilədək müxtəlif peşələrdə işləmişdir. Əzizbəyov rayon VVAQ şöbəsi tərəfindən 14 oktyabr 1975-ci ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X1 Solmaz İmamverdi qızı ilə 14 oktyabr 1975-ci ildə nikaha daxil olmuş, nikahdan sonra iddiaçı “Məlikova” soyadını qəbul etmişdir. Zirə qəsəbəsi ZDS İcraiyyə Komitəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrə əsasən X6 ilə iddiaçının birgə nikahları dövründə 01 avqust 1976-cı il tarixdə Rövşən, 18 yanvar 1980-cı il tarixdə Aynurə və 30 iyun 1981-ci il tarixdə Tərlan adında övladları anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 Saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışa (əlilə verilir) əsas ən X9 uşaqlıqdan 2-ci qrup əlil olmaqla əməyə qadir deyil. Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 08 oktyabr 2015-ci il tarixli arayışa əsasən X4 Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 26 yanvar 1988-ci il tarixdən 01 avqust 1992-ci il tarixədək anası İddiaçı adına 16 yaşdan uşaqlıqdan əlilliyə görə sosial müavinət təyin olunmuşdur. 10 sentyabr 1992-ci il tarixdən hal-hazıradək İİ qrup ümumi səbəbdən əlilliyə görə müavinət alır. İddiaçı 2-ci qrup əlil uşağına qulluq etdiyi 1988-ci ildən 1992-ci il tarixədək müddətin “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən sosial sığorta stajına daxil edilməsi və ona 50 yaşından pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 23 oktyabr 2015-ci il tarixli məktubla imtina edər ək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinin 2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşına kimi tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 2-ci bəndində tələb olunan 10 il sığorta stajı olmadığı üçün onun yaşa görə əmək pensiyası hüququ yoxdur. Əlavə olaraq bildirilmişdir ki, İ qrup əlilə qulluq edən şəxsin qulluq dövrünün onun sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinin 2.4-cü bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Bu məsələ ilə bağlı aidiyyəti üzrə rayon məhkəməsinə müraciət edə bilər. İddiaçı 24 noyabr 2015-ci il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun uşaqlıqdan sağlamlıq imkanları məhdud olan əlil uşağına qulluq üçün (18 yaşa qədər) 6 il 6 ay (26 yanvar 1988ci il-01 avqust 1994-cü il) müddətin əmək stajı sayılmaqla, 50 yaşından əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün təyin edilmiş əmək pensiyasının hesablanaraq birdəfəyə ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 26 yanvar 1988-ci il tarixdən 01 avqust 1992-ci il tarixədək uşaqlıqd an 2-ci qrup əlil olan 01.08.1976-cı il təvəllüdlü övladı X4 qulluq etdiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona 50 yaşdan pensiya təyin edilməsi və keçmiş dövr üçün təyin edilmiş əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı üç övladını səkkiz yaşına kimi tərbiyə etmişdir. Onlardan biri 01.08.1976-cı ildə anadan olmuş X9 uşaqlıqdan əlildir və buna görə Xəzər rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən 2-ci qrup uşaqlıqdan əlilliyə görə müavinət alır. Sağlamlıq imkanı məhdud olan övladı X2 uşaqlıqdan əlil olaraq onun öhdəsində olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən 50 yaşından əmək pensiyası hüq uqunun yarandığı gündən ona əmək pensiyası təyin edilməsi və ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Halbuki, uşaqlıqdan sağlamlıq imkanı məhdud olan uşağına görə 26 yanvar 1988-ci il tarixdən uşaqlıqdan əlilliyə görə pensiya almış, ona qulluq etdiyi üçün əmək fəaliyyətini davam etdirə bilməmişdir. Onun 4 il 6 ay sosial sığorta stajı, 5 il 6 ay 3 uşaqlı ana olduğu üçün və uşaqlıqdan sağlamlıq imkanı məhdud olan övladı X4 uşaqlıq dövründə (18 yaşa qədər) qulluq etdiyi üçün 6 il 6 ay əmək stajı hesablanmaqla cəmi 16 il 6 ay sosial sığorta stajı vardır. Cavabdeh ona qanunsuz və əsassız cavab verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinin 2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını 8 yaşına kimi tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş yaş həddi 5 il azalmaqla əmək pensiyası hüququ vardır. Qanunun tələbinə görə 10 il sığorta stajı olmadığı üçün onun yaşa görə əmək pensiyası hüququ yoxdur. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasına və “Əmək pensiyaları haqqında” Qanuna əsasən onun uşaqlıqdan sağlamlıq imkanları məhdud olan əlil uşağı və 16 ildən artıq sosial sığorta stajı olduğuna görə 50 yaşından əmək pensiyası hüququ vardır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X18, 2-1(82)-3862/2016 saylı iş) 29 dekabr 2015-ci il tarixli qər arı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan formal əsaslara istinad edərək, iddiaçıya əmək pensiyası hesablayarkən, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin 03 aprel 2006-cı il tarixdə qüvvədə olan tələblərini nəzərə almamışdır. Halbuki, iddiaçının əmək pensiyası hüququ həmin tarixdə yaranmışdır.“Əmək pensiyaları haqqında” Qanuna 27 oktyabr 2009cu il tarixdə edilmiş və 01 yanvar 2010-cu il tarixdən qüvvəyə minmiş əlavə və dəyişiklik, bununla hüquqi vəziyyəti ağırlaşdırılan hallar iddiaçıya münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin Vİİ hissəsinə görə geriyə şamil oluna bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qərarı il ə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X11məruzəçi,X12 və X15, 2-1(103)-1009/2016 saylı iş) 31 avqust 2016-cı il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirilmədən saxlamışdır. Cavabdeh 22 sentyabr 2016-cı il tarixdə qərarın surətini almış, 21 oktyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 2010-cu il 01 yanvar tarixədək qüvvədə olmuş 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş analar, 50 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ yaranırdı. “Əmək pensiyal arı haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən 2010-cu il 01 yanvar tarixdən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 2.2.6-cı bəndində aşağıdakılar göstərilmişdir: “01.01.2010-cu il tarixədək qüvvədə olan qanunvericiliyə uyğun yaşa görə əmək pensiyası hüququ olan, lakin həmin tarixdən sonra əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş şəxslərə də bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş şərtlər tətbiq edilir.” Həmin sığortaolunanın bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi və 12 il sosial sığorta stajı olmadığı üçün onun müraciət etdiyi tarixə yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı Fondun Pirallahı rayon şöbəsinə pensiya təyinatı üçün 2015-ci ildə müraciət etmiş, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla pensi yası hüququ olduğundan, ona pensiya təyinatından imtina edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən 2010-cu ilin 01 yanvar tarixindən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş analar, 50 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda onlara güzəştli şərtlərlə pensiya hüququnu müəyyən edən Qanun normasının qüvvədən düşməsi nəzərə alınmamış, iddiaçıya 03 aprel 2006-cı il tarixdən 50 yaşına çatması və 5 ildən artıq sosial sığorta stajının olması ilə əlaqədar əmək pensiyasının təyin edilməsi və verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, apellyasiya instansiyası məhkəməsi həmin pozuntulara qiymət verməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaqla maddi hüquq normalarını pozmuşdur. tərəflərin izahatları: Cavabdehin və kili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə ona iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələ ri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdehdən 50 yaşı tamam olduğu vaxtdan ona pensiya təyin edilərək ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə 50 yaşdan əmək pensiyası təyin edilməsinə dair öhdəlik qoyulması barədə iddia qaldırmışdır. İPM-in 33.1 və 33.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabde hin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı alınmışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının 50 yaşı olan vaxt, yəni “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin 27 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş redaksiyasında qeyd edilmişdir ki, sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş anaların, 50 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin məzmununa görə 27 oktyabr 2009-cu ilədək iddiaçı sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmişsə; 50 yaşına çatmışsa; azı 5 il sığorta stajı olmuşsa, y aşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx xxxxx 1956 ildə anadan olduğundan 27 dekabr 2009-cu ilədək onun 50 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasına görə 1973-1978-ci illərdə işlədiyindən 4 il 7 ay 1 gün sığorta stajı olmuşdur. Lakin qanunvericiliyin tələbinə görə azı 5 il sığorta stajı zəruridir. İddiaçı bəyan edir ki, 1988-1992-ci illərdə 1976-cı ildə anadan olmuş sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmişdir. Bu hal Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 08 oktyabr 2015-ci il tarixli arayışı ilə təsdiq edilir. Cavabdeh iddiaçıya 16 yaşadək uşaqlıqdan əlilliyə görə sosial müavinət təyin olunması barədə həmin arayışda olan məlumatı təkzib edəcək sübut təqdim etməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunver iciliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.4-cü maddəsinə görə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmı ş şəxslərə) qulluq edilməsi müddəti daxildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli Fərmanın 2.3-cü bəndinə əsasən həmin Qanunun 21.2.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən 21.11.2011-ci il tarixli 17 saylı qərarla təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.3.1-ci bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti, qanunvericiliklə müəyyən edilmiş qaydada onları saxlamağa borclu olan valideynlərin, bunlar olmadıqda isə qulluq olunanın üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş qəyyumların (himayəçilərin) sığorta stajına bu barədə tərtib olunmuş müayinə aktı əsasında daxil edilir. Qaydaların 3.3.3-cü maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluğun faktiki olaraq həyata keçirilməsi barədə müayinə aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının və Fondun şəhər (rayon) şöbələrinin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib olunur. İddiaçı rayon icra hakimiyyəti orqanı və şöbənin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmət edilən şəxsin, onun qonşularının ifadələri və digər məlumatları əsasında tərtib edilən müayinə aktına malik olmamışdır. Əslində müayinə aktını tərtib etmək iddiaçının deyil, cavabdehin vəzifəsinə aid edilmişdir. Digər tərəfdən, işdə olan sənədlərə görə iddiaçı 1988-1992-ci illərdə sağlamlıq imkanları məhdud uşağına qulluq etməsinə görə həmin dövrün sığorta stajına daxil edilməsini arzu edir. İddiaçının da həmin dövrdə sağlamlıq imkanları məhdud olan uşağına qulluq etməsi yuxarıda qeyd edildiyi kimi 08 oktyabr 2015-ci il tarixli arayışla təsdiq olunur. Odur ki, 27 dekabr 2009-cu ilədək iddiaçının azı 5 il sığorta stajına malik olması, həmçinin sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etməsi şübhə doğura bilməz. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin 27 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq həmin vaxtadək iddiaçı sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş, 50 yaşına çatmış və azı 5 il sığorta stajı olmuşdur. Bu səbəbdən onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Qanunvericiliyin qeyd edilən müddəalarına əsasən iddiaçının pensiya təyin edilməsi üçün müraciət etdiyi vaxtdan asılı olmayaraq əmək pensiyası hüququnun yarandığı gündən ona pensiya təyin edilməli olduğundan iddiaçıya pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan maddi hüquq normasının şərtlərinə uyğun olaraq pensiya təyin edilməli olduğundan, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. 01 oktyabr 2010-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsində dəyişiklik edilmişdir. Hazırda qüvvədə olan redaksiyaya görə sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa gö rə əmək pensiyası hüququ vardır. Cavabdeh bəyan edir ki, 8.2-ci maddənin hazırkı redaksiyasının tələbinə görə iddiaçıya pensiya təyin edilməsi üçün əsaslar yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir ( hissə Vİİ). “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun normativ hüquqi aktın geriyə qüvvəsi adlanan 87-ci maddəsində göstərilir ki, normativ hüquq aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslə rin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Əmək pensiyaları haqqında” Qanuna 27.10.2009-cu il tarixli 904-İİİQD nömrəli Qanunla edilmiş və 01.01.2010-cu il tarixdən qüvvəyə minmiş əlavə və dəyişiklik, bununla hüquqi vəziyyəti ağırlaşdırılan halların iddiaçıya münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 1 47-ci maddəsinin Vİİ hissəsinə görə geriyə şamil oluna bilməz. İddiaçının 50 yaşı olan vaxt onun “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan bütün elementlər (sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etməsi; 50 yaşına çatması; azı 5 il sığorta stajı olması) mövcud olduğundan, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barəd ə öhdəlik qoyur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1009/2016 saylı, 31 avqust 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-250/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-250/2017
10.01.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver