Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-250/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinin vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2396/18 saylı 28 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.01.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.**** -cu il təvəllüdlü iddiаçı Iddiaçı 16.08.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış və hal-hazıradək işləyir. İddiaçıya 28.08.2017-ci il tarixdə ona ümumi xəstəliyə görə əlillik təyin olunmuşdur. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinə müraciət etmiş, cavabdeh 06.02.2018-ci il tarixli **/**-** saylı imtina məktubu ilə bildir mişdir ki, iddiaçının 1979-1993-cü il tarixləri arasındakı əmək stajını yoxlamaq mümkün olmadığından iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri X rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1979-cu ildən 01.01.2006-cı ilədək sosial sığorta stajının nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdhein üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1410/2018 saylı 25 aprel 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1410/2018 saylı 25 aprel 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2396/18 saylı 28 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1410/2018 saylı 25 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı Iddiaçı məxsus əmək kitabçasında göstərilən qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DSMF Bakı şəhəri X rayon şöbəsi tərəfindən sübuta yetirilmədiyindən həmin iş stajının qarşılıqlı yoxlanılmasının mümkün olmaması həmin illərin sığorta stajına daxil olunmamasına əsas verə bilməz. Bakı Apellyasiya Məhkəmə sinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2396/18 saylı 28 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, 01 yanvar 2006-cı il tarixdən Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında'' Azərbaycan Respublıkası Qanunu ilə tənzimlənir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsındə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə mə şğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Vətəndaşlara pensiya təyin edilərkən qanunun 21-ci maddəsinin tələblərini yerinə yetirən əmək fəaliyyəti sosial sığorta stajı kimi nəzərə alınır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən əlliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanı məhdud sığortaolunanların ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtı ilə əmək qabiliyyətli yaş dövrü üçün hər tam il üçün 4 ay sığorta stajı olduqda və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapıtalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensıya təminatına imkan verdikdə əlilliyə görə əmək pensiyası huququ vardır. “Əmək pens iyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 42.7 bəndinə əsasən zəruri hesab edilən hallarda vətəndaşların sosial sığorta stajı yerində qarşılıqlı yoxlanılır. İddıaçının sosial sığorta stajının yoxlanılması barədə DSMF-nun Bərdə və Laçın rayon şöbələrinə sorğu verilmiş, sorğuya verilən cavab məktubunda iddiaçının 01 iyul 1995-ci ildən 01 iyun 2002-ci ilədək əmək fəliyyətinın, 01 yanvar 2006-cı ildən 01 yanvar 2017-ci ilədək 9 il 1 ay sosial sığorta stajı və 9597,25 manat sığorta kapitalının olduğu barədə məlumat verilmişdir. Kassator İPM-nin 91,96-cı maddələrinə, MPM-nin 405,407, 417.0.3, 418-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2396/18 saylı 28 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı vəkilsiz iştirak etdiyindən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2396/18 saylı 28 sentyabr 2018-ci il tarixli qərarının ləğv edil məsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2396/18 saylı 28 sentyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan ve rməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Hazırkı iş üzrə cavabdehin imtinasının əsasını iddiaçının 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajının təsdiqini tapmaması təşkil edir. Halbuki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İ şçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının İT-İ ******* saylı əmək kitabçasında da onun 1979-1993-cü illərdə Laçin rayonu, Malıbəy kənd orta məktəbində müəllimə işləməsi öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 1979-1993cü illərdə Laçin rayonu, Malıbəy kənd orta məktəbində müəllimə işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbu lunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, cavabdeh iddiaçının iş stajının araşdırılmasının mümkün olmamasına görə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən əsassız olaraq imtina edilmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni hə ll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2396/18 saylı 28 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-250/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-250/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver