Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-250/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 2013-cü il 1 yanvar tarixədək inşa olunmuş qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Əml ak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 oktyabr tarixli, 2-1(103)-1025/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək x, 14-cü Aşırım 24 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 02 iyul tarixli, **********43 saylı məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cava bdeh bildirmişdir ki, ərizəyə dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 15 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x, 14-cü Aşırım, 24 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, x, 14-cü aşırım, 24 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı firmasına məxsusdur. Həmin qeyri-yaşayış sahəsi Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1992-ci il 29 yanvar t arixli, 69 nömrəli sərəncamı əsasında tikilmiş və həmin vaxtdan da İddiaçı firmasının istifadəsində və sahibliyindədir. İddiaçı qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 iyul tarixli, 2-1(82)2846/2019 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiy i iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsinə hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********43 nömrəli, 2019-cu il 02 iyul tarixli məktub ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 dekabr tarixli, 2-1(81)3692/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, x, 14-cü Aşırım, 24 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin y anında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi iddiaçının inşa etdiyi tikili texniki pasportdakı parametrlərinə əsasən, məlumatlandırma icraatının aid olduğu tikilidir, 20 il müddətində iddiaçı həmin qeyri-yaşayış sahəsindən qanuni əsaslarla istifadə etmişdir, heç bir şəxs və dövlət orqanı tərəfindən həmin tikilinin qanuniliyi mübahisələndirilməmişdir. Qeyd edilən hallar iddiaçının sahibliyində olan qeyri-yaşayış sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasın ı xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 oktyabr tarixli, 2-1(103)-1025/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Onun qeydiyyata alınmaqla çıxarış verilməsini tələb iddia etdiyi qeyri-yaşayış binasına dair belə bir əsas kimi istinad və təqdim etdiyi qeyri-yaşayış sahəsinin eskiz layihəsi müvafiq icra hakimiyyəti orqanı, yəni Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamış, sübut kimi istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti başçısının 2000-ci il 30 mart tarixli, 317 saylı sərəncamı İddiaçı firmasına deyil “x” firmasına köşkün daşdan tikilməsinə icazə verilməsindən ibarətdir. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı isə məhkəməyə hər hansı digər hüquqmüəyyənedici akt təqdim olunmamışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZ AHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən qanun normalarını sadalamaqla kifayətlənmiş və qeyd etmişdir ki, “cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır.” Halbuki, həmin qərarın özündə belə qeyd edilmişdir ki, cavabdeh orqanın imtina məktubunda “hüquqmüəyyənedici sənədlərin olmaması” əsas gətirərək imtina edilmişdir. Həmin sənədlərin hansı olması barədə isə heç bir məlumat verilməmişdir. Hesab edilir ki, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən işi hərtərəfli və obyektiv araşdırmamış, qərəzli mövqe bildirərək, qanunsuz qərar qəbul etm işdir.
14. Apellyasiya məhkəməsinin qərarında qeyd edilir ki, “iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı məhkəməyə hər hansı digər hüquqmüəyyənedici akt təqdim edilməmişdir”. Halbuki, iddiaçı məhkəmə baxışı zamanı məhkəmədən dəfələrlə həmin aktların alınmasında iddiaçının özünün sorğularına cavab verilmədiyini, iddiaçıya kömək məqsədilə müvafiq orqanlara sorğu göndərilməsini xahiş etsə də, məhkəmə iddiaçının vəsatətinə münasibət bildirməmiş, işə qərəzli və laqeyd yanaşaraq qanunsuz qərar qəbul etmişdir.
15. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 09 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2016-cı il 4 oktyabr tarixli qərarına əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsində göstərilməyən əsaslara istinad etməklə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməz.
16. Əlavə olaraq iddiaçı bildirmişdir ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi iddiaçının inşa etdiyi tikili texniki pasportdakı parametrlərinə əsasən, məlumatlandırma icraatının aid olduğu tikilidir. 20 ildən çox müddətdə iddiaçı həmin qeyri-yaşayış sahəsindən qanuni əsaslarla istifadə etmişdir, heç bir şəxs və ya dövlət orqanı tərəfindən həmin tikilinin qanuniliyi mübahisələndirilməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddia çının nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
18. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağı dakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlə rinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihə sinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra h akimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
20. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilmə lidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütö vlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
24. Məhkəmə kollegiyası işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun yuxarıda qeyd edilən normalarının tələblərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-cı maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir.
25. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi qeyri-yaşayış sahəsinin eskiz layihəsi müvafiq icra hakimiyyəti orqanı, yəni Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamış, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 317 saylı sərəncamı isə İddiaçı firmasına deyil, “x” firmasına köşkün daşdan tikilməsinə icazə verilməsindən ibarət olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbində istinad edilən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1992-ci il tarixli 69 saylı sərəncamı iddiaçının Binəqədi rayonu, Dərnəgül şosesi 14-cü Aşırım 24 ünvanında inşa etdiyi qeyri-yaşayış sahəsi üzərində İddiaçı firmasının mülkiyy ət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin sərəncam öz məzmununa görə, yalnız İddiaçı firmasının nizamnaməsinin qeydə alınması barədə olmuşdur.
27. İş materiallarında iddiaçı tərəfindən göstərilən ünvanda qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı icazə sənədi və ya istismara qəbul aktı mövcud deyildir.
28. Beləliklə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri cavabdehə və məhkəməyə təqdim olunmadığından cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsalar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şik ayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 oktyabr tarixli, 21(103)-1025/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov