Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-250/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: iddianın düzgün cavabdehə qarşı qaldırılması; iddianın mümkünlük şərtlərinin düzgün qiymətləndirilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2328/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Goranboy ƏÖMB komandirinin 01.04.1992-ci il tarixli, 1 №-li əmrilə iddiaçı atıcı vəzifəsinə təyin edilmişdir.
2. Goranboy ƏÖMB komandirinin 01 may 1992-ci il tarixli 1 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 27 mart 1992-ci il tarixli əmrinə uyğun olaraq, Goraboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N №-li hərbi hissə adlandırılmış və iddiaçı atıcı pulemyotçu köməkçisi vəzifəsinə təyin edilmişdir.
3. Goranboy ƏÖMB komandirinin 30.06.1992-ci il tarixli, 6 №-li əmrilə iddiaçı sür ücü vəzifəsinə təyin edilmişdir.
4. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmişdir.
5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 04.10.2019-cu il tarixli, 1/U-13760 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Arxivin 29.05.2019- cu il tarixli, 9/2-7222 nömrəli arayışına əsasən, iddiaçının 30.06.1992-ci il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsəduyğun deyildir.
6. Bundan sonra, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin ve rilməsini xahiş etmişdir.
7. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2-1(83)2070/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2-1(104)219/2020 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27.11.2019-cu il tarixli, 2-1(83)-2070/2019 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
8. Bundan sonra iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı hazırkı cavabdehə - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir.
9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27.11.2020-ci il tarixli, U/5468 nömrəli məktubla bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələ r veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarına əsasən, veteran adı və müvafiq vəsiqələri, vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. İddiaçının 1992-ci ildə Müdaf iə Nazirliyinin müvafiq hərbi hissəsinin tərkibində xidmət keçməyini nəzərə alaraq sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 02.10.2019-cu il tarixli iclasında baxılmış və nəticəsi barədə 04.10.2019-cu il tarixli, 1/U-13760 nömrəli məktubla ətraflı məlumat verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. İddianın əsaslarına görə, iddiaçı Goranboy rayon Komissarlığı tərəfindən könüllü olaraq hərbi xidmətə çağırılmış və xidmətini N saylı hərbi hissədə başlamışdır. 1992-ci il tarixdə hərbi hissənin bütün növ təminatlarına qoyulmuşdur. O, 01.04.1992-ci il tarixdə Goranboy rayon Ərazi X1 tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşləri görüb, Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq Ağcakənd və Ağdərə rayonu, Qaraçinar, Mənəş, Talış, Gülüstan, Qırmızıkənd və digər kəndlər uğrunda döyüşlərdə fəal iştirak etmiş və sıravi əsgər olmaqla atıcı olmuşdur. Onun hərbi biletini əvəz edən 16.09.2019-cu il tarixli, 10541 nömrəli arayışda 01.04.1992ci il tarixdən 30.06.1992-ci il tarixə kimi Goranboy rayonu X1 tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi öz əksini tapmışdır. Onun barəsində heç bir təqsirləndirici material olmamışdır.
12. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək etirazını belə əsaslandırmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, iddia tələbi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricindədir. İddiaçı Goranboy rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmətə cəlb edilmiş və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətə başlamışdır. 01.04.1992-30.06.1992-ci il tarixlərdə Goranboy rayon özünümüdafiə batalyonunda əsgər kimi müxtəlif vəzifələrə təyin edilmişdir. Göründüyü kimi, Goranboy özünümüdafiə batalyonu Müdafiə Nazirliyinin tərkibində hərbiləşmiş batalyon olmuşdur və bu səbəbdən həmin batalyon barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivində məlumat vardır. Goranboy özünümüda fiə batalyonunun Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olduğunu və əmr kitablarının həmin Nazirliyin Mərkəzi Arxivində saxlanıldığını və yekun nəticədə “Müharibə veteranı” adı və vəsiqəsini almaq üçün həmin Nazirliyin nəzdində fəaliyyət göstərən müvafiq komissiyasına müraciət etməsini nəzərə alaraq, bu iş üzrə cavabdeh Müdafiə Nazirliyi olmalıdır.
13. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)-4301/2021 nömrəli qərardadı ilə (hakim Ş.A.Həsənova) iddia mümkün sayılmamışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə batalyonda həqiqi hərbi xidmətə başlamış, Azərbaycan Respublikası Müdafiə nazirinin 27 mart 1992-ci il tarixli əmrinə uyğun olaraq, Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci bataly onu N №-li hərbi hissə adlandırılmışdır. İddiaçının sonuncu qulluq keçdiyi yer Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsi olmuşdur. Belə olan halda, qanunvericiliyin tələblərinə əsasən, işə aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən baxılmalı və həmin komissiyanın verdiyi rəy məhkəmə qaydasında mübahisələndirilməlidir. Məhkəmə tərəfindən iddiaçıya əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilməsi təklif olunmuş, lakin iddiaçı buna öz razılığını bildirməyərək məhkəməyə təqdim etdiyi tələbi üzrə işə baxılmasını təkid etmişdir.
15. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2328/2021 nömrəli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və C.A.Yusifov) Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 21(112)-4301/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2328/2021 nömrəli qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı şikayətində iddia ərizəsində qeyd edilən işin hallarını sadalamış və bildirmişdir ki, məhkəmə işin hallarına düzgün qiymət vermədən iş üzrə qərar qəbul etmiş, beləliklə də, barəsində şikayət verilən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar (…). «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıld ığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr vete ranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsi: Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikas ının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respu blikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Ç ağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozuldu ğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araş dırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraa t çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
27. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Goranboy ƏÖMB komandirinin 01.04.1992-ci il tarixli, 1 №-li əmrilə iddiaçı atıcı vəzifəsinə təyin edilmiş, Goranboy ƏÖMB komandirinin 01 may 1992-ci il tarixli 1 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin 27 mart 1992-ci il tarixli əmrinə uyğun olaraq, Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N №-li hərbi hissə adlandırılmış və id diaçı atıcı pulemyotçu köməkçisi vəzifəsinə, Goranboy ƏÖMB komandirinin 30.06.1992-ci il tarixli, 6 №-li əmrilə isə sürücü vəzifəsinə təyin edilmişdir.
28. İşə baxan aşağı instansiya məhkəmələri hesab etmişlər ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 27 mart 1992-ci il tarixli əmrinə uyğun olaraq Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N №-li hərbi hissə adlandırıldığından, iddiaçının sonuncu qulluq keçdiyi yer Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsi olduğundan, cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi çıxış etməlidir.
29. Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında Goranboy ƏÖMB komandirinin 01 may 1992-ci il tarixli 1 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 27 mart 1992-ci il tarixli əmrinə uyğu n olaraq, Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N №-li hərbi hissə adlandırılsa da, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən, ilk növbədə, Azərbaycan Respublikası Müdafiə nazirinin 27 mart 1992-ci il tarixli əmri tələb edilməmiş və məzmunu öyrənilməmiş, N №-li hərbi hissənin həqiqətən də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə olması, həmin hərbi hissənin şəxsi heyətinin (hazırkı halda: iddiaçının) hərbi qulluqçu statusunda olubolmaması araşdırılmamışdır.
30. Bununla yanaşı, Goranboy ƏÖMB komandirinin 01 may 1992-ci il tarixli 1 nömrəli əmri ilə Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N №-li hərbi hissə adlandırılsa da, iddiaçının sürücü vəzifəsinə təyin edilməsi Goranboy ƏÖMB komandirinin 30.06.1992-ci il tarixli, 6 №-li əmri ilə olmuşdur. Başqa sözlə, əmr N №-li hərbi hissə adından deyil, Goranboy ƏÖMB komandirinin adından verilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi bu hala da qiymət verməmişdir.
31. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi hissə tabeliyində olan hərbi qulluqçu kimi xidmət etməsi məsələsini hərtərəfli araşdırmadan və qiymətləndirmədən iddianın düzgün cavabdehə qaldırılmaması ilə bağlı nəticəyə gəlmiş, bununla da, işin obyektiv və hərtərəfli araşdırılması prinsipini pozmuşdur. Halbuki, hazırkı qərarın 21-22-ci bəndlərində qeyd olunan qanunvericilik normalarının tələbləri baxımından bu halların araşdırılması zəruridir. İşə təkrar baxan apelyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan halları Müdafiə Nazirl iyinə sorğu verməklə aydınlaşdırmalıdır.
32. Belə olan halda, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
33. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi məhkəmə tərkibinin yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla işə baxmalıdır.
34. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2328/2021 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.