Məhkəmə qərarları › İş №2-1(102)-2500/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2500/2019

01.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2500/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: məcburi dövlət sosial siğorta haqlarının tam həcmdə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması (iş № 2-1(102)-2500/2019) Bakı şəhəri 1 oktyabr 2019-cu il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə hesablanması və pensiyanın yenidən hesablanması”tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)677/2019 saylı, 2 may 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışda qeyd edilmişdir ki, iddiaçının (SSN:**********278) 01.01.2006-cı ildən 01.07.2017-ci i l tarixədək 11 il 6 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və 01.01.2018ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 26.552,95 manat pensiya kapitalı vardır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 25.07.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya pensiya hüququ yarandığı 03.05.2017-ci il tarixdən 188,28 manat (Baza hissəsi 110 + Sığorta hissəsi 78,28) məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2006-cı il tarixədək ümumi staj - 30 il 07 ay 05 gün. 01.01.2006-cı il tarixdən 01.04.2017-ci il tarixədək 11 il 03 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 01.07.2017-ci il tarixədək qüvvədə olan pensiya qanunvericiliyinə uyğu n olaraq məcburi dövlət sığorta haqlarının 50%i nəzərə alınmaqla 13414.88 manat pensiya kapitalı vardır. 01.01.2018-ci il tarixdən iddiaçının pensiyasının sığorta hissəsi 199,01 + pensiya sığorta kapitalı 98,46 = 297,47 manat təşkil etmişdir. 30.03.2018-ci il tarixdə işdən azad olunması ilə əlaqədar olaraq 03.05.2017-ci il tarixdən 30.03.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 1200,48 manat pensiya kapitalı nəzərə alınmaqla 9,86 manat pensiyasının üzərinə hesablanaraq cəmi 307,33 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə, yəni məcburi d övlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sığorta haqlarının 50 faizi həcmində onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. (Qanunun bu müddəası 01.07.2017-ci il tarixədək pensiyaya çıxmış şəxslərə şamil olunur) Azərbaycan Respublikasının Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə edilmiş dəyişiklik 01.07.2017-ci il tarixdən sonra əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur. Həmin qanunun 1.0.8-ci maddəsində 01.07.2017-ci il tarixdən edilmiş dəyişikliyin iddiaçının pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması, Azərbaycan Respublikasının Prezidentinin Fərmanına zidd olduğundan mümkün deyil. İddiaçı 18 avqust 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia t ələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə ödənilməsini, yəni ödənilməyən 14.736,70 manat pensiya kapitalının ödənilməsi və təyin edilmiş pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 03.05.2017-ci ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Pensiyaya çıxarkən pensiyası düzgün hesablanmayıbdır. Belə ki, fərdi hesabının sığorta hissəsində 26.552,95 manat pensiya kapitalı vardır. Lakin pensiyaya çıxarkən cavabdeh tərəfindən pensiya kapitalı tam həcmdə ödənilməyibdir. İş materiallarına əlavə olunan sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış da göstərilir ki, iddiaçının 01.01.2006-cı ildən 01.07.2017-ci il tarixədək 11 il 6 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və 01.01.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 26.552,95 manat pensiya kapitalı vardır. Məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə ödənilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməyibdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 noyabr 2018-ci il tarixli 2-1(82)4115/2018 saylı qərarı ilə (hakim E.Mustafayev) iddia təmin edilmiş, iddiaçının məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə hesablanması və pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehə həvalə olunması qərara alınmışdır. 2 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinin 7 noyabr 2018-ci il tarixli qərarı ilərazılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər Elmira Nağıyeva-məruzəçi, Həmid Həmidov və Vüsalə Baxışova)2-1(103)677/2019 saylı, 2 may 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 23 may 2019-cu il tarixdə qərarın surətini almış, 19 iyun 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Vətəndaşın pensiya hüququnun yarandığı 03.05.2017-ci il tarixdən 188,28 manat (Baza hissəsi 110 + Sığorta hissəsi 78,28) məbləğində yaşa görə əmək pensiyası təyin e dilmişdir. 01.01.2006-cı il tarixədək ümumi staj - 30 il 07 ay 05 gün. 01.01.2006-cı il tarixdən 01.04.2017-ci il tarixədək 11 il 03 ay sosial sığorta stajı və fərdi hesabınızın sığorta hissəsində 01.07.2017-ci il tarixədək qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq məcburi dövlət sığorta haqlarının 50%i nəzərə alınmaqla 13414.88 manat pensiya kapitalı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə, yəni məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sığorta haqlarının 50 faizi həcmində onların fərdi hesabının sığorta hissəsində qe ydə alınır. Qanunun bu müddəası 01.07.2017-ci il tarixədək pensiyaya çıxmış şəxslərə şamil olunur. Azərbaycan Respublikasının Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə edilmiş dəyişiklik 01.07.2017-ci il tarixdən sonra əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur. Həmin Qanunun 1.0.8-ci maddəsində 01.07.2017-ci il tarixdən edilmiş dəyişikliyin vətəndaşın pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması, Azərbaycan Respublikasının Prezidentinin Fərmanına zidd olduğundan mümkün deyil. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasını n iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati or qan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşin hallarından görünür ki, 3 may 2017-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, pensiya təyini zamanı məcburi dövlət sığorta haqları düzgün hesablanmamışdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdehin mövqeyinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9 -cu bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə, yəni məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sığorta haqlarının 50 faizi həcmində onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. (Qanunun bu müddəası 01.07.2017-ci il tarixədək pensiyaya çıxmış şəxslərə şamil olunur) Azərbaycan Respublikasının Prezidentinin 1 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə edilmiş dəyişiklik 01.07.2017-ci il tarixdən sonra əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur. Həmin qanunun 1.0.8-ci maddəsində 01.07.2017-ci il tarixdən edilmiş dəyişikliyin sizin pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması, Azərbaycan Respublikasının Prezidentinin Fərmanına zidd olduğundan mümkün deyil. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən d igər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Qeyd olunduğu kimi, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində hərbi qulluqçuların təminat xərcliyindən bəhs olunur. Prezident Fərmanının 2.9-cu bəndində də Qanunun 1.0.5-ci maddəsinə istinad edilir. İddiaçının isə hərbi qulluqçu olması işdə olan sənədlərlə təsdiq edilmir. Cavabdeh də iddiaçının hərb qulluqçu olması barədə mübahisə açmır. Odur ki, cavabdehin istinad etdiyi Prezidentin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yuxarıda qeyd edilmiş normaların məzmununa əsasən, dövlət sosial sığorta haqqının 50%-nin pensiyaçının fərdi hesabın sığorta hissəsində nəzərə alınması yalnız hərbi qulluqçulara müna sibətdə nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya pensiya hesablanarkən yuxarıda qeyd edilən normanı əsas gətirərək, dövlət sosial sığorta haqqının 50%-i nəzərə alınması qanunvericiliyin tələblərinə zidd olmuş və bu səbəbdən də iddiaçının hüquqları pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-677/2019 saylı, 2 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar