Məhkəmə qərarları › İş №2-1(102)-2500/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2500/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2500/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilita siya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 14 iyun tarixli, 2-1(107)-343/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1996-cı il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Ümumi xəstəlik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S62 - Əl və bilək səviyyəsində sınıq => S62.4 - Əl daraq sümüklərin...; Diaqnozun mətni: Sağ əlin İl-İİİ əldarağı sümüklərini n güllə yaralanmasından sonrakı birləşmiş sınığı. Sağ əlin İİİ-İV barmaqların kontrakturası, əlin funksiya pozğunluğu. ON; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ əlin ll-lll əldarağı sümüklərinin güllə yaralanmasından sonrakı birləşmiş sınığı. Sağ əlin lll-İV barmaqların kontrakturası, əlin funksiya pozğunluğu. ON.” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir.

2. Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S62 - Əl və bilək səviyyəsində sınıq => S62.4 - Əl daraq sümüklərin...; Diaqnozun mətni: Sağ əlin ll-lll əldarağı sümüklərinin güllə yaralanmasından sonrakı birləşmiş sınığı. Sağ əlin lll-İV barmaqların kontrakturası, əlin funksiya pozğunluğu. ON.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik -> DİGƏR: Sağ əlin ll-lll əldarağı sümüklərinin güllə yaralanmasından sonrakı birləşmiş sınığı. Sağ əlin lll-İV barmaqların kontrakturası, əlin funksiya pozğunluğu. ON” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir.

3. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07 - T00T07; Diaqnozun mətni: Bədənin bir neçə nahiyələrində səhti travmalar Yuxarı ətrafın bir neçə nahiyyəsində səhti travmalar 1993-çü ildə hərbi xidmətdə olarkən aldığı dəlib keçən güllə yarasında n sonraki vəziyyət Sol əlin 2- 3-4 barmaqların səhti travmaları, barmaqlar arası atrofiya qeyd olunur; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədənin bir neçə nahiyələrində səhti travmalar Yuxarı ətrafın bir neçə nahiyəsində səhti travmalar 1993-cü ildə hərbi xidmətdə olarkən aldığı dəlib keçən güllə...” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir.

4. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T00-T07 - T00-T07; Diaqnozun mətni: Bədənin bir neçə nahiyələrində səhti travmalar Yuxarı ətrafın bir neçə nahiyəsində səhti travmalar 1993cü ildə hərbi xidmətdə olarkən aldığı dəlib keçən güllə ya rasından sonraki vəziyyət Sol əlin 2-3-4 barmaqların səhti travmaları.barmaqlar arası atrofiya geyd olunur; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədənin bir neçə nahiyələrində səhti travmalar Yuxarı ətrafın bir neçə nahiyəsində səhti travmalar 1993-cü ildə hərbi xidmətdə olarkən aldığı dəlib keçən güllə...” səbəbi ilə 5 (beş) il müddətinə əlillik dərəcəsi verilmişdir.

5. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T92 - Yuxarı...; Diaqnozun mətni: Bilək və əl səviyyəsində sınığın nəticələri, X8 silah yaralanmasından sonrakı vəziyyət. İİ-İİİ ba rmaqların proksimal falanqalarının qeyri-qüzgün bitişmiş sınığı, ll barmağın medial deformasiyası, diaqnoz ETTOİ-da arayış № a/k 2801/7227 təsdiqlənib. Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sağ əlin qısa əzələlərinin hipotrofiyası, oynaqların kontrakturası, ll-lll-İV-V barmaqlarin açıcı-bükücü kontrakturası; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir.

6. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: X8 silahli yaralanmasından sonrakı vəziyyət. İl-lll barmaqların proksimal falanqalarının X4.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir.

7. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 929Ş nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “X8 silah yaralanmasından sonrakı vəziyyət. İl-lll barmaqlarin proksimal falanqalarının X4, İİ barmağın medial sinirin zədələnməsi’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifə) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.

8. Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə “Bədənin bir neçə nahiyələrində səhti travmalar Yuxarı ətrafın bir neçə nahiyəsində səthi travmal ar 1993-cü ildə hərbi xidmətdə olarkən aldığı dəlib keçən güllə yarasından sonraki vəziyyət Sol əlin 2-3-4 barmaqların səhti travmaları, barmaqlar arası atrofiya” diaqnozu ilə, Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir.

9. Tibbi Sosial Ekspert Komissiyasının 0288003AAGK5 nömrəli göndəriş üzrə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə dair imtina cavabında iddiaçıya qoyulmuş diaqnoz – “bilək və əl səviyyəsində sınığın nəticələri, X8 Silah Yaralanmasindan Sonraki Vəziyyət.İİ-İİİ X1 X4, ll barmağın medial deformasiyasi. Diaqnoz ETTOİ-da ARAYİŞ №a/k 2801/7227 Təsdiqlənib.Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sağ əlin qısa əzələlərinin hipotrofiya si, oynaqların kontrakturası, ll-lll-İV-V barmaqların açıcı-bükücü kontrakturası qeyd edilmiş, İmtina edilmənin səbəbi: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi göstərilmişdir.

10. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli 2801 nömrəli arayışda qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır.Nəticədə Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilita siya Agentliyinə (bundan sonra-“cavabdeh” və ya Cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “onun sağlamlıq imkanlarının məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında və digər xəstəxanalarda müalicə kursu keçmişdir. Ona "X8 silah yaralanmasından sonrakı vəziyyət. İİ-İİİ barmaqların proksimal falanqalarının X4. İİ barmağın medial deformasiyası. Diaqnoz Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) X5 və Ortopediya İnstitutunda (bundan sonra- “ETTOİ”) arayış № -a/k 2801/7227 təsdiqlənib” diaqnozu qoyulmuşdur. Bundan əlavə ağırlaşma halında "Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sağ əlin qısa əzələlərinin hipotrofiyası”, "oynaqların kontrakturası, İİ-İİİ-İV-V barmaqların açıcı- bükücü kontrakturası”, "əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, əlin funksiyasının pozulması”, "bükücü deformasiya" və sairə diaqnozu qoyulmuşdur. Həmçinin "Esensial [birincili] hipertenziya. Arteriyal hipertoniya", "bilək kanalı sindromu. vegetativ əlamətlərlə”, "onikibarmaq bağırsağın xorası” və sairə xəstəlik diaqnozları ilə digər yanaşı xəstəlikləri də mövcuddur. Xəstəliklərinə görə mütəmadi müalicə kursu keçir. İddiaçı İİ qrup əlildir və ona pensiya təyin edilmişdir. Lakin 2021-ci ildən etibarən pensiyası əsassız olaraq dayandırılmışdır. Müddət ötdükcə xəstəli yi ağırlaşır. 2001-ci ildən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və həmin tarixdən də xəstəlikləri ağırlaşmağa başlamışdır.Tibb müəssisəsi tərəfindən 0288003AAGK5 saylı göndəriş Tibbi Sosial Ekspert Komissiyasına göndərilsə də diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən imtina qərarı verilmişdir.

13. Cavabdeh iddiaya dair etirazı yuxarıda (§§ 1-6) göstərilən hallarla əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ əlində olan ağrılardan şikayətlənmiş, müayinə zamanı sağ əlin iç və tış səthlərində çapıqlar izlənilmiş, əlin tutma funksiyası saxlanılmış, əl əzələləri atrofiyasız, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmişdir.ETTOİ-nin xx.xx.2022-ci il tarixli arayı şında qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır.Nəticədə Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

14. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-643/2022 nömrəli qərardadı ilə məhkəmətibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tərtib edilmiş E00007495SXİ göndərişdə qeyd edilmiş “X8 silahla yaralanması ndan sonrakı vəziyyət, İİ-İİİ barmaqların proksimal falanqalarının X4” diaqnoz onun anamnestik, obyektiv-klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir.

15. ETTOİ-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, iddiaçıya “X8 silahla yaralanmasından sonrakı vəziyyət, İİ-İİİ barmaqların proksimal falanqalarının X4, İİ barmağın medial deformasiyası, sağ əlin qısa əzələlərinin hipotrofiyası, İİ, İİİ, İV, V barmaqların açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu əlin funskiyasının pozulması” diaqnozu qoyulmuşdur.

16. Şəki İnzibati Məhkəməsinin 2023-cü il 10 aprel tarixli, 2-1(116)-48/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixindən İİİ (üçüncü) dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi qoyulmuşdur(hakim-V.Musayev).

17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi diaqnozun və ağırlaşmasının əlilliyin təyininə əsas verməməsi olmuşdur.

18. Belə ki, cavabdeh orqan bildirir ki, ETTOİ-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır.

19. İş materiallarından görünür ki, iddiaçıya Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişi əsasında qoyulmuş diaqnoz “Bilək və əl səviyyəsində sınığın nəticələri, X8 silah yaralanmasından sonrakı vəziyyət. İİ-İİİ barmaqların proksimal falanqalarının X4, ll barmağın medial deformasiyası, diaqnoz ETTOİ-da təsdiqlənib. Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sağ əlin qısa əzələlərinin hipotrofiyası, Oynaqların kontrakturası, ll-lll-İV-V barmaqlarin açıcı-bükücü kontrakturası” olmuşdur.

20. ETTOİ-nin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli arayışlarında iddiaçıya qoyulmuş diaqnoz “X8 silahla yaralanmasından sonrakı vəziyyət, İİ-İİİ barmaqların proksimal falanqalarının X4, İİ barmağın medial deformasiyası, sağ əlin qısa əzələlərinin hipotrofiyası, İİ, İİİ, İV, V barmaqların açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu əlin funskiyasının pozulması” qeyd edilmişdir.

21. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun düzgün olub-olmamasının yoxlanılması məqsədilə Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-643/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ-nin xx.xx.2023-cü il ta rixli məktubuna əlavə olunmuş ekspert rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgün olması müəyyən edilmişdir.

22. Belə olan halda cavabdeh orqanın ETTOİ-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuş diaqnozun obyektiv müayinə zamanı öz təsdiqini tapmaması, əlin tutma funksiyasının saxlanılması, əl əzələlərinin atrofiyasız, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməməsi” ilə bağlı dəlili tamamilə əsassızdır.

23. İstinad olunan ekspert rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünün müəyyən edilməsi onu deməyə əsas verir ki, faktiki olaraq ETTOİ-nin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışları əsasında tərtib edilmiş göndərişdə qeyd edilən məlumatlar, yəni göndərişdə sadalanan xəstəliklərlə bərabər, İİ-İİİ barmaqların p roksimal falanqalarının X4, İİ barmağın medial deformasiyası, sağ əlin qısa əzələlərinin hipotrofiyası, İİ, İİİ, İV, V barmaqların açıcı-bükücü kontrakturası, daimi ağrı sindromu əlin funskiyasının pozulması iddiaçıya münasibətdə sübuta yetirilir.

24. Göründüyü kimi iddiaçıya qoyulmuş əsas diaqnoz “oynaqların kotrakturası, X8 silah yaralanmasından sonrakı vəziyyət, İİ, İİİ barmaqların proksimal falanqalarının X4” olmuş və həmin diaqnoz istinad olunan Əsasnamədə M24.5 kodu ilə 3-cü dərəcəli əlliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır.

25. İddiaçının xəstəliyinin ağırlaşması isə “bükücü deformasiya, İİ barmağın medial deformasiyası, sağ əlin qısa əzələlərinin hipotrofiyası” diaqnozu olmaqla istinad olunan Əsasnamədə M21.2 kodu ilə 3-cü dərəcəli əlilliyin müəyyən olunduğu xəstəliklə rin siyahısındadır. İddiaçıya qoyulmuş diaqnoz ona 3-cü dərəcəli əlilliyin təyin edilməsinə əsas verdiyindən cavabadeh orqan xx.xx.2021-ci il tarixdə ona əlilliyin təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

26. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. B) apellyasiya instansiyası məhkəməsində icraat

27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 14 iyun tarixli, 2-1(107)343/2023 saylı qərarı ilə (hakimlər-R.Rəfiyev/sədrlik edən, Ə.Məcidov və G.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

28. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə (bax yuxarı §§ 18-2 5) razılaşmamış və onun istinad etdiyi qanunvericilik normalarına istinad etmişdir.

29. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri A) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa əsaslanır. Cavabdeh həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi onun diskresion səlahiyyətidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdir ilmədən saxlanılmasını xahiş etmişdir.Etiraz onunla əsaslandırılmışdır ki, ETTOİ-nin 2022-ci il 22 iyun tarixli arayışda qeyd olunmuş diaqnozun obyektiv müayinə zamanı öz təsdiqini tapmaması, “əlin tutma funksiyasının saxlanılması, əl əzələlərinin atrofiyası, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməməsi” ilə bağlı dəlili tamamilə əsassızdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ

34. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respubliksının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi q aydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin q iymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə mə lumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət A gentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

36. A zərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərh ələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixti sasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2, M24.5-M24.6, M25.6, M67.1, M99.0); 2.5.1. bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası(Q71.3, Q74, M20.0, M24.5, Z89.0);

38. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməy ə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apell yasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

41. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

42. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya döyüşdə barmaqlarının itirilməsi və səhhətində ağırlaşmalar ilə əlaqədər əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

43. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

44. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

45. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

46. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ilk dəfə 1996-cı ildə İİİ dərəcəli əlillik 1 il, 2014-cü i ldə 3-cü dərəcə əlillik 1 il, 2015-ci il tarixində 2-ci dərəcə əlillik 1 il müddətinə təyin edilmişdir. Daha sonra sonuncu dəfə isə iddiaçıya 2016-cı ildə 5 il müddətinə 2-ci dərəcə əllillik təyin edilmişdir.İddiaçı barəsində tərtib olunmuş növbəti xx.xx.2021-ci il tarixli göndərişində qeyd edilən diaqnozun “Diaqnoz və ağırlaşma əlilliyin təyininə əsas vermir” səbəbi ilə növbəti müddətə ona əlilliyin təyin olunmasından imtina edilmişdir. xx.xx.2022-ci il tarixli göndərişlə yenidən baxılmış və xx.xx.2022-ci il tarixində əlilliyin təyinindən imtina edilmişdir.

47. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik d ərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.

48. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qi ymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təy in olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

49. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

50. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qə rara həm də bu prizmadan qiymət verilməlidir.

51. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən və ekspert rəyi ilə təsdiq edilən xəstəliklər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərin( bax yuxarı § 37) (M21.2, M24.5) mövcud olduğu görünür. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqın da iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən və istinad olunan normalar baxımından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2- 1(107)343/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar