Məhkəmə qərarları › İş №2-1(102)-2501/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2501/2019

18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2501/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” X1 Firmasının cavabdeh Sabunçu rayon Zabrat Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-1(102)-2501/19 Bakı şəhəri 18 sentyabr 2019-cu il 18.09.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı “xxxx” X2 Firmasının nümayəndəsi və vəkili Hacı Cəlalzadənin, üçüncü şəxs XXXun vəkili Şirvan Məmmədovun iştirakları ilə, iddiaçı “xxxx” X1 Firmasının direktoru XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2-1(103) -330/2019 saylı qərarından verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” X1 Firması (bundan sonra mətndə iddiaçı) cavabdeh Sabunçu rayon Zabrat Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə (bundan sonra mətndə üçüncü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 noyabr 2006-cı il tarixli, 125 saylı – Zabrat qəsəbəsi Babək küçəsi 53 saylı Binanın qərb hissəsində ictimai-iaşə obyektinin yerləşdiyi 900 kv.m torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi ilə bağlı qərarın və həmin qərar əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyun 2015-ci il tarixli, 2-1( 82)566/2015 saylı qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia müqavilənin etibarsızlığı hissədində və müçbahisələndirilən 30 noyabr 2006-cı il tarixli, 125 daylı qərarın “300 kv.m torpaq sahəsinin ayrılması” hissəsində mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyun 2015-ci il tarixli, 2-1(82)566/2015 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2-1(103)-330/2019 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verməklə onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 18 sentyabr 2019-cu il tarixdə baxılacağına dair məhkəmə bildirişi iddiaçı və vəkilinə göndərilmişdir. Bildirişdə iddiaçının nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılması, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin təqdim olunması iddiaçıya təklif edilmişdir. Lakin iddiaç ı təyin edilmiş vaxta qədər göstərilən nöqsanı aradan qaldırmamış, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutları və yaxud müddətin bərpasına dair ərizəsini təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları İclasda iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. İclasda iştirak edən üçüncü şəxsin vəkili kassaiya şikayətinin müddət ötürülməklə verilməsi əsası ilə mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir; - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi il ə verilir; - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərarının alındığı gündə n 30 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. Müddəaları tətbiq edərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, işin 132-ci səhifəsində olan sifarişli məktubun çatdırılmasına dair qəbzdən göründüyü kimi iddiaçıya apellyasiya məhkəməsinin qərarı 20 may 2019-cu il tarixdə təqdim edilmişdir. İşin 141-cı səhifəsində olan kassasiya şikayətinin göndərildiyi zərfin üzərindəki poçt ştampından göründüyü kimi, şikayət 20 iyun 2019-cu il tarixdə təqdim olmuşdur. İstinad edilmiş qanunvericiliyin müddəalarına əsaslanmaqla, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə bilməz, çünki şikayət müə yyən edilmiş 1 ay - 30 günlük prosessual müddət ötürülməklə verilmiş, müddətin ötürülmədiyinə dair hər hansı bir sübut təqdim olunmamış, həmçinin müddətin bərpası ilə bağlı əsaslandırılmış vəsatət təqdim olunmamışdır. Habelə, yuxarıda göstərilmiş 96.3-cü maddədə nəzərdə tutulmuş proses iştirakçılarının dinlənilmə hüququnu təmin edilməsi məqsədilə iddiaçıya müvafiq bildiriş göndərilmiş və təyin edilmiş müddətə qədər təsvir edilmiş nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən müddətlərə dair hər hansı müvafiq sübutlar və yaxud müddətin bərpasına dair ərizə təqdim edilməmişdir. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı isə iddiaçıya münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənl əri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 90, 91, 94, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: iddiaçı “xxxx” X1 Firmasının direktoru XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2-1(103)-330/2019 saylı qərarından verilmiş kassasiya şikayətimümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar