Məhkəmə qərarları › İş №2-1(102)-2501/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2501/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2501/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X13 və Rzayev Bəxtiyar Malik oğlu) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi nə (üçüncü şəxslər X13 və Rzayev Bəxtiyar Malik oğlu) qarşı “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 0.12 ha torpaq sahəsində olan 13/3756 nömrəli bağ sahəsinə dair X7 adına xx.xx.2015-cı il tarixdə ********** nömrəsi ilə aparılmış seriya RX 00739798 nömrəli çıxarışla təsdiqlənmiş qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(103)-2170/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində yaranmış “Günəş-3” bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli ümumi yığıncağının 2 saylı protokolundan çıxarışdan görünür ki, bağçılıq yoldaşlığın üzvü X14 11/12 saylı torpaq sahəsi ayrılmış və sonuncunun adına bağçılığın üzvlük kitabçası verilmişdir.

2. X16 Bakı şəhər X8 və İstismarı Birliyinə xx.xx.2005-ci i tarixli ərizə ünvanlayaraq 11/12 nömrəli bağın üzvlük kitabçasının müqavilə ilə əvəz olunmasını xahiş etmişdir. 3. xx/xx-3754/3755 saylı bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 36199 nömrəli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 23 nömrəli sərəncamına əsasən Əzizbəyov rayonu, Şüvəlan ərazisində xx/xx3754/3755 saylı 0.12 ha bağ sahəsi X12 istifadəsinə verilmişdir.

4. X16 xx.xx.2007-ci il tarixdə ərizə ilə X8 və İstismarı Birliyinə müraciət edərək, xx/xx-3754 /3755 saylı bağ sahəsinin iddiaçının adına keçirilməsinə razılıq vermişdir. 5. “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X8 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli, 01 nömrəli protokolundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli 233 nömrəli Sərəncamına əsasən, vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri başqa vətəndaşların adlarına sənədləşdirilmişdir -1.144. Şüvəlandakı xx/xx3754/3755 nömrəli bağ - İddiaçı.

6. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 75 nömrəli sərəncamı ilə “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X8 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli, 01 nömrəli protokolu təsdiq edilmişdir. 7. xx/xx-3754/3755 saylı bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 36199 nömrəli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 75 nömrəli sərəncamına əsasən Əzizbəyov rayonu, Şüvəlan ərazisində 0.12 ha torpaq sahəsi olan 3754/3755 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir.

8. Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində yaranmış “Günəş-3” bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli ümumi yığıncağının 2 saylı protokolundan çıxarışdan görünür ki, bağçılıq yoldaşlığın üzvü X9 13 saylı torpaq sahəsi ayrılmış v ə sonuncunun adına bağçılığın üzvlük kitabçası verilmişdir.

9. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha sahəsi olan 13/3756 saylı bağ sahəsinə X7 mülkiyyət hüququ ********** nömrə ilə xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adına RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanmışdır.

10. X13 mülkiyyətində olan həmin bağ sahəsini Rzayev Bəxtiyar Malik oğluna satmış və tərəflər arasında AZ-İ ******* nömrəli, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Rzayev Bəxtiyar Malik oğlunun həmin bağ sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. İddiaçı, X9 ayrılmış bağ sahəsinin ona ay rılmış bağ sahəsi ilə üst-üstə düşməsinə istinad edərək, X7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2018-ci il tarixli məktubla (bildiriş) imtina edərək bildirmişdir ki, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Bundan əlavə, elektron baza məlumatlarına əsasən göstərilən sahə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 0.12 ha torpaq sahəsində olan 13/3756 nömrəli bağ s ahəsinə dair X7 adına xx.xx.2015-cı il tarixdə ********** nömrəsi ilə aparılmış seriya RX 00739798 nömrəli çıxarışla təsdiqlənmiş qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İK-nin 1/145 nömrəli xx.xx.1990-cı ıl tarixli qərarına əsasən Əzizbəyov (hazırda - Xəzər) rayonu, Şüvəlan qəsəbəsi, “Şimal” DRES-ın cənub-şərq ərazisindən Kosmik Tədqiqatlar EİB-ın (hazırda Azərbaycan Milli Aerokosmik Agentliyinin) nəzdində yaradılmış Bağçılıq yoldaşlığına (Günəş-3 Bağçılıq yoldaşlığına) torpaq sahəsi ayrılmışdır. Həmin qərarın icrası ilə əlaqədar Memarlıq-planlaşdırma idarəsi tərəfindən xx.xx.1991-ci il tarixdə ərazinin memarlıq-planlaşdırma sənədi təs diq edilmiş, ayrılmış ümumi sahə 4.68 ha olmaqla, sahənin sərhədləri, istinad nöqtələri müəyyən edilmişdir. Bundan sonra “Günəş-3" Bağçılıq yoldaşlığının üzvlərinə ayrılmış torpaq sahələrinə dair üzvlük kitabçaları verilmişdir. 90-cı illərdə “Günəş-3" Bağçılıq yoldaşlığının bəzi üzvləri, xüsusilə digər millətlərdən olan üzvləri işdən çıxaraq ölkəni tərk etdiyindən, sahədən təyinatı üzrə istifadə etmədiyinə görə xx.xx.1999-cu il tarixdə "Günəş-3" Bağçılıq yoldaşlığının ümumi yığıncağı keçirilmiş, ümumi yığıncağın qərarına əsasən AMAKA-nin baş direktorunun birinci müavini Tofiq Süleymanov tərəfindən “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi tərtib və təsdiq edilmişdir. “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi əsasında sahə naturada ayrılaraq üzvlərə təhvil verilm işdir. O cümlədən, AMAKA-nın elmi işçisi, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan X16 AMAKA-nın Bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1999-cu il tarixli 2 saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilərək ona üzvlük kitabçası verilmiş və 11/12 nömrəli bağ sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir. Həmin vaxt sahə naturada ayrılaraq üzvlərə təhvil verilərkən bütün bağ sahələri 5 daş hündürlüyündə hasarlanmışdır. X16 xx.xx.2005-ci il tarixli 8622 qeydiyyat nömrəli ərizə ilə X8 və İstismarı Birliyinə müraciət edərək, Şuvəlan qəsəbəsi ərazisindəki AMAKA tərəfindən verilmiş 11/12 nömrəli bağ sahəsinin üzvlük kitabçasının müqavilə ilə əvəz olunmasını xahiş etmişdir. xx.xx.2005-ci il tarixli 8622 qeydiyyat nömrəli həmin ərizənin üzərindəki qeydlərdən göründüyü kimi, ərizə verilə n tarixdə, yəni xx.xx.2005-ci il tarixdə xx/xx-3754/3755 nömrəli bağ sahəsi Dürdanə Əliyevanın istifadəsində olmuş və bağ sahəsinin hasarı mövcud olmuş, X8 və İstismarı Birliyinə müəyyən olunmuş ödəniş edilmişdir və bağ sahəsi dördüncü sırada yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki 0.12 ha torpaq sahəsində yerləşən 11/12 nömrəli bağ sahəsi də eyni qaydada X8 və İstismarı Birliyi ilə bağlanmış 36199 saylı xx.xx.2005-cı il tarixli xx/xx-3754/3755 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən 10 il müddətinə X12 istifadəsinə verilmişdir. X16 1 saylı DNK-da xx.xx.2007-ci il tarixli, reyestrdə 7k08/783 nömrə ilə ərizə ilə müraciət edərək, Şüvəlan qəsəbəsi ərazisindəki 0.12 ha sahəsi olan xx/xx-3754/3755 nömrəli bağ sahəsinin onun (İddiaçı) adına keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra, həmin bağ sahəsinə dair X8 və İstismarı Birliyi ilə bağlanmış 36199 saylı xx.xx.2007-ci ıl tarixli xx/xx-3754/3755 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən, həmin bağ sahəsi 10 il müddətinə onun istifadəsinə verilmişdir. Həmin sahə 2007-ci ildə ona ayrılandan sonra Dürdanə Əliyeva tərəfindən əvvəllər inşa edilmiş 5 daş hasara onun tərəfindən əlavə 5 daş hörülmüş, lakın sonradan maddi imkanı olmadığına görə ev tikə bilməmiş, bununla belə, mütəmadi olaraq bağ sahəsinə baş çəkmişdir. 2018-ci ilin əvvəllərində onun maddi imkanı nisbətən düzəldiyindən həmin sahəyə dair yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində ilkin dövlət qeydiyyatına alınması (mülkiyyət sənədi verilməsi) ilə bağlı DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İ darəsinə müraciət etmişdir. Həmin müraciətə İdarənin xx.xx.2018-ci il tarixli imtina məktubu ilə cavab verilərək, həmin sahəyə dair başqa şəxsin adına qeydiyyat aparıldığı bildirilmişdir. Bundan dərhal sonra məhkəməyə müvafiq iddialar ilə müraciət edilmiş, işə Nəsimi rayon Məhkəməsində baxılarkən X13 bildirmişdir ki, o, mübahisəli bağ sahəsini tanımır və görməmişdir, həmin bağ sahəsində heç vaxt olmamışdır, həmin bağ sahəsində heç bir inşaat işləri aparmamışdır, həmin bağ sahəsinin onun adına sənədləşdirilməsindən xəbəri olmamışdır. Həmin bağ sahəsinə dair onun tərəfindən tanımadığı bır şəxsə etibarnamə verilmiş, bundan sonra həmin şəxsin onun adından hansı hərəkətlər etməsindən heç bir məlumatı olmamışdır, həmin bağ sahəsinin alqı-satqısından ona heç bir vəsait verilməmişdir. Ondan və Dür danə Əliyevadan fərqli olaraq Natəvan Məmmədova ilə sözügedən bağ sahəsinə dair X8 və İstismarı Birliyi arasında heç bir müqavilə bağlanmamışdır. “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində X7 adına bağ torpaq sahəsi, ümumiyyətlə, mövcud olmamışdır. Hətta əgər olmuşsa belə, həmin bağ torpaq sahəsi ona (eləcə də, Dürdanə Əliyevaya) məxsus olan bağ torpaq sahəsindən kənarda yerləşmiş və fərqli bağ sahələridir, lakin tamamilə qanunsuz olaraq ona (əvvəllər Dürdanə Əliyevaya) məxsus olan bağ torpaq sahəsinin yerləşdiyi ərazi Natəvan Məmmədovanın adına sənədləşdirilmişdir. X3 xx.xx.2019-cu il tarixli, 33 saylı ekspert rəyindən müəyyən edilir ki, tədqiq olunan ona məxsus 0.12 ha torpaq sahəsi bütövlükdə Natəvan Məmmədovaya məxsus bağ sahəsi ilə üst-üstə düşür. Həm in sahəyə DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə baxış keçirilən zaman, həqiqətən onun tərəfindən inşa edilmiş hasarın naməlum şəxs tərəfindən sökülərək, yeni hasar inşa olunduğu müəyyən edilmişdir. Halbuki, məhkəməyə təqdim edilən sənədlərlə müəyyən edilir ki, Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində həmin sahə tam qanuni əsaslarla onun istifadəsində olmuş, Natəvan Məmmədovanın adına isə bağ sahəsi olmamışdır. Sonradan o da müəyyən edilmişdir ki, həmin bağ torpaq sahəsi X7 adına 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə qeydiyyata alındıqdan cəmi 23 gün sonra sonuncu tərəfindən Bakı, Gəncə pr. ev 105 mənzil 42-də qeydiyyatda olan X10 Bakı şəhəri 7 saylı Notariat Kontorunda xx.xx.2015-cı il tarixdə verilmiş et ibarnamə əsasında həmin şəxs tərəfindən xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Rzayev Bəxtiyar Malik oğluna satılmış, həmin alqı-satqı müqaviləsi Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında Rzayev Bəxtiyar Malik oğluna RX seriyalı ******* saylı 27 10 2015- ci il tarixli çıxarış verilmişdir. Beləliklə, İddiaçı qanuni istifadəsində olan həmin sahəni başqa şəxslərə vermiş vəzifəli şəxslər, vəzifələrindən sui-istifadə edərək, onun mülkünün özgəninkiləşdirilməsinə nail olmuşlar.

15. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.

16. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2-1(112)-8056/2022 nömrəli qə rardadı ilə X13 və Rzayev Bəxtiyar Malik oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

17. Rzayev Bəxtiyar Malik oğlu iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/3756 saylı bağ sahəsi RX seriyalı, ******* nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X7 mülkiyyətinə verilmiş, torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Həmin bağ sahəsini ******* nömrəli, 22 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almış və onun adına qeyd olunan bağ sahəsinə dair RX seriyalı, ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarış verilmiş, torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Həmin tarixdən hazıradək mülkiyyətində olan bağ sahəsinin hər tərəfini 4 metr hündürlüyündə mişar daşı ilə hasara alaraq istifadə edir. Mülkiyyətində olan bağ sahəsində 2015-ci ildə çoxlu sayda ağaclar əkmiş, şəxsi vəsaiti hesabına su quyusu qazdırmış və elektrik enerjisi çəkdirərək işıq sayğacı quraşdırmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən xx/xx-3754/3755 nömrəli bağ sahəsi 02 mart 2007-ci il tarixdə iddiaçının istifadəsinə verilmişdir. Lakin onun mülkiyyətində olan bağ sahəsinin nömrəsi 13 nömrəli bağ sahəsidir. Onun bağ sahəsinin iddiaçının bağ sahəsi ilə üst-üstə düşməsi qeyri mümkündür. Bundan başqa, iş materiallarına əlavə olunmuş müqavilədən görünür ki, X8 və İstismarı Birliyi ilə İddiaçı arasında Şüvəlan ərazisində yerləşən xx/xx-3754/3755 nömrəli bağın istifadəsinə verilməsinə dair 02 mart 2007-ci il t arixli, 36199 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndində qeyd edilir ki, bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanır. İstifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqaviləsi yeni müddətə artırılır. Həmin müqavilənin 6-cı bəndində istifadəçi bağdan təyinatı üzrə istifadə etməyi, istifadəyə götürdüyü bağ sahəsində hər il öz xərci və vəsaiti hesabına aqrotexniki becərmə işləri görməyi və bağ sahəsini təmiz saxlamağı öhdəsinə götürmüşdür. İddiaçıya 12 saylı bağ sahəsi ayrıc aktına əsasən ayrılıb verilməmişdir. Vətəndaşa bağ sahəsi ayrılarkən ayrıc aktı tərtib edilir və həmin bağ sahəsi vətəndaşın istifadəsinə verilir. İddiaçının istifadəsinə verilmiş bağ sahəsi ilə onun mülkiyyətində olan bağ sahəsi üst-üstə düşsəydi belə, iddiaçı 2007-ci il dən hal-hazıradək nəyə görə həmin bağ sahəsini mübahisələndirməmişdir. İddiaçı qanunvericiliyin tələbinə görə ümumi iddia müddəti olan 10 illik iddia müddətini də keçirmişdir. Bundan əlavə, iddiaçı Kosmik Tədqiqatlar EİB-nin nəzdində yaradılmış “Günəş-3” Bağçılıq yoldaşlığında heç vaxt işləməmiş və bağçılığın üzvü olmamışdır. Həmin 12 saylı bağ sahəsi X8 və İstismarı Birliyi tərəfindən əsassız olaraq İddiaçı istifadəsinə verilsə də, sonuncu həmin bağ sahəsinin icarə müqaviləsində göstərilən öhdəlikləri yerinə yetirməmiş və heç vaxt həmin bağ sahəsindən istifadə etməmişdir. Bununla da iddiaçının 12 saylı bağ sahəsində istifadə hüquqları saxlanılmamışdır. Ümumiyyətlə, iddiaçının hal-hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı hazırkı iddia ərizəsində qeyd etmişdir ki, xx/ xx-3754/3755 saylı bağ sahəsi Dürdanə Əliyeva tərəfindən 5 daş daha sonra isə özü tərəfindən əlavə olaraq 5 daş hasara alınmışdır. İddiaçının iddia ərizəsində göstərdikləri tamamilə əsassızdır. Halbuki, İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən bağ sahəsinin hasara alınmasını qeyd etməmişdir. X13 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli iclasında izahat verərək göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/3756 saylı bağ sahəsi mülkiyyətində olmuşdur və alqı-satqı müqaviləsi əsasında həmin bağ sahəsini ona (Rzayev Bəxtiyar Malik oğluna) satmışdır. X7 izahatı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin məhkəmə iclas protokolunda və məhkəmənin qətnaməsində öz əksini tapmışdır. İş materiallarında olan Bakı şəhər İcra H akimiyyətinin 02 iyun 2022-ci il tarixli, 7-2589/17 nömrəli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sənədləri arasında X12 adına xx.xx.2005-ci il tarixli, 23 nömrəli sərəncam mövcud deyildir. Eyni zamanda, iddiaçı iddia ərizəsində qeyd edir ki, Kosmik Tədqiqatlar EİB-nin nəzdində yaradılmış “Günəş-3” Bağçılıq Yoldaşlığı tərəfindən X14 ayrılmış torpaq sahəsindən D.Əliyeva imtina etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, X14 ayrılmış bağ sahəsindən imtina etməsi barədə Kosmik Tədqiqatlar EİB-nin nəzdində yaradılmış “Günəş-3” Bağçılıq Yoldaşlığı tərəfindən iclas keçirilməli, həmin bağ sahəsindən imtina olunması barədə protokol tərtib olunaraq qərar qəbul edilməli idi. Həmin bağ sahəsi Kosmik Tədqiqatlar EİB-nin nəzdində yaradılmış “Günəş-3” Bağçılıq Yoldaşlığ ında işləyən növbədə olan digər işçilərə təklif olunmalı idi, əgər həmin şəxslər də bağ sahəsindən imtina etsəydilər, onda həmin bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyinə qaytarılmalıydı. X8 və İstismarı Birliyi ilə İddiaçı arasında Şüvəlan ərazisində yerləşən xx/xx-3754/3755 saylı bağın istifadəsinə verilməsinə dair 02 mart 2007-ci il tarixli, 36199 nömrəli müqavilə bağlansa da, həmin müqaviləyə bağ sahəsinə dair heç bir ölçü və plan-sxemi əlavə edilməmişdir. Məhkəmə qərarlarından göründüyü kimi, iddiaçının 2018-ci il tarixdə mübahisələndirdiyi (13 saylı) bağ sahəsinin onun mülkiyyətində olması barədə məlumatı olmuşdur. Həmçinin, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/3756 saylı bağ sahəsini X5 ******* nömrəli, 22 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında vicdanlı alıcı olaraq almışdır.

18. İşin məhkəmə araşdırması zamanı sorğuya cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Günəş-3” bağçılıq yoldaşlıq birliyinə dair sxematik xəritə (bölgü sxemi) arxiv qovluğunda aşkar edilməmişdir.

19. Eyni zamanda, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 10/4603 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından, qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazi **********51 reyestr nömrəsi ilə qeydiyyata alınıb (Rzayev Bəxtiyar Malik oğlunun mülkiyyətindədir). Qeyd olunduğu kimi, ərazidə hasarlama i şləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, iddia olunan torpaq sahəsi 1230.0 kv.m təşkil edir. Ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından, qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən, ərazi **********51 reyestr nömrəsi ilə qeydiyyata alınıb (Rzayev Bəxtiyar Malik oğlunun mülkiyyətindədir).

20. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 01 dekabr 2023-cü il tarixli 21(112)-1040/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

21. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə müəyyən olunduğu kimi, ərazidə hasarlama işləri plan üzrə aparılmadığından Natəvan Məmmədovanın adına qeydə alınmış bağ sahəsinin iddiaçıya ayrılmış 11/12 saylı bağ sahəsinin yerinə uyğun gəlməsini müəyyən etmək mümkün olmamışdır. Həm “Günəş-3” bağçılıq yoldaşlıq birliyinə dair sxematik xəritə (bölgü sxemi) arxiv qovluğunda olmadığından, həm də ərazidə hasarlama işləri plan üzrə aparılmadığından nə 11/12 saylı, nə də 13 saylı bağ sahəsinin naturada ilkin yerləşmə yerinin müəyyən edilməsi mümkündür. Bu isə o nəticəyə gətirib çıxarır ki, Natəvan Məmmədovanın adına qeydə alınmış 13 saylı bağ sahəsinin Dürdanə Əliyeva, daha sonra isə iddiaçıya ayrılmış 11/12 saylı bağ sahəsinin yerinə uyğun gəlməsi sübuta yetirilmir. İddia ərizəsindən görünür ki, iddiaçı bu halı təsdiq edən sübut kimi AMAKA-nın Baş direktorunun 1-ci müavini tərəfind ən imza və möhürlə təsdiq edilmiş “Günəş-3” bağçılıq yoldaşlığın bölgü sxeminə istinad edir. Məhkəmə qeyd etmişdir ki, birincisi, həmin sənəd kserosurət olmaqla əsli nə “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin arxivlərinin balanssaxlayıcısı olan cavabdehdə, nə də Milli Aerokosmik Agentliyində mövcuddur. Buna görə də həmin bölgü sxem mötəbər hesab edilə bilməz. İkincisi, məhkəmə tərəfindən “Günəş-3” bağçılıq yoldaşlıq tərəfindən ayrı-ayrı şəxslərə verilmiş bağ sahələrinin qeydiyyata alınması zamanı həmin bağ sahələri nə dair verilmiş bölgü sxemlərinin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilmiş, sorğuya cavab olaraq təqdim edilmiş bölgü sxemləri tədqiq edildikdə onların bir-birindən fərqləndiyi müəyyən edilmişdir. Məsələn, Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində yaranmış “Günəş-3” bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli ümumi yığıncağının 2 saylı protokolu və bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 39481 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3/3746 saylı bağ sahəsi X2 adına xx.xx.2011-ci il tarixdə qeydə alınmış, həmin qeydiyyat aparılarkən 3 saylı bağ sahəsinə dair verilmiş bölgü sxemi iddiaçının hazırda təqdim etdiyi və mötəbər kimi qəbul etdiyi bölgü sxemlə eynilik təşkil etmişdir. Lakin daha əvvəl, xx.xx.2008-ci ildə 36 saylı bağ sahəsinə dair X6 hüququ qeydə alınarkən həmin bağ sahəsinə dair təqdim edilmiş bölgü sxemi fərqli olmuş, orada 11/12 nömrəli bağ sahəsi əks olunmamış, 11 və 12 saylı bağ sahələri olmaqla, yerləşmə yeri iddiaçının təqdim etdiyi bölgü sxemindən fərqli olmuşdur. Həmçinin, xx.xx.2009-cu il tarixdə 57 saylı bağ sahəsinə dair X1, xx.xx.2010-cu ildə 61 saylı bağ sahəsinə dair X11 hüququ qeydə alınarkən həmin bağ sahələrinə dair təqdim edilmiş bölgü sxemi üçüncü şəxs Natəvan Məmmədovanın 13 saylı bağ sahəsinə dair hüququnun qeydə alınması zamanı təqdim etdiyi və ona məxsus bağın yerləşmə yerini göstərən bölgü sxemi ilə eyni olmuşdur. Belə olan halda aydındır ki, N.Məmmədovanın deyil, iddiaçının təqdim etdiyi bölgü sxeminin mötəbər olduğunu demək üçün hər hansı bir əsas mövcud deyil. İddi açı N.Məmmədovanın adına qeydə alınmış 13 saylı bağ sahəsinin yerləşmə yerinin ona ayrılmış 11/12 (3754/3755 saylı) saylı bağ sahəsinin yerləşmə yerinə uyğun gəlməsini sübuta yetirə bilmədiyindən məhkəmə hesab etmişdir ki, cavabdehin üçüncü şəxslər barəsində apardığı qeydin iddiaçının hüquqlarını pozması müəyyən edilmir.

22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, S.R.Səlimova və M.N.Tağızadə) 30 may 2024-cü il tarixli, 21(103)-2170/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qəra rı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

26. İddiaçı kassasiya şikayətində iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Üçüncü şəxs Rzayev Bəxtiyar Malik oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respubl ikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.

4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şik ayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq nor malarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin bütün dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərin i təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Bununla belə iddianın hüquqi əsasına və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində yaranmış “Günəş-3” bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli ümumi yığıncağının qərarı ilə həm X14, həm də X9 müvafiq bağ sahəsinin ayrılması işin mübahisələndirilməyən halı olmaqla iş materialları ilə öz təsdiqini tapır.

35. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, idd iaçı, ilkin olaraq X14 ayrılmış, daha sonra onun adına sənədləşdirilmiş 11/12 nömrəli bağ sahəsinin X9 ayrılmış 13 saylı bağ sahəsi ilə üst-üstə düşməsinə istinad etməklə, sonuncunun adına aparılmış dövlət qeydiyyatının ləğvini tələb edir.

36. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən baxışı zamanı iddiaçının iddia etdiyi bağ sahəsinin yerinin müəyyənləşdirilməsi istiqamətində bütün mümkün araşdırmalar aparılmış, lakin həmin bağ sahəsinin yeri müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçı iddia etdiyi bağ sahəsinin məhz üçüncü şəxsin mülkiyyətində olan bağ sahəsi ilə üst-üstə düşməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, işin məhkəmə araşdırması zamanı üçüncü şəxsin ona ayrılmış bağ sahəsinə dair mülki yyət hüququnun dövlət qeydiyyatının qanunvericiliyin tələblərinə uyğun aparılması öz təsdiqini tapmışdır.

37. Sonda məhkəmə kollegiyası iddiaçının sübut kimi istinad etdiyi bölgü sxeminə münasibətdə onu qeyd edir ki, “Günəş-3” bağçılıq yoldaşlıq tərəfindən ayrı-ayrı şəxslərə verilmiş bağ sahələrinin qeydiyyata alınması zamanı həmin bağ sahələrinə dair verilmiş bölgü sxemlərinin bir-birindən fərqləndiyi müəyyən edilir. Belə olan halda isə iddiaçının istinad etdiyi bölgü sxemi üçüncü şəxsin bağ sahəsinə dair mülkiyyət hüququ ilə bağlı aparılmış dövlət qeydiyyatının ləğvi üçün əsas ola bilməz.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təkrarlanan kassasiya dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhk əmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(103)-2170/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar