Məhkəmə qərarları › İş №2-1(102)-2502/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2502/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2502/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2502/19 Bakı şəhəri 13 noyabr 2019-cu il Açar sözlər: pensiya təminatı hüququ, yaşa görə əmək pensiyası, iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfində n Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 aprel 2019-cu il tarixli, 2-1(103)-397/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 26 fevral 1970-ci il tarixdən 01 iyul 1970-ci il tarixədək fəhlə vəzifəsində, 16 aprel 1975-ci il tarixdən 16 sentyabr 1982-ci il tarixədək fəhlə vəzifəsində, 01 iyun 1972-ci il tarixdən 01 may 1974-cü il tarixədək hərbi xidmətdə olduğu dövrü, 24 noyarb 1986-cı il tarixdən 23 noyabr 1987-ci il tarixədək avtonəqliyyat sahəsində sürücü vəzifəsində, 09 yanvar 1989-cu il tarixdən 14 fevral 1992-ci il tarixədək sürücü vəzifəsində, 15 iyul 1993cü il tarixdən 29 dekabr 1996-cı il tarixədək gözətçi vəzifəsində, 19 sentyabr 1995-ci il tarixdən 01 iyul 1997-ci il tarixədək gözətçi vəzifəsində, 07 iyul 1997-ci il tarixdən 05 aprel 2000-ci il tarixədək fəhlə vəzifəsində, 11 sentyabr 2002-ci il tarixdən 16 yanvar 2007-ci il tarixədək gözətçi vəzifəsində, 01 may 2000-ci il tarixdən 28 avqust 2002-ci il tarixədək sürücü vəzifəsində, 05 mart 2014-cü il tarixdən 25 iyul 2017-ci il tarixədək yeməkxanada, 01 avqust 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək yeməkxanada işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 26 fevral 1970-ci il tarixindən 01 yanvar 2018-ci il tarixədək müxtəlif sahələrdə müxtəlif peşələrdə işləmiş və həmin illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin edilməsini xahuş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən, iddiaçının təqdim etdiyi arayışlar əsasında ona əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli, 2-1(82)2816/2018 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının qanunvericiliklə tələb olunan 12 il sosial sığorta stajının toplaması işdə olan arxiv arayışları ilə öz təsdiqini tapdığından həmin məsələnin hüquqi fakt kimi məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmamışdır. Cavabdeh iddiaçının işlədiyi illər barədə araşdırma aparmadan və həmin illəri nəzərə almaqla ona əmək pensiyasının təyin olunmasından imtina etməklə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 aprel 2019-cu il tarixli, 2-1(103)-397/2019 saylı qərarı ilə (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının sosial sığorta stajına daxil olunmasını tələb etdiyi dövlərlərdə uyğunsuzluq olmuş, habelə təqdim olunmuş arxiv arayışlarında ziddiyyətlər aşkar edilmişdir. İddiaçı həmin uyğunsuzluqları iki əmək kitabçasına malik olması ilə izah etsə də, əmək kitabçalarını itirdiyini qeyd etmiş, lakin iki əmək kitabçasına malik olmasına dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pen siyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 7-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində iddia tələbinin əsaslandığı halları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, onun əmək kitabçasının olduğu Abşeron sanatoriyasının gözətçi otağı yandığından əmək kitabçası məhv olmuş və onu bərpa etmək mümkün olmamışdır. Lakin, iddiaçı işlədiyi müəssisələrdən rəsmi sənəd olan müvafiq arayışları almışdır ki, birinci instansiya məhkəməsi həmin arayışlar əsasında onun iddiasını təmin etmişdir. Apel lyasiya məhkəməsi isə həmin arayışları nəzərə almayaraq iddiaçını uzun müddət işlədiyi illərə görə əmək pensiyası almaq hüququndan məhrum etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 16, 38, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 3, 21.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutla r Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx xxxx 1953-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin iddiaçıya ünvanladığı 23 may 2018-ci il tarixli, **********9 saylı cavab məktubunda “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçü n iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və bu səbəbdən də İddiaçı təqdim etdiyi arayışlar əsasında ona yaşa görə əmək pensiyası təyin edilməsinin qanunvericiliklə mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 19 fevral 2018-ci il tarixli, 17/40-826 nömrəli arayışa əsasən, həqiqətən məhkum İddiaçı 3 saylı İstintaq təcridxanasında 05 mart 2014-cü il tarixindən 23 saylı əmrə əsasən, təsərrüfat briqadasında yeməkxanda işləmiş, 25 iyul 2017-ci il tarixli 115 saylı əmrlə işdən azad edilmiş, 26 iyul 2017-ci il tarixində 17 saylı Cəzaçəkmə müəssisəsinə etap olunmuş, təcridxanada işlədiyi müddətdə hesablanmış əmək haqqısı ümumilikdə 2839 manat 50 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş, 14 fevral 2018-ci il tarixli, 17/32-455 saylı arayışa əsasən, məhkum İddiaçı 17 saylı cəzaçəkmə müəssisəsində 01 avqust 2017-ci ildə 8 nömrəli əmrlə təsərrüfat briqadasında yeməkxanada işləmiş, 01 yanvar 2018-ci ildə 1 nömrəli əmrlə işdən azad edilmiş, müəssisədə işlədiyi 5 ay ərzində hər ay 56 manat 26 qəpik əmək haqqı (ümumilikdə 281 manat 30 qəpik) almışdır. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş, 30 yanvar 2018-ci il tarixli, KŞ seriyalı, 68 nömrəli arayışa əsasən, iddiaçı XXX Birliyində 01.05.2000-ci il tarixdən (Əmr 29 №-li 01.05.2000-ci il) 02 sentyabr 2002-ci il tarixədək (Əmr 58 №-li 28.08.2002-ci il) sürücü i şləmişdir. Azərittifaqın “xxxx” Müəssisəsi tərəfindən verilmiş, 26 aprel 2012-ci il tarixli, 12 saylı arayışa əsasən, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı 07 iyul 1997-ci ildə fəhlə vəzifəsinə işə qəbul edilmiş, 05 aprel 2000-ci il tarixdə işdən azad edilmiş, 11 sentyabr 2002-ci il tarixdə inzibati binada gözətçi işinə qəbul edilmiş, 16 yanvar 2007-ci il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsi 4 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş 10 fevral 2018-ci il tarixli, 02 nömrəli arayışa əsasən İddiaçı 19 sentyabr 1995-ci il tarixdən 01 iyul 1997-ci ilə qədər Bakı şəhər 4 nömrəli uşaq İncəsənət məktəbində gözətçi vəzifəsində çalışmışdır. Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən verilmiş 08 fe vral 2018-ci il tarixli, 15/30 nömrəli arayışa əsasən İddiaçı 15 iyul 1993-cü ildən 29 dekabr 1996-cı ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən XXX Yaradıcılıq Evində gözətçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası “xxxx” ASC tərəfindən verilmiş 29 yanvar 2018-ci il tarixli, 03 nömrəli arayışa əsasən İddiaçı 2702 saylı Avtomobil Dəstəsinə 09 yanvar 1989-cu ildə 01 №-li əmrə əsasən sürücü vəzifəsi işinə qəbul olunub. 14 fevral 1992-ci ildə 20 №-li əmrə əsasən işdən azad olunub. “xxxx” ASC tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli, 01/31 nömrəli arxiv arayışına əsasən İddiaçı 24 noyabr 1986-cı ildən 23 noyabr 1987-ci ilə qədər avtonəqliyyat sahəsində sürücü işləmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmə tinin Bakı şəhər Xəzər Rayon İdarəsi tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli, 21 nömrəli arayışa əsasən İddiaçı 01 iyun 1972-ci ildən 01 may 1974-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Bakı Kondisionerlər zavodunda (hazırkı “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC) tərəfindən verilmiş 12 fevral 2018-ci il tarixli, 150/04 saylı arxiv arayışına əsasən İddiaçı 26 fevral 1970-ci ildə fəhlə vəzifəsinə işə qəbul edilmiş, 01 iyul 1970-ci ildən azad edilmişdir. 16 aprel 1975-ci ildə 161 nömrəli əmrlə işə qəbul edilmiş, 16 sentyabr 1982-ci ildə işdən azad edilmişdir. 13 fevral 2019-cu il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 4 nömrəli Uşaq İncəsənət Məktəbinə sorğu ünvanlanaraq, iş ma teriallarında olan 10 fevral 2018-ci il tarixli, 12 nömrəli arayışın surətinə əsasən, iddiaçının həqiqətən 19 sentyabr 1995-ci ildən, 01 iyul 1997-ci ilədək Bakı şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbində gözətçi vəzifəsində işləməsi ilə bağlı əmrlərin təsdiq olunmuş surətlərinin və ümumiyyətlə, İddiaçı işləyib-işləməməsinə dair məlumatları, işin obyektiv həlli üçün əhəmiyyətli olan və sorğuda əks olunmayan məlumatların məhkəməyə təqdim olunması xahiş edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqına ünvanlanmış sorğuda iş materiallarında olan 08 fevral 2018-ci il tarixli, 15/30 nömrəli arayışın surətinə əsasən, iddiaçının həqiqətən 15 iyul 1993-cü ildən, 29 dekabr 1996-cı ilədək Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən XXX Yaradıcılıq Evi ndə gözətçi vəzifəsində işləməsi ilə bağlı əmrlərin təsdiq olunmuş surətlərinin və ümumiyyətlə, İddiaçı işləyib-işləməməsinə dair məlumatları, işin obyektiv həlli üçün əhəmiyyətli olan və sorğuda əks olunmayan məlumatların məhkəməyə təqdim olunması xahiş edilmişdir. 28 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası Bəstəkarlar İttifaqı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış, 5/38 saylı, 28 mart 2019-cu il tarixli cavab məktubu ilə iddiaçının Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən XXX yaradıcılıq evində gözətçi vəzifəsinə daxil olması (15.07.1993-cü il tarixli, Əmr № 42 A) və azad edilməsi (29.12.1996-cı il tarixli, Əmr № 46) barədə əmrlərin surətləri məhkəməyə təqdim edilmişdir. 15 mart 2019-cu il tarixdə Məhkəməyə ünvanlanmış 4 nömrəli Uş aq İncəsənət Məktəbi üzrə Əmrdən Çıxarışa əsasən, İddiaçı- 4 nömrəli uşaq incəsənət məktəbinin 19 sentyabr 1995-ci il tarixli 23 nömrəli əmrin 2-ci bəndinə əsasən şəxsi ərizəsi ilə gözətçi vəzifəsinə işə qəbul edilmiş, 01 iyun 1997-ci il tarixli 12 nömrəli əmri əsas tutularaq, 01 iyun 1997-ci il tarixindən 01 iyul 1997-ci il tarixinə kimi növbəti məzuniyyət verilmiş və 01 iyul 1997-ci il tarixindən öz ərizəsi ilə işdən azad edilmişdir. Məhkəməyə təqdim edilmiş, 4 nömrəli Uşaq İncəsənət Məktəbi üzrə Əmrdən Çıxarışa əsasən, İddiaçı- 4 nömrəli uşaq incəsənət məktəbinin 19 sentyabr 1995-ci il tarixli 23 nömrəli əmrin 2-ci bəndinə əsasən şəxsi ərizəsi ilə gözətçi vəzifəsinə işə qəbul edildiyi və 01 iyul 1997-ci il tarixindən öz ərizəsi ilə işdən azad edildiyi qeyd edilmişdir. Azərbaycan Respubl ikası Bəstəkarlar İttifaqı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış, 5/38 saylı, 28 mart 2019-cu il tarixli cavab məktubuna əlavə edilmiş ilə 15 iyul 1993-cü il tarixli, Əmr № 42 A ilə iddiaçının Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən XXX yaradıcılıq evində gözətçi vəzifəsinə daxil olması və 29 dekabr 1996-cı il tarixli, Əmr № 46 ilə isə işdən azad edilməsi qeyd edilmişdir. “xxxx Elmi-İstehsalat Müəssisəsi” MMC tərəfindən iddiaçıya verilmiş, 12 fevral 2018-ci il tarixli, 150/04 nömrəli arxiv arayışında İddiaçı 26 fevral 1970-ci il tarixində Bakı Kondisionerlər zavoduna (hazırkı “xxxx Elmi-istehsalat Müəssisəsi” MMC) həyətyanı təsərrüfat 2-ci dərəcəli fəhlə peşəsinə işə qəbul edildiyi (04.03.1970-ci il tarixli 42 nömrəli əmr), 01 iyul 1970-ci ildən öz xahişi ilə işdən azad olunduğu (12.01.1970-ci il tarixli 6 nömrəli əmr) qeyd edilmişdir. Arayışda iddiaçının işə qəbul edilmə əmrinin tarixi 26 fevral 1970-ci il göstərilsə də, işdən azad olunması barədə əmrinin tarixi 12 yanvar 1970-ci il kimi qeyd edilmişdir. İşə qəbul əmri, işdən azad edilmə əmrindən daha sonrakı tarixə aiddir. Cavabdeh tərəfindən təqdim edilmiş “Pensiya təyinatı alt sistemi məlumatına” əsasən, İddiaçı 2019-cu ilin yanvar ayından etibarən elektron qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normlar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verilib-verilmədiyinin apellyasiya məhkəməsi tərəfindən müzakirə olunmadığı və tərəflər arasında mübahisələndirilmədiyi müəyyən edilmiş, lakin iddianın mümkünlüyünün yoxlanılması xidməti vəzifəsinə görə bütün məhkəmə instansiyalarına aid olduğundan, məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inz ibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələbləri onu ehtiva edir ki, inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddia tələbin də iddiaçı sosial sığorta stajının müəyyən edilməsini və yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Lakin iddia tələbində iddiaçı yaşa görə əmək pensiyasının hansı vaxtdan təyin edilməli olduğu bildirməmiş və bununla bağlı aşağı instansiya məhkəmələri tərəfindən iddiaçıya hüquqi yardım göstərilməmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi “Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri”ni müəyyən etmiş, lakin həmin Qanununa 10 mart 2017-ci il tarixli qanunla edilmiş dəyişikliklərə əsasən həmin maddədə nəzərdə tutulmuş şərtlər 01 iyul 2017-ci il tarixindən sonra dəyişmişdir. 01 iyul 2017-ci il tarixinə qədər olan redaksiyalı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanu nunun 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Maddələrin iddiaçının tələbinə tətbiqinə görə, iddiaçının 01 iyul 2017-ci il tarixinə qədər 63 yaşı olmalı və o, 12 il sığorta stajına malik olmalıdır. İşin hallarına görə iddiaçının xx xxxx 1953-cü il tarixində anadan olduğu nəzərə alınarsa, onun 21 iyun 2016-cı il tarixində yaşa görə pen siya hüququnun yaşla bağlı şərtin ödənildiyi müəyyən edilmiş olur. Bu müddətə münasibətdə isə iddiaçının 12 il sığorta stajına malik olması müəyyən edilməli idi. 01 iyul 2017-ci il tarixindən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə: - 7-ci maddəsinə əsasən, (...) 63 yaşına çatmış kişilərn fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş hə ddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Maddələrin məzmunu belə izah olunur ki, 01 iyul 2017-ci il tarixindən sonra 63 yaşına çatmış kişilərin yaşa görə pensiya hüququnun yaranmasının zəruri edən aşağıdakı şərtlərdən biri mövcud olmalıdı r: (1) sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya məbləğinə imkan verməlidir və yaxud (2) azı 25 il sığorta stajı olmalıdır. Lakin yaş həddi ilə bağlı “qeyd” hissəsində nəzərə alınan şərtə görə, 01 iyul 2017-ci il tarixindən 30 iyun 2018-ci il tarixinə qədər kişilərin pensiya hüququnun yaranması üçün onların 63 il 6 ay yaş həddinə çatmasıdır İşin hallarından isə göründüyü kimi, iddiaçıya 2019-cu ilin yanvar ayından etibarən elektron qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin pensiyanın qanunvericiliyin zamana görə qüvvədə olmuş hansı müddəalarına əsaəsn təyin edildiyi və bununla bağlı iddiaçının atrıq təyin edilmiş pensiyanın yenidən təyin edilməsi barədə tələbində hüquqi marağının nədən ibarət olması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Yəni, apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri yoxlanılmadan, iddiaya mahiyyəti üzrə baxılmışdır. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə ar aşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla, iddianın mümkünlük şərtlərinin yenidən yoxlanılması üçün iş apellyasiya məhkəməsinə göndərilməli və yeni apellyasiya baxışı zamanı iddiaçının hüquqi marağının nədən ibarət olması nəzərə alınmaqla hüquqi yardım göstərilməli və zəruri olduğu halda iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İdd iaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 aprel 2019-cu il tarixli, 2-1(103)-397/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar