Məhkəmə qərarları › İş №2-1(102)-2504/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2504/2019

28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2504/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2504/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsindən imtina barədə qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tari xli, 2-1(103)-1099/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1989-cu ildə Əfqanıstan İslam Respublikasının Qəzni vilayəti, Malestan rayonu, Əl-Qəblan kəndində anadan olduğunu, Malestanda “liseya ali Şinyədeh” adlı məktəbdə 12 illik orta təhsil və Kabildə “Akademiye Milliye Nizami” adlı ali təhsil ocağında 2009-2013-cü illərdə mühəndis ixtisası üzrə ali təhsil aldığını, həmçinin burada hərbi təhsil aldığını və ona kiçik leytenant rütbəsi verildiyini, ali təhsilini bitirdikdən so nra Qəznidə “levaye se X1” adlı hərbi hissədə N il yarım işlədiyini, taliblər tərəfindən təhdid olunduğu üçün həmin işi 2014-cü ilin ortalarında tərk edərək, Bamiyan və Daykundi vilayətlərində yerli şirkətlərdə mühəndis kimi 2016-cı ilə qədər işlədiyini, daha sonra X1 “Qulu urduye Zəfər” adlı hərbi hissəyə düzəldiyini və Azərbaycana gələnə qədər orada işlədiyini, hazara etnik qrupa aid olduğunu və nişanlı qızla münasibətinə görə onun ailəsi tərəfindən təhdid olunduğu üçün Azərbaycan Respublikasına gəldiyini, xxxx 2018-ci ildə sığınacaq verilməsi barədə vəsatətlə cavabdehə müraciət etdiyini, cavabdehin, xxxx 2018-ci il tarixli, **** saylı qərarı ilə vəsatətini rədd etdiyini, cavabdehin qərarından inzibati şikayət verdiyini, xxxx dehin ***** nömrəli, xxxx 2018-ci il tarixli və 192 nömrəli, x xxx 2018-ci il tarixli qərarlarının ləğv edilməsi, “qaçqın” statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-264/2019 saylı qərarı ilə iddiа tələbi rədd edilmişdir (hakim – M.T.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1099/2019 saylı qərarı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı bir sıra səbəblərə görə təqiblərə məruz qalmış, o, hazaralar etnik qrupuna mənsubdur, bu fakt cavabdeh inzibati orqan tərəfindən hərtərəfli təhlil olunmamış və qərarda əks olunmamış, cavabdeh Əfqanıstanın Qəzni vilayətində pisləşən təhlükəsizlik vəziyyəti ilə bağlı mənşə ölkəsi məlumatlarını nəzərə almamış və onlara istinad etməmiş, həmçini n vətəndaşı olduğu ölkədə başqa şəxslə nişanlı olan qızla görüşdüyündən, qızın ailəsi tərəfindən təhdid olunmuş, Əfqanıstan kimi ölkələrdə həm qadın, həm də kişilər zina və evlilikdən kənar münasibətlərdə olduğuna görə əxlaqi cinayətlər törətməkdə günahlandırıla bilərlər, ona görə də Azərbaycan Respublikasına gəlmiş, bu səbəbdən cavabdehin qaçqın statusu verilməsindən imtina olunması haqqında qərarının ləğv edilməsi üçün qanuni əsaslar olmuş, inzibati orqan qaçqın statusunun müəyyən edilməsinə dair müddəalara riayət etməmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-c i maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmas ını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materialların ı hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1099/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1989-cü il təvəllüdlü İddiaçı xxxx 2018-ci il tarixdə “qaçqın statusu verilməsi haqqında” vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, onun vəsatəti üzrə 50-2018 saylı şəxsi iş açılmış, iddiaçı ilə keçirilmiş müsahibə zamanı xx.xx.1989-cu ildə Əfqanıstan İslam Respublikasının Qəzni vilayəti, Malestan rayonu, Əl-Qəblan kəndində anadan olduğunu, Malestanda “liseya ali Ş inyədeh” adlı məktəbdə 12 illik orta təhsil və Kabildə “Akademiye Milliye Nizami” adlı ali təhsil ocağında 2009-2013-cü illərdə mühəndis ixtisası üzrə ali təhsil aldığını, həmçinin burada hərbi təhsil aldığını və ona kiçik leytenant rütbəsi verildiyini, ali təhsilini bitirdikdən sonra Qəznidə “levaye se X1” adlı hərbi hissədə N il yarım işlədiyini, taliblər tərəfindən təhdid olunduğu üçün həmin işi 2014-cü ilin ortalarında tərk edərək, Bamiyan və Daykundi vilayətlərində yerli şirkətlərdə mühəndis kimi 2016-cı ilə qədər işlədiyini, daha sonra Heratda “Qulu urduye Zəfər” adlı hərbi hissəyə düzəldiyini və Azərbaycana gələnə qədər orada işlədiyini, iddiaçı hazara etnik qrupa aid olduğunu və nişanlı qızla münasibətinə görə onun ailəsi tərəfindən təhdid olunduğu üçün Azərbaycan Respublikasına gə ldiyini qeyd etmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xxxx 2018-ci il tarixli qərarına əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin həmin qərarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən İnzibati şikayətin təmin edilməməsi haqqında 192 saylı, xxxx 2018-ci il tarixli qərar qəbul edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, inandırıcılığın qiymətləndirilməsi zamanı iddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, ərizəçinin izahatında bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmiş, həmçinin iddiaçının müsahibə zamanı verdiyi izah ata görə o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milli və dini etiqadlarına görə təqib olunmamış, beləliklə, Dövlət Miqrasiya Xidməti tərəfindən ərizəçidən alınan müsahibə zamanı onun vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmadığı müəyyən olunmuş, ərizəçi (iddiaçı) sığınacaq axtaran şəxs kimi məxsus olduğu ölkə tərəfindən təqiblərdən irəli gələn əsaslı səbəblər gətirə bilməmiş, hazırkı halda sübutetmə yükü (vəzifəsi) sığınacaq üçün müraciət edən şəxsin üzərinə düşür, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsind ə qiymətləndirilmiş, bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" xxxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmamış, həmçinin Azərbaycan Respublikası Prezidentinin xxxx 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlməmiş, ərizəçiyə qaçqın statusu verilməsindən imtina olunması haqqında qərarın ləğv edilməsi üçün qanuni əsaslar olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Qaçqınların statusuna dair” Konvensiyanın 1-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, 1951-ci il yanvarın 1dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqınd a" xxxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2000-ci il tarixli, 419 saylı Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; Qaydanın 7-ci bəndinə əsasən Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14. 1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu h allarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıdan alınan müsahibə zamanı izahatında onun vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmadığını bildirdiyini, iddiaçının sığınacaq axtaran şəxs kimi məxsus olduğu ölkə tərəfindən təqiblərdən irəli gələn əsaslı səbəblər gətirmədiyini, onun qaçqın statusu verilməsi barədə dəlillərinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürül müş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığını, beləliklə, ərizəçiyə qaçqın statusu verilməsindən imtina olunması haqqında qərarın ləğv edilməsi üçün qanuni əsasların olmadığını nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya ş ikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1099/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1099/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar