Məhkəmə qərarları › İş №2-1(102)-2506/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2506/2019

01.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2506/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta stajının müəyyən edilməsi (iş № 2-1(102)-2506/2019) Bakı şəhəri 1 oktyabr 2019-cu il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X5, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cav abdeh) qarşı 04.11.1996-cı il tarixdən 23.01.2012-ci il tarixədək işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-293/2019 saylı, 22 may 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 1 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 04.11.1996-cı il tarixdən 23.01.2012-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində yerləşən Rusiya Federasiyasına məxsus N nömrəli hərbi hissənin yeməkxanasında mətbəx işçisi işləmişdir. İddiaçının bu dövrdə işləməsi əmək kitabçası ilə təsdiq olunur. İddiaçı ona əlilliyə görə əmək pensiyası tə yin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 18.04.2018-ci il tarixli 33/17 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, o, 04.11.1996-cı il tarixdən 23.01.2012-ci il tarixədək Rusiya Federasiyasına məxsus hərbi hissədə işlədiyindən və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqı ödəmədiyindən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçı 1 iyun 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 04.11.1996-cı il tarixdən 23.01.2012-ci il tarixədək işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin (hаkim Rüfət Məcidov, 2- 1(84)-1065/2018 saylı iş) 10 sentyabr 2018-ci il tаrixli qərarı ilə iddia təmin edilmiş, 04.11.1996-cı il tarixdən 23.01.2012-ci il tarixədək işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Elçin Hüseynov-məruzəçi, Ayaz Mahmudov və Vəzirxan Məlikov, 2-1(107)-612/18 saylı iş) 27 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 10 sentyabr 2018-ci il tаrixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X1-məruzəçi, X2, X3, 2-1(102)-718/2019 saylı iş) 27 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv olunmuş, iş təkrar apellyasiya baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Gündüz Abbasov-məruzəçi, Rövşən Rəfiyev və Mübariz Hüseynov, 2-1(107)-293/2019 saylı iş) 22 may 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 10 sentyabr 2018-ci il tаrixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 27 may 2019-cu il tarixdə qərarın surətini almış, 27 iyun 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş 03 aprel 2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq Qanunla təsdiq edilsə də Rusiya Federasiyası tərəfindən adı çəkilən Saziş ratifikasiya edilməmişdir. Sazişin 12.1-ci maddəsinə əsasən bu saziş, tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurlarını yerinə yetirməsi haqqında sonuncu yazılı bildiriş verilən tarixdən qüvvəyə minir. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğvi haqqında” Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, qəbul edilməsi, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa kələn tə rəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. Həmin Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikasının qanunu əsasında müvafiq icra hakimiyyəti orqanı ratifikasiya sənədini (təsdiqnaməni) imzalayır. Qanunun məzmununa əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunduqdan müqaviləni təsdiq edən təsdiqnamə imzalayır və beynəlxalq müqavilənin digər tərəfi olan dövlətin aidiyyəti müqaviləni təsdiq edən təsdiqnamələri ilə mübadilə edilir və yalnız bu halda beynəlxalq saziş Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsinə çevrilir. Belə olan halda 03.04.2001-ci il tarixdə “Azərbaycan Respublikası Höku məti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş 03 aprel 2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq Qanunla təsdiq edilsə də Rusiya Federasiyası tərəfindən adı çəkilən Saziş ratifikasiya edilmədiyindən, sazişin Azərbaycan Respublikası ərazisində heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçının 01.01.1992-ci ildən sonrakı dövr üzrə əmək fəaliyyəti Rusiya Federasiyasına məxsus hüquqi subyektdə olmuş və həmin dövrdə qazandığı əmək haqqından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar q əbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi i lə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı Qəbələ rayonunda yerləşmiş vaxtilə Rusiya Federasiyasına məxsus olmuş hərbi hissədə N noyabr 1996-cı ildən 23 yanvar 2012-ci ilə qədər işlədiyi dövrün sığorta stajına daxil edilməsini xahiş edir. Cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsaslanaraq Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında pensiya sahəsində dövlətlərarası müqavilə olmadığından həmin dövrü onun əmək stajına daxil etməkdən imtina etmişdir. İ ddiaçının Rusiya Federasiyasındakı əmək fəaliyyəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Əmək kitabçasından görünür ki, iddiaçı N noyabr 1996-cı ildən 23 yanvar 2012-ci ilə Rusiya Federasiyasına məxsus hərbi hissədə işləmişdir (səh.13). İddiaçının işlədiyi 1996-2005-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə g östərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. 1 yanvar 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 70-ci maddəsində, həm də “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsində vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildiyi halda sığorta stajına daxil edilməsiniAzərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmaması ilə şərtləndirmişdir. Azərbaycan Respublikasının 3 aprel 2001-ci il tarixli 114-İİQ nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş təsdiq edilmişdir. Sazişə görə bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyərək aşağıdakılar barədə razılığa gəldilər: - (maddə 1) bu Sazişin məqsədləri üçün aşağıdakı terminlər bu mənaları ifadə edir: “vətəndaşlar”-Azərbaycan Respublikasının və ya Rusi ya Federasiyasının ərazisində yaşayan və bu dövlətlərin pensiya təminatı sahəsində qanunvericiliyinin şamil olunduğu şəxslər; “daimi yaşayış yeri”-vətəndaşın müvafiq dövlətin qanunvericiliyi ilə müəyyən olunan və ya bu qəbildə tanınan daimi yaşadığı yer; “əmək (sığorta) stajı”-Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti, həmçinin Tərəflərin hər birinin qanunvericiliyinə uyğun olaraq əmək (sığorta) stajına bərabər tutulan istənilən digər müddətlər; “səlahiyyətli orqanlar”: Azərbaycan Tərəfindən – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Rusiya Tərəfindən-Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Naz irliyi. Bu Sazişdə işlədilən bütün digər anlayış və ya ifadələr müvafiq dövlətin qanunvericiliyi ilə onlara verilən mənanı daşıyır. - (maddə 4) tərəflər, öz dövlətlərinin ərazilərində daimi yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş (məskunlaşmış) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqlar verirlər. Sazişin 1-ci maddəsinin məzmununa görə “əmək (sığorta) stajı”-Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq pensiya təminatını həyata keçirmək üçün nəzərə alınan və pensiya təminatı üçün sığorta ödənişləri aparılan əmək və digər fəaliyyət müddəti başa düşülür. Pensiya təyin edilməsi ilə bağlı qanunvericiliyin müddəalarına görə 1 yanvar 2006-cı ilə qədər şəxsin iş stajı hər hansı mötəbər sənədlərlə t əsdiq edilərsə, həmin dövr onun sosial sığorta stajına daxil edilir. İddiaçının 1996-2005-ci illərdə hərbi hissədə işləməsi əmək kitabçası ilə təsdiq edilir. Odur ki, bu dövrün iddiaçının sığorta stajı kimi hesablanmalı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Lakin yuxarıda sadalanan qanunvericilik aktlarına görə 1 yanvar 2006-cı ildən sonrakı iş dövrü o halda sığorta stajına daxil edilə bilər ki, həmin dövrdə işçinin əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmuş olsun. İddiaçının 2006-cı ilin yanvarın 1-dən 2012-ci ilin yanvar ayı da daxil olmaqla işlədiyi dövrdə əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İşdə olan sənədlərdə 2006-2011-ci illərə aid iddiaçının adından Pensiya Fonduna sığor ta ödəmələri haqqında məlumatlar (iddiaçının fərdi şəxsi hesabının vəziyyəti haqqında bildiriş) mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı araşdırma aparmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı cavabdehin üzərinə iddiaçının 1 yanvar 2006-cı il tarixdən 23 yanvar 2012-ci il tarixə qədər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulması hissəsində ləğv edilməli, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qərar iddiaçının N noyabr 1996-cı il tarixdən 1 yanvar 2006-cı il tarixə qədər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şər h olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-293/2019 saylı, 22 may 2019-cu il tarixli qərarı cavabdehin üzərinə iddiaçının 1 yanvar 2006-cı il tarixdən 23 yanvar 2012-ci il tarixə qədər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar cavabdehin üzərinə iddiaçının N noyabr 1996-cı il tarixdən 1 yanvar 2006-cı il tarixə qədər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Kass asiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar