Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2506/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlak torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması, iddianın mümkünlük şərti, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İ ddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak kompleksi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının qanunsuz hesab edilməsi”nə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 2-1(103)789/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Milli Depozit Mərkəzinin xx.xx.2007-ci il tarixinə olan məlumatına əsasən emitent "xxxx" ASC-nin nizamnamə kapitalı 502992,0 manatdır, qiymətli kagızların ümumi miqdarı 251 496 ədəd, qiymətli kagızın (səhmin- sənə dsiz adı səhm formasında) – 2 manatdır. Depo hesabından çıxarışa əsasən İddiaçı 560 ədəd qiymətli kağızın sahibidir. 2. "xxxx" ASC-nin ümumi yığıncağının 06 avqust 2010-cu il tarixli protokol-qərarından çıxarışdan görünür ki, həmin təşkilatın Maştağa qəsəbəsində yerləşən və komissiyanın arayışında göstərilmiş ümumi məbləği 75490,0 manat olan əmlak və onun yerləşdiyi Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 saylı ünvanda yerləşən 17861,9 kv.m. torpaq sahəsi (istifadə məqsədilə sərəncamına verilməklə) səhmdarlar K.Yadigarovun 25 adi adlı sənədsiz səhminin və V.Rzayevanın adi adlı sənədsiz səhminin payı olaraq onlara ayrılması qərara alınmışdır. Bundan sonra 10 yanvar 2011-ci il tarixli təhvil aktı ilə Cəmiyyətin müvafiq dəyərdə olan materiallarının, azqiymətli və tezköhnələn əşyalarının, həmi n əmlakın Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən, ümumi sahəsi 17861,9 kv.m. olan ərazisinin təhvil-təslimi həyata keçirilmişdir.
3. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2427/2014 saylı 1 avqust 2014cü il tarixli qərardadına əsasən iddiaçılar X12, X7 və İddiaçı cavabdehlər X8, X13, X24, X9, X30, X1, X19 və "Xətai Tikinti Mexanizasiya” ASC-yə qarşı müvafiq bölünmə balansının hazırlanıb "Xətai Tikinti Mexanizasiya” ASC-nin qanunvericiliklə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)-2427/2014 saylı mülki işin X17 və X3 hüquqi varisi işə cəlb olunana qədər dayandırılması qərara alınmışdır.
4. Bakı şəhəri Sabunçu rayon Məhkəməsi nin 2(008)-2/21 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar X12, X7 və İddiaçı cavabdehlər X8, X13, X24, X9, X30, X1, X19 və "Xətai Tikinti Mexanizasiya” ASC-yə qarşı müvafiq bölünmə balansının hazırlanıb "Xətai Tikinti Mexanizasiya” ASC-nin qanunvericiliklə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçıların verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3607/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamış və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2/21 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 29 may 2014-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qərardadında yol verilmiş texniki səhvin düzəldilməsi, texniki səhvlə yazılmış qərardadın "müəyyən etdi” və "qərara aldı” hissələrində "1.781,9 kv,m torpaq sahəsi” sözlərinin "17.861,9 kv.m torpaq sahəsi” sözləri ilə əvəz edilməsi qərara alınmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 11 aprel 2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, 12 mart 2019-cu il tarixli 3056/17 saylı sorğulara baxılmışdır. Bununla əlaqədar olaraq qeyd olunur ki, “ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin (kompleksin yerləşdiyi torpaq sahəsi istifadə hüququna əsasən qeydiyyat dan keçmişdir və hazırda kompleksin istifadəsindədir) 99,93%-i X5, 0,07%-i isə X6 adlarına 24 iyun 2014-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlanmış 27 fevral 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, 21 yanvar 2020-ci il tarixli müraciətinizə baxılmışdır, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”
7. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət re yestrindən çıxarışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən ümumi sahəsi 5251,7 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə X5 (99,93 %) və X6 (0,07 %) adına qeydiyyatdan keçmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi və 17861,9 kv.m. olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və həmin qeydlərin ləğv edilməs i öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırmışdır ki, X14 və X9 "xxxx" ASC-nin mülkiyyətində olan əmlak kompleksinə mülkiyyət hüququ, habelə 17.861,9 kv.m. torpaq sahəsindən istifadə hüququ verilmiş və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. DƏDRX tərəfindən həmin şəxslərin mülkiyyət hüququnun ünvan 4 ünvanında yerləşən əmlak kompleksinə, habelə torpaq sahəsindən istifadə hüququnun qeydiyyatı əsassızdır. AR İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş 25 mart 2003-cü il tarixli müəssisə və obyektin texniki pasportundan görünür ki, əmlak kompleksinin balans saxlayıcısı (mülkiyyətçisi) Dövlət Neft Şirkəti “Xəzərdənizneftsosialtikin ti” Tresti 2 saylı Tikinti Quraşdırma İdarəsidir. “Xəzərdənizneftsosialtikinti” Trestinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi ilə əlaqədar 28 mart 2003-cü il tarixdə özəlləşdirmə komissiyası yaradılmışdır. Həmin komissiyası tərəfindən hazırlanmış və təsdiq olunmuş "xxxx" ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) 25 mart 2003-cü il tarixli müəssisə və obyektin texniki pasportunun surəti mövcuddur. Milli Depozit Mərkəzi tərəfindən verilmiş 16 yanvar 2007-ci il tarixli “depo hesabından çıxarış”dan görünür ki, iddiaçı "xxxx" ASC-nin 560 səhminin sahibidir. "xxxx" ASC-nin üç səhmdarı, o cümlədən iddiaçı (İddiaçı) cavabdehlər X8, X13, X24, X9, X31, X1, X19 və "xxxx" ASC-yə qarşı müvafiq bölünmə balansının hazırlanıb ASC-nin qanunvericiliklə müəyyən edilmiş müddətdə səhmdarları nın ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişlər. Sonra hazırkı iddiaçı həmin məhkəməyə vəsatətlə müraciət edərək, iddianı təmin etmək üzrə tədbir kimi "xxxx" ASC-nin ləğv edilməsinə qadağan qoyulması, həmin qurum tərəfindən sözügedən əmlak kompleksinin, həmçinin istifadəsində olan 17.861,9 kv.m torpaq sahəsinin satılmasına qadağan qoyulması, X10 27.670 səhminə, X20 20 səhminə, X25 320 səhminə, X15 20 səhminə, X2 20 səhminə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1 noyabr 2013-cü il tarixli 2(008)-7839/2013 saylı qərardadı ilə vəsatət qismən təmin edilərək, X10 27.670 səhminə, X20 20 səhminə, X25 320 səhm inə, X15 20 səhminə, X2 20 səhminə həbs qoyulmuş, "xxxx" ASC-nin ləğv edilməsinə qadağa qoyulması və cəmiyyətə məxsus əmlak kompleksi, həmçinin istifadəsində olan 17.861,9 kv.m torpaq sahəsinin satılmasına qadağa qoyulması barədə vəsatət rədd edilmişdir. Bundan sonra iddiaçı həmin qərardaddan şikayət verərək, onun dəyişdirilməsini, əmlak kompleksinin, həmçinin istifadəsində olan 17.861,9 kv.m torpaq sahəsinin satılmasına qadağan qoyulmasını xahiş etmişdir. Lakin Sabunçu rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2(103)-6869/2013 saylı qərardadı ilə şikayət təmin edilmiş, müvafiq əmlak kompleksinin və istifad ədə olan 1.781,9 kv.m torpaq sahəsinin satılmasına qadağa qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2(103)-6869/2013 saylı icra vərəqəsi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icraatına verilmişdir. Rayon icra şöbəsi 6 fevral 2014-cü il tarixli qərarla icraata başlamış və Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsinin icrası üçün DƏDRX Bakı şəhər Ərazi İdarəsinə xx/xx1913/14-2 nömrəli 6 fevral 2014-cü il tarixli bildiriş göndərmişdir. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 1 mart 2014-cü il tarixli **********84 nömrəli məktubu ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə bildirilir ki, "ünvan 5 ünvanında yerləşən əmlak kompleksi və istifadədə olan 1.761,9 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin Bakı Apellyasiya Mə hkəməsinin 2(103)-6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli icra vərəqəsi İdarə tərəfindən 20 fevral 2014-cü il tarixdə icra edilərək qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözügedən daşınmaz əmlakın üzərinə qadağa qoyulmuşdur. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 29 may 2014-cü il tarixli 2(103)-6869/2013 saylı qərardadı ilə qərara alınmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qərardadında yol verilmiş texniki səhv düzəldilsin, texniki səhvlə yazılmış qərardadın mətnində (“müəyyən etdi” və “qərara aldı” hissələrində) “1.781,9 kv.m torpaq sahəsi” sözləri, "17.861,9 kv.m torpaq sahəsi” sözləri ilə əvəz edilsin. DƏDRX Bakı şəhər Ərazi İdarəsi 29 mart 2015-ci il tarixli **********15 nömrəli məktubu ilə Bakı şəhəri Nərimanov rayon ic ra şöbəsinə müraciət edərək bildirmişdir ki, “ünvan 2 ünvanında yerləşən əmlak kompleksi və istifadədə olan 17.861,9 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin Şöbənin məktubu nəzərə alınaraq İdarə tərəfindən 20 fevral 2014-cü il tarixdə icra edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı, 24 dekabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında üzərinə qadağa qoyulmuş torpaq sahəsinə 18 mart 2015-ci il tarixdə düzəliş edilərək 17.861,9 kv.m torpaq sahəsi üzərinə qadağa qoyulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 avqust 2014-cü il tarixli, 2(008)-2427/2014 saylı qərardadı ilə iddiaçılar X26, X21 və İddiaçı cavabdehlər X14, X22, X32, X16, X35, X4, X19 və "xxxx" ASC -yə qarşı müvafiq bölünmə balansını hazırlayıb "xxxx" ASC-nin qanunvericilikdə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)-2427/2014 saylı mülki iş X17 və X3 hüquqi varisi işə cəlb olunana qədər dayandırılmışdır. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin 3 aprel 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli icra sənədi həmin məhkəməyə qaytarılmışdır. İcra şöbəsinin 3 aprel 2015-ci il tarixli qərarında göstərilir ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsi 29 mart 2015-ci il tarixli məktubu ilə icra şöbəsinə müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli icra vərəqəsinə əs asən qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında üzərinə qadağa qoyulmuş torpaq sahəsinə 18 mart 2015-ci il tarixdə düzəliş edilərək, 17.861,9 kv.m torpaq sahəsi üzərinə qadağa qoyulmuşdur. Bununla da, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6869/2013 saylı 24 dekabr 2013-cü il tarixli icra sənədi icra olunduğundan, Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Lakin sonradan məlum olmuşdur ki, DƏDRX X5 və X6 mülkiyyətinə ünvan 5 ünvanında yerləşən əmlak kompleksini və torpaq sahəsini vermişdir. Belə ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi 11 aprel 2019-cu il tarixli məktubu ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə bildirmişdir ki, “12 mart 2019-cu il tarixli 3056/17 saylı sorğulara baxılmışdır. Bununla əlaqədar olaraq qeyd olunur ki, müvafiq əmlak kompleks inin (kompleksin yerləşdiyi torpaq sahəsi istifadə hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda kompleksin istifadəsindədir) 99,93 %-i X5, 0,07%-i isə X6 adlarına 24 iyun 2014-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir”. Göründüyü kimi, DƏDRX Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2(103)- 6869/2013 saylı icra sənədi üzrə tələbi kobud şəkildə pozmuşdur. 21 yanvar 2020-ci il tarixdə hazırkı iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edib X14 və X6 ünvan 2 ünvanda yerləşən əmlak kompleksinin üzərində mülkiyyət, həmçinin 17.861,9 m2 torpaq sahəsinin istifadə hüquqları ilə bağlı dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra o, DƏDRX-in 7 fevral 2020 -ci il tarixli məktubunu almışdır. Həmin məktubda bildirilir ki, müvafiq əmlak kompleksi və torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.3cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. DƏDRX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2(103)-6869/2013 saylı icra vərəqəsinin icrası təmin edilmədiyinə görə, onun hüquqları və qanunla qorunan mənafeləri pozulmuşdur. 13 mart 2020-ci il tarixdə iddiaçı "mülkiyyət və istifadə hüquqlarının qeydə alınmasının qanunsuz hesab edilməsi və həmin qeydlərin ləğv edilməsi ö hdəliyinin cavabdeh DƏDRX-ə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 16 mart 2020-ci il tarixli 2(004)- 2560/2020 saylı qərardadı ilə qərara alınmışdır ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, habelə izah olunsun ki, iddiaçı həmin iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərardadının surətini 25 mart 2020-ci il tarixində əldə etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarına əsasən iddia tələbi qismən təmin edilmiş, DƏDRX ünva n 6 ünvanında yerləşən əmlak kompleksi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı hərəkətləri qanunsuz sayılaraq, İddiaçı həmin qeydiyyatın ləğv edilməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının qismən ləğv edilməsi və iddia tələbinin təmin olunmadığı hissədə təmini haqqında qərar çıxarılmasını xahiş etmişdir.
11. İş üzrə üçüncü şəxslər X16, X14 xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 901/2021 saylı xx.xx.2021-ci il tar ixli qərarının qismən ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Eyni zamanda cavabdeh xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-901/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1390/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçının, cavabdehin və üçüncü şəxslərin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)901/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və işin məhkəmə icraatının davam etdirilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı 09 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. 13. 28 aprel 2023-cü il tarixdə X26 məhkəməyə vəsatət təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı 09 mart 2023-cü il tarixli qərarının ləğv olunmasını, iş üzrə icraatın təzələnməsini və onun üçüncü şəxs qismində işdə iştirak etmək üçün cəlb edilməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı 25 may 2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı 09 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı iş üzrə icraatın təzələnməsi və X12 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlbetmə qaydasında c əlb edilməsi qərara alınmışdır.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2293/2022 saylı 10 avqust 2023-cü il tarixli qərarı ilə (hakim X11) iddia tələbi təmin edilərək, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi və 17.861,9 kv.m. olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və həmin qeydlərin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxslər "xxxx" ASC, X16, X14 və X35 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barə də qərar qəbul edilməsi xahiş edilmişdir.
16. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin nizamnamə kapitalındakı payının mülkiyyətçisi kimi, cəmiyyətin əmlakının müəyyən hissəsini, yalnız cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra hüququna malikdir. İşə baxılan zaman iddiaçının və üçüncü şəxslərin səhmdarları olduqları və daşınmaz əmlakı səhmdarlar V.Rzayeva və K.Yadigarovun adlarına dövlət qeydiyyatına alınmış "xxxx" ASCnin ləğv prosesində olması müəyyən edilməmişdir. Qeyd edilmiş qanun normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisəli əmlak kompleksi və torpaq ü zərində V.Rzayeva və K.Yadigarovun müəyyən sənədləri ilə yaranması təsdiq edilmiş hüquqlarının dövlət qeydiyyatına alınması qanunsuz hesab edilməlidir. Belə ki, reyestrdə müvafiq əmlak kompleksi ilə bağlı üçüncü şəxslərin hüquqları bunun üçün qanunvericiliklə, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri olmadan qeydiyyata alınmışdır.
17. Həmin qərardan narazı qalan 3-cü şəxslər "xxxx" ASC, X16, X14 və X35 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-789/2024 nömrəli iş üzrə 29 may 2024-cü il tarixli qərardadı ilə (hakimlər X27 (məruzəçi), X28 və X36) 3-cü şəxslər "xxxx" ASC, X16, X14 və X35 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2023 saylı, 10 avqust 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı işdə mübahisələndirdiyi- 3-cü şəxslər Vədiyyə Rzayevanın və Kamran Yadigarovun adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin aparılması üçün əsas olan "xxxx" ASCnin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolu vaxtilə iddiaçı tərəfindən mübahisələndirilsə də, onun etibarsız hesab edilməsi ilə bağlı iddiasının məhkəmələr tərəfindən təmin olunmadığını və bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarla rının mövcud olduğunu nəzərə alaraq iddiaçının Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi və 17861,9 kv.m olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasını mübahisələndirmək üçün subyektiv hüququ yoxdur.
20. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Şikayətdə Mülki Məcəllənin 144-cü maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı qəbul edilə bilməz.
22. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən DƏDRX-in Ba kı şəhər Ərazi İdarəsinin xx.xx.2014-cü və xx.xx.2015-ci il tarixli məktublarına (inzibati orqanın qeydləri və hərəkətləri qanunsuz olduğunu sübut edən sənədlərinə) hüquqi qiymət verməmiş, hətta əsaslandırıcı hissəsində qeyd etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
24. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütü n faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qər arı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının lə ğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd ed ir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. İddiaçı cavabdehin xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarışı əsasında X5 və X6 ünvan 2 ünvanda yerləşən əmlak kompleksinin üzərində mülkiyyət, həmçinin 17861,9 kv.m. torpaq sahəsinə istifadə hüquqlarının qeydə alınmasının qanunsuz hesab edilməsi, həmin qeydlərin ləğv edilməsini xahiş edir. 32. xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət re yestrindən çıxarışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən ümumi sahəsi 5251,7 kv.m olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə X5 (99,93 %) və X6 (0,07 %) adına qeydiyyatdan keçmişdir.
33. Cavabdehin məlumatına görə daşınmaz əmlakın dövlət reyestrində hüquq "xxxx" ASC-nin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolu əsasında aparılmışdır.
34. İddiaçı üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin aparılması üçün əsas olan "xxxx" ASC-nin ümumi yığıncağının 06 avqust 2010-cu il tarixli protokolunu mülki məhkəmə icraatı qaydasında mübahisələndirmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1932/2013 saylı 12 avqust 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əml ak və torpaq sahəsinin adi adlı sənədsiz səhmdəki paylara uyğun olaraq ayrılması haqqında səhmdarların ümumi yığıncağının 06 avqust 2010-cu il tarixli qərarının etibarsız hesab edilməsi, dəymiş maddi ziyana görə 15.753 manat pul tələbinə dair” iddiası təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.
35. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
36. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
37. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə premeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
38. Məhkəmə aktı qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri yaranır. Məhkəmə aktlarının preyudisiallığı daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. 39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
40. İddiaçının hazırki işdə mübahisələndirdiyi- 3-cü şəxslər Vədiyyə Rzayevanın və Kamran Yadigarovun adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin aparılması üçün əsas olan "xxxx" ASC-nin ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokolu vaxtilə iddiaçı tərəfindən mübahisələndirilsə də, onun etibarsız hesab edilməsi ilə bağlı iddiasının məhkəmələr tərəfindən təmin olunmadığını və bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarlarının mövcud olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi və 17861,9 kv.m olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasını mübahisələndirmək üçün subyektiv hüququ mövcud olmamışdır.
41. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
42. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
43. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş ol malıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir.
44. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
45. Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsin in Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
47. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının mübahisə açdığı daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydi ümumi yığıncağın qərarı əsasında həyata keçirildiyindən, ümumi yığıncağın qərarının mübahisələndirilməsinə dair iddiaçının iddiası qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təmin edilmədiyindən iddiaçı həmin qeydin ləğvinə dair sübyektiv hüquqa malik olmamışdır.
48. Odur ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
49. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96, 98-ci maddələrinə əsasən məhkəmə kollegiy ası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 21(103)-789/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.