Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2507/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Qax rayonu Qaxbaş bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qax rayonunun Qaxbaş Bələdiyyəsinə qarşı “X2 publik hüquqi şəxsin verdiyi HTM seriyalı 002631 saylı şəhadətnamədə qeyd edilmiş Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan 743 kv.metr torpaq sahəsinin alqı-satqı yolu ilə ona 4348 manata satılmasına d air alqı-satqı müqaviləsinin notariusda bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 12 iyul tarixli, 2-1(107)-418/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qax rayonu, Qaxbaş bələdiyyəsinin mülkiyyətinə aid 743 kv.m və ya 0.0743 ha torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixində keçirilən müsabiqədə ən yüksək təklif vermiş İddiaçı, eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. İş üzrə qəbul edilmi ş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra-“iddiaçı”) 2023-cü il 20 fevral tarixində cavabdeh Qax rayonu Qaxbaş Bələdiyyəsinə (bundan sonra-“cavabdeh” və ya “Qaxbaş Bələdiyyəsi”) qarşı “X1 verdiyi HTM seriyalı 002631 saylı şəhadətnamədə qeyd edilmiş Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan 743 kv.metr torpaq sahəsinin alqı-satqı yolu ilə ona 4348 manata satılmasına dair alqı-satqı müqaviləsinin notariusda bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “hüquqi yardımın göstərilməsinə dair” məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia təl əbi mümkünlük şərtlərinə cavab vermir.
4. İddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddətində vaxt təyin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi yardımına cavab olaraq təqdim etdiyi ərizəsində məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadığını bildirmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 2023-cü il 22 may tarixli, 2-1(116)-1344/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “X1 verdiyi HTM seriyalı 002631 saylı şəhadətnamədə qeyd edilmiş Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan 743 kv.metr torpaq sahəsinin alqı-satqı yolu ilə ona 4348 manata satılmasına dair alqı-satqı müqaviləsinin notariusda bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mü mkün sayılmamışdır (hakim - V.Musayev).
6. Məhkəmə hesab etmişdir ki, hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsinə münasibətdə bələdiyyə ilkin olaraq hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə, daha sonra isə üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etməklə inzibati fəaliyyəti həyata keçirir və müvafiq sənədləri hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərməklə inzibati fəaliyyətini başa çatdırmış olur.
7. Bundan sonrakı prosedurda isə müsabiqə və ya hərrac vasitəsilə torpaq sahəsi mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə mü sabiqə və ya hərrac komissiyası tərəfindən şəhadətnamə verilir ki, həmin şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır.
8. Göründüyü kimi müsabiqədə qalib gəlmiş şəxsə təqdim edilmiş şəhadətnamə həmin subyektlə bələdiyyə arasında mülki qanunvericiliyə uyğun müqavilə bağlanması üçün yetərli olduğundan bələdiyyənin yenidən inzibati fəaliyyət həyata keçirməsi və bunun nəticəsində inzibati akt qəbul etməsinə lüzum yoxdur. İstinad olunan maddi hüquq normalarından göründüyü kimi qanunvericilikdə də bununla bağlı bələdiyyənin inzibati fəaliyyət həyata keçirməsi proseduru müəyyənləşməmişdir.
9. Yəni, bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə da ir hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etdikdən sonrakı fəaliyyəti inzibati hüquq münasibətləri ilə deyil, keçirilmiş hərracın və ya müsabiqənin nəticəsindən asılı olaraq mülki hüquq münasibətləri ilə tənzimlənir.
10. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.2-ci bəndində qeyd edilmişdir ki,...torpaqla bağlı müqavilələrdən (alğısatqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.
11. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqan publ ik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyəti bələdiyyə mülkiyyətində olan torpağın satılması ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə yekunlaşmışdır. Başqa sözlə, hazırkı halda cavabdeh inzibati orqan inzibati münasibətlərin (publik hüquq münasibətlərin) tərəfi (subyekti) kimi deyil, xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış edir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi mülki xarakterli olduğundan bu tələblər üzrə iddialara ümumi, yəni rayon (şəhər) məhkəmələrində baxılaraq hüquqi qiymət verilir.
12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) a pellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Mahir Əsədli və Günay Cavadova) 2023-cü il 12 iyul tarixli, 2-1(107)-418/2023 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 6-cı, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3, 16.4-cü, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyy ə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10, 22-ci bəndlərinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarına əsaslanaraq qərar qəbul etmişdir.
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə təkrar baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
16. İPM-in 12 və 14-cü maddələri üzrə: İddiaçı tərəfindən şəhadətnamə aldıqdan sonra şəhadətnamədə qeyd olunmuş torpaq sahəsinin alqı-satqı dəyəri olan 4348 manat pulu cavabdeh bələdiyyənin hesabına ödəmək üçün Qaxbaş bələdiyyəsinə və Azərpoçta müraciət edilmişdir. Lakin Qaxbaş bələdiyyəsi həmin pulun ödənilməsi ilə əlaqədar müvafiq kod təqdim etməməmiş və həmin torpaq üzərində hansısa üçüncü şəxslərin mübahisəsi olduğunu bildirmişdir. Buradan görünür ki, cavabdeh olan Qaxbaş bələdiyyəsi inzibati icraat üzrə müvafiq hərəkətləri etməli olduğu halda (pulun ödənilməsi üçün müvafiq kod açaraq poçta təqdim etməlidir) bunları etməmişdir. Çünki bələdiyyə hərracın nəticələrinə dair şəhadətnamədə göstərilmiş 20 günlük müddətin keçməsində və həmin şəhadətnamənin öz etibarlılığını itirməsində maraqlı olmuşdur. İddiaçının hüquqlarımının pozulması açıq-aydın görünür.
17. İPM-in 13-cü maddəsi üzrə: Apelyasiya məhkəməsi isə hesab etmişdir ki, bələdiyyə ilə iddiaçının arasında alqı-satqı müqaviləsinin bağlanmasına dair mübahisə mülki məhkəmə icraatına aiddir. Apelyasiya məhkəməsi bu səbəbdən iddianı mümkün saymamış, lakin eyni zamanda İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya köməklik göstərməli olduğu halda tam köməklik göstərməmiş, yəni iddiaçı mülki məhkəmə icraatına müraciət etdiyi halda hansı şəkildə iddia tələbini qaldırmalı olduğunu qeyd etməmişdir.
18. İPM-in 34.1-ci maddəsi üzrə: Həmin maddədə deyilir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktdan qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yöməlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.Qeyd olunan maddənin tələbinə əsasən tələb ondan ibarətdir ki, bələdiyyə alqı-satqı müqaviləsinin bağlanmasına dair olan hərəkətlərin, yəni bələdiyyənin hesabı na pul köçürülməsinə dair kodun açılması və notariatda alqı-satqı müqaviləsinin imzalanmasına dair hərəkətlərin edilməsi barədə məhkəmə qərarı qəbul edilsin. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati İcraata haqqında Azərbaycan Respublikası Qanunu: “Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: “Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti... 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çə kinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddi alarına;...” Maddə
12. İşin hallarının araşdırılması prinsipi a) 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. “Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yen idən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılma dığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı qətidir. 22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dai r müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
23. Azərbaycan Respublikas ının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı:... 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır....”
24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti ya lnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl ed ilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsinə münasibətdə bələdiyyə ilkin olaraq hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə, daha sonra isə üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etməklə inzibati fəaliyyəti həyata keçirir və müvafiq sənədləri hərracı (müsabiqəni) təşkil etmək üçün müvafi q icra hakimiyyəti orqanına göndərməklə inzibati fəaliyyətini başa çatdırmış olur.
32. Bundan sonrakı prosedurda isə müsabiqə və ya hərrac vasitəsilə torpaq sahəsi mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən şəhadətnamə verilir ki, həmin şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır.
33. Göründüyü kimi müsabiqədə qalib gəlmiş şəxsə təqdim edilmiş şəhadətnamə həmin subyektlə bələdiyyə arasında mülki qanunvericiliyə uyğun müqavilə bağlanması üçün yetərli olduğundan bələdiyyənin yenidən inzibati fəaliyyət həyata keçirməsi və bunun nəticəsində inzibati akt qəbul etməsinə lüzum yoxdur. İstinad olun an maddi hüquq normalarından göründüyü kimi qanunvericilikdə də bununla bağlı bələdiyyənin inzibati fəaliyyət həyata keçirməsi proseduru müəyyənləşməmişdir.
34. Yəni, bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etdikdən sonrakı fəaliyyəti inzibati hüquq münasibətləri ilə deyil, keçirilmiş hərracın və ya müsabiqənin nəticəsindən asılı olaraq mülki hüquq münasibətləri ilə tənzimlənir.
35. İş hallarından da görünür ki, iddiaçıya “hüquqi yardımın göstərilməsinə dair” məktub ünvanlanmış və izah olunmuşdur ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.2-ci bə ndində qeyd edilmişdir ki, torpaqla bağlı müqavilələrdən (alğı satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddiaçı isə məhkəmənin hüquqi yardımına cavab olaraq təqdim etdiyi ərizəsində məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadığını bildirmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli g ələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
37. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
38. Sonda kollegiya qeyd edir ki, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, i carəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə hazırkı qərarın 21-24-də qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 12 iyul tarixli, 2-1(107)418/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.