Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2507/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüququn mərhuma məxsus olması haqqında arayışın verilməsi” tələbinə da ir inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 2-1(103)-131/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/595 nömrəli qərarı ilə Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 149 nömrəli bağ-tikinti kooperativinin tərkibi 26 nəfər olmaqla təsdiq edilmiş, həmin qərarın 4 nömrəli əlavəsində X1 üzvü kimi göstərilmiş və ona 149 nömrəli kooperativ tərəfindən 0,12 ha sahəsi olan 3506 nömrəli bağın ayrılması barədə 20 nömrəli order verilmişdir. 2. xx.xx.2000-ci il tarixdə X4 vəfat etmişdir. 3. 5 saylı ASAN Xidmət Mərkəz ində Ədliyyə Nazirliyinin Xüsusi Notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda xx.xx.2000-ci il tarixdə vəfat etmiş mərhum X2 vərəsəsi olan İddiaçı ərizəsi əsasında miras əmlaka dair vərəsəlik işi açıldığı qeyd edilmiş və mərhumdan qalan hər hansı bir əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və Forma N1-in verilməsinin təmin olunması xahiş edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 3506 nömrəli bağ sahəsi üzərində X2 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2018-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, 3506 nömrəli bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi digər hüquqi şəxsə aid olan ərazi ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 3506 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativinin 20 nömrəli orderinə əsasən Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/595 nömrəli qərarı ilə mərhum X3 149 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi uzun müddət mərhumun istifadəsində olmuşdur. Hal-hazırda mərhumun vərəsəsi kimi bağ sahəsi iddiaçının istifadəsindədir. Həmin bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər iddia çı tərəfindən toplanaraq cavabdeh orqana təqdim edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunmasından qanunsuz və əsassız olaraq imtina edilmişdir.
8. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: Zaur Tağıyev) 28 iyun 2019cu il tarixli, 2-1(82)-999/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 3506 nömrəli bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın (arayışın) və plan-ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdu r.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0,12 ha sahədən ibarət 3506 nömrəli bağ sahəsinin sahibliyinin iddiaçının mərhum həyat yoldaşına məxsus olması iş materiallarında olan Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderi ilə öz təsdiqini tapdığından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Elmira Nağıyeva /sədrlik edən və məruzəçi/, Həmid Həmidov və Vüsalə Baxışova) 10 dekabr 2019-cu il tarixli, 2-1(103)-2497/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda cavabdehin mühəndis inventarlaşdırıcısı İlqar Hacıyev bildirmişdir ki, sözügedən bağ sahəsinə texniki baxış keçirilmiş və məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və 3506 nömrəli bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Cavabdeh orqanın elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsinin "xxxx" MMC-yə aid olan ərazi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin, Bakı şəhər İcra Hakimiyyəti başçısının iş materiallarında olan xx.xx.2007-ci il tarixli, 285 nömrəli sərəncamına əsasən Sabunçu rayonunun Nardaran qəsəbəsinin şimal hissəsində 101 ha torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış, həmin sərəncam və "xxxx" MMC-nin mülkiyyət hüququnun qeydiyyatı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi həmin sərəncamı nəzərə almayaraq, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsin də birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zakir Quliyev /məruzəçi/, Rahib Nəbizadə və İspəndiyar Şəfiyev) 01 iyul 2020-ci il tarixli, 21(102)-1417/2020 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli bağ sahəsi yerləşmə koordinatlarının dəyişməsinə həqiqətən uğramışdırsa, o zaman bu faktın təsdiq edilib-edilməməsi üçün cavabdehin mühəndis-inventarlaşdırıcısı İlqar Hacıyevin rəyi və yenə cavabdeh tərəfindən təqdim edilmiş bağ sahələrinin cizgisi ilə kifayətlənmək olmaz. Bu məsələdə xüsusi bilik tələb edən müstəqil şəxsin, yəni ekspertin cəlb edilməsi və ekspertiza təyin edilməsi mütləq şərtdir. İkincisi, apellyasiya instansiyası məhkəməsi yazır ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 285 nömrəli sərəncamına əsasən Sabunçu rayonu Nardaran qəsəbəsinin şimal hissəsində 101 hektar torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış və mərhum G.Məmmədovanın istifadəsində olmuş bağ sahəsinin bir hissəsi "xxxx" MMC-nin ərazisinə düşür. Belə olan halda "xxxx" MMC-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi zəruri olsa da, apellyasiya instansiyası məhkəməsi bunu etməmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2850 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/595 nömrəli qərarına uyğun olaraq iddiaçının göstərdiyi torpaq sahəsinin naturada faktiki ölçüsü 1206 kv.m təşkil edir. X3 ayrılmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsinin koordinatları Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC -nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin və ya hər hansı fiziki və hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşmir və üst-üstə düşmə faktı qeydə alınmamışdır. İddiaçının naturada istifadə etdiyi 0,12 ha torpaq sahəsi (faktiki ölçü 1206 kv.m.) elektron kadastr məlumat bazasının məlumatına əsasən hər hansı hüquqi və ya fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçməmişdir.
19. İş üzrə təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 3506 nömrəli bağ sahəsinə dair hüququn mərhum X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul ed ilməsi xahiş edilmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Səadət Bəktaşi və Azər Hüseynov) 15 sentyabr 2022-ci il tarixli, 2-1(103)-47/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 3506 nömrəli bağ sahəsinə dair hüququn mərhum X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq apellyasiya baxışı zamanı xx.xx.2021-ci il tarixli qərardadla təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının naturada istifadə etdiyi 0,12 ha torpaq sahəsi (faktiki ölçü 1206 kv.m) elektron kadastr məlumat bazasının məlumatına əsasən hər hansı hüquqi və ya fiziki şəxslərin adına hüquqi qeydiyyatdan keçməmişdir. Həmçinin, ekspert rəyi ilə X3 ayrılmış Bakı şəhəri Sabunçu rayon Ləhiş bağlar massivi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsinin koordinatlarının Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin və ya hər hansı fiziki və hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşmədiyi və üst-üstə d üşmədiyi müəyyən edilmişdir. Torpaq sahəsi ilə sxematik xəritə arasında uyğunsuzluqla bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu bəndində təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xi dmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir
22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Rəsulbəyova /məruzəçi/, Kəmaləddin Bədəlov və İlqar Hüseynov) 07 fevral 2023-cü il tarixli, 2-1(102)-452/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmi ş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
24. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin ətraflı araşdırılması üçün ekspertizanın qarşısında qoyulan suallar natamam olmuşdur və alınmış ekspertiza nəticəsi hazırkı işin düzgün həll edilməsi üçün kifayət etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilib və iddiaçının göstərdiyi və iddia olunan torpaq sahəsinin digər torpaq sahəsi ilə üstüstə düşmədiyi müəyyən edilsə də, lakin cavabdehin imtinasının digər səbəbi olan məsələ aydınlaşdırılmamış və iddiaçının iddia etdiyi və göstərdiyi torpaq sahəsinin 149 nömrəli BTK-nın hüdudları daxilində olub-olmaması müəyyən edilməmişdir. Halbuki, işə əlavə olunmuş (2-ci cild, i.v. 163) xəritədən görü nən odur ki, iddiaçının iddia olunan və göstərdiyi bağ sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və 149 nömrəli BTK-ya məxsus olan torpaq sahəsindən kənarda yerləşir.
25. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu bəndində qeyd olunmuşdur ki, Xidmətin vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək öhdəliyi var. Həmin maddi hüquq norması cavabdehin iddiaçının qanuni istifadəsindəki bağ sahəsini 149 nömrəli BTK-ya məxsus torpaq sahələrinin koordinatları çərçivəsində mövcud olan uyğunsuzluqları aradan qaldırmaqla rəsmiləşdirmək öhdəliyini nəzərdə tutur. İddiaçı yalnız 149 nömrəli BTK-nın hüdudları daxilində yerləşən torpaq sahəsinə iddia edə bilər. İddiaçının rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin isə 149 nömrəli BTK-ya ayrılmış torpaq sahəsinə aidiyyəti və iddiaçının qanuni istifadəsində olması işin hallarından müəyyən olunmur. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış, həmin istiqamətdə müvafiq araşdırma aparmamış və iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmadan qərar qəbul etmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.
26. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları araşdırmalı və kassasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq 149 nömrəli BTK-nın sxematik xəritəsinin çərçivəsində olan 3506 nömrəli bağın koordinatlarını müəyyən etməli, iddiaçının rəsmiləşdirilməsini tələb etdiyi bağ sahəsinin həmin koordinatlara uyğun olmasını müəyyən etməli, 3506 nömrəli bağ sahəsinin koordinatlarının hər hansı bir şəxsin adına qeydə alınıb-alınmaması üzrə araşdırma aparmalı və bundan sonra “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu bəndinin tələblərinə uyğun qərar qəbul etməlidir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
27. İş üzrə təkrar apellyasiya icraatı zamanı iddiaçının vəfat etməsi səbəbindən onun prosessual hüquq varisi X5 məhkəmə icraatına cəlb edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, sözügedən bağ sahəsi koordinat sistemində verilmədiyindən və həmçinin eyni bağ nömrəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyindən, bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Nümayəndənin şərti olaraq iddia etdiyi torpaq sahəsi 0,1175 ha təşkil edir. Həmin bağ sahəsinin ölçüləri və naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə yə uyğun gəlmir. Vahid elektron kadastr baza məlumatlarına əsasən BTK-ların hər hansı ayrıc aktı mövcud deyil. Qeyd olunan ərazi **********01 reyestr nömrəli "xxxx" MMC-nin istifadəsində olan ərazilərdir.
29. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı naturada öz yerini sənəd üzrə iddia etmir, iddiaçının sənəd üzrə yeri naturada göstərdiyi yer deyildir. İddiaçı tamamilə başqa yeri göstərir və iddia edir. Yəni sənəd üzrə yeri başqadır, göstərdiyi torpaq sahəsi isə başqadır və "xxxx" MMC-nin qeydiyyatdan keçmiş icarə hüququ əsasında istifadəsində olan 101 ha torpaq sahəsinin hüdudları daxilindədir.
30. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi məhkə mə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, əvvəlki apellyasiya baxışında ekspertiza ilə iddiaçının yerinin "xxxx" MMC-nin qeydiyyatdan keçmiş icarə hüququ əsasında istifadəsində olan 101 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. İddiaçı naturada öz yerini ona görə sənəd üzrə iddia etmir ki, iddiaçının sənəd üzrə həqiqi yeri, yəni naturada başqa şəxsin adına qeydiyyata alınmışdır və istifadəsindədir.
31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Mehriban Qarayeva və Pərviz Hüseynov) 14 may 2024-cü il tarixli, 2-1(103)-131/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
32. Apellyasiya inst ansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının sənəd üzrə (Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/595 nömrəli qərarı ilə mərhum X3 149 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsi ayrılmışdır.) nəzərdə tutulmuş bağ sahəsi həqiqətən "xxxx" MMC-nin istifadəsinə verilmiş 101 ha torpaq sahəsinin ərazisinin hüdudlarına düşmür, lakin başqa şəxsin adına daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçmişdir və bu faktı məhkəmə iclasında iddiaçının nümayəndəsi də qeyd etmişdir.
33. İddiaçının iddia etdiyi bağ sahəsi başqa şəxsin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydi yyata alındığı halda, həmin bağın hazırkı iddiaçının mülkiyyəti kimi ilkin qeydiyyatının aparılması mümkünsüzdür. İddiaçı hüquqmüəyyənedici sənəd üzrə nəzərdə tutulmuş bağ sahəsini deyil, faktiki aidiyyəti olmayan başqa torpaq sahəsini göstərir və iddia edir. Bu səbəbdəndir ki, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 149 nömrəli kooperativin 20 nömrəli orderinə əsasən Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/595 nömrəli qərarına əsasən mərhum X3 149 nömrəli BTK nəzdində ayrılmış 0,12 ha torpaq sahəsi olan 3506 nömrəli bağ sahəsi hazırda iddiaçının faktiki naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşməməklə, başqabaşqa ərazilərdir. Belə olan halda, məhkəmə kollegi yasının qənaətinə görə, iddiaçıya mübahisəli bağ sahəsinə hüquqların mərhuma məxsus olması barədə arayışın verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
34. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
35. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqları n məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahiz əsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyy atı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə veri lir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, ka ssasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
43. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
44. Məhkəmə kollegiyası xüs usilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
45. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 3506 nömrəli bağ sahəsi üzərində hüququn mərhum X3 məxsus olması haqqında arayışın verilməsinə yönəlsə də, əslində iş üzrə materiallardan iddiaçının hüquqmüəyyənedici sənəd üzrə mərhuma ayrılmış bağ sahəsinə deyil, fakt iki olaraq başqa torpaq sahəsinə hüququn mərhum X3 məxsus olması haqqında arayışın verilməsini tələb etdiyi müəyyən olunur.
46. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
48. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 21(103)-131/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.