Məhkəmə qərarları › İş №2-1(102)-251/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-251/2019

05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-251/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Sami oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı Sami oğlu, vəkili X5, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Sami oğlunun (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini n Daxili Qoşunların Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “məlumat vərəqəsinin göndərilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1592/2018 saylı, 26 iyul 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xidmət keçmə vərəqəsinə əsasən 5 may 1973-cü il tarixdə Sumqayıt hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 5 may 1975-ci ildə tərxis edilmiş, 26.05.1979-cu ildən 26.07.1980-ci ilədək Daxili qoşunların 3-cü bölüyünə nəzarətçi vəzifəsində, 19.09.1980-cı ildən 27.04.1982-ci ilədək quraşdırıcı-nəzarətçi, 25.11.1985-ci ildən 11.11.1988-ci ilədək baş nəzarətçi, 15.11.1988-ci ildən 24.04.1990-cı ilədək texnikmüdir, 25.04.1990-cı ildən 28.08.1990-cı ilədək avtomobil təmiri üzrə texnik, 28.08.1990-cı ildən 16.02.1992-ci ilədək avto təmir bölüyündə işləmişdir. İddiaçı 31.10.1974-cü il tarixli, 048 nömrəli əmrə əsasən “Sovet Ordusunun əlaçısı” döş nişanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş 08.10.2014-cü il tarixli arayışda qeyd olunur ki, 1955-ci il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı Sami oğlu 05.05.1973-cü il tarixdən 05.05.1975-ci il tarixədək müddətli hərbi xidmət, 26.05.1979-cu il tarixdən 26.08.1992-ci il tarixədək Sovet Ordusunda müddətdən artıq xidmət etmişdir. Sumqayıt xalq məh kəməsinin qərarı ilə məhkum olunduğuna görə 26.08.1992-ci ildən bütün təminatlardan və şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının iddiaçıya ünvanladığı 11 noyabr 2014-cü il tarixli məktubda qeyd olunur ki, N saylı hərbi hissənin mövcud olan əlifba qeydiyyat kitabının əsasında İddiaçı Sami oğlu N saylı hərbi hissə komandirinin 26.05.1979-cu il tarixli 126 saylı əmri ilə N saylı hərbi hissənin 3cü bölüyünün nəzarətçisi təyin edilmişdir. N saylı hərbi hissənin 3-cü bölüyünün 1-ci batalyonun baş nəzarətçisi gizir İddiaçı N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 10.11.1988-ci il tarixli N saylı əmri ilə hərbi hissənin şəxsi heyət siyahılarından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam et dirmək üçün N saylı hərbi hissəyə ezam edilmişdir. Həmçinin bildirilmişdir ki, 1981-ci ilə qədər N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri RF Moskva şəhəri X4 saxlanılır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06.12.2014-cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçının xidmət illərinin hesablanması təmin olunduğundan onun ərizəsi baxılmış hesab olunmuşdur. Cavabdeh tərəfindən verilmiş 701 saylı, 28.09.2017-ci il tarixli arxiv arayışında qeyd olunur ki, iddiaçı N saylı hərbi hissə komandirinin 16.11.1988-ci il tarixli 94 nömrəli əmri ilə xidmətini davam etdirmək üçün 3 noyabr 1988-ci il tarixdə N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, yoxlama nəzarət məntəqəsinin rəisi-texnik vəzifəsinə təyin edilmiş, N saylı hərbi hissə komandirinin 11.11.1991-ci il tarixli 282 nömrəli əmri ilə noyabr ayının 11-dən 18-dək ictimai asayişin mühafizəsi üçün Mahaçqala şəhərinə xidməti ezamiyyətə getmiş, N saylı hərbi hissə komandirinin 20.11.1991-ci il tarixli 290 nömrəli əmri ilə Mahaçqala şəhərindən xidməti ezamiyyətdən gəlmiş, N saylı hərbi hissə komandirinin 23.01.1992-ci il tarixli 19 nömrəli əmri ilə döyüş tapşırığını yerinə yetirmək üçün Şuşa şəhərinə xidməti ezamiyyətə getmiş, N saylı hərbi hissə komandirinin 01.02.1992-ci il tarixli 27 nömrəli əmri ilə Şuşa şəhərindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmiş, Daxili Qoşunların komandanının 18.02.1992-ci il tarixli 1 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin 25.02.1992-ci il tarixli 48 nömrəli əmri ilə avtomobil taborun da tağım komandiri vəzifəsinə təyin edilmiş, N saylı hərbi hissə komandirinin 28.02.1992-ci il tarixli 51 nömrəli əmri ilə döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam şəhərinə xidməti ezamiyyətə getmiş hesab edilmiş, N saylı hərbi hissə komandirinin 02.03.1992-ci il tarixli 53 nömrəli əmri ilə 01 mart 1992-ci il tarixdə Ağdam şəhərindən xidməti ezamiyyətdən gəlmiş, N saylı hərbi hissə komandirinin 12.03.1992-ci il tarixli 63 nömrəli əmri ilə döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam şəhərinə xidməti ezamiyyətə getmiş, N saylı hərbi hissə komandirinin 23.03.1992-ci il tarixli 72 nömrəli əmri ilə 19 mart 1992-ci il tarixdə Ağdam şəhərindən xidməti ezamiyyətdən gəlmiş, N saylı hərbi hissə komandirinin 30.05.1992-ci il tarixli 135 nömrəli əmri ilə 26 may 1992-ci il tarixdən mülki şəxsi öld ürərək istintaqa cəlb edildiyinə görə Sumqayıt şəhər Daxili işlər bölməsinin müvəqqəti saxlama kamerasında hesab edilmiş, N saylı hərbi hissə komandirinin 16.12.1992-ci il tarixli 315 nömrəli əmri ilə Sumqayıt Xalq Məhkəməsinin qərarı ilə məhkum olunduğuna görə 26 avqust 1992-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən azad edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24.08.2016-cı il tarixli məktubda qeyd olunur ki, iddiaçının ərizəsinə Daxili Qoşunların Baş İdarəsində baxılmış və cavab olaraq bildirilmişdir ki, şəxsi işi Daxili Qoşunların kadrlar şöbəsinə təqdim edilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinə sorğu məktubu göndərilmiş və sorğu əsasında şəxsi iş təqdim edildikdən sonra qaldırılan məsələyə yenidən baxılacaqdır. İddiaçı 12 sentyabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 22 il 09 ay xidmət illəri nəzərə alınmaqla 01.01.2006-cı il tarixindən pensiya təyin edilməsi üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1955-ci ildə anadan olmuş, 19731978-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 26.05.1979-cu ildən 26.08.1992-ci ilədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etmişdir. İddiaçı Daxili İşlər Nazirliyinin Daxili qoşunların Baş İdarəsinə ona qulluq illərinə görə pensiya təyin edilməsi üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdehin qeyri müəyyən cavabları ilə məsələyə konkret münasibət bildirilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh ona pensiya təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 saylı qərarına əsasən “Məlumat vərəqəsi”nin DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərməlidir ona görə ki, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. İddiaçı 22 il 09 ay xidmət etmiş və pensiya hüququ qazanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(82)-232/2018 saylı iş) 23 fevral 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının xidmət illərinə görə ona 1 yanvar 2006-cı il tarixdən pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin DSMFnin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi və “İnzibati icraat haqqında” Qanunun tələbləri nəzərə alınmaqla yenidən baxılması və bununla bağlı müvafiq qanuni və əsaslandırılmış inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işin faktiki hallarından məlum olur ki, iddiaçının ərizəsi cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış və mövcud qanun vericiliyin tələblərinə uyğun olaraq onun müraciəti əsasında əsaslandırılmış qərar qəbul edilməmişdir. İş üzrə cavabdeh iddiaçının müraciətini qanunvericiliyə müvafiq olaraq araşdırmağa və bu barədə müraciət edən şəxsə qanuni və əsaslandırılmış cavab verməyə borcludur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 fevral 2018-ci iltarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6məruzəçi, X3 və X1, 2-1(103)-1592/2018 saylı iş) 26 iyul 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 4 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 5 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkə məsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı təqvimlə15 il 2 ay, imtiyazla 4 il 6 ay 29 gün, ümumilikdə 19 il 8 ay 29 gün xidmət etmişdir. İddiaçı iddia ərizəsində 25.09.1989-cu il tarixdən 30.08.1991-ci il tarixədək fövqəladə vəziyyətlə əlaqədar 1 il 11 ay 5 gün imtiyazlı xidmət illərinin olmasını bildirsə də bu barədə hüquqi əsası göstərə bilməmişdir. Qeyd olunan illərdə iddiaçının fövqəladə vəziyyət rayonunda xidmət etməsi barədə heç bir məlumat və hüquqi əsas yoxdur. Məhkəmə nəzərə almamışdır ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli qərarına və “Azərbaycan Respublikası DİO-da xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əsasən iddiaçıya pensiya təyin edilməsi qanuna ziddir. tərəflərin izahatları: Cavabdehin vəkili və nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilə n hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı hesab edir ki, xidmət illərinə görə onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinə baxmamışdır. Odur ki, 22 il 09 ay xidmət illəri nəzərə alınmaqla 01.01.2006-cı il tarixdən pensiya təyin edilməsi üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, mübahisə ilə bağlı məhkəmələr tərəfindən yuxarıda bəhs edilən qərarlar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin faktiki və şərh edilən halları ndan məlum olur ki, iddiaçının ərizəsi cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq onun müraciəti əsasında əsaslandırılmış qərar qəbul edilməmişdir. Bu səbəbdən də, iddiaçı məsələnin həlli istiqamətində məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Digər tərəfdən, iddiaçının hazırkı iddia tələbində qaldırdığı məsələnin düzgün və obyektiv həlli üçün müvafiq araşdırmaların aparılması zəruri hesab edildiyindən və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadığına görə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının ərizəsi əsasında zəruri hesab edilən araşdırmalar aparmaqla müvafiq inzibati aktın qəbul edilməsi barədə inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni İPM-in 73.1, 73.2, 73.3 və 74-cü maddələri ilə əsaslandırmışdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.1-ci maddəsinin məzmununa görə cavabdeh inzibati aktın qəbulundan imtina etdikdə, yaxud cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olduqda və iddiaçının hüquqları pozulduqda məhkəmə cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin üzərinə inziba ti aktın qəbul edilməsi barədə öhdəlik qoyulmasını şərtləndirən halları, yəni cavabdehin inzibati aktın qəbulundan imtina etməsi, yaxud cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olması və iddiaçının hüquqlarının pozulmasını göstərməmişdir. Yəni bir tərəfdən, məhkəmə iddiaçının hazırkı iddia tələbində qaldırdığı məsələnin düzgün və obyektiv həlli üçün müvafiq araşdırmaların aparılmasını zəruri hesab edərək məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsinin mümkün olmaması qənaətinə gəlmiş, digər tərəfdən isə İPM-in 73.1-ci maddəsinə əsaslanaraq iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. İPM-in 73.2-ci maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi m ümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bu normada məhkəmənin cavabdehin üzərinə iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmasından bəhs edilir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə iddia tələbinin qismən əsaslı olmasını qərarında əsaslandırmamışdır. İddiaçı hesab edir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 144-cü maddəsinə əsasən onun pensiya hüququ olduğundan cavabdeh bu barədə məlumat vərəqi tərtib edib aidiyyəti üzrə göndərməlidir. Əsasnamənin 144-cü maddəsinə görə xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının xidmət illərinə görə pensiya hüququnun yaranması ilə bağlı hüquqi qiymətləndirmə aparılmamışdır. İPM-in 73.2-ci maddəsinin tətbiq edilməsi iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmaması ilə şərtləndirilmiş, məhkəmə işdə olan sübutlar əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmamasını qərarında əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin inzibati aktın həqiqətən diskresion səlahiyyətlər əsasında qəbul edilməli olmasına dair hər hansı əsaslandırma vermədiyindən və İPM-in 73.3-cü maddəsinin tətbiqi ilə bağlı hər hansı hüquqi əsaslandırma aparmadığından bu normaya da istinad etməkdə haqlı olmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses işti rakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir (48.1-ci maddə). İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir (48.2-ci maddə). Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin bəhs edilən normalarına əməl etməyərək işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməmiş, bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməsi ilə bağlı tədbir görməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidmə ti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs edilən hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1592/2018 saylı, 26 iyul 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar