Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-251/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (diplomun tanınması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, 09.02.2022 İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli, 2-1(103)-1688/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdak ı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2014-cü ildə Ukrayna Respublikasında, Ukraynanın Milli Texniki Universitetinə daxil olmuş və dörd il müddətində həmin universitetdə bakalavr təhsili almışdır. Ona universiteti bitirməsinə dair B18 seriyalı, 217491 nömrəli diplom verilmişdir.
2. İddiaçı həmin diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdehə müraciət edilmişdir.
3. Cavabdeh 01.07.2019-cu il tarixli cavab məktubunda müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının aldığı ixtisas dövlət standartlarına uyğun olmadığı və iddiaçı tədris dilini tam səviyyədə bilmədiyi üçün onun müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Biri nci instansiya məhkəməsində icraat
4. İddiaçı 22.07.2019-cu il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Ukrayna Respublikası Milli Texniki Universiteti tərəfindən ona verilmiş B18 seriyalı, 217491 saylı diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2014-cü ildə Ukraynanın Milli Texniki Universitetinə daxil olmuşdur. 4 il müddətində həmin ali təhsil müəssisəsində bakalavr təhsil pilləsində elektrik mühəndisliyi və elektrotexnika ixtisası üzrə ali təhsil almış və 2018ci ildə həmin universiteti bitirmişdir. Ona həmin universiteti bitirməsinə dair B18 seriyalı, 217491 saylı diplom verilmişdir. Tədris müddətind ə həmin ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə olmuş və ona tədris olunmuş fənlər üzrə keçirilən imtahanlarda iştirak etməklə müvəffəq qiymətlər almışdır. Həmin diplom üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan 01.07.2019-cu il tarixli cavab məktubunda müraciətinin təmin edilməsindən imtina edildiyini bildirmişdir. Cavabdehin imtinası tam olaraq əsassız və qanunsuzdur. Ona görə ki, tədris müddətində təhsil aldığı ölkədə olmuşdur və tədris dilini bilmə səviyyəsi də qənaətbəxşdir.
6. Bakı İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(112)-218/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi təmin edilmiş, Ukrayna Respublikası Milli Texniki Universiteti tərəfi ndən İddiaçı verilmiş B18 № 217491 qeydiyyat nömrəli, 30.06.2018-ci il tarixli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
7. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonramətndə apelyasiya instansiya məhkəməsi) 21.09.2021-ci il tarixli, 2-1(103)-1688/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(112)-218/2021 nömrəli qərarı ləğv edi lmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia tələbi rədd edilmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının tədris dilini tam səviyyədə bilmədiyi müəyyən edilmiş, bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert Qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir.
10. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Slavyan Universitetinin Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov tərəfindən 26.11.2020-ci il tarixli mütəxəssis rəyi verilmişdir. Həmin rəydən də görünür ki, rus dilini bilmə səviyyəsi kifayət qədər yüksəkdir və ali təhsil mütəxəssisinin şifahi və yazılı peşə nitqinə verilən mövcud tələblərə cavab verir. Məhkəmənin mütəxəssis rəyinə münasibət bildirməməsi tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi pirinsipinə ziddir. Bakı İnzibati Məhkəməsinin tələbi ilə mütəxəssisin keçirdiyi sorğu əsasında verdiyi rəydə iddiaçının dil biliyinin hansı səviyyədə olması açıq göstərilmişdir. Bundan başqa məhkəmə tərəfindən iddiaçının dil biliklərinin yoxlanılması barədə video-görüntülər tələb edilsə də, cavabdeh tərəfindən təqdim edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qa rşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qər ardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏR
14. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.
15. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə əməl edilməmiş, iş üzrə tam və hərtərəfli araşdırılma aparılması təmin olunmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
17. Yuxarıda isti nad olunan normalarda təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
18. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli o lmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəyə aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
19. Belə ki, apelyasiya məhkəməsi iddiaçının tədris dilini tam səviyyədə bilməməsi qənaətinə gələrkən yalnız cavabdehin mövqeyinə və Ekspert qrupunun rəyinə əsaslanmış, iş üzrə materiallarda olan mütəxəssis rəyini nəzərə almamış və həmin müsahibə ilə bağlı sən ədləri, sübutları, o cümlədən müsahibənin audio-video yazısını tələb edərək araşdırmamışdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalara görə, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa və sübutları onlar tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirməyə borcludur. Məhkəmə qərarı belə araşdırmanın və qiymətləndirmənin nəticələri əsasında qəbul edilməlidir.
20. Bundan başqa, nəzərə almaq lazımdır ki, inzibati orqanın qiymətləndirmə azadlığına əsasən qərar qəbul etdiyi hallarda, məhkəmələr xüsusilə həmin qiymətləndirmənin aparılması qaydaları, standartları, kriteriyaları və bununla bağlı inzibati praktikanı yoxlamalı və bunun üzərindən qiymətləndirmə azadlığı əsasında qəbul edilmiş q ərarlara qiymət verməlidirlər.
21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar yuxarıda istinad olunan normalara uyğun olaraq tam və hərtərəfli yoxlanılmamış, sübutlar tam və hərtərəfli araşdırılmamışdır.
22. Bu baxımdan kassasiya şikayəti təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
23. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apel yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli, 21(103)-1688/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.