Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-251/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1992-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)2 592/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin müavini-X2 xx.xx.2021-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 9 avqust 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli, 151 ş/h nömrəli xidmətə uyğunsuzluqla ehtiyata buraxılma barədə əmrinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublika sı Qanununun 41.0.10-cu maddəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Bakı İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2-1(112)-1885/2022 nömrəli qərardadı ilə (hakim X6) iddia mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il 151 ş/h №-li xidmətə uyğunsuzluqla ehtiyata buraxılma barədə əmrdən xx.xx.2021-ci il tarixdə xəbərdar olduğu halda, həmin əmrin dəyişdirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə, yəni 4 ay keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv e dilməsini və işin mahiyyəti üzrə baxılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2592/2022 nömrəli qərardadı ilə (hakimlər: X7 /sədrlik edən və məruzəçi/, X4 və X5) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya ş ikayətinin dəlilləri
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, qanunvericiliyin tələblərinə görə inzibati akt tək məhkəmə tərəfindən deyil, yuxarı inzibati orqan tərəfindən də ləğv oluna bilər. xx.xx.2021-ci il tarixdə iddiaçıya xidmətdən uyğunsuzluq maddəsi ilə xaric olunmasına dair çatdırılan əmri iddiaçı tərəfindən birbaşa məhkəməyə deyil, DSX-nin aparatına müraciət edilmişdir. Çünki xidmətdən xidmətə uyğunsuzluqla xaric olunması cavabdeh orqan Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının komandanı tərəfindən yekun akt formasında imzalanmışdır. İnzibati orqanların təsnifatına görə sərhəd qoşunları Dövlət Sərhəd Xidmətinə tabe qurumdu və Dövlət Sərhəd xidmətinin rəisi Sərhəd qoşunlarının komandanının əmrini ləğv edə bilər. b. kassasiya şikayətinə etirazın dəlilləri
10. Cavabdeh kassas iya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati ak tın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
15. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin ara şdırmaları yetərli hesab olunur.
16. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə əmrin dəyişdirilməsi barədə tələb üçün apellyasiya məhkəməsi iddianın mümkünlük şərtlərinin mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli akta əsasən, sabiq hərbi qulluqçu İddiaçı tərxis olunması ilə bağlı əmr 8 aprel 2021-ci il tarixində mobil telefonu vasitəsi ilə elan olunmuş, əmrlə tanış olması üçün dəfələrlə X1 dəvət olunmuş, lakin o, xidməti yerinə gələrək təyinat vərəqəsini götürməkdən imtina etmiş və sənədlərinin Səfərbərlik və Hərbi Xi dmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinə göndərilməsini xahiş etmişdir. Sözügedən akt Dövlət Sərhəd Xidməti X3 kadrlar şöbəsinin rəisi, X2 şəxsi heyət üzrə müavini-şəxsi heyət üzrə şöbənin rəisi və Kadrlar Baş İdarəsi X12 İdarəsinin baş zabitinin iştirakı ilə tərtib və təsdiq olunmuşdur.
18. Bundan əlavə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlandığı teleqrama baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçı Dövlət Sərhəd Xidməti rəisinin müavini-X2 xx.xx.2021-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğu nsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
19. Beləliklə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı sözügedən qərarları İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 21(103)-2592/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.