Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-251/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərara izah). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 19.01.2024 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə “qərara izah verilməsi” barədə ərizəyə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2023-cü il tarixli, 2-1(103)-197/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə daha sonra iddia tələbinə əlavə və dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2019-cu il 13 iyun tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 2012-ci il 12 iyul tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim A.P.Oruczadə) 16 mart 2020-ci il tarixli, 21(112)- 161/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 21(103)-1240/2020 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva-sədrlik edən, V.M.Məmmədov və X.A.Cəmilova) ilə Bakı İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-953/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1240/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndəri lmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.İ.Bəktaşi sədrlik edən, A.S.Hüseynov və A.Ə.Hüseyn) 25 fevral 2022-ci il tarixli, 2-1(103)-197/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarı iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilmişdir.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1134/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)197/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
9. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(103)-197/2022 nömrəli qərarına əsasən əmrin ona aid hissədə ləğv edilməklə yanaşı onun bütün hüquqi nəticələrinin aradan qaldırılması, o cümlədən qanunsuz işdən çıxarıldığı tarixdən işə faktiki bərpa edildiyi tarixədək hesablanmaqla ödənilməmiş, ödənilməli olan büt ün dövlət məvacibinin ödənilməli olması formasında izahın verilməsini xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə materiallar icra hərəkətlərinin həyata keçirilməsi üçün aidiyyətı üzrə birinci instansiya məhkəməsinə göndərilmişdir. Qərarla bağlı birinci instansiya məhkəməsi (hakim O.Həsənov) tərəfindən cavabdehə məktub göndərilsə də, məhkəmə qərarının icrası həyata keçirilməmişdir. Belə ki, cavabdeh icra məktubuna dair öz məktubunda qeyd etmişdir ki, qərarın icrası məqsədi ilə cavabdehin 13 iyun 2019-cu il tarixli əmri ona aid olan hissədə ləğv edilmişdir. Eyni zamanda, o, 3 may 2023-il tarixli əmrlə həmin tarixdən X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baş məsləhətçi-baş əmək müfəttişi təyin edilmişdir. Cavabdehin formal sənədləşmə aparması məhkəmənin qərarının icrası yox, icrası görüntüsünün yaradılmasından başqa bir şey deyil. Belə ki, cavabdeh 13 iyun 2019-cu il tarixli əmri ona aid hissədə ləğv etsə də, qərarın icrasını bununla bitmiş hesab etmiş, əmrin hüquqi nəticələrini aradan qaldırmamış, işə qəbulunu 03 may 2023-cü il tarixdən həyata keçirmiş, işdən azad edildiyi gündən işə bərpa ediləcəyi günədək almadığı dövlət məvacibinin ödənişini həyata keçirməmişdir. Bununla yanaşı cavabdeh xx.xx.2022-ci il tarixli əmrlə Nazirliyin xx.xx.2019-cu il tarixli ştat cədvəllərinin təsdiqi ilə əlaqədar əmrinə dəyişiklik edilməsi adı altında əlavə olunmuş yarımbəndlərlə faktiki olaraq onunla bağlanmış əmək müqaviləsinə əvvəlki (köhnə) tarixdən, yəni 17 dekabr 2019-cu il tarixindən “dövlət orqanın ləğvi” ilə əlaqədar xitam vermişdir. Həmin əmrin ləğvi barəd ə tərəfindən məhkəməyə müraciət edilmiş və məhkəmə həmin əmrin ləğv edilməsi nəticəsinə gəlmişdir. Göründüyü kimi, cavabdeh ona ödənilməli olan dövlət məvacibini ödəmək əvəzinə müxtəlif formal əsaslarla ödənişin edilməsindən yayınmaqla müxtəlif məzmunlu qanunazidd əmr və digər sənədləşmə həyata keçirməkdədir. Bu səbəbdən qərarın icra vəziyyətinin müəyyən edilməsi, Bakı Apellyasiya Məhkəməsinin iddianı təmin etməklə bağlı qərarının mahiyyətinin açıqlanması, qərara izah verilməsi zərurəti vardır. Əks halda, cavabdeh həmin ödənişləri verməmək üçün saysızhesabsız qanunsuz və saxta əsaslara istinad etməklə əmək müqaviləsinə xitam verilməsi barədə əsassız sənədləşmə aparır və aparmaqdadır. Əmək müqaviləsinə başqa əsasla köhnə tarixdən xitam verilməsi, ona əvvəlki tarixdən bərpa etmək əvəzinə 03 may 2023-cü il tarixdən vəzifəsinə bərpa etməsi barədə əmrlər real hüquqi marağının, yəni ödənilməmiş dövlət məvacibinin ödənilməsinə mane olacaqdır. Halbuki, onun hazırkı qərarın qəbul edilməsində əsas hüquqi marağı dövlət məvacibinin ödənilməsidir və hesab edir ki, cavabdehin verdiyi əsassız əmr və bundan sonra da müxtəlif əsaslarla qəbul edilə biləcək əmək müqaviləsinə xitam əmrləri həmin ödənişlərin alınmasından imtinaya səbəb ola bilməz. Doğrudur, 26 sentyabr 2022-ci il tarixli əmr məhkəmə qaydasında ləğv edilsə də, hazırkı qərarın icrası üçün hesab edir ki, həmin qərarın qüvvəyə minməsi gözlənilməməlidir. Belə ki, yenidən həmin tarixlə bağlı cavabdeh yeni əmrlər də qəbul edə bilər ki, hər dəfə məhkəmə çəkişmələrinin olması istisna edilməməklə onun almalı olduğu dövlət məvacibinin gec ikməsinə xidmət edir. Belə ki, məhkəmə qərarının izah edilməsi, əmr inzibati akt olduğundan və ləğv edildiyindən onun hüquqi nəticələrinin aradan qaldırılmalı olması və həmin aradan qaldırılmaya maneə ola biləcək əmrlərin və digər sənədlərin faktiki olaraq yubatma xarakteri daşıması izah qərardadı ilə öz aydınlığını tapa bilər. Belə ki, barəsində qəbul edilmiş və məhkəmə qərarı ilə ləğv edilmiş əmr qanunsuz və əlverişsiz inzibati aktdır və məhkəmə onun qanunsuz və əlverişsiz olduğunu müəyyən etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə görə isə qanunsuz əlverişsiz akt hər bir halda ləğv olunmalıdır. Göründüyü kimi qanunsuz və əlverişsiz inzibati akt ləğv edildikdə onun hüquqi nəticələri də aradan qalxmış olur. Cavabdeh isə əmri ləğv etsə də, onun hüquqi nəticələrini (yəni işə bərpa və dövlət məvacibinin ödənilməsi və s.) aradan qaldırmır və iddiada təkcə əmrin ləğv edilməli olması kimi formal əsasa istinad edir. Əmrin ləğvi onun hüquqi nəticəsi kimi işə bərpa və dövlət məvacibinin ödənilməli olmasını ehtiva edir ki, iddia ərizəsində və məhkəmə qərarında bunların hər birinin detallı göstərilməsinə zərurət yoxdur. Göründüyü kimi, əmrin ləğvindən sonra onun saysız-hesabsız hüquqi nəticələri olacaqdır ki, bunların hamısının məhkəmə qərarında qeyd edilməsinin gözlənilməsi absurd yanaşmadır. Halbuki, məhkəmə əmri ləğv edirsə onun ən əsas hüquqi nəticələri olan işə bərpa və ödənişlər ona ödənilməlidir. İstər dövlət qulluqçusu, istərsə də dövlət qulluqçusu olmasın, bütün qrup şəxslər üçün bu formada yanaşma əmək qanunvericiliyinin və dövlət qulluğuna dair qanunv ericiliyin tələbidir.
11. Cavabdeh tərəfindən qərara izah verilməsinə dair ərizəyə etirazla məhkəməyə müraciət edilərək ərizənin təmin edilməməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Nazirliyin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin)” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli 2-1(102)-1134/2022 nömrəli qərarının icrası ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Ümumilikdə məhkəmə qərarının icrası ilə bağlı görülmüş işləri aşağıdakı kimi sadalamaq olar: 12 sentyabr 2022-ci il tarixli **********1 nömrəli əmrlə Nazirliyin 3 iyun 2019-cu il tarixli **********7 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş; Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemində müvafiq düzəlişlər edilmiş; Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində dəyişiklik edilərək həmin əmr etibarsız hesab edilmiş və “Əmək müqaviləsi bildirişi” altsistemində İddiaçı aid məlumatlarda müvafiq düzəlişlər edilmiş; İddiaçı əmək kitabçasında müvafiq dəyişikliklər aparılmış; İddiaçı adı Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə daxil edilməsi barədə 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli əmr verilmiş; “ Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq ehtiyat kadrlar siyahısına daxil edilmiş; Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta aylıq əməkhaqqının 1.7 misli həcmində işdənçıxma müavinəti ödənilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinə təyin edilmişdir. Nazirliyin 12 sentyabr 2022-ci il tarixli **********1 nömrəli əmri ilə “Azər baycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X2 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında” 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş və bununla bağlı Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemində və Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində dəyişiklik edilərək həmin əmr etibarsız hesab edilmiş və “Əmək müqaviləsi bildirişi” altsistemində İddiaçı aid məlumatlarda, həmçinin əmək kitabçasında müvafiq düzəlişlər edilmişdir. Sözügedən məhkəmə prosesi davam etdiyi dövrdə 17 dekabr 2019-cu il tarixli **********7 nömrəli əmri ilə X3 Xidmətinin Bakı şəhəri üzrə 1,2,3,4,5,6 və 23 saylı regional mərkəzləri ləğv edilmişdir. Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmri ilə ləğv edilmiş mərkəzlərin əməkdaşlarının bir qismi yeni yaradılmış Bakı şəhər İdarəsinə keçirilmiş, bəzi əməkdaşların dövlət orqanının ləğvi ilə əlaqədar olaraq tutduqları vəzifələrdən azad edilmişdirlər. Məhkəmə qərarının hüquqi nəticələrini təmin etmək məqsədi ilə ilk növbədə İddiaçı adı Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə daxil edilməli idi. Bununla bağlı 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli əmr verilmiş, İddiaçı əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq orqanın ləğvi ilə xitam verilmiş, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğu n işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq ehtiyat kadrlar siyahısına daxil edilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta aylıq əməkhaqqının 1.7 misli həcmində işdənçıxma müavinəti ödənilmişdir. Daha sonra, İddiaçı Nazirliyin 3 may 2023-cü il tarixli 3-17/3-4-679/2023 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, iddiaçının daha əvvəl əməkdaşı olduğu orqan artıq ləğv edilmi ş və yeni orqan yaradılmışdır. Daha sonra qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının işdən azad olunduğu əmr ləğv olunduğundan iddiaçıya münasibətdə yeni hüquqi vəziyyət yaranmış və həmin hüquqi vəziyyətin tənzimlənməsi üçün əmrdə düzəliş edilməsi zərurəti yaranmışdır. Bu hal Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tututlmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun qanuni zərurətdir. Dəyişiklik edilmiş xx.xx.2019-cu il tari xli **********5 nömrəli əmrə diqqət yetirdikdə aydın olur ki, həmin əmrdə əməkdaşlarla bağlı iki növ qərar qəbul edilmiş: onların bir hissəsi yeni vəzifələrə təyin edilmiş və bir hissəsi vəzifədən azad olunaraq ehtiyat kadrlar siyahısına daxil edilmişdir. İş materiallarından görünür ki, iddiaçı məhkəmənin yekun qərarının icrası və öz ərizəsi əsasında yeni vəzifəyə təyinat almış, məsələ tərəflərin iradə ifadəsinə və məhkəmə qərarına uyğun öz həllini tapmışdır. Bu halda, hüquqi müəyyənlik və inzibati icraatın tamlığı prinsipinə əsasən inzibati orqanın yeganə hərəkəti xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrə müvafiq əlavələr edilərək İddiaçı əmək müqaviləsinin xitamı ilə bağlı bəndin əmrə əlavə edilməsi olmalıdır. Göstərilən səbəblərdən məhkəmə qərarının hüquqi nəticələrini təmin etm ək məqsədilə ilk növbədə İddiaçı adı Nazirliyin xx.xx.2019-cu il tarixli əmrinə daxil edilməsi zəruri idi. İddiaçının adının xx.xx.2019-cu il tarixli **********5 nömrəli əmrə əlavə edilməsi ona qarşı hər hansı qərəzli məqsəd daşımamış, məhkəmə qərarının hüquqi nəticələrinin tənzimləməsi məqsədi ilə həyata keçirilmişdir. Həmçinin, qeyd edilən əmrə oxşar Nazirliyin digər əmri məhkəmə qaydasında mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-613/2021 iş üzrə, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)1927/2021 nömrəli iş üzrə qərarları ilə iddia təmin edilməmişdir. Lakin, iddiaçı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəl i əmrinin ləğv edilməsi” tələbi ilə yenidən məhkəmədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 21(112)-4433/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiası təmin edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2023-cü il tarixli, 2-1(103)-197/2022 nömrəli qərardadı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, K.Əkbərov və M.Tağızadə) ərizə təmin edilmiş, iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2- 1(103)-197/2022 nömrəli qərarına aşağıdakı qaydada izah verilmişdir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarı iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi dedikdə, həmin əmrin ləğv edilməklə, hüquqi nəticələrin də ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməklə, onun işdən çıxarıldığı, yəni 13 iyun 2019-cu il tarixdən işə faktiki bərpa edildiyi tarixədək hesablanmaqla ödənilməmiş olan məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi kimi başa düşülsün.
13. Məhkəmə hesab etmişdir ki, qərarın izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar ic ra edildikdən sonra onun izah olunması qərarın icrasına qədər ki və ondan sonraki vəziyyəti dəyişmir. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəllənin 300-cü maddəsində əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, MPM-nin 230.1-ci maddəsinin tələbinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Göründüyü qanunvericilik məhkəmə qərarının izah edilməsinin əsas şərti kimi onun məzmunun dəyişdirilmədən həyata keçirilməsini tələb edir. Apellyasiya məhkəməsi qərarda dında isə qərarın məzmunu dəyişmişdir. İzah verilən Bakı Apellyasiya Məhkəməsinin qərarının qərara aldı hissəsində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli qərarı iddiaçıya aid hissədə ləğv edilməsi göstərilmişdir. Məhkəmə bu qərarın izahı ilə bağlı qəbul etdiyi qərardadında yalnız ləğv etmə ilə bağlı münasibətin özünü şərh etmək səlahiyyətinə malikdir. Vəzifəyə bərpa və əmək haqqının bərpası izah verilən qərarda nəzərdə tutulmadığından artıq yeni qərar hesab olunmalı və qanunvericiliklə yolverilməz izah yaratmaqdadır.
16. Məhkəmə tərəfindən digər bir pozuntuya yol verilərək artıq icra olunmuş məhkəmə qərarına izah verilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 230.2-ci maddəsinin tələbinə əsasən, qətnamə və ya qərardad icra edilmə mişsə onun izah edilməsinə yol verilir. Qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qərarın icrasına qədər ki və ondan sonrakı vəziyyəti dəyişmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)197/2022 nömrəli qərarı cavabdeh inzibati orqan tərəfindən faktiki olaraq tam icra olunmuşdur.
17. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının əvvəllər qulluq keçdiyi dövlət orqanının ləğv edildiyi bəlli olmasına baxmayaraq qərardadın qərar hissəsində iddiaçının yenidən əvvəlki vəzifəsinə bərpa edilməsi qeyd edilməklə yeni anlaşılmaz vəziyyət yaradılmışdır. Digər tərəfdən təqdim edilən sənədlərdən göründüyü kimi iddiaçı əvvəllər tutduğu vəzifəyə analoji vəzifə olan X3 Xidmətinin Abşeron-X ızı regional şöbəsində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinə təyin edilmişdir.
4. Qərardadın mətnində Əmək Məcəlləsinin 300-cü maddəsinə əsaslanmışdır. Bununla bağlı bildiririk ki, həmin Məcəllənin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Beləliklə, işi faktiki hallarından aydın olur ki, iddiaçıya münasibətdə qüvvədə olan yekun məhkəmə qərarı tam həcmdə icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən pozuntuya yol verilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarında nəzərdə tutulmayan əlav ə izah verərək faktiki olaraq icra olunmuş məhkəmə qərarı üzrə yeni göstərişlər formalaşdırmışdır. Qeyd olunan hallar prosessual qanunvericiliyin tələblərinə tamamilə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilm əmişsə, onun izah edilməsinə yol verilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə
52. M əhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1 0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qəra r qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarı. 22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin t ələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsinin qərardadı işin müəyyən olunmuş hallarına mü nasibətdə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərardadı ləğv olunmalı, ərizə rədd edilməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadının ləğvini və ərizənin rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
27. Hazırkı mübahisə mahiyyət etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-197/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarı iddiaçıya aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məs ləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsinin izahı ilə bağlıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati iş üzrə məhkəmə qərarının izah olunması barədə İPM-də konkret göstəriş olmadığına görə, İPM-nin 1.2-ci maddəsinə əsasən MPMnin məhkəmə aktının izah olunmasından bəhs edən 230-cu maddəsinin müddəaları tətbiq olunmalıdır. İlk öncə qeyd olunmalıdır ki, məhkəmənin inzibati iş üzrə yekun qərarı inzibati mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə aktı sa vadlı, hüquqi cəhətdən düzgün, anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Məhkəmə aktı gələcəkdə icrasının müəyyənliyini və mümkünlüyünü təmin edəcək tələblərə cavab verən məzmunda olmalıdır.
29. Məhkəmə qərarı həmin tələblərə cavab vermədikdə məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsinə, qərarın icrasında qeyri-müəyyənliyin yaranmasına səbəb olur. Bu halda qanunvericilik yaranmış vəziyyətin qərara izah verilməsi yolu ilə həll olunmasını təsbit etmişdir. Bu prosessual vasitədən istifadə qaydaları və əsasları MPM-nin 230-cu maddəsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, qərarın izahı heç bir halda məhkəmənin baxılmış mübahisə üzrə təkrar araşdırmanı, qərarın təsviri, əsaslandırıcı və nəticə hissələrində olan ziddiyyə tlərin təhlilini ehtiva etmir. Bu hallarda yol verilmiş nöqsanlar qərardad çıxarılmaqla aradan qaldırıla bilər. Həmçinin qərarın izahı zamanı məhkəmə baxışının predmeti olmamış məsələlərin həlli yolverilməzdir. Qərarın izahı həm də onun məzmununun dəyişdirilməsi ilə nəticələnə bilməz. 30. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 228-230-cu maddələrində qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsindən, əlavə qətnamədən və qətnamənin izah edilməsindən bəhs edilir.... Konstitusiya Məhkə məsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.
31. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qərarın izahı ilə bağlı ərizəsində əmrin ona aid hissədə ləğv edilməklə yanaşı onun bütün hüquqi nəticələrinin aradan qaldırılması, o cümlədən qanunsuz işdən çıxarıldığı tarixdən işə faktiki bərpa edildiyi tarixədək hesablanmaqla ödənilməmiş, ödənilməli olan bütün dövlət məvacibinin ödənilməli olması formasında izahın verilməsini xahiş etmişdir.
33. İşin hallarına görə, iddiaçı cavabdehə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarı ona aid hissədə (1.3.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-197/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
34. Həmin qərarın icrası ilə bağlı cavabdeh tərəfindən aşağıda qeyd olunan hərəkətlər görülmüşdür: 1. 12 sentyabr 2022-ci il tarixli **********1 nömrəli əmrlə Nazirliyin13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş;
2. Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemində müvafiq düzəlişlər edilmiş;
3. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində dəyişiklik edilərək həmin əmr etibarsız hesab edilmiş və “Əmək müqaviləsi bildirişi” altsistemində İddiaçı aid məlumatlarda müvafiq düzəlişlər edilmiş;
4. İddiaçı əmək kitabçasında müvafiq dəyişikliklər aparılmış;
5. İddiaçı adı Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə daxil edilməsi barədə 26 sentyabr 2022-ci il tarixli **********4 nömrəli əmr verilmiş; 6. “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Q anununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq ehtiyat kadrlar siyahısına daxil edilmiş;
7. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq orta aylıq əməkhaqqının 1.7 misli həcmində işdənçıxma müavinəti ödənilmişdir;
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsinə təyin edilmişdir.
35. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli qərarı iddiaçıya aid hissədə ləğv edilmişdir və cavabdeh tərəfindən həmin əmrin ləğvindən irəli gələn yuxa rıda qeyd olunan icra hərəkətləri edilmişdir.
36. Beləliklə, iddiaçıya münasibətdə qüvvədə olan yekun məhkəmə qərarı tam həcmdə icra olunmuşdur. İPM-in 70.3-cü maddəsinə əsasən İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
37. İddiaçının tələb etdiyi işdən çıxarıldığı tarixdən işə faktiki bərpa edildiyi tarixədək hesablanmaqla ödənilməmiş, ödənilməli olan bütün dövlət məvacibinin ödənilməsi ilə bağlı tələb irəli sürülməmiş və göstərilən tələblə bağlı Bakı Apellyasiya Məhkəməsi qərar qəbul etməmiş, yəni hər hansı bir əlavə öhdəlik cavabdehin üzərinə qoymamışdır. İPM-in 52-ci ma ddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. Belə olan halda, məhkəmə qərarında olmayan məsələnin izahı qanunvericilikdə nəzərdə tutulmadığından, bununla bağlı iddiaçı məhkəmədən cavabdehə müvafiq izah verilməsini tələb etməkdə haqlı sayıla bilməz.
39. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadı hazırkı qərarın 19, 20a, 21, 22-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2023-cü il tarixli 21(103)-197/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçının qərara i